C virus hepatitinin müalicəsi üzrə klinik protokol



Yüklə 233,31 Kb.
səhifə8/41
tarix28.12.2021
ölçüsü233,31 Kb.
#11435
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
DİAQNOSTİKA 

C virus hepatitinin son diaqnozu yalnız qanda törədicinin 

RNT-si aşkar olunduqdan sonra qoyula bilər.  

Müalicəyə 

qədər bütün pasiyentlər nəzərdə tutulan 

müayinələrdən keçməlidirlər (C)

 

C virus hepatitli pasiyentlərin müalicəyə qədər müayinəsinin 

tövsiyə edilən həcmi: 

 



Qaraciyər xəstəliyinin ağırlaşmaları, həyatın keyfiyyətini poza 

bilən hepatitin qaraciyərdən kənar  əlamətləri və XCH 

simptomlarının mövcudluğu da daxil olmaqla tibbi anamnez

psixiatrik anamnez, depressiya və alkoqol qəbulunu aşkar etmək 

üçün müayinə, virus əleyhinə əvvəllər aparılmış terapiya və onun 

effektivliyi.  

 

HCV RNT-nin qanda miqdarının və genotipinin təyin edilməsi.  



 

Qaraciyər zədələnməsinin biokimyəvi markerləri və qaraciyər 



funksiyasının dəyərləndirilməsi: ALT, AST, QQT, QF 

səviyyəsinin müəyyən edilməsi, ümumi zülalın və bilirubin 

fraksiyalarının təyin olunması (koaquloqram daxil olmaqla). 

 



Qanın ümumi analizi (leykoformula və trombosit sayı daxil 

olmaqla). 

 

Fibrozun dərəcəsi və histoloji aktivliyin qeyri-invaziv metodlarla 



(fibroksan, fibrotest) müəyyənləşdirilməsi, zərurət yaranarsa, 

qaraciyərin punksion biopsiyası. 

 

Qalxanabənzər vəzin funksiyasının müəyyən edilməsi.  



 

Qanda kreatinin, Fe, ferritin, zərdabın dəmirlə doyması 



qabiliyyətinin təyini. 

 



Antinuklear anticisimlər, krioqlobulinlərin aşkar olunması.  

 



İnsulin rezistentliyi indeksi (НОМА-IR). 

 



Şəkərli diabetli pasiyentlərdə qlikolizə olunmuş hemoqlobin 

(HbA1С).  

 

Hamiləlik testi (fertil dövrdə olan qadınlarda). 



 

İİV infeksiyasına test, RW



 

HBsAg, anti-HBc, anti-HBs, anti-HAV (summar). 



 

EKQ 



 

Döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

10

Bundan başqa, məqsədyönlü şəkildə yerinə yetirilməlidir:  



 

Şəkərli diabet və arterial hipertenziyalı pasiyentlərdə 



retinopatiyanı aşkar etmək məqsədilə göz dibinin müayinəsi.  

 



Genetik qan xəstəliklərinin (talassemiya, hemofiliya, Q-6-FDH 

aktivliyinin defisiti) müəyyən edilməsi. 

 

Zərurət yaranarsa, digər genetik (Vilson-Konovalov xəstəliyi və 



s.) və autoimmun xəstəliklərin istisna olunması. 

 



Opiat, kokain və amfetaminlərin aşkara çıxarılması üçün sidiyin 

toksikoloji tədqiqi. 




Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin