2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bilirdilər ki, harda daha güclü olarıq, bizim gücümüz har-
da daha da çoxdur. Onlar bizim gücümüzü almaq üçün bir
başa varlığımıza bağlı olan Novruz bayramını sıradan
çıxartmaq, daha doğrusu, bununla da bizim özümüzü
sıradan çıxartmaq istəyirdilər.
Hər halda biz öz doğma dilimizdə İlin-Ayın axır (son)
bayramı, qısaca olaraq İl-Ay bayramı dediyimiz Novruz
bayramını ürəklərimizdə, evimizdə-köşəmizdə gizlədə-
gizlədə də olsa yaşatdıq. Çox Şükür! Eli var olsun! Xalqı
çox yaşasın! Beləliklə...
Su çərşənbəsi...
Su çərşənbəsində deyərlər: “su damar gətirdi”, “su
haqdan gəlir”. İslam dinini qəbul edəndən sonra onu da
dedi ki, bu günün suyu “zəmzəm suyudu”. İnamını
dəyişmədi, ifadəsini dəyişdi. İlin-Ayın sonu olduğunu
bilirdi... Bütün zamanlarda Son, daha doğrusu,
qurtaracaqlar özündə həm də başlanğıcları yaşadır. Xalq
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bilirdi ki, hər şeyin yenidən doğulan, -başlanğıc çağıdır:
“Su ilkdi, -dedi - hər şeyi suya çəkin”. Hər şey suya, -
başlanğıca çəkildi, yuyulub yaxandı. Qocalar, yaşlılar
dirçəlib canlandılar, soyuq suya girə bilməsələr də “çilək
altdan” keçdilər, yəni üstlərinə başlarına su çilədilər.
Qundaqda olanların qundağına su çiləndi. Hansı qundaq
çilək altda gülümsədisə: “ Suyun əli dəydi uşağa, su uşağa
toxundu” dedilər, sevindilər, güldülər. Qapı-bacalar
süpürülüb sulandı. Bacalar təmizləndi, pəncərələr silindi.
El diliylə desək: “Evlərin içi eşiyə töküldü”. “Olanlar
olmalıdır yenə, amma olanların-qalanların ağırlığını-
yağırlığını yuyun”, dedilər. Belə də deyim var: “Suyu
çıxacaqdan qoy (axıt), odu girəcəkdən (qala)”. Yəni, pis
niyyətlə yurda ayaq basan olursa Od yusun, pis niyyətlə
çıxan varsa su yusun...
Yalnız su çərşənbəsində işlənən belə bir deyim də
var: “Suyun bu gün qapısı açıqdı, məni yu, deməsən də
yuyacaq”.
Yadımdadı, nənəm deyərdi ki, sudan izin almasan su
səni yumaz. Deyərdi, su duaların getdiyi yerə axır. De, ey
su, məni yu. Su səni yuyub ruhuna damacaq, təmizlik,
sərinlik, sağlamlıq gətirəcək. Hər şeyin doğrudan da
yenidən doğulduğunu bilirdilər, dedilər,: “Su açıqdı, sən
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
də açıq ol, qapanıb basaratını bağlama.” (“Basarat”
sözü burda qapı-yurd-ərazi mənasındadır. Gəncəbasar,
Basarkeçər yer adları da bu mənada yaranıb). İl də
yenidən doğulur, başlanğıcda pis söz danışma, könülə
dəymə, “göz namərddi, əl comərd”, əlini boş saxlama,
həmişə bir işin qulpundan yapış, çünki əl boş olanda
küyə gedər, ayaq boş olanda iyə gedər. Bil ki, hər şeyin,
daha doğrusu, hərəkətdə olan hər nə varsa hamısının
başlanğıcı, yəni ilk addımı, ikinci addımı, ortası və sonu
var...”
Demək istədiyim odur ki, elə bu gündən,- İlin- Ayın
son günündən sabahını sahmana sal, nə eləyəcəyini bil,
birinci addımı atmamış ikincini düşün. Bunu özün daha
yaxşı demisən: “Çay gəlməmiş çırmanma”, “Son sözünü
üzə demə”... Bil ki, Yeni ilin gəlməsi hər şeyin
yeniləşməsi, yenidən qurulması, yalanın, yanlışın, səhvin
doğrulması deməkdir. Biz də səhvmizi doğruldaq, bilək və
düşünək ki, yerini səhv salsaq da keçirtdiyimiz bu bayram
çərşənbələri yalnız çalıb-oynamaq üçün yox, həm də
düşünmək üçündür: işlədiyimiz günahları səmimi qəlbdən
anlayıb heç olmasa özümüz özümüzlə üz-üzə durub etiraf
etməyi bacaraq ki, il boyu dinc, rahat yaşaya bilək. Belə
olmasaydı bu bayramımız, indi baş-ayaq da olsa
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
keçirtdiyimiz, hətta bəzi tele-kanalarımızda ələ salıb,
düşmənin belə etmədiyi tərzdə sataşdığımız bu çərşənbə
axşamları istilalara, qadağalara, yasaqlara dözüb minil-
liklərlə içimizdə-çölümüzdə yaşamazdı. Hər şeydən öncə
ona görədir ki, İlin-Ayın son gecəsində baş verən bu
böyük Doğuş-Yaranış bayramı daha çox elmi əsaslara
söykənən, yaşadığımız fəsillərin-mövsümlərin gəlib
getməyi kimi, gecənin –gündüzün açılmağı kimi var olan,
öz dəqiqliyi, düzəni-sahmanıyla yaşayan, yerindən
tərpənmədiyi üçün minillik ərəb əlyazmalarının “topal
bayram” dediyi bir təbii proses, Varlığın bir doğal
gedişatıdır.
İl-Ay gecələrinin, yəni ilin-ayın son çərşənbələrinin,-
bütövlükdə Novruz bayramının dərk edilən elmi
əsaslarıyla yanaşı anlaşılmaz, sirrli, daha çox yuxulara
yaxın məqamları, anları da çoxdur. Dediyim kimi
yarandığı gündən dini -siyasi istilalara, qadağalara,
yasaqlara baxmadan bu bayramı qeyd edən Xalq bu
məqamları, sirrləri dərindən anlamasa da bilir; nağıla,
yuxuya bənzəsə də bilir ki, bu ərəfədə hərəkətdə-ya-
şamaqda olan hər şeydə talelərimiz haqda qeydə rast
gəlmək mümkündür; bilir ki, “qapı pusmağa” gələn də
ona görə o qapıya gəlir ki, o qapıda onun haqqında söz
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
var, hər an rastına çıxa bilər. “Tanrı rastına çıxartsın”
ifadəsi demək istədiyim fikri daha yaxşı anladır. Inanır ki,
“su çərşənbəsi”ndə axar sular damar gətirir, yəni daha da
canlanır, duaların olduğu yerə can atır. Bir qab su bəlkə
də başına yığışıb qaba üzük atan, iynə atan qızların
duyğularına çevrilir. Bəlkə də...bu hər halda bizlik deyil,
müasir dünya elminin də əlinin çatmadığı yerdi. Amma
gerçəklərlə doludu. Minlərlə insandan soruş, doğru
olduğunu söyləyəcək...
***
Kəndimiz irili-xırdalı dağ çaylarının arasında “dəvə
beli” iki dağın üstündə yerləşirdi. Bütün qeydlərimdə o
kənddə gördüklərimə, yaşadıqlarıma əsaslanıram...Su
çərşənbəsində “o başdan”, yəni dan sökülməmişdən
demək olar ki, böyüklü- kiçikli hamını su üstündə görmək
olardı. Hamı alaqaranlıqda çığırışa-çığırışa yuyunub
yaxanmaqda olardı. Hər bayram ərəfəsində çay yanı, yəni
suya yaxın torpaqda “Dəlmə keçid” deyilən keçid
düzəldərdilər, hər ev həyətinə gedən yolun girəcəyində öz
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
od-tonqalını
qalayardı,
suda
yuyunub,
ağırlanıb-
uğurlananlar: “Sudan keçdim, ağırlandım-uğurlandım,
anam torpaq, sənnən də keçirəm, sən də ağırlığımı-
yağırlığımı al, ağırla-uğurla məni!” deyib həmin “dəlmə
keçid”dən, deşmədən keçərdilər, keçib də hərə öz
tonqalına tərəf qaçardı, tonqalın üstündən atdanıb özünü
oda verərdi. Istər qar olsun, istər yağış olsun, mənim
təmsil olunduğum nəsil ilin-ayın son (axır) bayramını belə
keçirən görmüşük, belə keçirmişik...
Bir çox elm adamları fikrini, - su çərşənbəsindən
sonra od çərşənbəsinin gəldiyini sübut etmək üçün ustad
aşıq Ələsgərin məşhur şeirindən misal çəkir: “abı, atəş,
xaki, bad”... Gəlin, ustad Ələsgəri, özü demiş, “qannı
tutmayaq”, bədahətən deyilən şeirin düzəni-sahmanı
bunu tələb edib. Hecanın, bölgünün, vəznin pozulmaması
üçün belə lazım olub. Özü də farsca, heç nəyə də
əsaslanmadan deyilib... Belə olmasaydı, dava-dalaş salan
adamlara, ailələrə deyilən “biriniz od olanda, biriniz su
olun” kimi ifadələr yaranmazdı.
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yeddi-səkkiz yaşımız vardı. İlin-Ayın son çərşənbə
gecəsində bizim evə yığışdıq, analarımız bizə “duzlu
kömbə” yedirtdi. Kömbənin, dedilər, duzunu öz əllərinizlə
tökün. Biz nə qədər un vardısa o qədər də duz tökdük,
analarımız demiş, kömbə oldu duzbora. Yəni hədən artıq
duzlu. Biz gözlərimiz yaşara-yaşara duzlu kömbəni
axıracan yeyib yatdıq...Su istəsəydik də içə bilməzdik.
Otaqdan su yığışdırılmışdı...Suyu yalnız yuxuda görə
bilərdik. Mən doğrudan da suyu yuxuda gördüm.
Həyətimizdə iri söyüd ağacları vardı, ağacların arasından
bulaq qaynayırdı. Gördüm, bir qız həmin bulaqdan su
doldurub mənə sarı gəldi. Suyu öz bulağımızdan doldursa
da niyəsə uzaqdan gəlməyə başladı. Mən gözləyirdim,
bilirdim ki , mənə su gətirəcək, gətirdi, suyu mənə uzadıb
gülümsədi. Şəvə kimi qara saçları, yoğun, tək hörüyü
vardı, arxaya atmışdı, gümüşü rəngdə saç bağıyla da
bağlamışdı. Gözümü açanda başımın üstündə anamı
gördüm:-Su içdinmi yuxuda? -hə, -dedim, - Bir qız qarşı
dağdan enib mənə su gətirdi.
Özüm də dikəlib pəncərədən qonşu kəndin yoluna
baxdım. Anam gülüb: -Boy, - dedi, - uzaqdan
evlənəcəksən.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Elə də oldu, iyirmi ildən sonra Bakı Dövlət
Universitetinə snədlərimi verəndə qızı tanıdım, növbəyə
durmuşduq, yuxuda gördüyüm gümüşü rəngdə saç bağı
da hörüyündə, iyirmi ildən sonra öz növbəsini yox, məni
gözləyirdi...
***
Orta məktəbi qonşu kənddə bitirmişik, o vaxtlar
məktəbin yataqxanası olmadığı üçün məktəbin özü bizə
kənd evlərindən otaq kirələmişdi. Biz ağır daşlardan
“ştanq” düzəltmişdik, elə torpaq döşəməli evin içində vaxt
tapan kimi daş qaldırırdıq... Hansı çərşənbə axşamıydısa
ev yiyəsi dedi: -Bala, daşı evdə saxlamayın, ağırlıqdı,il
boyu ağırlığınnan çıxa bilmərik, üstümüzdə qalar, atın
bayıra...
Daşı bayıra daşıdıq, qaranlıq çökmüşdü. Qızlar,
qadınlar qulaq falına çıxıblarmış. Mən qucağımda qara
daş qapını açdım, qapımızı pusmağa gəımiş qonşu qızla
üz-üzə çıxdım... Aradan əlli il keçib o gözəl yaraşıqlı qızın
daşa dönmüş üzünü hələ də unuda bilmirəm. Ağlaya-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ağlaya dediyi sözlər də qulaqlarımdan getmir:-Bəxtimə
gəlmişdim, üzümə daş çıxdı...
***
Ola bilsin, çox şeylər təsadüflərə bağlıdır, çox ola
bilər, amma xalq yaratdıqlarını yaşadır, yaşadıqlarını da
təsadüfi hesab etmir...Bu məqamları, sirrləri yaşamağa
can atması da ona görədi. Xalqın bu sirrlər haqda
düşündüklərini bir-iki kəlməylə belə ifadə edə bilərəm:
“bizlik olmayan yerin elmi...”
***
Torpaq çərşənbəsi...
Həmişə suyla bir yerdədir, heç kəs torpağı sudan ayrı
bilməz. Təsəvvürə belə gələn deyil. Təsəvvürdə, yaddaşda
yəni, ancaq bir şey var; sudan torpağa çıxmaq, torpağa,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yəni yaşamağa...Sudan Oda çıxış yoxdu, ola da bilməz.
Sudan Oda gedən yol məhvə, yox olmağa aparar. Suyla
torpaq bir yerdə bətn kimidir, ana bətni kimi...Var olan
hər şey bir-birinə bağlıdır, hər şey, əgər hərəkətdədirsə,
öz yerini,-nədən sonra nəyin gəldiyini bilir. Bununla da
Yaranışın əbədi hərəkəti alınır. Bax, od indi gəlir, yalnız
indi bu əbədi hərəkətə qatılır: ilıq-ilıq, gülümsəyə-
gülümsəyə suyla torpağı-ana bətnini isitməyə, cücərt-
məyə gəlir...Bu cücərmə, yəni yerin, el diliylə desək, cü-
cük çağı əslində suyla torpağın qovuşduğu vaxta deyilir.
Bu vaxt ana bətnində olduğu kimi, torpağa düşən toxum
zamanı gələndə suyla torpağın tərkibindəki istiliklə-odla
mayalanır, cücərir və Günəşi içir... “Günəşi içənlərin
şərqisi...” Mənim düşüncəmə görə insanların bu bayramla
bağlı bildikləri də dediyim həmin əbədi hərəkətin, - bu
əbədi düzənin içindədir. Xalq bu əbədi düzənin içində
olduğuna görə də bildiklərini hardan bildiyini anlamır,
anlamaq da lazım olmur, təbiətə qarışıb yaşayır. Ona görə
də təbiətin qanunauyğunluğu kimi insanlarımızın da
bildikləri belə dəqiqdi, gözlə görünə biləcək, əllə
toxunulacaq qədər gerçəkdir. Gecəylə Gündüzün bərabər
olmağından böyük gerçəklik təsəvvür eləmək mümkün-
dürmü?! Əgər bu Xalq bu böyük həqiqəti bilibsə və
bildiklərini xırdalıqlarınacan qoruyub yadında saxlayıbsa,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bununla
da
əhatəsində
olduğu
xalqlardan
öz
möhtəşəmliyiylə seçilib (bəlkə də qorxudub decək düz
olar) bayramını keçirirsə elmi tədqiqatlar,-araşdırmalar
adına alimlik edib ona mane olmağımız nəyə lazım?! İndi
qalxıb hərə bir söz deyir; biri deyir, dörd ünsürlə bağlı
çərşənbələr olmayıb. Ola bilsin, elə bölgəmiz var ki, bu
adətləri çoxdan unudub...Amma bütün hallarda Xalq
elliklə suyun ilk və sayalı-sınaqlı olduğunu bilib; torpağı,
odu, havanı da eləcə. Bu dörd ünsürün üstündə
inanclarını yaşadıb, özü demiş: oğrun-doğrun bayramını
keçirdib.
Dediyim kimi torpaq çərşənbəsində əsas olan
“Deşmə keçid”dir. Torpağın elə vaxtıdır ki, el diliylə desək
elə bil “dincə qoyulub”, indi gərnəşəcək, yəni torpağın
suya açılan vaxtıdı, suyu içib üzünü Oda çevirəcək, isinib
nəfəsini dərəcək...Bu ara həm də səməninin cücüyə
qoyulması
çağıdı.
Ən
çox
da
“Deyin
səmənisi”...Yeniyetmə (ərlik) qızlar bu vaxtlar bəxtlərinə
səməni göyərdirlər.
Bu cür deyin səmənisi cücərdənlər əllərində də
səməni “deşmə keçid”dən bu alxışlarla keçirlər: “Anam
torpaq ağırla-uğurla məni, suçumu-günahımı al,
ağırlığımı-yağırlığımı götür, dilək səmənisi böyütdüm,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bax, bağrıma basmışam, səməni kimi oğul böyüdüm, qız
böyüdüm. Anam torpaq, ayağım üstündə, əlim
ətəyindədi. Yeməyimi verdin, diləyimi də ver!
Böyük bacılarımın, böyük bibilərimin yeniyetmə
çağlarında
hərənin
öz
səmənisi
olardı;
deyin
səmənisi...Deyin-niyyət eləyib səməni böyüdərdilər. Üç-
dörd yaşım olardı, az-çox yadımdadı, dili dualı, alxışlı
“Deşmə keçid”dən keçərdilər. Sonrakı nəsillərdə artıq
bunları görmədim, beş-on ilin içində çox şey dəyişmişdi;
“Deşmə keçid”i də su yuyub aparmışdı. Kolxoz işindən
başı ayılan yox idi ki, yeni “deşmə” açsınlar. Amma
evimizin yanından axan çay öz əbədi yürüşüylə hələ də
axıb getməyindəydi; İlin Ayın son gecələrində bizi yenə
ağırlayır-uğurlayır,
vaxtını
keçirdib
solub-saralmış
səməniləri axıdıb aparırdı...
1970-ci illərin əvvəllərində “Bulaq” radio verilişinə
gələn məktubların arasında “Deşmə keçid” haqda bir
məktub vardı. Elə həmin vaxtlarda da işləyib verilişdə
səsləndirdim. Amma bu keçidin Novruz bayramıyla heç
bir əlaqəsi, bağlılığı yox idi...Keçid bir təpə ətəyində
qazılır, əyrim-üyrüm yollarla gedib təpənin başqa bir
yanından çıxır; bu keçidə el arasında “yenidən doğulma”
keçidi də deyilirmiş...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
El arasında bağışlanmaz suçu olanlar, günah
işləyənlər; namusa toxunanlar, yurd satanlar, yurd
batıranlar, kasıbdan, sahibsiz qadından oğurluq eləyənlər
“eldən dışarı” edilərdi, yəni bu cür adamaları elliklə
genəşiyə yığışıb verdikləri qərarla kənddən qovardılar.
Indi də tez-tez işlədilən belə bir ifadə var: “filankəs eldən
dışqarı adamdı”. “Kəndə qoyulası adam deyil” Eldən
getməyi istəməyənlər, bağışlanmağını istəyənlər o şərtlə
bağışlanardı ki, “Deşmə keçid”dən keçsin, yəni yenidən
doğulsun. “Deşmə keçid”dən keçənlər adını keçiddə
qoyub çıxırdı, çoxunun paltarları da keçiddə qalırdı. Ona
görə də çıxacaqda bürüncəklə gözləyirdilər ki, onu çağa
kimi doğuzdursunlar, qundaq kimi də bələyib büksünlər...
Əllərindən tutub dartıb çıxardırdılar, sonra da: -Ay
camaat, -deyirdilər, -Əli (adlar təxminidir) yenidən
doğuldu, indi adı Lətifdi, Əli kimi yaşayammadı, indən
belə Lətif kimi yaşayacaq...
Yaddaşımıza qayıtsaq belə maraqlı etnoqrafik qay-
naqlardan yəqin ki, çox tapa bilərik. Yuxarıda dedim ki,
ola bilsin, bu adətin Novruz bayramıyla sıx bağlılığı
yoxdur, amma torpağın ciddi səhvlər etmiş insanı yenidən
doğmağı, yenidən həyata gətirməyi mənasında məncə bu
günün özündə də çox xarakterikdir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Od çərşənbəsi...
İlin-Ayın son çərşənbələrində Su, Torpaq kimi Od da
adi od kimi, yəni yalnız qaladığımız ocaq kimi, əlimizi
yandıran, yaxan istilik kimi xatırlanmır, sayalı, müqəddəs,
duyğularla anılır. Böyük alimimiz mərhum prof.
Məmmədhüseyn Təhmasibin dediyi kimi Xalq odu
atəşpərəstlikdən, zərdüşdlükdən də öncələrdə qoruduğu,
sirlərini, alxışlarını ifadə etdiyi, ən əsası dualarını tapındığı
vasitə kimi yaşadır... İl-Ay bayramında Od daha çox
təmizlik vasitəsi kimi lazım olur. Bayram tonqalını həyətin
girəcəyində qalayır ki, həyətə keçən özüylə ağırlıq gətir-
məsin, pis niyətsiz, ağırlıqsız-yağırlıqsız keçsin. Xalqın özü
məsəl çəkir: “Od yuduğunu su yumaz” Ona görə də deyir,
heç olmasa ildə bir kərə özünü təmizlə, canını oddan
keçirt, atıl tonqalın üstündən... “Qara yerdən üstünə
qonan görünməzlər var, oda ver, yandır”. Doğrudan da
oddan sonra adam özündə yüngüllük hiss edir. Ola bilsin
ki, sudan çıxdıqlarına görə də bayram tonqalının alovu
hamıya rahatlıq, dinclik gətirir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |