Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə41/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Çayın  suyu  qorxudan  damar-damar  olmuşdu,  hava 



qabarcıqları  bir-birinin  ardınca  səs  eləyə-eləyə  çatdayıb 

açılırdı. 

Şeytanın balası üzə çıxıb anasına baxdı: 

-Kimsə xəbər verir. Yerimi sənə göstərən var. 

Şeytanın anası güldü: 

-Yerlə  Göyün  arası  bir  bizik.  Tanrıdan  başqa  bizi 

görən olmaz. 

Tanrının  adını eşidən kimi şeytanın balası dik atıldı, 

başı  buludlara  dəydi.  ağ-ağ,  topa-topa  buludlardı, 

çaxnaşma  düşdü,  qapqara  qaralıb  iki  ayrıldı,  ildırım 

çaxdı... 

-Bulud da suymuş,-dedi, şeytanın balası. 

Şeytanın anası onu izləyirdi: 

-Hə, sudu, -dedi, -su bizi götürmür... 

Elə yağış başladı ki, yerlə göy bir oldu. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Bu da Tanrının işidi, -dedi, şeytanın balası. - Mənim 



yerimi  də  sənə  O  göstərir.  Ona  de,  bizim  oyunumuza 

qarışmasın. 

Tanrı doğrudan da hər şeyi görürdü... 

Aralıda çiçəkli bir yamac vardı, şeytanın anası yağışı, 

seli  o  yamaca  göndərmişdi.  Amma  mələklər  qanadlarını 

gərmişdi  yamacın  üstünə,  çiçəkləri  qoruyurdu.  Hər  şey 

nizam-düzən  altındaydı,  hər  şeyin  üzərində  Yaradanın 

nəzəri vardı. 

Tanrı  yuxarıdan  aşağı  baxıb  gülümsədi.  Yer  üzü 

köynək-köynək  işıqlandı.  Yağış  damcıları  Tanrının 

gülümsəməyindən nura qərq oldu. Çayın da elə bil suyuna 

sığal  çəkdilər.  Çöl-çəmən  yenidən  öz  əbədi  mahnısını 

oxumağa başladı. 

Şeytan balasına: 

-Bir  də  gizlən,  -dedi.  -Elə  yer  tap,  heç  Tanrının  da 

xəbəri olmasın. 

Şeytanın  balası  hər  yeri  ələk-vələk  elədi,  Aladağdan 

Qaradağa  qarış-qarış  gəzdi,  gizlənməyə  yer  tapmadı.  Hər 

yer Tanrının ovcunun içindəydi... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Şeytanın  balası  bir  dağın  yamacında  oturub  özü  öz 



quyruğuyla  oynayırdı.  Elə  bu  vaxt  qarşı  yamacda  Adam 

Ata  göründü.  Əlində  əsası,  çiynində  xurcunu,  çayın 

addamacından  keçirdi.  Şeytanın  balası  ora  baxdı,  bura 

baxdı, “hopp” eləyib Adam Atanın ürəyinə girdi... 

“Tıp-tıp, tıp-tıp...” 

Şeytanın  anası  balasını  arayırdı,  gördü  tapa  bilmir 

adıyla çağırmağa başladı: 

-Vasvası, Vasvası... 

Vasvası  heç  yanda  yox  idi.  Anası  onu  axtarmaqdan 

yorulub əldən düşmüşdü. Yamacda Adam Atanı gördü, nə 

fikirləşdisə yenə balasını çağırdı. 

-Vasvası, Vasvası... 

Vasvasının səsi Adam Atanın içindən gəldi: 

-Burdyam, tıp-tıp, burdyam...! 

Şeytanın  anası  çox  sevindi,  çünki  balasının  yeri 

istiydi,  Tanrının  da  baş  açmadığı  bir  yer  tapıb  gizlənə 

bilmişdi...  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


 

 

   



 

XI hekayət... 

Yağış uşaqlar 

 

(1970-ci 



illərin 

ortalarında 

“Azərbaycanfilm” 

kinostudiyasında  işimlə  bağlı  silsilə    nağıl-filmlər  yazdım. 

Mövzuları  yenə  də  xalq  düşüncəsindən  götürmüşdüm. 

Bilirəm,indinin  özündə  də  ölkəmizdə  olan,  olmayan 

kinostudiyalar,-kinostudiyaların  nəinki  rəhbərliyi  hətta 

yaradıcı adamları belə bu yazdıqlarımı görəcək səviyyədə 

deyillər. Amma əminəm ki, vaxt gələr, görərlər. Ona görə 

də işləyib həmin Vaxt-Zaman üçün hazırladım... 

   


 

 

  

Göy  üzünə  topa  bulud  gəldi.  Aşağılarda  dərələr 

ağızlarını  açıb  nəfəs  dərirdi.  Bir  yandan  da  külək 

əsməkdəydi. Buna görə də bulud özünə yer tapa bilmirdi; 

dartına-dartına,  əyilə-əyilə  özünü  güclə  saxlayırdı.  Yerə 

baxdı... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Elə  bil  topa  buludu  sıxdılar,  suyu  damcıladı...Torpaq 



aşağılarda  arxası  üstə  səvərmişdi,  damcıları  görüb 

gərnəşdi,  kökləri  şaqqıldadı.  Dovşanlar,  tülkülər,  quşlar, 

böcəklər, - torpağın üstündə nə vardısa qaçışdılar... 

İldırım  çaxdı.  Bulud  neçə  yerindən  yarıldı.  Uca 

binaları az qala buluda dirənən şəhərin camaatı bir-birinə 

qarışa-qarışa ora-bura doluşdu... Yuxarıdan baxanda ardı-

arası  kəsilmədən  axışan  maşınlar  təsbeh  düzümünə 

bənzədi.  

Topa bulud yun kimi çırpıldı, içi-çölü açıldı, canından 

iri-iri  damcılar  düşdü.  Nağıl  danışanın  sözüylə  desək, 

buluddan  düşən  damcılar  yer  üzünə  çatanda  gördük  ki, 

damçı  deyil,  sudan  düzəldilmiş  dupduru,  apaydın, 

bapbalaca uşaqlardı... 

Balıqlar  suda,  ağaclar  meşədə,  çiçəklər  düzdə  yağış 

uşaqlarını  qarşılamağa  çıxmışdı.  Yağış  uşaqlar  çığırışa-

çığırışa tökülüşürdülər. Biri yarıyacan sudan qırağa çıxmış 

balığın  burnunun  ucuna  düşdü.  Balıq,  Yağış  uşaq  da 

burnunun  ucunda  suyun  altıyla  gedirdi.  Suyun  dibi  Yağış 

uşağın  gəlişiylə  işıqlanmışdı.  Yağış  uşaq  get-gedə  rəngini 

dəyişir, kəhrabaya dönüb işıq saçırdı. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Meşəyə  tökülən  Yağış  uşaqlar  şərqi  oxuya-oxuya 



ağacları,  yarpaqları,  talada  otlayan  kəhər  atı  yuyub, 

təmizləyirdilər... 

Çiçəklər  ləçəklərini  açmışdı,  Yağış  uşaqlar  iki  bir,  üç 

bir  çiçəklərin  qoynuna  düşdü.  Çiçəklər  həsrətlə  onları 

bağrına basdı, qucaqlaşdılar. 

Bayaq  buludu  görüb  gərnəşən  torpaq  gülümsəyirdi, 

hər  yan  işıq  içindəydi...Elə  bil  İl-Ay  bayramıydı,  canlı-

cansız nə vardısa oyun çıxardırdı. 

Dovşanlar  Yağış  uşaqlar  da  bellərində  o  yamacdan 

bu yamaca qaçırdılar. 

Kirpilər 

bir 


açıqlıqda 

başlarını 

içlərindən 

çıxartmışdılar,  yağış  uşaqlar  tikanlara  batmasınlar  deyə, 

çataçatda  yollarını  dəyişib  kirpilərin  başına  qonurdular. 

Hər kirpinin başına üzlərlə Yağış uşaq qonmuşdu. 

Bir yamacda Yağış uşaqlar canavarı çimizdirirdilər... 

Yağış uşaqlar şəhərə də yağırdı.  

Amma  şəhərin  havasından  keçəndə  Yağış  uşaqların 

rəngi qaraldı. Bir binanın üstündə Yağış uşaqlar bir-birinin 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

üz-gözünü  təmizləyirdi.  Sonra  binanı  təmizləməyə 



başladılar... 

Bir  ev  uşağı  əlini  pəncərədən  çıxartmışdı.  Ovcuna 

Yağış  uşaqlar  düşürdü.  Ev  uşağının  əlinin  içi  yarpaq  kimi 

təmiz, dinc idi. 

Bir əl hirslə uşağı çəkib pəncərəni bağladı. Uşağın ov-

cundakı  Yağış  uşaqlar  asfalta  dəyib  parçalandılar,  tez  də 

bir-birindən yapışıb səkinin dibiylə axdılar. 

Bayaq  təsbeh  dənələrinə  bənzəyən  maşın  qatarı 

yenə  bir-birinin  acığına,  bəhsinə  keçib  getməkdəydilər. 

Şərqilər  oxuya-oxuya  asfalt  yolu  yuyan  Yağış  uşaqlarsa 

təkərlərin altında qalıb çığırışa- çığırışa qırağa dağılışırdı... 

Uzun  saçları  kürəyini  bürümüş  qız  qarşıdakı  binaya 

tələsirdi.  Yağış  uşaqlar  qızın  saçlarına  çəmənliyə 

tökülürmüş kimi tökülürdü. 

Arxadan  biri  də  gəlirdi,  amma  çətir  tutduğuna  görə 

onun üzünü görmürdük. Çətirin üstə düşən yağış uşaqlar 

sürüşə-sürüşə çətirin qırağınacan gəlir, bir anlığa sallanıb 

baxırdılar: bığıburma bir kişidi... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yağış  kəsmişdi,  göy  üzü  yuylub  apaydın  olmuşdu. 



Şəhər  də  tərtəmiz  idi.  Yağış  uşaqlar  indi  yerdə-asfaltın 

üstəydilər;  hərəsi  arxasınca  çirk,  kir  bağlaması  sürüyə-

sürüyə səkilərin dibiylə gedirdilər. Binaların divarları boyu 

gecikən Yağış uşaqlar da yüklənib ağır-ağır enirdi. 

Yer asfalt olduğuna görə hara getdiklərini bilmirdilər. 

Amma  hardansa  su  səsi  eşidirdilər,  bilmirdilər  hardadı. 

Azala-azala getməkdəydilər. 

Səkilərin qıraqlarında ağaclar vardı, ağacları duyduq-

larından  bir-birinin  çiyininə  çıxıb  özlərini  ağaclara 

çatdırmaq  istəyirdilər.  Getdilər-getdilər,  bir  əl  yollarını 

kəsdi, dönüb başqa yerə axdılar.  

Aşağıda  asfalt  örtüklərin  ortasında  bir  parça  torpaq 

gördülər,  üstünün  çiçəkləri  ləçək  yelləyə-yelləyə  Yağış 

uşaqları çağırırdı... 

 

XII hekayət... 

Oğru öskürəyi. (Nağıl-film) 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

(El  arasında  “oğru  öskürəyi”  ifadəsi  var.  Sürü 

oğrunun  gəldiyini  hiss  edəndə  içini  vura-vura  çobana 

bildirir.  Buna  “oğru  öskürəyi”  deyirlər...Bir  də  canavar 

adətən  oğrunun  kölgəsinə  girib  sürüyə  girər,  istədiyini 

götürər.  Ay  arxadan  düşdüyü  üçün  oğrunun  kölgəsi 

özündən  çox-çox  qabaq  sürüyə  çatar.Canavarın  ovu 

oğrunun  kölgəsinə  girib  gizləndiyinə  görə  uğurlu  olar. 

Nağıl-filmimiz bu mövzuya həsr olunub) 

Yalquzaq  da  boz  idi,  təpəliklər  də,  ona  görə  də 

yalquzaq  yerdən-göydən  seçilmirdi.  Neçə  gündü  acdı, 

amma  hardansa,  nədənsə  ağzında  dad-tam  vardı,  ağzı 

dada  gəlmişdi.  Yaddaşına  tam  damcılayırdı...nəsə 

yeyəcəkdi. Beləcə, bozümtul qayaların arasında ruzusunu 

gözləyirdi.  

Neçə  gündü  dağ  dələn,  xırmanda  darı  seçən 

gözləriylə  dörd  yanı  seyr  eləyirdi  ki,  nə  ruzusudu  bu?  Bu 

ov hardan gəlməlidi, kim gətirməlidi?! 

Axşam  düşmüşdü.  Sürülər  arxaca  axışır,  çoban 

itlərinin  dözüm  daşıyan  səsləri  yaylaq  qaranlıqlarına 

təskinlik, toxdaqlıq vəd eləyirdi... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İnsanların  tamahı  ayaq  üstəydi,  hərəni  bir  yana 



dartırdı... Elə də oldu, gecə yarını ötəndən sonra hərə öz 

tamahının  dalınca  düşdü.  Əl  əldən  uzun  olmuşdu. 

Dünyanın  varı  tamaha  yüklənirdi.  Gün  çıxanacan  azın 

azından,  çoxun  çoxundan  götürməliydilər.  Bağ  oğrusu 

bağa, dağ oğrusu dağa getdi...   

Kökələr  yağlanmaqda,  karvanlar  saxlanmaqdaydı; 

var-dövləti  daşan,  cibləri  şişən  vardı,  halallar  aldan 

keçirdi,  haramlar  əldən.  Halalın  gözündən,  doğrunun 

üzündən uzaq, nə gedirdi bağdan gedirdi... 

Nə  isə,  bizim  nağılımız  Yalquzaqdandı...Görək  bu 

getha-  getdə  ruzusunu,  qismətini  gözləyən  Yalquzaq 

neynədi? 

Qorqud Dədə demiş, qaranqu düşmüş, qurdun bəxti 

oyanmışdı...  

Ay  doğdu,  gecənin  qoynuna  nur  çiləndi,  elə  bil.  Ay 

doğan  kimi  sürüyə  yaxınlaşan  oğrunun  kölgəsi  canavarın 

ystündən  aşıb  sürünün  ətəyinəcən  uzandı.  Canavarın 

ağzını dada gətirən tam, ruzu elə bu yoldaymış; oğrunun 

kölgəsiylə gedib sürüyə girdi. Onu da bilirdi ki, ən kök, ən 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yağlı  heyvan  sürüdən  qıraqda  yatar;  ən  qıraqda  yatanını 



tutub arxacdan  çıxartdı... 

Qayaların  arasında  ovunu  yeyirdi...Üstündən  bir 

kölgə  yenə  keçdi,  bayaqkı  oğruydu.  Bir  qoyunla  gözü 

doymamışdı, yenə gətirməyə gedirdi... 

   

 

 



 

XIII hekayət... 

Ceviz qurdunun balası. (Nağıl-film) 

 

Ceviz  qurdu  balasını  yalayıb  tüpürcəyinə  bükdü, 



sonra  da  qoz  ağacının  qabığının  altında  gizlətdi...Payız 

gəlmişdi  artıq,  meyvələr  yığılmış,  yarpaqlar  tökülmüşdü. 

Hər şey mənzilinə çatmış kimi görünürdü... 

Ceviz  qurdinin  balası  bələkdəydi,  ağacın  gövdəsi 

istiydi  bu  istiyə  uyumuşdu.  Yazacan  da  beləcə 

uyuyacaqdı... 

Qoz  ağacı  çox  böyükdü,  başı  bluddan,  ayağı 

dəryadan nəm çəkirdi. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Deidiyim  kimi  soyuqlar  düşdü.  Ceviz  qurdunun  özü 



torpağa qarışıb qış yuxusuna getdi, blası da ağacın qabığı 

altda... 

Ağacın  başında  ceviz  qurdlarının  yeyib  boşaltdıqları 

beş-altı  qoz  qabığı  qalmışdı,  külək  əsdikcə  boş-boşuna 

yellənirdi. 

Ötən yazdan qalan elə bunlardı. Elin-obanın nağılçısı 

da bunlara baxıb ona görə dedi: 

-Ee-yy,  gidi  dünya,  bir  çürük  qozcan  da 

deyilmişsən...! 

Amma  dünya,  daha  doğrusu,  Varlıq-Gedişat  özü 

özünü sağaldan, ağrılarını unudandı. 

Beləcə,  yaz  gəldi,  hər  şey  yenidən  doğulana  oxşadı. 

Torpaq  öz  cücərtiləriylə  yollara  çıxdı  yenə.  Bütün  qışı 

köklərinə  sığınan  qoz  ağacı  da  ayılıb  özünü  cana  gətirdi; 

tumurcuqları içindən-içindən çırtlayıb açıldı... 

Hər şey o biri illərdə olduğu kimi gözəldi... 

Ceviz qurdunun balası  hava  dəydikcə, daha doğrusu 

bələyi isindikcə böyüyürdü. Hava əslində Vaxt idi,-Tamah, 

bütün  gücü,  tutumuyla  qurdun  balasından  keçirdi.  Ona 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

görə də qurdun balası, bir anın içində böyüdü. Həə, qurdu 



böyüdən tamahdı, qurd tamaha böyüyürdü... 

Bələyini  yırtıb  çıxdı,  ağacın  başında  turş-məzə  dad 

vardı,  bu  dad  onun  içindən  canını  çəkib  çıxardırdı.  Ağac 

yarpaqlamışdı,  meyvəsi  yaşıl  örtük  içindəydi,  hələ 

süddüydü,  süd  qoxuyurdu,  sümüyünü  bərkitməmişdi. 

Qurd  bu  turşməzə  qoxuya  yeriyirdi,  çatıb  qozun  hələ 

bərkiməmiş, yaşıl gövdəsinə sancıldı... 

Günəş yarpaqların arasından süzülüb qurdun balasını 

işıqlandırırdı.  Hər  şey  dadlı,  doğma,  onunku  idi.  Beləcə, 

böyüyüb cana-qana gəldi, cevizlər də özünü tutub iriləndi, 

qorxunu  hiss  eləyəsi  oldu,  amma  gec  idi,  qurdun  balası 

qoz bərkiməmiş, hara cancılmışdı ordan içəri girdi... 

Bələkdən  təzəcə  çıxmışdı,  nə  görmüşdü  ki?  Arıq 

çəlimsiz  idi. Amma  bilirdi ki, hər şey onundu... Elə  girdiyi 

yerdən söküb yeməyə başladı...  

Qozun içi də dünyada olduğu kimiymiş. Arakəsmələri 

varmış, enişi-yoxuşu, batısı-doğusu, sağı-solu varmış... 

Çox  tez  kökəlib  enləndi.  Yenə  iştahla  yediyi  bir 

vaxtda  özünün  açdığı  deşikdən  bir  qurd  yenə  gəldi.  Çox 

vaxtında  qalxdı,  təzə  gələni  əzib  heç  elədi.  Vaxtı 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ötürsəydi,  gec  olacaqdı,  qurdun  dəqiq  bildiyi  şeylərdən 



biri də buydu: nə qədər toxsan yerini qoru... 

Yağış  yağırdı,  qurdun  açdığı  deşikdən  damcılar 

sürüşüb  keçirdi,  qurd  bundan  da  ləzzət  alırdı,  gördü  hər 

şey  onundu,  sevindiyindən  az  qaldı  ürəyi  getsin.  Başını 

çıxardıb boşluqlara doğru uladı. 

-Uuuuu-uuuu! 

Qurdun boşluq hesab etdiyi aşağılarda nə olmuşdusa 

nağılçı əlinin qanını yuyurdu, bir də dedi: 

-Gidi dünya, bir çürük qozcan da deyilsənmiş! 

Qurd  yeyib-içib  o  qədər  kökəlmişdi  ki,  dərisinə 

cığmırdı.  Cevizin  yer  üzündəki  sərhədlərə  bənzəyən 

arakəsmələrini  dağıdıb  yeyib-içib  toxluğundan  hıçqırır, 

girdiyi deşikdən aşağıları seyr edirdi. 

-Uuu-uuu...! 

Qoz ağacının boyu uzunu sinirləri titrədi, üstündə nə 

qədər quş vardı uçub dağılışdılar... 

Qurd  günlərlə  beləcə,  toxluğunu  yaşadı,  acanda 

özünə  gəldi;  qozün  içi  bomboşdu,  o  baş  bu  başa  getdi, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

özü  bilməsə  də  aradan  xeyli  keçmişdi.  Gəldi  ki,  girdiyi 



deşikdən çıxsın, heç burnunun ucu da yerləşmədi. özünü 

bir  də  deşiyə  vurdu,  gicəllənib,  boşalıb  külə  dönmüş 

arakəsmələrin  üstünə  uzandı.  Qozun  içində  yellər  əsirdi. 

Aradan nə qədər keçmişdi bilmədi. Ac idi, yemək istəyirdi, 

amma küllükdən başqa heç nə yoxdu. Özünü deşiyə bir də 

çırpdı, çıxa bilmədi. 

-Uuuu-uu! 

Gözləri baxa-baxa arıqlayıb çöpə döndü. Qozün içinə 

girəndə  nə  boydaydısa,  təzədən  o  boyda  olub  deşikdən 

çıxdı. 


Qurd harda səhv eləmişdi, biləmmədi. Qalxıb heç nə 

olmamış kimi nəsil artırmağa getdi... 

 

 

 



 

XIV hekayət... 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yalan-doğru. 

 

Bir  məclisin  şirin  yerində  Adam  Aşığın  sözünü  kəsib 



sual verdi: 

-Aşıq  mənə  bir  yalan  danış,  həm  inanım,  həm 

inanmayım. 

Aşıq bi az fikrə gedib dedi: 

-Bir  düzənliklə  gedirdim,  nə  dağ  vardı,  nə  dərə,  nə 

daş  vardı,  nə  ağac.  Günün  də  günorta  vaxtıydı.  Birdən 

göydə küçük hürdü. 

-Nə hürdü?! 

-Küçük... 

-Aşıq,  biz  sənlə  söz  damışmışıq.  Göydə  küçük 

hürməz. 

-Mən də bilirəm hürməz. 

-Bəs onda niyə deyirsən? Kimi inandıra bilərsən? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Bir  qartal  caynaqlarına  bir  küçük  alıb  başımın 



üstündə  dolanırdı.  Küçük  göydə  hürürdü,  mən  də 

küçüyün səsinə başımı qaldırdım. Olarmı? 

-Olar,- dedi, Adam.- Həm inandım, həm inanmadım. 

 

*** 



 

Fidana məktublar... 

Fidanın üç yaşı üçün 

 

I məktub 

 

Fidan  hələ  məktəbə  getmir,  amma  yazıb  oxumağı 



bacarır.  İlk  sözü də  mənə  yazıb:  “Necesən...”  Sual  işarəsi 

də  qoymayıb.  İkinci  məktubunda  iki  söz  yazdı,  üçüncü 

məktubunda üç sız. Beləcə, məktuba bənzətməyə başladı. 

Günlərin birində- baba, sən də mənə məktub yaz, -dedi. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Düz deyirdi, cavab yazmalıydım... 



Bütün səmimiyyətimlə deyim ki, yazıçılıq edəndə heç 

belə  çətinliyə  düşməmişdim.  Bir  daha  anladım  ki,  uşağı 

aldatmaq olmaz, uşaq oyuncağın özünü sevər, oyunbazlığı 

yox.  Daha  doğrusu,  uşağa  oyunbazlığı  göstərmək  lazım 

deyil. Yəni, ən ciddi sözünü uşaq üçün deməlisən, ən ciddi 

həyat tərzi, ən dəqiq vaxt bölgüsü uşaq üçün ayrılmalıdır. 

Bütün  bunlara  görə  nəvəmə  ilk  məktubu  yazanda 

çətinlik çəkdim, axırda belə bir şer yazıldı. Şeir də yəqin ki

söz tapa bilmədiyim üçün yaranmışdı. 

 

 



Quşdan xəbər aldım səni, 

-Fidanı görmüşəm, -dedi. 

Başından bir tel istədim, 

-Fidana vermişəm, -dedi. 

 

Gül əkdim, tutdu eyvanı; 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bitdi, bürüdü hər yanı. 



Elaya dedim: -gül hanı? 

-Fidana dərmişəm, - dedi. 

 

Bahar özünü yetirib, 



Daşda da yarpaq bitirib. 

Fidana çiçək gətirib 

-Qapıya sərmişəm, -dedi. 

 

Bilmədim, başlayım nədən, 



Bir sözdü gəldi sinədən, 

Fidanı soruşdum nənədən 

-Yuxuda görmüşəm, - dedi. 

 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 



II məktub 

 

Sonrakı  məktublarda  hissi  duyğunu  dəyişməliydim. 



Yoxsa  söz  tükənərdi.  Yəni,  şəxsi  hisslərdən  çıxmalıydıq. 

Doğma,  azad  Azərbaycanımızda  Fidanlar  çoxdu...Söz  indi 

onarın  hamısına  deyilməliydi.  Belə  də  düşünməyə  və 

çalışıb  işləməyə  başladım.  Tapmacalar,  təkərləmələr, 

düzgülər,  yanıltmaclar,  hekayətlər  yazdım.  Tanıdığım, 

tapındığım  xalq yaradıcılığı yenə köməyimə gəldi.. 



 

Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin