C virus hepatitinin müalicəsi üzrə klinik protokol


XÜSUSİ HALLARIN MÜALİCƏSİ



Yüklə 233,31 Kb.
səhifə21/41
tarix28.12.2021
ölçüsü233,31 Kb.
#11435
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
XÜSUSİ HALLARIN MÜALİCƏSİ 

Qaraciyərin minimal histoloji dəyişikliyi olan pasiyentlər 

 



Minimal histoloji  dəyişiklik müşahidə olunan (F 0-1,  A 0-1 

METAVIR) pasiyentlərdə qaraciyər xəstəliyinin  əhəmiyyətli 

dərəcədə inkişaf etməsi riski yüksək deyil. Proqnoz və müalicə 

variantlarının  ətraflı müzakirəsindən sonra həkim və pasiyent 

müalicəsiz müşahidə taktikasını seçə bilərlər. Belə olan təqdirdə

fibroz və histoloji aktivlik səviyyəsini hər il müəyyən etmək 

lazımdır (qeyri-invaziv metodlarla). Əgər fibroz və histoloji 

aktivliyin səviyyəsinin qiymətləndirilməsi biopsiya məlumatları 

əsasında aparılırsa, onda bu prosedur 3-5 ildə 1 dəfədən çox 

olmamaq  şərtilə yerinə yetirilməlidir. Qaraciyər xəstəliyinin 

proqressivləşməsi müşahidə edilərsə, VƏT-nin başlanması 

tövsiyə olunur.  

 

Əgər VƏT-nin xüsusiyyətləri və yanaşı  təsirləri barədə dolğun 



informasiya verildikdən sonra, fibrozun və  xəstəlik aktivliyinin 

minimal olmasına baxmayaraq pasiyent müalicəyə  təkid 

göstərərsə, virus əleyhinə terapiya aparıla  bilər.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 21

 



Qaraciyər zədələnməsinin ağırlığından asılı olmayaraq, hepatitin 

qaraciyərdən kənar təzahürləri olan pasiyentlər üçün virus 

əleyhinə terapiyanın aparılmasının mümkünlüyü mütləq nəzərdən 

keçirilməlidir. 

 

HVC-nin 2-ci və 3-cü genotipi olan pasiyentlərdə DVC-yə nail 



olmanın yüksək ehtimalı, hətta minimal histoloji dəyişiklik olan 

hallarda VƏT aparılmasını məqsədəuyğun edir. 

 


Yüklə 233,31 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin