2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Daha nə, hə...Malakan ruslarının tatar, ermənilərin
türk, gürcülərin tatrebi, ləzgilərin moğol dedikləri Cücəkənd
türkləri demiş, alma qızın bir, deyəndə qanı kərənə sıçradı,
Boşşalı türkləri demiş, bir it bir cılğını sürüyəmiyəjəkmi,
Göyçə
türkləri
demiş,
dəlikli
muncuq
yerdə
qalmadı...Ürgencək (yəni Yırqançak) türkləri demiş eninnən
alıb uzununa verdim... Qapını açıb çıxdım ki, kəndin yengə
dediyi arvad da anamın yanında gözləyirlər. Ağzımın bir
qırağıyla gülüb sakitcə içərini göstərdim:
-Hazırdı...!
Anamın səsinə, yalan olmasın, kəndin yanmayan
işıqları da təzədən yandı, nə bilim, deyəsən tüfəng-zad da
atıldı ki, pah, alma qızı dişlədilər...Dayı, bunnan da bir çal-
çağır başladı, Qaqauz türkləri demiş, it otu, bağa yarpağı,
Avşar türkləri (yəni Abşeron) demiş, belinə çöpdən dirək,
Siyan türkləri söyləmiş didələmçəngə, Qazax-Gədəbəy
türkləri demiş, evində ölmə, oğul-uşağın qorxar... At
minənə bax, dağdan enənə bax, nənəm demiş, dəliyim
atdı, çöp batdı, nə isə, dayı qarazurna elə çığırırdı, camaat
kişili-arvadlı az qalırdı soyunsunlar...
Üç gün-üç gecə alma qıznan kef elədim, indi sənə
göndərəcəyim bu məktub əlimdədi, özüm də erməni qızı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Süsənlə bir yerdə qatarda yol gedirik. Niyə gedirik
bilirsən, amma hara gedirik, bilmirsən, hara getdiyimi
demiyəcəm,
qayıdacam,
qayıtmayacam,
onu
da
demiyəcəm. Sadəcə, sağ ol, deyirəm, mənim yazıçı olmaq
istəyən, amma özünün özündən xəbəri olmayan sayqılı,
sadəlövh dayım. Məktubu da dayanacaqların birindən
yola salacam ki, yerimi-yurdumu bilən olmasın. Bəlkə də
hərlənib-fırlaıb sənin bir vaxtlar danışdığın Moskva ətra-
fındakı Fryazino şəhərinə də getdik çıxdıq...
Sağlıqla qal!
Sən də evlənməmisən, amma mən bir gecədə ikisini
aldım, gör neynirsən!
Səni çox istəyən, Teymur Alp Ər İstəri xaqan
Qarabudaq Şumersoy.
O vaxtdan beş il keçib...bu beş ildə xəbər-ətər
tuta bilmədim, arada belə bir teleqram aldı m,
vəssalam: “...dayı , heç bilmirəm eşidib nə
deyəcəksən, erməni qı zı nnan bir oğlum oldu, adı nı
da Teymur qoyduq. İ ndi bilirəm fikirləşəcəksən ki, bu,
Teymur deyilən, təzə kişi, ermənimi olacaq, türkmü?
Dayı , vallah bu qəliz məsələdi, onun özü böyüyər,
bilər, mən bilmərəm?”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Teleqramda başqa bir şey yoxdu, ünvan da
yazı lmayı b. Onu bilirəm ki, elə o ərəfələrdə alma
qı zdan da bir oğlu olub, onun da adı nı Teymur
qoyublar, amma özünün bunnan xəbəri varmı -
yoxmu, bəlli deyil?!
Nə isə o vaxtdan beş-altı il keçdi, bu beş-altı
ildə bağ evini tikdirməklə maşğul oldum...
“-...Teymurun cənazəsini gətirirlər, Urusetdən...”
bacı m qı zı nı n sı zı ltı lı səsi də yaddaşı mda
göynəyə-göynəyə kəndə gedirəm. Elə bilirəm bütün
günahlar mənim boynumdadı , başı mı qaldı rmaq
istəmirəm... Bir azdan axsaq Gevorqun kabab-
xanası nı n yanı ndan keçəcəyik... Adicə, günün
döyüb rəngini dəyişdirdiyi yüngül bir yol maşı nı dı ,
gedənlərin heç biri bir-birini tanı mı r, hiss olunur ki,
tanı maq da istəmirlər, ona görə də hərə bir tərəfə
baxı r...Sürücü belə deyil amma, hər şeylə maraq-
lanandı , bayaqdan yerində qurcalanı r, bilmir aranı
nece açsı n, yerli yersiz hərəyə bir söz deyir, heç kəs
dinmir. Kök adamdı , uşaq kimi küsüb incidiyi üz-
gözündən bilinir... Bu arada mənə elə gəlir ki, hamı
yasa gedir. Özümə sı xı lı b gözlərimi yumuram...
“...dayı, sən mənə şeir yazıb göndərmisən, yuxarısına
da yazmısan, qoşma...heç bilmirəm, şeir nədi, qoşma
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
nədi...indiki zamanda şeir yazmaq pişik qovlamaq kimi bir
şeydi, dayı, yəni heç nə deyil, mən yaza bilmədim...Nə isə,
sənə elə gəlməsin ki, mən sənin dediklərini başa
düşmürəm, ya da başa düşmək istəmirəm; sadəcə, mən
sənin istədiyin kimi ola bilmərəm. Rus məktəbində
oxuduğum üçün də deyil. Pullu Alının oğlu da mənimlə
oxuyur, mənim kimi deyil amma, əsl müsəlmandı... gündə
erməniylə, rusla millət üstündə dava salır. Bilirəm ki, sən,
millət, millət, deyə-deyə insanları incidənsən. Axı, insanlar
yazıqdı, nə ömrü var ki, nə ömür yaşayır ki, onu da
babasına oxşasın, ah mənim keçmişim, deyə-deyə Qız
qalasına baxıb ağlasın... Babaya oxşamaq gerilikdi, dayı.
Elə sənə oxşamaq da gerilikdi... görürsənmi, artıq
Avropada nəinki baba, heç əmi- dayı da qalmayıb...”
Bu onun orta məktəbdə oxuyanda yazdığı məktubla-
rındandı. Bioloq Teymurla oxuyub məətəl qalmışdıq. Hələ
onda Teymur zarafata salıb dedi:
-Uşağın bu yazısınnan sonra əlinə qələm almasan
yaxşıdı...
...mən onda düşündüklərimi bioloq Teymura
deməsəm
də
tamam
ayrı
şeyi
fikirləşdim...
fikirləşdiklərimi də cib dəftərçəmə yazdım.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
“...doğrudu, insan böyüdükcə məktəb keçməlidi,
amma insan doğulanda həm də öz məktəbiylə birgə
doğulur; bu ana məktəbidi, nəsl-nəcabət, qan yaddaşı
məktəbidi...qanla,
südlə,
sümüklə
gələndi...
Siz,
bacıoglanları, bizim sevimli gələcəyimiz, necə gəldi,
böyüyün, hansı rəngi istəyirsiz seçin, özünüzü boyayın, o
rəngə bələnin, kim bəzəklidi ona oxşamağa çalışın. Olsun!
Bəs bilmirsinizmi, bütün bunlar, seçdiyinz bu rənglər sizi
azdırmaq üçündü ki, öz yolunuzu tapa bilməyəsiniz...”
Çox yəqin ki, bütün bunları hamı bilməlidi; mənsə o
vaxt kəndə getmişdim ki, bacımı başa salım, bu
fikirləşdiklərimi bacıma deyim, amma bacım bunları
anlamaq halındaydımı?!
Dağın ətəyindən çıxanda kənd göründü. Kəndi
görməyimə hazır deyiləm, yəni nə sevinməyə hazıram, nə
kədərlənməyə... Bunu bir anlığa anladım, darıxdığımdan
bilmədim neynəyim, başımı pəncərədən çıxardıb
boylandım...Kənd uzaqdan-uzağa önümə sərilmiş xalça
kimidi, yamaclarda əkin-səpin işi görən təkəm-seyrək
kənd adamları şəkillərə oxşayır, çəpərlər uzaqdan sərhəd
məftillərini xatırladır...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Əslində hər şey qaydasındaymış; sadəcə mən
özümün bu neçə ildən sonra üzə çıxmağıma, birdən-birə
görünməyimə hazır deyiləm... on ildə bir kəndə gəlib bu
cür görünməyim nə bacı üçün başa düşüləndi, nə el-
obayçün...Gələndə də özümü göstərməkçün gəlmişəm...
Bunu hiss edib narahatlıqla sürücüyə baxdım, o birilər
düşüblər, elə ikimizik. Sürücü yol boyu məni danışdıra
bilmədiyi üçün indi də pərt haldadı, mən bunu onun
üzünə baxan kimi anladım...
Sürücü incikliyini gizləmədən:
-Nolub, eey, qardaş?! İkiyüz kilometr yol gəldik, səni
dindirə bilmədim...Nolub?! -dedi, niyəsə birdən-birə
sürəti artırdı, dönüb təzədən mənə baxdı, mənim üzümdə
nə gördüsə, maşını yavaşıtdı... Evlərin arasından,
çəpərlərin,
bağların,
bostanların
dərinliklərindən,
gicitikanlıqlardan ağlaşma səsi gəldi. Sürücü maşını
saxlayıb quruyub qaldı... -Yasa gedirsiz?
Başımı tərpədib:
-Hə, -dedim...
-Bağışla məni, müəllim...sən allah bağışla!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sürücü belə deyib maşını ağlaşma səsi gələn tərəfə
döndərdi. Sürücünün gözləri dolmuşdu. “Kaş ki, mən də
ağlaya biləydim...” fikirləşdim, “...yas yerinin yaxşılığı
ağlamaqdı...”
Bacım düşüncəmdə bayaqdan üzü-gözü qan içində
üstümə yüyürürdü...
Özümü nece aparacağım haqda heç düşünmək lazım
deyil, kənddə məni sevmirlər, amma ağlaya bilsəydim,
bəs olardı, “...o boyda camaatın,- qızın-gəlinin arasında
nece ağlayasan...” Bioloq Teymurun sözüdü, atası öləndə
getmişdik, anası boynuna sarılıb ağlayırdı...
-Mən belə yerlərdə ağlaya bilmirəm. - Bioloq Teymur
dedi, qayıdanda...
-Sən elə bil gülürdün,-dedim,-anan ağlayanda üzün
gülümsəyirdi...
-Əslində bu da əsəb pozğunluğundandı, indi çoxu
belədi, sən də eləsən, xəbərin yoxdu özünnən, mən də
eləyəm, vəziyyət ciddiləşdikcə gülmək istəyirik. Fryazino
şəhərinə səfərimiz yadındadı? Qız yanına getmişdik...
Fryazino şəhərini xatırlayıb gülürdük...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ağlaşma səsinə xəyaldan ayrıldım.
Ağlaşma səsi birdən-birə gücləndi; bu da yəqin ki,
maşından düşəndə adamların üzünün bizə sarı
çevrilməyindəndi, deyə fikirləşdim. Doğrudan da
ağlayanlar elə bil bir anlığa başını sudan çıxartdı; kişilərin
hamısı
sıralanıb
ağacların
dibində
başı
aşağı
dayanmışdılar. Arada bir hardansa mollanın səsi gəlirdi:
-Fati-hə...!
Bu qanlı ağlaşmanın içindən bir kəlmə sözün nece
asanlıqla keçdiyinə mat-məətəl qaldım, -Fatihə...!
Kişi məclisi açıq havadaydı, ağacların altında. Burdan
ora adamların üz-gözündə yasın ağırlığı o qədər də
bilinmədi... Süfrənin başında mollaya yaxın oturmuş
sarışın, şümal adam məni göstərib nəsə dedi; mən bunu
gözümün
ucuyla
gördüm,
amma
tanıya
bimədim...Saqqallı olduğum indi yadıma düşdü. O adam
da yəqinki elə saqqalımı göstərirdi...
Bir dəfə də bacım məktubunda yazmışdı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Qabağında ölüm, kənddə söz-söhbət gəzir ki,
qardaşın cuhud saqqalı qoyub, erməni də yox eyy, cuhud!
Kəndə gəlsən o saqqalla gəlmə
Amma Teymurun orta məktəb illərindən əli üzündə
qalmışdı ki, nə vaxt üzünün tükləri çıxacaq, o da dayısının
saqqalı kimi saqqal qoyacaq...
-Bu rəhmətlik əslində çox yaxşı oğlan idi,-Mollanın
yanındakı sarışın, şumal adam Teymurun xalçanın
üstündəki şəkilni göstərdi. - Onu odu eey, cuhud saqqal
dayısı korradı...
Bununla da bütün nəzərlər mənə çevrildi...Məni
görəndən sonra Mollanın da səsi dəyişmişdi, bu dəfə
hirslə:
-Fatihə! -dedi.
Dayanıb əlimi surəyə açdım... Yan-yörəmdən
pıçıltılar gəlirdi.
-Yanıyla də ağlayan gətirib.
-Gör indi heç özünün gözünnən yaş çıxacaqmı!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sürücünü indi gördüm, yanımda əlini açıb ağlaya-
ağlaya ovuclarının içinə baxırdı... Uşağa oxşayan totuq
yanaqlarıyla göz yaşları süzülürdü.
“Dayı, fatihə, nə deməkdi?...” Bacımgillə qonşu
kəndə yasa getmişdik. Teymur da yanımızdaydı, yuxarı
siniflərdə oxuduğu vaxtlardı. Molla, -Fatihə, deyəndə,
ayaqlarının ucuna qalxıb pıçıltıyla soruşdu:
- Nə deməkdi, fatihə? Bizim dildədi?
-Yox,-dedim, - indi yeri deyil, sonra başa salaram.
İri gövdəli mollaydı, məclisin yuxarı başında
əyləşmişdi, əzələli, enli çiyinlərinin üstündə boynu sağa-
sola dönmürdü, səsi o qədər gur idi ki, uzun müddət
dediyi sözlər ordan-burdan əks-səda verib təzədən
üstümüzə qayıdırdı.
-Fatihə...! -Həmin gur səsiylə də surəni oxumağa
başladı.
-Dayı, sən bilirsən o nə deyir?
-Susss! -Qolundan yapışıb bərk-bərk sıxdım...
-Ağlayan dostuna qurban olum, ay qardaş!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bacımın səsinə özümə gəldim. Sürücü daha da
bərkdən ağlayırdı.
...Teymurun şəklini həyətin yuxarı başında xalçanın
üstündən asıblar. Baxan kimi şəkili tanıdım. Axsaq
Gevorqun
kababxanasına
gedən
yolda
çəkdiyim
şəkildi...Dayanıb əl eləyir... Həə, Süsən aşağıda,
kababxananın qabağındaydı, ona əl eləyirdi.
Bacım tabutun baş tərəfində dayanıb, üzündə cırmaq
yerləri var, amma qan rəngində deyil, qanı quruyub,
gendən-genə qaralır. Bəlkə gözümə belə görünür. Dil
deyib ağlayanlar var, bir-birilərini ağlada-ağlada ağı
deyirlər; yas dərinləşib. Amma bacım sakitdi; “Qışqırıb-
qışqırıb üz-gözünü cırıb susub...” -deyə fikirləşirəm.
Yerişimi-duruşumu hiss eləmirəm, artıq. Kimsə
adamların arasından deyir:
-Yadındadı, kəndə şortiqdə gəlmişdi?
-Həə,
kənd
dəhşət
utanmışdı.
Yaxşı
yadımdadı...dalı açıq, köpəyoğlu!
Molla elə bil bunu anlayır, bərkdən, yenə:
-Fati-həə...! -deyir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Heç kəsə fikir vermədən başı aşağı gəlib tabutun
ayağı
səmtində
durdum...Cənazə
qızın-gəlinin
arasındaydı...
“...Əgər yasda mollanın nə dediyi anlaşılmırsa, yasa
gələnlər mollanın nə dediyini bilmirlərsə günahdı, ölüyə
də günahdı, diriyə də.”
Yenə qonşu kənddən yasdan qayıtdığımız günü
xatırlayıram...Teymur əl çəkmir.
-Hə, deyin görək, molla bizim öz dilimizdə niyə
danışmır? Hə, dayı, biri yersiz yerə rusca danışanda az
qalırsan dünyanı dağıdasan, indi de görək, sənin yasın
niyə ərəbcə gedir?!
Teymurun cavabını düz-əməlli verə bilmirdik...
Mən maşını sürürəm, Teymur yanımda oturub, atası,
anası arxadadı.
Atası qabaq oturacağa sarı dartındı:
-Bax, bu gün içməmişəm, anan da bilir, dilimə araq
dəyməyib... -Əlini qaldırıb özü öz ağzını göstərdi,
barmaqları xeyli qanı qaçmış dodaqlarının üstündə qaldı.
–Bu, içməmiş ağzımla deyirəm, evimizdə Quran kitabı da
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
var, babamnan qalandı, götür, oxu, öyrən. Özün də öz
cavabını tap...Rus məktəbində oxuduğuna görə Quranı
oxumalısan, Quranı oxumaq sənə mütləq lazımdı...mən
oxumasam da olar...
-Dayın gəlib, qalx, oğlum...! Qa-aalx, toyuna gəlib,
dayın!
Mən bacımın səsinə xəyaldan ayrılıb başımı
qaldırdım... Bacım Teymurun şəklini sinəsinə sıxıb ağır,
xırıltılı, ulartıya oxşar səslə deyirdi:
-Toyunu çaldırammadıq, toyunda oynayammadıq...-
Cənazənin sağında- solunda dayanmış hələ də qızlıq
taxımını itirməmiş qara geyimli gəlinləri göstərdi.-Bəs,
bunları atıb hara gedirsən?! Biri burda, biri orda... düz
əməlli toylarını görmədik, gəlin, yaslarını oynayaq! -Başını
açıb saçlarını didə-didə özünün də anlamadığı avaz
üstündə yerindəcə çırpınmağa başladı... Mən bunu
əslində can verməyə, ölməyə bənzətdim, bacım bu cür
çırpınıb-çırpınıb can verə bilərdi. Ona tərəf getdim,
yaxınlaşıb boynuna sarıldım, bacımın üzündəki cırmaq
yerləri təzədən qanayırdı. Gəlinlər də gəlib yanımızda
dayandılar... Həə, biri Susanna, axsaq Gevorqun qızı, biri
də Alma qız; özünün dediyi kimi elə bil bir qırmızı yanaq
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
almanı güllü şala büküb oturtmusan gərdək dalında. Mən
bir-bir onları da qucaqladım... Sonra uşaqları da gətirdilər;
bir-birindən seçilməyən beş-altı yaşlarında iki oğlan
uşağıydı, çöküb onlarla üz-üzə durdum... Kimsə qulağıma
sarı əyilib yavaşcadan dedi:
-İkisinin də adı Teymurdu. İkisinə də öz adını
qoyublar.
Molla yaxınlaşıb əlindəki Quran kitabını cənazəyə
sarı tutdu:
-Vaxtdı... -dedi.
Həə, vaxtdı... doğrudan da VAXT deyilən anlayışda
Teymur yoxdu artıq, Teymur vaxtdan çıxdı, ya da, Teymur
Vaxtdan qaldı, deyək... Amma nə şəkildə olur-olsun
həmişəki kimi VAXTın özü var, yalnız Teymurun
yaşamayacağı VAXT, ən gerçəyi budu. Həm də bir yaşda,
bir adda olan oğlanlarının yaşayacağı vaxt...
İstədim tabutun bir tərəfindən də mən qaldıram,
aman vermədilər, kimdisə adamların arasından dilləndi:
-Bu qurumsagı yaxın qoyma, tabuta əlini də
vurmasın...!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sarışın, şumal adam məni itələyib araya keçdi, yan-
yörədən
yaxınlaşdılar.
cənazəyə
yaxınlaşa
bilmədim...Topalaşıb götürüb getdilər. Bir neçəsi çevrilib
mənə baxdı, qulağım eşidə-eşidə:
-Bəlkə döyək.
-Alçağın saqqalına bax...!
Yanlarındakı yaşlı kişi:
-Dəli olmayın, -dedi, -ayıbdı, kəndi biabır eləməyin...
Teymurun bir-birindən seçilməyən oğlanları qabaqda
mollanın yanındadılar, çaşqınlıq içində hardan səs gəlir
ora baxırlar.
-Əə, bunun ermənidən olanı hansıdı? -Bu sözü
deyəndən sonra elə bil mollanın tikanını çıxartdılar, bir
anın içində dincəlib rahatlaşdığı üz-gözündən bilindi. -Hıı,
biləniniz varmı?!
Adamların arasından kimsə:
-Bilmək olmur, -dedi. -Bir-birindən seçilmirlər,
ekizdilər elə bil.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sarışın, şumal adamın marağında başqa şey yoxdu,
fikrindəki cənazənin ardınca əllərini qaldırıb için-için
ağlayan axsaq Gevorqun qızı Süsəndi, Süsənin boynunu
qucaqlayıb hönkürən Alma qızdı, bir də özünə yer
tapmayıb cənazənin yanında vurnuxan Mənəm. Gözüm
gözünə sataşan kimi elə bil söyüşünü eşidirəm... “oğraş,
qurumsaq”...bilirəm məni söyür...
Sarışın, şumal adam yenə də dodağının altında söyə-
söyə tələsik Mollaya yaxınlaşdı, uşaqları göstərib:
-Mən ermənidən olanı tanıyıram, -dedi, -paltarından
tanıyıram, odu, bax, seçilir, Maskva paltarı... Eey, tı, idi
syuda...
-İşin olmasın, dayısı baxır!-Molla belə deyib gənc
mollanın qolundan tutub çəkdi, camaatın önünə çıxdılar. -
Daha geriyə baxma, Molla ki, qanrılıb geri baxdı, o kəndin
ölüsü çox olar... -Əyilib gənc mollanın qulağına dedi.
Yanındakı bığsız-saqqalsız gənc molla bu sözdən
sonra özünü saxlaya bilməyəcəyini, indicə dönüb, geri
baxacağının qorxusundan tərləyib suya döndü... -
...Teym-uur!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bacımın səsidi, heç öz səsinə oxşamır, üstümüzdən
keçib kəndə yayılır.
-Teyy-muur...!
Uşaqların ikisi də birdən qanrılıb baxır. Kənddə nə
qədər Teymur var, ayaq saxlayırlar. Sürücü də yanımda
dayanıb geri dönür. Mən sakitcə soruşuram:
-Sənin də adın Teymurdu?
-Hə,-deyir, sürücü...
Molla zəndlə uşaqlara baxır, cənazədə gedən
atalarını xatırlayırdı: “...kafır oğlu, rayonnan kəndə
mənimçün gəlirdi, elə bil. Elə bil rus məktəbi dərsini
mənnən keçirdi. Kəndə gələn kimi yapışırdı yaxamnan...
Şəkk eləyir, Allaha...Allah budu bax, belə aldı canını,
inanarsan indi...” Yasdan sonra gənc mollaya deyəcək bu
sözləri. Hələlik dinməz-söyləməz camaatın önündə
qəbrstanlığa gedirlər. “...bir qırıq uşaq, gör, düz üzümə
qarşı nə deyirdi...Molla əmi, deyir, Allahın dili yoxdu ki,
ərəbcə danışsın, Allah duyğudu, duyğu, anlayış olduğuna
görə də bütün canlılar onu anlaya bilir. Ərəbçə danışsaydı
onu ərəbdən başqa kim başa düşərdi... Allah bütün
dinlərdən ucada olduğu kimi, bütün dillərdən də
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |