Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə40/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Özləri bilər,-dedi madyan.-İnsan nə elədiyini nə vaxt 



bilib ki. Otunu otla, biz onların işinnən baş açammarıq... 

Ovçu Əhməd atdan enib arvadının ardınca getdi. 

-Qayıt, yaxşı, sənə gülmürdüm. 

Azca  aralıda  sürü  otlayırdı.  Bir  qoyunla  bir  qoç 

sürüdən çıxıb Sarıcaya tərəf  gəldilər. Qoç imrənib: 

-Bu dəfə quzun mənə oxşayacaq,-dedi. 

Qoyun sürüdəki qoçlara baxdı: 

-Onu hələ bilmək olmaz, -dedi, atdanıb dərənin o biri 

tayına keçdi. -Gəl dalımca... 

Qoç burma buynuzlarını silkələyə-silkələyə dedi: 

-Mən  sənə  Ovçu  Əhməd  deyiləm  ki,  arvad  dalınca 

düşəm... 

Ovçu  Əhməd  arvadına  çatmışdı,  qoçun  dediyini 

eşitdi,  təzədən  gülüb  geri  qayıtdı.  Atını  minib  yolunu 

getməyə  başladı.  Sarı  Sarıca  qışqıra-qışqıra  onun  ardınca 

qaçırdı.  Qoyun  da  qayıdıb  dərəni  keçdi,  burmabuynuz 

qoçun ardınca düşdü...  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

VI hekayət... 



 

Ovçu Əhməd həyətdəki kirkirə daşının üstündə otur-

muşdu, arvadının deyintisindən üzünün tükləri biz-biz ol-

muşdu. İstəyiridi, arvadının cavabını versin, desin ki, mən 

neynim sən var-dövlət istəyirsən. İstəyirsən, xan arvadının 

evi  kimi  evin  olsun,  sən də  olasan  xan  arvadı.  Mən  bunu 

bacarmıram,  neynim...  Bayaqdan  istəyiridi  belə  desin, 

amma bir anaç qazı vardı, qazların arasından ayrılıb gəlib 

Ovçu  Əhmədlə  üz-üzə  durmuşdu,  kipriksiz  göy  gözlərini 

süzdürə-süzdürə deyirdi: 

-Ovçu  Əhməd,  aadı  (qətiyyən)  arvadını  qınama, 

arvadın  düz  deyir.  Mən  də  bayaqdan  öz  kişimə  deyirəm. 

Deyirəm, boynunu yoğnudub yanımda nə qazdanırsan, on 

baş  külfətik,-Anaş  qaz  burda  qanadının  birini  gərib 

lələklərini  göstərdi.-Düz  on  baş,  saxla  bizi,  yedirt,  ot  tap, 

dən  tap.  İnsanlar  elə  doğru  deyirlər  ki,  mal  yiyəsinə 

oxşayar...Sənə oxşayıb daa. 

Ovçu  Əhməd  qazın  belə  deməsinə  bərkdən  güldü. 

Ərinin öz-özünə gülməsi yenə arvadı özündən çıxartdı: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Nəyə gülürsən, -dedi, - may gülü kimi?!   



Ovçu  Əhməd  çöllüyə-çəmənlyə  doğru  boylandı  ki, 

görsün maygülü arvadının dediyini eşitmədi ki. amma tez 

də  yadına  düşdü  ki,  payıza  yaxındı,  maygülü  qayıdıb 

gedib.  Qaymaq  çiçəyininsə  lap  söz  anlayan.yetişmiş, 

anlaqlı vaxtıydı, ləçəyini şeşəldib qulaq asırdı: 

-Qoy maygülü gəlsin, xəbər verəcəm hamısını. -dedi 

qaymaq çiçəyi. -Gör bir, dalca danışır. 

Ovçu  özünü  saxlaya  bilmədi,  yenə  güldü.  Arvad 

əllərinin içini göstərdi: 

-Belə  arsız  olduğun  üçün  evin-eşiyin  qaz  örüşü  kimi 

qupquru qalıb... 

Arvad  belə  deyəndə  anac  qaz  boğazını  irəli  uzadıb 

erkək tayına tərəf getdi: 

-Görürsən, səni deyir, utan, adın alaitdən manşırdı. 

Alait  komasına  girib  yatmışdı,  bunu  eşidib  çıxdı, 

yuxulu-yuxulu bir-iki ağız hürdü: 

-Məndə işin olmasın... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ovçu uğunub getmişdi, artıq heç nə eşitmirdi. Elə bu 



vaxt  gördü,  erkək  qaz  anac  qazı  da  yanına  salıb  deyinə-

deyinə gəlir. Gəlib çəp-çəp Ovçu Əhmədə baxdı: 

-Arvadına  deynən,  aramıza  qalmaqal  salmasın. 

Hardan  alım  mən  buna,  təzə  yeri,  örüşü.  Hər  yan  quru 

qalıb, bir qarış yerin yüz yiyəsi çıxıb... 

-Arvadına lazım olanda tükümüzü belə yolur baa-ax.-

Anac qaz qanadlarını açıb yığdı, gözlərini süzdürə-süzdürə 

dedi. 


-Əvəzində  də  heç  nə  vermir.  Arvadın  deyilmi?  Başa 

sal, bizə pis baxır, ac saxlayır. Mən boyda qaz, yarı yaşımı 

keçmişəm,  acınnan  toyuğa  oxşayıram.  Arvadın  bilsin  ki, 

bunnarın  hamısı  borcdu  üstünüzdə...Mən  neynirdim  bu 

qədər  balanı,  yetim  onlardan  yaxşı  yaşayır.  -Erkək  qaz 

boynunu döndərib burdan ora palçıqlı, bulaşıq suda qum 

yeyən  balalarını  göstərdi.  -Odu  bax,  acından  başlarını 

sudan  çıxartmırlar,  qum  yeyirlər.  Arvadın  elədi  hamısını, 

yumurtaları yığıb qoydu bu ayağısürüşkənin altına... 

Anac qaz: 

-Neynim, heç özüm istəyirdim ki,-dedi,-üstümə xəlbir 

keçirdib  güclə  yatırtdı.  Bala  saxlamaq  vaxtıdımı  indi, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

aclıqdı,  odu  eey,  hamısı  qum  yeyir.  -  O  da  dönüb 



balalarına  baxdı.  -Çoxu  da  heç  mənim  yumurtamnan 

deyil. 


Qazların  səsi  həyəti  başına  götürmüşdü.  Arvad 

birdən süpürgəni götürüb qazların ikisini də döyəclədi: 

-Bunnar da vaxt tapdı, gör nə hay-küy salıblar. 

Erkək  qaz  yenə  nəsə  demək  istəyirdi,  süpürgə  düz 

başından dəydi: 

-Tüpürüm  belə  yaşamağa,  -  balalarına  sarı  getdi, 

boynunu  döndərib  yenə  Ovçu  Əhmədə  baxdı.  -Aparın 

hamımızı  satın,  sizdən  qaz  saxlayan  olmaz.  Ya  da  kəsin, 

yeyin. Belə yaşamaqdan ölmək yaxşıdı. 

Ovçu  Əhməd  tut  ağacının  dibində  oturub  mat-

məətəl gah arvadına baxırdı, gah qazlara.    

-Bu  ağacı  da  qurudacam,  -dedi,  arvad.  -Sabunnu  su 

töküb  dibinə,  qurudacam.  Elə  eləyəcəm  ki,  oturmağa  bir 

kölgəlik tapmayasan. 

Ovçu Əhmədin doğrudan da ağac indi yadına düşdü. 

İri,  qollu-budaqlı  tut  ağacı  idi.  Budaqlarında  xeyli  quş 

vardı,  susub  dinləyirdilər.  Arvad  belə  deyəndə  ağac 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tərpəndi,  susuzluqdan  bərkimiş  dibi  bir  neçə  yerdən 



çatdadı, nəfəs dərib nəsə demək istəyirdi ki, Ovçu Əhməd 

səhəngi  götürüb  suyunu  ağacın  dibinə  boşaltdı,  ağac 

dərindən: 

-Oxqay... -dedi.   

 

   


 

VII hekayət... 

 

Hər  yan  ağappaq  işıq  içindəydi,  amma  birdən  birə 

hava qaraldı... 

Çobanəppəyi  bayaq  günə  dikəlib  havanı  içirdi.  Çən-

çiskin  gəlib  havanı  qaraldan  kimi  bürüşüb  ləçəklərini 

üstünə çəkdi... 

Azca  aralı  dağbənövşəsi  qayanın  güneyində  fikirli-

fikirli dayanmışdı, üstündən çiskin addadıqca nəmlənirdi. 

Ovçu  da  atını  həmin  qayanın  tuşunda  saxladı.  Dörd 

yanına boylanıb atın yalmanını sığalladı: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Çoban Aykəmin arxacını kimnən soruşaq? Belə tapa 



bilməyəcəyik... 

At yedəyində dartınıb oxrandı: 

-Mən  də  bilmirəm,  bircə  yol  getmiş  olsaydım 

tapardım. 

Qayanın dibindən səs gəldi: 

-Sağa get, Ovçu Əhməd, bax, o bələni aş... 

Ovçu  qayaya  sarı  əyilib  gülümsədi.  Bayaqkı 

çobanəppəyi qayaya söykənib saçaqlarını sallamışdı: 

-Ovçu... -Çobanəppəyi yenə nəsə demək istəyirdi. 

-Sən  ayaq  altda  bitdiyinə  görə  kobudsan,  -

dağbənövşəsi  bir  az  aralıda  özü-öz  şehini  çırpıb 

qoxulanırdı, bu sözləri çobanəppəyinə dedi. 

-Ağıllı  danış,  mən  Ovçudan  min  yaş  böyüyəm,-dedi, 

çobanəppəyi. 

Bir kökdən çıxıb beş özəyə ayrılmışdı, beşi də dönüb 

bənövşəyə  baxdı.  Bu  sözü  də  hansı  özək  dedi,  nə 

dağbənövşəsi bildi, nə də Ovçu Əhməd. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Bu il gələnsən, hamı bilir bunu. 



-Sən  gəldin  ki,  mən  varam,  sən  gedəcəksən,  mən 

yenə  qalacam.  Sağa  get,  Ovçu  Əhməd,  çoban  Aykəmin 

arxacı sağdadı... 

Sağ  bələni  aşanda  Aykəmin  arxacı  göründü...Ovçu 

Əhməd  dayanıb  tamaşa  eləyirdi;  həyat  öz  nizamıyla 

davam  etməkdəydi.  Bir  az  aralıdan  çay  axırdı,  çayın 

qırağında  bir  madyan  otlayırdı,  Ovçunun  kəhər  atını 

görüb kəsik-kəsik kişnədi: 

-Gəl məni dişlə...Gəə-əl! 

Dələmə tutmaq  vaxtı olduğundan bir-birinin ardınca 

arxaca  çoxlu  sərçə  uçuşdu.  Balası  olan  da  olmayan  da 

balasını səsləyirdi. 

-Yem tapmışam, dən tapmışam, gəə-əl!... 

Sonra arxacdakı göy it bir-iki ağız hürdü. 

-Ovçu dostumuz gəldi. 

Çoban Aykəm də itin səsindən bildi ki, dosta hürür... 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 



 

VIII hekayət... 

 

Göy  it  başını qollarının üstə qoyub  sözlü-sözlü Ovçu 

Əhmədə baxırdı. Gün batmışdı. Günün batdığına görə səs-

küy  də  yer  üzündən  işıq  kimi  çəkilib  getməkdə, 

azalmaqdaydı. Yüngül, çevik yaylaq quşları deyinə-deyinə 

diblərə çəkilirdilər... 

Hava  qaraldıqca  yan-yörədən  ətrafa  gizli-gizli 

narahatçılıq yayılmaqdaydı. 

Yaylağa zil qaranlıq çökdü. Hava buludlu olduğundan 

ay-ulduz görünmürdü. 

Kəlin toğlu (yəni buynuzlu, qonur üzlü) başını qoçun 

buynuzlarına sürtdü: 

-Dərədən canavar iyi gəlir...! 

Arxac  ocağının  qırağındaydılar.  Ovçu  patavasını 

qurudurdu. Qoç sürüdən aralanıb mələdi, o da: 

-Havadan canavar iyi gəlir, -dedi. 

Çoban Aykəm qonağın narahatçılığını görüb: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Sürü canavar duyub, ona görə mələşir, -dedi, üzünü 



uzaqdan mağara ağzı kimi görünən dərəyə tutub qışqırdı. 

-Hey, ağzıyanmış! 

Sürünün üstünə elə bil su səpdilər. Dincəlib təzədən 

yatışdı.  Səssizlik  çökən  kimi  burma  bynuz  qoçun  tükləri 

biz-biz  oldu.  Ovçu  Əhməd  nəzərlərini  qaranlığa  dikib 

gülümsəyirdi.  Ona  elə  gəlirdi  ki,  çoban  Aykəm  də  bütün 

canlıların  dilini  bilir.  Elə  bu  vaxt  yuxarı  qayalıqlarda 

canavar uladı. 

-Auu-u!  Tufan  qopacaq,  ildırım  çaxacaq,  auu-uuu! 

Baxtım  oyanacaq,  sürü  bölünəcək,  mənim  olacaq,  au-

uuu! 

Arxacın  ətəyindən  də  göy  it  hürdü,  canavara  cavab 



verirdi: 

-Yiyəm  qara  dəmgilli,  axsaq  qoyunu  kəssin,  versin 

mənə,  mən  yeyim,  sən  gəl,  görüm  mənə  neyniyə 

bilərsən?! 

Canavar yerini dəyişmişdi, başqa yöndən uladı: 

-Ələ  baxan,  nökər,  sənin  özünü  də  parçalayacam. 

Mənnən olub, məni tanımayan satqın! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Çoban Aykəm üzünü qaranlığa tutub yenə qışqırdı: 



-hey, ağzıyanmış! 

Ovçu Əhməd gördu çoban Aykəm bundan o yana bir 

şey anlamayıb: 

-hürən hansı itdi?-soruşdu. 

-Göy itdi, başqa itim yoxdu. 

-Bəs, sürüdəki dəmgilli, axsaq qoyun hansıdı? 

-Onu neynirsən qonaq? 

-Kəs onu!  

-Sən  mənim  sayılan-sanlı  qonağımsan,  bu  nə  sözdü 

danışırsan. Sənə burmabuynuzlu... 

-Yox, axsaq qoyunu kəs, ver göy itə. 

Çoban axsaq qoyunu kəsib göy itə verdi. 

-Bunu başa düşmədim,-dedi. 

-Sabah başa düşərsən... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Elə  bil  Ovçu  Əhmədin  bu  sözünə  bənd  idi;  ildırım 



çaxdı,  şimşək  oynadı,  sürü  ayrılıb  iki  yerə  bölündü. 

Iyirminci  əsrin  şairləri  demiş,  dərələr  gələcəyin  şəhərləri 

kimi uğuldayırdı. 

-Sürü bölünəcək, ruzum gələcək, au-uuu!... 

Canavar  zil  qaranlıqda  sürünü  körpə  quzusunacan 

görüb ağzını yalayırdı... 

-Sürümüz  bölündü  qonaq  qardaş,  sən  bu  bölüyün 

yanında ol, mən o birisinin ardınca gedim. 

Ovçu sakitcə soruşdu: 

-Gör it arxacdadımı?  

İt yox idi, sürüylə getmişdi. Çoban sürünün bölüyünü 

çox  axtardı,  tapa  bilmədi,  qayıtdı.  Ovçu  Əhməd  yenə 

ocağın qırağında əyləşmişdi. 

-Gəl  otur,  gəl,  isin,  -dedi.  -Sürüyə heç nə  olan deyil. 

Olsa itiyini mənnən alarsan. 

Çoban  ocağın  qırağında  əyləşib  təəccüblə  Ovçu 

Əhmədə baxırdı: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Yoxsa qurd ağzı bağlamısan, qonaq?! 



-Yox,  qurd  ağzı  bağlamağı  bilmirəm,  amma  bir 

quzunun da burnu qanamayacaq, arxayın ol. 

Sürü  dərənin  lap  dərinliyində  bir  qayanın  altında 

özünə yer elədi. Göy it sürünün başına dolanırdı. Canavar 

qayanın üstündən baxıb uladı. 

-Kökünü  danan  köpək,  mənnən  olub,  mənə 

oxşamayan, səni parça-parça edəcəm! 

-Sus,  yiyəsiz  yalquzaq,  sən  yiyəmin  bir  axsaq 

toğlusucan da deyilsən. 

Canavar yuxarıdan aşağı bir qaya beli də atdandı: 

-Mənim  tayımı  sənin  yiyən  öldürdü,  yalqız  qaldım, 

yalquzaq oldum, gəl mənim tayım ol, birgə yaşayaq. 

İt  hürdü,  itin  bu  dəfəki  hürməyi  yiyəsini  köməyə 

çağırmaq üçün idi... 

-Yiyəm gələcək indi! 

-Birini yeyəcəm, qırxını parçalayacam, a-uu-uu! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Canavar  qayadan  yerə  atdandı,  göy  it  elə  göydəcə 



onun qarnından yapışdı. Dərə aşağı yumarlandılar. Göy it 

səhərəcən  ağzını  açıb  canavarı  buraxmadı.  Səhər  tezdən 

iti elə bu şəkildə də tapdılar. Canavar ölmüşdü, göy it də 

yiyəsini    görəndən  sonra  öldü,  elə  həmin  yamacda  da 

basdırdılar... 

-Bu  yaxşılığın  əvəzində  sürüdən  seç,  qırx  qoyun 

apar,-dedi çoban. 

Elə bu vaxt qara gözlü şişək toğlu mələdi: 

-Ovçu Əhməd məni götür, tək mən yüz qoyun anası 

olacam. 


Bu yandan da  burma buynuzlu qoç mələdi: 

-Məni də götür, mən də yüz qoyun atası olacam. 

-Elə  bu  ikisinə  bərəkət,  bu  ikisi  bəsimdi,-dedi  Ovçu 

Əhməd, toğluları alıb yola düşdü. 

     

 

 



 

 

IX  hekayət... 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dünyanı  su  basmışdı,  hara  baxırdın  su...Ailəsiylə 



gəmidəydi,  bütün  heyvanlardan  da  özüylə  götürmüşdü, 

dünyanı  su  basandan  üzürdülər,  quruya  rast  gəlmirdilər. 

azuqə  tükənmişdi,  üç-dörd  günlük  su  qalmışdı.  Ona  görə 

də fikirləşirdi ki, neyləsin... 

Qarğa  dor  ağacına  qonmuşdu,  kömək  eləmək 

istəyirdi,  amma  ağlına  yeməkdən  başqa  bir  şey  gəlmirdi. 

“Yeməsəm fikirləşə bilmərəm”. 

Göyərçin  başlarının  üstündə  dövrə  vurub  yenə 

qayıdırdı gəmiyə. Yiyəsini belə görüb dinclik tapmırdı. 

İt için-için zingildəyirdi. 

Pişik  gəmini  qoyub  qaçmaq  istəyirdi,  amma  hara 

qaçasan,  hər  yan  sudu,  beləcə,  pusquda  dayanıb  fürsət 

gözləyirdi. 

İlan  da    neçə  gündü  fikirləşirdi,  qıvrılmışdı,  başını 

qıvrımından çıxartmırdı... 

Sərçə  Onun  dizinin  üstə  qonub  tələsə-tələsə  nəsə 

deyirdi, heç nə anlaşılmırdı. 

Gəmidə nə qədər canlı vardı, narahatçılıq içindəydi... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İlan qəflətən başını qıvrımından çıxardıb: 



-Torpağı  gördüm,-dedi,  dor  ağacına  dırmaşdı  ki 

uzaqlara baxsın.-Torpaq gözümə göründü, axtarmalıyıq. 

Leylək dedi: 

-Axtarmağa mən gedim... 

O: 

-Yox,-dedi,- sən yaz quşusan, dözə bilməzsən. 



Bayquş dedi: 

-Mən gedim. 

-Yox,  sənin  qanadın  ağırdı,  gedib  gəlməyin  uzun 

çəkər. 


Sərçə dedi: 

-Mən gedim. 

Sərçəyə  fikir  verən  olmadı.  O,  sərçəni  ovcuna  alıb 

sığalladı: 

-Qarğa  getsin,  -dedi.  -  Qarğanın  üzü  bərkdi.  Getsin 

qurudan xəbər gətirsin. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qarğa  uçmağa  hazır  idi,  amma  bilmirdi,  hansı  yönə 



uçsun. 

-Hansı səmtə uçum? 

-Bütün  səmtlərə  uç.  Qanadın  kəsənəcən  get.  Bəlkə 

qohumlarına da rast gəldin. 

İlan quyruğu üstə qalxmışdı. 

-Uğur olsun, get tapacaqsan! 

Qarğa gündoğana doğru uçdu. 

Aradan nə qədər keçmişdi bilən yox idi. Hər yan su, 

göz işlətdikcə su... 

Qarğa  yorulub  əldən  düşsə  də  gecə-gündüz  qanad 

çırpırdı. “Bəlkə qohumlarını da tapdın” Onun bir bu sözü 

yadındaydı, ona görə də var gücüylə uçmaqdaydı... 

Dan  yeri  sökülürdü...  Birdən  birə  dənizin  havası 

dəyişdi.  Yorğunluqdan  qarğanın  halı  özündə  olmasa  da 

dəniz  havasının  dəyişməsini  hiss  etdi,  ayılan  kimi  oldu. 

Uzaqdan  bir  dağın  zirvəsini  gördü.  Qışqırmaq  istədi  səsi 

çıxmadı.  Qanadlarına  güc  verdi,  bir  dağla  üz-üzə  gəldi, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

uçub  dağın  zirvəsinə  qondu.  Bir  yarısı  çəmənlikdi,  bir 



yarısı qayalıqlar... 

Dincini alıb qayıtmalıydı. Qayadan qayaya qona-qona 

yamaca gəldi. Gəldi, bir öküz leşinin üstünə çıxdı. Başladı 

yeməyə... 

Aradan  nə  qədər  keçmişdi  yenə  heç  kəs  bilmirdi. 

Qarğa  leşdən  o  qədər  yemişdi,  toxluqdan  artıq  yadında 

heç  nə  qalmamışdı.  Yenə  yeməkdəydi,  ona  görə  də 

qayıtmadı. 

Gəmidə narahatçılıq böyümüşdü. Bayquş Ona dedi: 

-Qarğanı  göndərməkdə  səhv  etdin.  Gərək  üzübərk 

olanı göndərməyəydik. 

-Bəlkə  başına  bir  iş  gəlib...  -Dovşan  dedi,  titrəyə-

titrəyə. 

İlan neçə gündü yenə qıvrımından başını çıxartmırdı. 

Günlərin birində ayılıb başını çıxartdı: 

-Yenə torpağı gördüm, qarğanı da üstündə. 

Göyərçini göndərdilər... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Göyərçin  qarğa  uçan  səmtə  uçub  gözdən  itdi. 



Yorulmadan  qanad  çaldı,  günlərin  birində  torpağı  gördü. 

Qarğa  yenə  leş  yeyirdi.  Özü  də  o  qədər  kökəlmişdi  ki, 

qanadları özünə dar gəlirdi. 

Heç  nə  demədən  qanadı  üstə  geri  döndü...  Beləcə, 

Onun gəmisini quruya gətirib çıxartdı... 

Ona  görə  də  göyərçin  bütün  zamanların  sınaqlı, 

sayalı quşudu... 

 

   



 

 

*** 



   

 

 



 

X hekayət... 

 

Vasvası  

(nağıl-film

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Şeytan  balasıyla  gizlənpaç  oynayırdı.  Dünyanın  nə 



vaxtıydısa yuxarıda Tanrıdan, aşağıda Adam Atadan başqa 

heç kəs yox idi. 

Tanrıyla  Adam  Atanın  arasında  ana-bala  oyun  çıxar-

dırdılar.  Anası  gözlərini  yumurdu,  balası  gizlənirdi,  balası 

yumurdu  anası  gizlənirdi.  Amma  gizlənməyə  yer  tapa 

bilmirdilər. Şeytanın əlindən harda, nece gizlənmək olar? 

Şeytanın  anası  gözlərini  bir  də  yumdu.  Balası  ora 

baxdı,  bura  baxdı,gördü  dağın  ətəyiylə  çay  axır,  suyu 

köpüklənib,  üstü  qabarcıqlarla  doludu;  “hopp”  eləyib 

suyun  köpüyünə  qarışdı,  qabarcıqların  birinə  girib 

gizləndi. 

Anası gözlərini açan kımi balasını gördü: 

-Görünürsən, -dedi, - hər yerin görünür. 

Şeytanın  balası  sürüşüb  su  köpüyünün  lap  qatı 

yerinə  girdi.  Çay  şeytanın  qorxusundan  dartınıb,  gərilib 

başını daşlara vurdu. Suyun köpükləri bir yerə yığışmışdı, 

elə bil güclü külək əsirdi. Əslində külək yox idi.  

Şeytanın havası hər yeri bürümüşdü. Anası dedi: 

-Görükürsən...dalın görükür. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin