2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Torağayın toyu var
Bap-balaca boyu var...
***
İnsan yaddaşı tarixlərə yaxılan ləkələri, əyriliyi,
yalanları çox zaman yadında saxlamır, atır üstündən. Ona
görə bir də deməyi lazım bilirəm ki, əsil Tarix həm də içə-
insanın daxili aləminə yazılanlardır...Yaddaşımıza sığınaq,
bilək ki, bütün bu arayıb axtardıqlarımız düşmən əli
yetməyən içimizdə yaşayan tarixi abidələrimizdir.
İndi
bir
millət
olaraq
zamanında
səsimi
çıxartmadığım üçün özümü səsi batmış kimi hiss eləsəm
də, anlayanların olacağına inanıb yazıram. Bədiilikdən
qaçmaq...düşünürəm ki, bu gün bər-bəzəyin yeri deyil,
yazdıqlarımı,- yazılanları, ümumiyyətlə, gördüyüm bir çox
“üzdən iraq” üzləri, yalançı tarixçiləri, “boğazını otaran”
mətbuat
aləmini,
tele-şoulardakı
“burcutmaları”,
istedadsız, səviyyəsiz aparıcıların görüntülərini unudub
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yazmaq. Nə qədər ki, yaddaşımızdan silinib getməyib
qələmə almaq!...
***
Belə deyirlər ki, Ağrıdağ böyüyən, bitən dağdı, ildə
bir kərə, daha doğrusu, İl Ay gecəsində, - bizim indi
Novruz bayramı dediyimiz ilin-ayın hər son gecəsində,
yəni, gecəylə gündüzün bərabər olduğu gecədə boy atır,
böyüyr, bu vaxt ağrı çəkir, gərnəşir, içi, -el diliylə desək,
sümükləri səs eləyir. Ona görə də deyirlər ki, həmin İl-Ay
gecəsində Ağrı dağının üstündə nə qədər canlı var,
diksininb yerlərini dəyişirlər. Elə ağrı çəkdiyinə görə də
Ağrıdağ adlanıb.
Dədələr deyər ki, hansı dağın kökü var, böyüyür. Dağ
bir yana, köklü qayalar, daşlar da var ki, daş olsa da kökü
olduğuna görə boy atır, bir insan ömrü bunu hiss etməsə,
görə bilməsə də kökü olan hər şey böyüyür, dəyişir. Kökü
olmayanlarsa aşınıb-daşınıb kiçilər, balacalaşar.
Köksüz qayalara “düşmə” deyərlər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Belə söyləyirlər ki, Ağrıdağın üstündə göl yeri varmış,
hər ağrı çəkəndə bu göl yeri südlə dolarmış. Göylərin
hansı qatındansa qanadlı atlar bura süd içməyə
gələrlərmiş. Bu atların dörd gözləri, iki qanadları varmış.
İki
göz
göyə
baxmaqçün,
iki
göz
yerə
baxmaqçünmüş...Günlərin birində insanlar bundan xəbər
tutur, süd gölündə tələ qururlar, qanadlı atları tələyə salıb
tuturlar. İnsanları görən kimi atların qanadları quruyub
çəkilir, gözlərinin ikisi,-göyə baxanlar soğulub gedir...
Göyü görə bilmədikləri üçün də hardan gəldiklərini
unudurlar... (“Koroğlu” dastanında Alı kişi də Qıratla
Düratı belə böyüdürdü. Orda da insanın nəzərlərinə-
baxışlrına görə atlar qanadlarını itirdi. Baxmayaraq
göydən gəlməmişdi, sudan çıxmışdılar...)
***
Atalar ona görə deyiblər ki, qalan şey yoxdur, hər şey
dəyişir, böyüməli olanlar böyüyür, kiçilməli olanlarsa
kiçilir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Xalq da belədir, xalqın da köklüsü, köksüzü olur.
Köksüz, əsilsiz-nəsilsiz xalq yaradıcı deyil, bu mənada heç
nəyi olmaz; nə şəhəri olar, nə qalası, nə musiqisi, nə
özünə məxsus adət-ənənəsi. Heç nəyi olmadığına görə də
başqa xalqların yaratdıqlarına əl uzadır, oğurluq edir;
musiqisindən götürür, geyimindən, yeməyindən, adət-
ənənəsindən götürür. Baxmayaraq, millət kimi özünü
göstərməkçin yalan-doğru, yazıb yaratdıqları da var.Əl
uzadıb başqa xalqlardan götürdüklərinə də: -Bu mənəm,
bütün bunlar mənimdi...! -deyə bilir.
Təəssüf ki, bu cür oğurluqları çox görmüşük, indinin
özündə də tez-tez baışmıza gəlməkdədir.
Əsilli-nəcabətli, köklü Xalq yaradıcı xalqdır, yaratdıq-
larıyla ətrafına güclü təsir edər, ab-hava yaratmağı
bacarar, özünün olan heç nəyi başının üstə qaldırıb, -
Mənəm, -demək ağlına belə gəlməz...Yaşayıb- yaratmaqla
məşğul olar.
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Belə deyirlər ki, vaxtın-zamanın ilk çağlarında Günəş
Güngözəl adında qızıl saçlı bir gözəlmiş, ulduzlar da
başında qırx incəbel qız bəxtəfərlik içində yaşayırmış. Dan
söküləndə darana-darana dənizlərdən çıxarmış, doğudan
batıya dünyanı seyr eləyərmiş, sonra da bir dağın bir
yamacında düşərgə salıb əylənərmiş.
Günlərin birində bir çobana rast gəldi, Çoban
çiynyndə kəpənəyi(yapıncı) tütək çalmaqdydı,heç başını
da qaldırıb Güngözələ fikir vermədi, tütəkdə sevgisini
axtarırıdı:
Saçın uzun hörməzlər, Sarı gəlin,
Gülü sulu dərməzlər...
Səni mənə verməzlər, Sarı gəlin...
Güngözəl başının dəstəsi qırx incəbelə dedi:
-İndi çobanın yapıncısını soyunduracam, baxın...
Qırx incəbel yeri-yerdən gülümsədilər...Güngözəl üz-
gözünün dumanını silib cilvələndi, yanaqları alışıb yandı,
ala-seyrək buludlar vardı, qarşısından çəkildi, Güngözəlin
baxışlarından od saçıldı. Çoban yapıncısını çıxardıb yan-
yörəsinə baxdı. Sonra başını qaldırdı, gördü Gün qızıl saçlı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bir gözəldi. Min könüldən bir könülə Güngözələ aşiq
oldu... Güngözəl də Çobana vurulmuşdu, bunu qırx incəbel
də bilirdi, artıq. Vaxt idi, Güngözəl qızıl tellərini yığıb
qəmlənə-qəmlənə dağların ardına,-ayrılığa endi... Dan
söküləndə Güngözəl yenə darana-darana, tellənə-tellənə
dənizlərdən çıxdı, qırx incəbel də ardınca...Yenə dünyanı
seyr
eləyəndən
sonra
gəlib
dağın
ətəyində
əyləndilər...Amma Güngözəl fikirliydi, ona görə də yerüzü
qayğılı, hava qaş-qabaqlı, buludluydu. Çobanınsa nə
gecəsi gecəydi, nə gündüzü gündüz. Buludların arasından
sevdiyi Güngözəli arayırdı.
Qırx incəbel Güngözəlin könlünü açmaq üçün
dövrəsində halay tutub oxuyurdular.
Bulud gəldi aşdı-daşdı,
Çəmən çayıra dolaşdı.
Bir igid el çobanı
Güngözəli aldı qaçdı...
Güngözəlim gəl çıx,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Səmənd ata kəmənd at,
Səmənd ata min çıx!
Elə buna bənd imiş, göyün üzü açıldı, buludlar qoşun-
qoşun dərələr boyu sürünüb gözdən itdi. Güngözəl qızıl
hörüklərini sallayıb Çobanın yanına endi. Çobanla qol-
boyun olmuşdular. Çəmən-çayır, gül-çiçək sevinc içində
ətir saçırdı. Qırx incəbel qızsa yenə mahnısını oxuyurdu:
Səmənd ata kəmənd atdım,
Səmənd ata min çıx...
Güngözəl gəl, çıx!
Qaraxan adında zalım bir xan vardı, o da başının
adamlarıyla ova çıxmışdı. Gördü, Çoban sürünü başına
buraxıb gözəl bir qızla kef-damaqdadı. Qız da elə gözəldi,
dillə deyiləsi deyil. Qaraxan hirsləndi, adamlarına dedi:
-Gedin, Çobanı qandallayın, qızı da gətirin gəlin!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Xanın atlıları hücum etdilər. Çoban işi belə görüb
qamçısını çəkdi, qamçı ildırım oldu, çaxdı, Xanı da
admlarını da yandırıb külə döndərdi.
Belə deyirlər ki, o vaxtdan Güngözəllə Çoban bir-
birini tapa bilmədi. Çobanın özü Ay oldu, qamçısı ildırım.
Qırx incəbel də dağılışdı, çəkilib hərəsi bir ulduza döndü...
Beləcə, onlar yedi içdi, dörə ( yuxarı başa, hörmətli,
sayılan yerə) keçdi, bir bu nağıl qaldı, bir də qırx incəbelin
oxuduğu bu mahnı...
Səmənd ata kəmənd at,
Səmənd ata min çıx,
Gün gözəlim gəl çıx...
Yel Babası, Çən Qarısı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Uşaq vaxtı, ən çox gözlədiyimiz, nənələrimizin-baba-
larımızın söylədikləriylə varlığını yaxından duyduğumuz
Yel Babasıydı, bir də Çən Qarısı...Tərbiyəmizdə iştirak
etmiş baş qəhrəmanlar da deyə bilərik...
“Yel babası yelnən gələr, Çən qarısı çənnən gələr”
çənli-çiskinli havalarda nənəm nəvə nəticələrini başına
yığıb nağılına beləcə başlayardı...
“Çən qarısı həmişə çənə bürünüb gəlir,onun
bürüncəyi çəndi, gəlir, bacamızdan baxır, buxarı başında
əlini qızdıra-qızdıra sizi axtarır, deyir, görüm balacalar
necədi, hardadılar, neynirlər? Sözə baxırlarmı, xalı
toxuyurlarmı, dərs oxuyurlarmı? Bilirlərmi ki, quşa daş
atmazlar, yola daş atmazlar. Quşun qanadına dəyər,
yolun adamına dəyər...Çən qarısının ətəyi yayda sərin
olur, qışda ilıq. Kim sözə baxır, kim dərs oxuyur, ətəyini
onun üstünə salır ki, tez böyüsyn. Sözə baxmayanları, dərs
oxumayanları, xalı toxumayanları, yola daş atanları, quşa
daş atanları, çox yatanları ətəyinə büküb aparır, ilin bu
başından o başına yumaq yumaqladar, kələf açdırar...
Yel babası da sözə baxanları, dərs oxuyanları yel
atına mindirib yarıdar- yarsıdar, sözə baxmayanlara
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
püşkək təmizlədər, çör-çöp yığdırar...Bunların belə
mahnısı da vardı, oxuyardıq:
Yel babası yelnən gəl,
Aynan gəl, ilnən gəl,
Xıdır Nəbiyə qovud,
Sənə yelapardı bişirdim
Çiçəklə-güllə gəl.
Çən qarısı çən qara
Mən ağ olum, sən qara.
Püşkəyi sel apara,
Çör-çöpü yel apara.
Yumağın suya düşəsi,
Kələfin ucu itəsi,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ətəyində gül butası...
***
Atalar deyib: “elmin başı səbrdi”...
***
Bir daha düşünək...Yaradıcı xalq hər şeydən əvvəl
keçmişinə, -yaşamış olduğu ömür-günə, bir sözlə,
tarixlərə yaratdıqlarıyla bağlıdır. Özü bilməsə də bu
yaratdıqları həm də onun tarixidir... Yaddaşında
kodlaşdırılmış tarix. Yer üzünə məktubu da deyə bilərik.
Tarixi yaradan da dediyimiz kimi elə kökü olan
xalqlardır. Xalq təbiyətə, -varlığa, yaranışa olan
münasibətlərinin dərinə işləməyiylə yaşayır. Gətirdiyim
bu yaşı bilinməz yaddaş nümunələri də onun tanınması
üçündür...Köksüz xalqlar, dediyim kimi yaradıcı deyillər,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
düzdür işləyib çalışırlar, sabahlar üçün yox, daha çox bu
günlə yaşayıb ömür-gün keçirərlər, bununla belə özlərinin
yaratdıqları yox dərəcəsindədir...
Bu cür xalqlara da kökü olmayan qayalar, daşlar kimi
“düşmə” demək olar; “düşmə xalq...”. Belə xalqlar başqa
xalqların yaratdıqlarını mənimsəməyə çalışarlar, bu öz
yolundan sapmaqdır, başqasının olan yol da yalana,
oğurluqlara,-yuxarıda dediyim kimi “tarix oğurluğuna”
aparıb çıxardır...
Qarğa məndə qoz var...
Bir qarğa göydə uçurdu. Göy üzünün də azad, dinc
çağıydı. Qarğa şimala doğru uçurdu. Yerdə,-lap
aşağılarda bir qoz ağacı vardı, qarğanı görüb dırnağının
ucuna qalxdı, dikəldi ki, özünü göstərsin, desin ki, “ qarğa
mən də qoz var”, amma qarğa görmədi, qoz ağacının
çevizləri bir-birinə dəyib səs elədi. Qarğa yenə
görmədi...Cevizi insanlar gördü, biri dəstədən ayrılıb sağ
əlini Lenin kimi qarşıya uzatdı, qoz ağacının başı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
üstündən gələcəyə baxdı: -Yoldaşlar -dedi, -gəlin, yığışaq,
qoz ağacı əkək! Elə eliyək ki, yel əsəndə qoz tökülsün!
Dəstə, -Urraaa, -deyb çığırışdı...
Qoz ağacı hələ də ümid içindəydi ki, qarğa eşidib
qayıdacaq. Yerdən baxanda alaca-qaraca, göydən
baxanda bab-balaca, dünyanı qoz boyda eləyib dişinə
vurmuş, gözləri dəmgilli, əmgəyi kəkilli, adam şəkilli, birli,
ikili, qoca qarğaydı. Qoz ağacı yarpaqlarını yelləyə-yelləyə
yenə çağırdı:
-Qarğa, qarğa, məndə qoz var!
Aşağıda adamlar dəstə-dəstə qoz ağacı əkirdilər.
Qarğa onları gördü, ağaca tərəf bir “çırt” atdı:
-Qozun başına dəysin!-dedi.
Deyirlər,elə o vaxtdan o yerlərdə güllə atılan kimi
başdan papaq düşür, yel əsən kimi ağacdan qoz...
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Xalq, yaratdıqlarıyla həm də Vaxtı ifadə edir, Xalq
həm də vaxt deməkdir. Vaxt ancaq Xalqda saxlana bilər,
Vaxta ancaq xalqın yaddaşında, düşüncəsində rast gəlmək
olar... Ona görə də xalqın yaddaşıyla vaxtı bərpa etmək
mümkündür..
Vaxtı duyub anlamaq həm də Xalqın millətə çevril-
məyinin,
millət
olaraq
inkişaf
etməyinin
əsas
şərtlərindəndir. Ona görə də deyə bilərik ki, xalq hələ
millət deyil.
Millət olmaq xalqın inkişaf etmiş duru yerindən
başlayır. Bunu başqa cür anlamaq düzgün olmazdı. Ağıllı,
sağlam xalqdan ağıllı, sağlam da millət yaranır. Əksinə ola
bilərmi? Yəni, sağlam xalqdan xəstə millət törəyə bilərmi?
Məncə bu, xalqın yaşam tərzindən, -həm aldığı, həm də
verdiyi tərbiyədən asılıdır.
Xalq, eyni soydan, eyni dildən gələn insanların
birliyindən yaranır. Bu adamların birliyi sağlamdırsa Xalq
sağlamdır, ağıllıdırsa ağıllıdır. Ona görə də “xalq obrazı”
deyilən anlayış var. Bir-birinə bənzəməyən cürbə-cür
insan xarakterləri olduğu kimi xalqlar da ayrı-ayrıdır, həm
də xaraktercə bir-birinə bənzəməz...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yüzilliklərlə bir hakimiyyət altda yaşayıb yaxşı tanıdı-
ğımız Rus xalqının obrazını bir anlıq təsəvvürümüzə
gətirək: sadəlövh, səmimi, ürəyi açıq, sağlam. Həm də
kinli, tərs, dediyindən dönməyən. Təsadüfi deyil ki,
aramızda belə bir atalar sözü də formalaşıb. “Rus kimi,
net, dedi, qurtardı”. Bu dediyimiz cizgilər rus xalq
obrazının təxmini cizgisidir.
Ancaq mənə belə gəlir ki, indi dünyanın aparıcı,
güclü millətləri sırasında əsaslı yer tutan rus milləti bir
başa Rus xalqından əmələ gəlmədi, ondan törəmədi, bir
az türk-tatarlardan, bir az alman, fransız millətindən,
ingilis milliyəsindən, yəhudilərdən götürdü, dikəldi, bu
səbəbdən də tarixin bir çox məqamlarında az qala özünü
də tanımadı... hətta xalqın zahirən də olsa dəyişməsi
haqda sərəncamlar, fərmanlar da verdi. Müəyyən
mənada xalqa təsir edib onu dəyişdirə də bildi...
1941-45 ci illərdə, yəni Böyük Vətən müharibəsi
illərində hələ rus xalqı çox dəyişməmişdi, xalq kimi var idi.
Başının üstə dayanmış rəhbərlər müxtəlif millətlərin
nümayəndələri olsa da onların əmriylə döyüşürdü, öz
sağlam inamıyla Vətəni müdafiyə edirdi və etdi də.
Əfqanıstan müharibəsində isə artıq Rus xalqı yox
dərəcəsindəydi, artıq heç nəyə, net, -demirdi, əfqanlarla
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
rus xalqı yox, birləşmiş Sovet xalqının birləşmiş milləti
müharibə
aparırdı.
Qarşı
tərəfdə
isə
xalq
dayanmışdı...Əfqan xalqı! Xalq qalib gəldi.
Qarabağ müharibəsində isə nə millət iştirak edirdi,
nə xalq. Bizim doğma, milli müharıbəmiz baş tutmamışdı.
Cəbhədə ölənlərimiz, ölümə gedən igidlərimiz olsa da
rəhbərlik qaraguruhun, yuxarıda dediyim xalq-millət
obrazına dəxli olmayanların əlində qalmışdı... Çaşqınlıq
içində rəhbərini gözləyirdi. Hərc-mərclik idi.
Ona görə də düşmən əlinə keçməsin deyə Ata öncə
qızını, qadınını öldürürdü, sonra özünü... Onun öz doğma
müharibəsi alınsaydı qələbəyəcən gözünü qırpmadan
gedəcəkdi. Bundan əmin olun!... Düşmən əlinə keçməsin
deyə özünü qayalardan atan xanım qızlarımız, xatun
analarımız və Ata dediyim bu obraz bizim Xalqın
obrazıdır. Yüzilliklərlə, minilliklərlə yaşayıb yaratmağımız
da bu “ataların” üzünədir. Bu cür yüzlərlə fakt var, xalqı
da belə tarixi faktlar yaşadır, tərbiyə edir, ayağa qaldırır,
Millət kimi boyunu göstərir.
Tərs nallı atlılar...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Belə deyirlər ki, Şəmkir çayından sağ əldə Qalakənd
dağının başında əzəmətli bir qala var, el arasında Koroğlu
qalası da deyirlər. İçindəki at axuru minillərdi, necədirsə
eləcə də qalıb. Qışda, yazda bol suyu, gizlin yolu olan su
quyusu var...
Dağın ətəyində kərpic kürsüsü yerləşir, qalanın
kərpici də bu kürədə bişirilib...Deyilənlərə görə Qara Şah
adında bir hökmdar varmış, günlərin birində qalanı
almağa qalxır. Qalanın tək bir yolu varmış, Qaladan xeyli
aralı bu yolun bir hissəsini küllüyərlərmiş, gözətçilər tez-
tez yoxlayarlarmış, küllənmiş yerdə ayaq izi görən kimi
göyərçinlə xəbər edərlərmiş...
Qara Şah gəlir, atlılarıyla küllükdən keçib gedirlər,
gözətçilər ayaq izlərini görüb xəbər göndərirlər. Qala
yolunun Qaya arası deyilən yerində Qara Şahın ordusu
tələyə düşür, ölən ölür, qaçan qaçır, Şah da canını bir
təhər qurtarır, bir kəndin bir qırağında bir qarıya qonaq
olur. Axşam çağıymış, qarı bacadan baxır, görür ki, inəyi
örüşdən gəldi, amma yanında buzovu yoxdu. Qarı elə
uzaqdan-uzağa deyir:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |