Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə38/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Amma  onu  da  deyim  ki,  xalqın  minillik  yaddaşında 



çərşənbə  adı  yoxdur;  gün  adlarını  öz  doğma  dilimizdə 

bərpa  edə  bilsək  çərşənbə  sözünə  rast  gəlmərik. 



Bazarertəsi,  Xas,  Duz,  Süd,(Tək),  Adna,  Adnaaxşamı, 

Bazar... 

Bu mənada Xas günü sınanılmış  ən yaxşı gün sayılır, 

Duz, Süd günləri həftənin ara-orta günləri olduğuna görə 

Elat-tərəkəmə  günləri  sayılırdı.  Bu  günlərə  Həp-Hap-Xap 

günləri  də  deyilir.  Qərbi  Azərbaycanda,  ölkəmizin  qərb 

bölgələrində  “Xap”  adlanan  günləri  var.  Bu  söz  məncə 

türk sözü olub “həp” sözündəndir; Bir, birləşmək-bərabər 

olmaq  mənasındadır.  Həmin  anlayışda  erməni  dilində  də 

işlədilir...  Bu  söz    özüylə  hansı  adət-ənənəni,  hansı 

mənanı daşıyır? 

Kəndlərimizdə,-misalçün Şamaxı rayonunun Kərkənc 

kəndinə  köçmüş  Ermənistan  türkləri  bu  minillik  ənənəni 

Şirvanda da yaşatmaqdadırlar. Xapçı ailələr, yəni malqara 

saxlayan  ona  qədər  ailə  birləşir,  həftəlik  sağılan  süd  ara 

günlərdə  bir  ailəyə  verilir.  Beləliklə,-  Xap  kimdədi?  –

Filankəsdə.  “Duz  günü  sənin,  Süd  günü  mənim...”.  “Tək 

günü  sənin,  cüt  günü  mənim”  ifadəsi  də  işlənir.  Yəni  on 

ailənin  bir  həftəlik  yığdığı  süd  bir  ailəyə  verilir. 

Tərəkəmənin  minillik  təzrübəsiylə  kəndin  Həp  dediyi 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Birlik  qış    azığını-azuqəsini  düzəltmiş  olur...Ərgən 

(yeniyetmə)  vaxtlarımızda  biz  də  belə  edərdik, 

soruşardıq:-Xap  kimdədi?  Yerini  öyrənib  o  evə  qaymaq 

yeməyə  gedərdik.  Bunu  ancaq  yeniyetmələr  edə  bilərdi. 



Uşaqlara, yaşlılara ayıb sayılardı.. 

 

Pəhlivan bacı-qardaş... 

 

Bir  odunçunun  bir  oğlu,  bir  qızı  vardı...Kasıbçılıq  idi, 

kişi  meşədən  odun  gətirib  satıb  güzəranını  keçirirdi;  bir 

qarına ac, bir qarına tox yaşayırdılar.Bu minvalla uşaqlar 

böyüdü,  yeniyetmə    çağlarına  çatdılar.  Oğlu  işə-gücə 

meyilli  deyildi,  bacısı  da  onu  kimi.  Atası  da  səhərdən 

axşama deyinirdi:-Bu boyda boyunuzla heç oldunuz. 

Günlərin  birində  oğlunu  da  özüylə  meşəyə  odun 

qırmağa apardı: 

-Heç  olmasa  odun  yarmağı  öyrən,-dedi,-mən  öləndə 

ac qalmayasan. 

Oğlu dinib danışan deyildi, atası nə deyirdisə kirmişcə 

qulaq asırdı... Nə isə atası odunu ulağa yüklədi, meşədən 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çıxdılar.  Bir  çaya  rast  gəldilər.  Ulaq  çaydan  keçə  bilmədi, 

yük  qarışıq  dizlərini  qatlayıb  suyun  içində  yatdı.  Ha 

dartındı ki, qalxsın, qalxa bilmədi. Atası bir oğluna baxdı, 

bir ulağa: 

-Ulaqcan  da  olmadın,  -dedi,  -  xeyirsiz  oğul,  bir  işə 

yaramadın.  

Söz  oğlana  nece  təsir  elədisə  çaya  girib  ulaq  qarışıq 

odunu  çiyininə  qaldırıb  çayı  keçirtdi.  Odunçu  qaldı  baxa-

baxa, mat-məətəl... 

Elə-obaya söz yayıldı ki, odunçu oğluna vergi verilib. 

Amma  odunçunun  qızından  hələ  heç  kəsin  xəbəri  yox  idi. 

Bir gün qız gecə qardaşının çarıqlarını damın orta kərənini 

qaldırıb altına qoydu. Kərən palıd ağacından idi; iki boyun 

ulaq  güclə  sürüyüb  gətirmişdi,  qonum-qonşu  da  yığışıb 

damın üstə qaldırmışdı. 

Səhər  açıldı,  oğlan  çarıqlarını  aradı  tapa  bilmədi, 

çıxdı  bayırda  axtardı,  qonum-qonşunun  gözü  onsuz  da 

oğlandaydı,  yığışıb  tamaşaya  durdular.  Odunçu  da 

gəldi,çarıq  tapılmadı.  Bir  də  baxdılar  ki,  qız  qapıya 

söykənib gülümsəyir. Oğlan bacısına tərəf getdi: 

-Sənin işindi, ver çarığımı! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qız orta kərəni göstərib: 

-Odu, ee, çarığın. 

Odunçu  oğlu  əl  atdı  kərənə,  qaldıra  bilmədi.  Qız 

kərəni  qaldırıb,  -Götür,  -  dedi.  -İndən  belə  bir  özündən 

deyəndə beş də mənnən de... 

*** 

Deyimlər:  “Qapını  haramdan  gözlə,yoxsa  bərəkətin 

olmaz”.  “Əlini  işdən  soyutma,bucağın  isti  olmaz”.  “Yolu 

ulu  tut,  ayağın  sayalı  olar”.  “El  od  başına  yığılar,  bacanı 

tüstülü elə”... 

*** 

 

 Çox düşündüm...düşünək; belə çıxır ki, biz içə yazıl-



mışlara,  -  yaddaşa,  Sibirdən  tutmuş  Qafqaza,  Qafqazdan 

tutmuş  Balkanlaracan  yayılmış  yer  adlarına,  ayrı-ayrı 

millətlərin,  xalqların  düşüncəsində  hələ  də  yaşamaqda 

olan  izlərimizə  inana  bilmirik,  yüz  illiklərdir  əlini  hara 

uzadırsa  bizdən  yapışmağa  məcbur  olan  qonşu  xalqların 

danışdığı  dilin  tərkibini,  yediyi  yeməyi,  çalıb  oynadığı 

musiqini,  yaşadığı  adət-ənənəni,  bir  sözlə  damarlarından 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

axan  qana  qədər  etdiyimiz  dəyişiklikləri  görüb  anlamaq, 



nəyin  bizim,  nəyin  onun  olduğunu  bilmək  istəmirik. 

Amma  yalana  inanırıq.  Yalan  da  bildiyimiz  kimi  aparır, 

qaytarmır... 

 

Mayıs ayı- özək ayı... 



 

May  ayına  özək  ayı  da  deyərlər,  malın-heyvanın 

“göyə” çıxan vaxtı.... El arasında belə bir bağlama var: 

Yamacda sığır gördüm, yiyəsi haya çıxdı... 

Ikisi suya endi, səkkizi göyə çıxdı... 

  Sığır əsgi türkcəmizdə mal-qaraya deyərdilər, bəzi 

bölgələrimizdə  indi  də  inəyə  sığır,  naxırçıya  sığırçı 

deyirlər.    Sığır  ana  maralın  da  adıdır...  Z.  Həsənov  “Çar 

Skiflər “ əsərində qeyd edir: 

 “Saka etnonimi “sağlam”, “sağ-salamat”, “saf”, “sağ 

(qol),  Heyvan  adı-maral  (sığın)    və  inək  adları  bildirən 

sözlər də bu kökdəndir...Həmin bu kökün əsasında bir sıra 

digər sözlər də meydana gəlmişdir”...(səh. 60)   



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bağlamanın açmasına gəldikdə isə; on sığırın- inəyin 



səkkizi  örüşə-göylüyə  -“göyə”  çıxır,  ikisi  də  su  içməyə, 

açması  budur...Misal  gətirdiyimiz  bütün  nümunələrdən 

görürük  ki,    xalq  düşüncəsi  və  bu  düşüncənin  ifadəsi 

əslində  təbiətin  özündən  doğub.  Bu  da  bir  daha  sübut 

edir  ki,  heç  nə  heç  nədən  ayrı  deyil,  Varlıqdakı,  yəni  

təbiətdəki uyğunluqdur ki, hər şeyə düzən verir...Təbiətin 

özü,  yəni  təbiətin  yaratdıqları  obrazlı  olduğuna,  yəni  çox 

mənalar daşıdığına görə, xalq da onun çox mənalı, obrazlı 

ifadəsini tapıb ifadə edir... 

 

 



Haxışda... 

 

 

Durmaqdan oysan (usan) oğlan, haxışda 

 

Baxmaqdan oysan oğlan, haxışda. 

 

Eldən elə qız köçür, 

 

Sən elə osan oğlan, haxışda... 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Araxcının badamı, haxışda, 

 

Igid allam qadanı, haxışda 

 

Qabaqca özüm qurban, haxışda, 

 

Sonra kəndin adamı, haxışda... 

 

*** 

 

Yaylaq  sazağında  deyərlər,  qocaların  özündən  çox 



sümüyü üşüyər. Harda od var, özlərini ora salarlar, əllərini 

ocağa tutub deyərlər: “Gorum ol, ocaq, gorumda yan...” 



 

 

Tənbəl... 

 

Bir  kişinin  bir  tənbəl  oğlu  varmış...Kişi  oğlunu 

evləndirir.  Deyir,  “bir  it  bir  dərini  sürüyə  biməyəcəkmi”, 

evləndirim bəlkə düzəldi, adam oldu. Elə də eləyir. Oğlan 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

evlənəndən  sonra  daha  da  tərpənməz  olur.  “Ver  yeyim, 



ört yatım.”  

Bir  gün  arvadı  ev  süpürürdü,  tənbəl  də  oturmuşdu 

sobanın  qırağında.  Arvad  güc-bəlayla  onu  ocağın  o  biri 

yanına  keçirir  ki,  altını  süpürsün.  Tənbəl  bayaq oturduğu 

yerə baxır, həsrətlə deyir: 

-Ay  gidi  dünya,  insan  quş  kimi  şeydi,  bayaq 

hardaydım, indi hardayam... 

 

*** 



 

Bir  tənbəl  də  tez-tez  deyirdi:  üçdə  alacağım  yox, 

beşdə  verəcəyim  yox,  niyə  işləyirəm,  kimin  üçün 

işləməliyəm.  O  gəlir  deyir:  qalx,  bu  gəlir  deyir,  qalx. 

Nolaydı  qıymaqulada  toğlu  otaraydım,  salmasaçaqda 

sağmal  otaraydım,  yayda  camış,  payızda  at  otaraydım. 

Qışda  da  bir  yanım  ağrıyaydı,ağrımın    üstə  də  beşini 

qoyub  yaza  kimi  yataydım,  bir  yanımda  toy  olaydı,  bir 

yanımda vay; toydan da pay, vaydan da pay...  

İndi görək bu tənbəl adamın istədikləri nəymiş? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qıymaqulada  deyir,  toğlu  otaraydım”.  Qıymaqula 

otun  yenicə  cücərən  çağıdır.  “Cücük  çağı”  da  deyirlər.  

Toğlu da ona görə hara qoyarsan ora sancılıb otlayar, heç 

çoban  lazım  olmaz.    Salmasaçaqda  sağmal  otarmaq 

istəyir. Sağmal, qoyunun sağılanlarına deyilir. Salmasaçaq 

otun  dadlı,  ballı  vaxtıdı,  sağılan  qoyunun,  yəni  sağmalın 

qarnı  bu  vaxt  doyar;  çobana  zəhmət  verməz.  Yayda  da 

camış  otaraydım  deyir.  Yayda  camış  ot  yox,  su  axtarar, 

dədələr belə deyib, su tapıb girər içinə, bir də axşam üstü 

çıxar.  Payızda  da  deyir,  at  otaraydım.  Payız  ayları  kəhər 

atların soyuq aylarıdı. Yaylaqlardan, yamaclardan enərlər 

oba ətəyinə, çoban lazım olmaz...Beləcə, tənbəl də deyər; 

bütün bunlar mənim hünərimdi: 

 

Dağ başını qar alıbdı, 



Geyinməyə kürk gətir, 

Ipək əldən quymağı 

Ağ fətirə bük gətir. 

Yağca verin yağlanım, 

Balca verin ballanım, 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Haça buynuzdan eydirmə, 

Qoç ətinnən döydürmə 

Verin yeyim, örtün yatım, 

Ağ taxtım, qızıl baxtım... 

 

 

Oğlaq... 

 

Bir  qarı  quzularını  çaya  çıxartmışdı,  yəni  ağırlığını-

yağırlığını  yusun  deyə,  bilirdi  ki,  quzu  tez-  tez  su  səsi 

eşitməlidi, bu da el arası bir sınaqdı; deyərlər: quzunu çox 

yatırtsan  övkə  xəstəliyinə  tutular.  Ona  görə  də  qarı 

quzularını 

çayın 

yaxasıyla 



aşağı-yuxarı 

gəzdirirdi. 

Quzuların  içində  bir  oğlaq  da,  yəni  keçi  balası,  vardı, 

birdən atdanıb düşməyə başladı. Qarı gülə-gülə dedi: 

-İndi suya düşəcək, nə tez başladı, bu?! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dildə-ağızda belə bir ifadə yaşayır:“keçilərin şeytanla 



qohumluğu  var”.  Onu  da  deyirlər  ki,  “Dıbır  keçilər  qıza-

gəlinə pis baxarlar”...  

May  ayında  deyərlər,  torpaq  can  gətirər.  Qışda  sirr 

yığar,  martda,  apreldə  sirri  cücərər,  mayısda  sir  qalmaz, 

torpaq sirrini açar. Ona görə də dədələr deyib: “mayısdan 

baxanda  payız  görükər...”  Yəni  payızın  varı-dövləti  may 

ayından bəlli olar. 

Mayısda  deyərlər,  arxaclar    yamaca  qarışdı.  Arxac 

otuyla yamac otunu bir-birindən ayıra bilməzsən...Amma 

bilənlər  vardı;  güney  otunu  qüzey  otundan,  arxac  otunu 

yamac  otundan  seçən  bilicilər  vardı...  Südün,  qaymağın, 

pendirin  dadınnan  bilərdilər  ki,  sürü  hansı    dağın  hansı 

yamacında  otlayıb...Ot  var,  südü  yağlı  edər,  ot  var  sulu 



edər. 

Arxac otuna sürü yaxın düşməz, çünki arxacda bitən 

otun dadı-tamı yoxdur, bir yekəliyi var, ona görə ki, arxac 

otunun  bitdiyindən  torpağın  xəbəri  olmaz;  arxac  otu 

peyin otudur. Ona görə də boylu-buxunlu, amma ürəksiz, 

qorxaq oğlanlara deyərlər, “arxac otudu”... 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Əkin bayatıları... 

(holavarlar) 

 

 

 

 

Sarı kəl kəsə dönər, 

 

 

 

El-oba bəhsə dönər. 

 

 

 

Dolaşalar pay istəyər,  

 

 

 

Öküzlər səsə dönər, 

 

 

 

Əlləş kəlim, çək kəlim, 

 

 

 

Qaldım çöldə tək kəlim... 

 

 

 

 

 

 

Düzləri  ək, xop döndər, 

 

 

 

Sarı kəlim hop, döndər 

 

 

 

Gün günorta olubdu, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 

 

Ay xanım, yağlı göndər 

 

 

 

 

Sarı kəlim naz eylər, 

 

 

 

Quyruğu pərvaz eylər, 

 

 

 

Xanımda insafmı var- 

 

 

 

Xaşılı yağsız eylər. 

 

 

 

 

Herik yeri, xam yeri, 

 

 

 

Qan ayağı, qan yeri, 

 

 

 

Tərpən ha, kəlim, tərpən, 

 

 

 

Sökülübdü dan yeri... 

 

Holavarlarda işlədilən “xop”, “hop” sözü kotan hissə-



lərindəndir... 

Kotanlar  cürbə-cür  olurdu;  ən  böyüyünə  “Qara 

kotan” deyirdilər, iri gavahanlı, -tutacaqlı kotanlar idi, on 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

boyun  ulaq,-  tapmacada  deyilən  kimi  “səksən  ayaq,  qırx 



buynuz”,  yəni  iyirmi  gəl  qoşulardı.  Açması  kotan  olan 

həmin tapmaca budur. 

 

   


Bay ola, bayquş ola, 

   


Bayquda yatan quş ola. 

   


Səksən ayaq, qırx buynuz- 

   


Bu nə dövlətli  quş ola?... 

 

Ağzı zoddu... 



 

Ən  kiçik  kotan  cütdür,  tək  at  qoşulur,  ağacın 

kötüyündən düzəldilirdi.  

Dəmir  kotanların  torpağa 

işləyən yerində el arasında “hop” deyilən iri, iti, kəsərli bir 

parça uzunsov polad olur, tez-tez də korşalır, yəni kəsərini 

itirir.  Torpağı  yaxşı  yarmır...Onda  həmin  polad  parçasını, 

yəni  hopu  dəmirçiyə  aparırlar  ki,  itiləsin.  Dəmirçi  hopu 

körük  odunda  “pul  kimi”  qızardır,  suyunu  təzədən  verir. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Suyu da  gərək elə  verəsən  ki,  sərtliyini  itirməsin.  Suyunu 



alandan sonra itilənir. İtiləndiyi yerə, yəni kəsərinə isə zod 

deyilir.Ona  görə  də  tez-  tez  işlədilən  belə  bir  ifadə  var. 

“Filankəsin ağzı zoddudu...” El arasında kiməsə arxalanan  

adamlara “ağzı zoddudu” deyərlər... 

   

 

      



  Bayatılar ... 

 

Quşum gəl, hay quşum gəl, 

Qanadı  sınmışım gəl. 

Xalqlar ölər ayrılar, 

Diri ayrılmışım gəl. 

 

Armud ağacı haça, 

Əlim dolaşdı saça. 

Iyid ona deyərəm, 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sevdiyin ala qaça... 

 

Yaznan gəli, 

Sonalar yaznan gəli. 

Qəm yemə dəli könlüm, 

Başa yazılan gəli... 

 

*** 


 

Hansı  ilin  sərcəsi  çoxdur,  onda  deyərlər,  qarışıqlıq, 

dava-dalaş çox olacaq. Deyərlər, sərçələri suyla qovun ki, 

öcəşməsin,  yoxsa  dalınızla  danışan  çox  olacaq...daşla 

qovanda  daha  çox  deyinirlər,  üstünüzə  deyindirməyin. 

Ona  görə  də  sərçələr  topalaşanda  üstlərinə  su  səpib 

oxuyardıq: 

 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Haşa, haşa, bizdən haşa, 



Qarğışın dağa-daşa. 

Ardınca su sənin, su sənin...  

 

*** 


 

Deyərlər,  ən  yaxşı  boya  gicitikan  boyasıdı,  amma 

boyası alınar, tutmaz,  həm də qanın sevdiyi, qana xeyirli 

bitgidi, ye, qanın durulsun... 

Deyərlər,  quraqlığı  çayquşundan  soruş...  Axşamlar 

çay qırağında nəğməsini oxuyarsa bil ki, yağış yağacaq... 

   

 

 



 

 

Gül-çiçəyin sulu vaxtı... 

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

May  ayının  ortalarında  deyərlər,  gül  suyunun 



vaxtıdır,  bəzi  bölgələrimizdə  buna  “gül  yağı”  mövsümü 

deyilir.  Qızılgülün  suyu  mayıs  ayında  az  qalır  şehə 

qarışsın, elə qarışır  da. Qızılgüllər  səhər  tezdən elə  şehli-

şehli  yığılır,  mis  qazanlara  doldurulur,  sonra  gülün  üstü 

örtülənəcən  su  tökülür.  Qoyulur  ocağa.  Şəki  yörələrində 

“əngənə” deyilən qapaqla qazanın ağzı qapanır, yanları da 

xəmirlənir ki, gülün havası çıxmasın. Əngənənin qırağında 

balaca  deşik  olur,  həmin  deşiyə  bir  arşın  uzunluğunda 

qamış taxılır, bir ucu da bağlanır güyümə, güyüm də axar 

suya qoyulur. Qazanın buxarı qamışla gəlir güyümə, orda 

da dönüb olur gül suyu, -gül yağı. 

 

*** 



 

Deyərlər:“Səhər  gəzər  obanı,  axşam  qızar  dabanı”... 

“Atıcı atar qurd oynar, ağlı kəsən bir də oynar” 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

HƏKƏTLƏR – HEKAYƏTLƏR... 

 

Qərb  bölgələrimizdə  olaylara-olmuşlara  “həkət” 

deyirlər.  İndinin özündə də  tez-tez  işlədilən  belə ifadələr 

var:  “həkətini  gördünmü?”  “Başıma  gələn  həkəti 

eşitdinmi?”  Mənə  elə  gəlir  ki,  “həkət”sözü  hekayət 

sözünün  qərb  ləhcəsidə  işlənən  formasıdır.  Mən  bu  kiçik 

hekayətləri toplayıb işlıəmişəm.  Beləliklə, eşitdiyim kimi: 


Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin