Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə48/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

            

“And olsun, əsrə…”

 

Beləcə,  hər  şey  yenidən  torpağa  kömüldü,    nə 



tapdıqlarını  da  sirr  kimi  öz  içlərinə  kömdülər.  Kənd  o 

haqda  indi  də  belə  deyir:  Nə  tapmışdılarsa  qorxuya 

düşmüşdülər... 

 

*** 



 

Yanıltmaclar... 

 

  Tək-tək  dükcə,    təkcə  dükcə,  dik-dik  dükcə,  dikcə 



dükcə,  cüt-cüt  dükcə,  üç  cüt  dükcə,  cütcə  dükcə,  üçcə 

dükcə... 

Dəyirmana  girdi  köpək,  görək,  kəpək  yedi,  köpdü 

köpək, kötək yedi, köpdü köpək.. 

 

*** 

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bir qarının üç gəlini... 

 

Bir  qarının  üç  gəlini  varmış,  atam,  bu  qarı  gəlinlərin 



üçünün  də  iki  əlini  bir  eləyib  oturdubmuş  bir  küncdə,  - 

dur,  deyəndə  dururlarmış,  otur,  deyəndə  otururlarmış. 

Verərmiş  yeyərlərmiş,  verməzmiş  durub  baxarlarmış. 

Qorqud  Dədəd  demiş,  “bəbəyi  bitməsin,  belə  qarıların”. 

Keçənnərin sözüdü, günlərin birində Qarını toya çağırırlar, 

Qarı  toya  getməli  olur...  Gəlinlərin  üçünü  də  çağırır 

yanına:  -Mən  gedirəm  toya,-deyir,-ölməyəcəm  ki,  toyda, 

qayıdıb  gələcəm,  mənsiz  bir  şeyə  əl  vurarsız,  “gününüzü 

göy  əsgiyə  düyünləyib  ovcunuza  qoyaram”  (hansısa  çox-

cox  qədim  mərasimlə  bağlıdır,  izahı  üçün  hələlik  heç  nə 

deyə bilmərəm). 

Qarı  toya  getməyində  olsun,  görək  gəlinlər 

neynədi...Evin yuxarı başında dovğa qazanı vardı; yemək-

içməyin  hamısı  o  tərəfdə  –  yuxarı  başdaydı.  Qarı  torpaq 

döşəməyə o başdan-bu başa su töküb yumşaldıb, manşır 

qoyub  getmişdi.  Gəlinlər  burdan  ora  baxıb:  -Neyniyək,  -

deyirdilər,  -hancarı  addayaq,  nece  keçək  o  tərəfə, 

ayağımızın  izi  qalmasın.  Bir  az  dovğa  içərdik,  bir  az  da 

unnan-dənnən  götürüb  kökə  bişirərdik.  Kiçik  gəlin  çox 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bilmiş  idi,  nə  fikirləşdisə  çıxdı  eşiyə,  bir  də  gördülər,  eş-



şəyin  belində  gəlir,  keçir  içəri,  eşşəyi  sürür,  düz  evin 

yuxarı  başına,  dovğanın  yanına.  Dovğadan  yeyir,  gəlinlər 

üçün də kökəlik un götürür, qaydır geri. Eşşəyi də aparıb 

bağlayır  yerinə.  Kökəni  təzəcə  bişirib  qurtarmışdılar  ki, 

gördülər  Qarı  gəlir.  Əl-ayağa  düşdülər.  Kiçik  gəlin  dedi:-

Harda  gizlətsək  tapacaq.  Gəlin  kökələri  ipə  keçirək, 

paltarımızın  altından  belimizə  bağlayaq.  Elə  də  eləyirlər. 

Qarı  içəri  keçən  kimi  gəlinlərin  taxımından bildi ki,  arada 

nəsə  var,  qorxa-qorxa  tərpənirlər.  Bir  az  irəli  yeriyir, 

eşşəyin  izini  görür,  amma  anlaya  bilmir  ki.  eşşək  burda, 

evin  yuxarı  başında  neyniyə  bilər.  Ürəyində  deyir, 

“gəlinləri  oynadım, bəlkə  bir  şey  öyrənə  bildim”.  Deyir: -

Yarımadım  sizdən,  özgələrdə  gəlinlər  var,  sona  kimi 

süzürlər toylarda. Gəlinlər bir ağızdan dedilər: - Niyə? Bizi 

də  toya  aparaydın  görərdin  necə  oynayırıq.  Qarı  deyir: 

Nolar,  indi  oynayın,  baxım.  Gəlinlər  başlayırlar  çalıb 

oynamağa. Böyük gəlin oynayıb oxuya-oxuya deyir:  

 

   



 

Eşşəyin izi qara, 

   

 

Yaş oldu izi qara. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


 

Adın çəkmə, qayım tut, 

   

 

Açılar, düşər üzü qara. 



 

Ortancıl gəlin  oynaya-oynaya ortaya çıxır: 

 

   


 

Kimsə bilməz nə dərddi, 

   

 

Oyna deynən mədətdi. 



   

 

Yüz atdanam, yüz düşəm, 



   

 

Açılmaz bağı bərtdi. 



 

Ən çox atdanıb düşən kiçik gəlin idi: 

 

 

   



 

Eləmi qiyamətdi, 

   

 

Oyna de, qiymətdi. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


 

Yavaş atdan, yavaş düş, 

   

 

Açılsa qiyamətdi. 



Arada  nəsə  olduğunu  Qarı  bayaqdan  hiss  eləmişdi, 

amma  hələ  də  bilmirdi  arada  olan  nədi,  o  da  gəlinlərə 

qarışıb başladı oynaya-oynaya oxumağa: 

 

   



 

Meydan sizin, söz sizin,  

   

 

Başdan-başa süz sizin. 



   

 

Bircə şeyi annadım, 



   

 

İz eşşəyin, üz sizin... 



 

*** 


   

 

 



 

Bəlkə 


də 

tarixçi 


olmadığıma 

görə 


belə 

düşünürəm...Tarix  əslində  olmuş  hadisələrin  qeyd 

edilməsi və yaxud yazıya alınmasıdır, doğrudur, olmamış 

hadisələr  də  yazılıb,  adına  da  tarix  deyilib,  ona  görə 

mümkündür  ki,  yazıya  alınmış  yalançı  tarixlərə  görə  əsl 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tarix bir daha yaşanmasın. Çünki tarixin yazılmağında  “əl 



olduğu”  üçün  və  bir  adam  yazdığı  üçün  arada  “barmaq 

yalanının” olması etimalını qəbul etməliyik... müasir İran 

alimi Nasir Pur Pirar son illərdə nəşr  etdirdiyi  və Güntay 

tərəfindən  dilimizə  çevrilən  “On  iki  əsr  sükut”  əsərində 

yazır  ki,  Dara  Bisutin  Qayaüstü  yazı  lövhəsini  sökdürüb 

öz adını və qələbələrini ora həkk etdirdi... 

Gəlin  düşünək...  Pozulanlarsa  Böüyk  Midiya 

tarixindən, adlarından, qələbələrindən, uğurlarından başqa 

nə olmalıydı... 

Ermənilər  minillər  boyu  yazmış  olduqları  tarixi  elə 

min  illərdi  də  axtarırlar,  min-min  illər  də  keçsə 

tapmayacaqlar, çünki  onlar tarixi  olduğu kimi  yox,  yalan 

yazıblar,  öz  istədikləri  kimi,  özlərinə  necə  lazımdırsa  elə 

yazıblar,  tarixə  “barmaq”  eləyiblər...  Tarixsə  daha  çox 

keçmişdir, şərəfli, ya şərəfsiz olsa da yaşanmış keçmişdir, 

gələcək deyil. Yaxşı ki, belədir...yoxsa, gələcəyi istənilən 

vaxt  dəyişmək  mümkün  olardı...necə  ki,  qonşularımız 

həmişə buna cəhd ediblər. 

Bununla  belə,  çox  təəssüf  ki,  saxta  tarixlərlə  iş 

görmək,  gələcəyi  dəyişmək,  yer  üzünün  təbii  quruluşuna 

saxtalıqlar  gətirmək  mümkünmüş.  Təəssüf  ki,  yalanlarla, 

saxta  yazılarla  da  cəmiyyəti  inandırmaq,  ən  azı 

düşüncələrdə  istilalar  mövcudmuş.  Tarixdə  belə  faktlar 

təəssüf ki, çoxdur... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Adını çəkdiyim İran alimi Nasir Pur Pirar özünün “On 



iki  əsr  sükut”  əsərində  tarixin  atası  sayılan  Herodota 

şübhəylə yanaşır. Deyir ki, Daranın hakimiyyətindən sonra 

farslar Heredotu müxtəlif yollarla ələ aldılar. Ona görə də 

Herodot  öz  “Tarix”  əsərində  tarixi  gerçəklikləri  gizlədib 

farsları,-onların  hakimiyyətlərini,  döyüşlərini,  adət-

ənənələrini şişirdib tərənnüm etdi. 

Halbu ki, Midiya kimi azman bir imperatorluq yenicə 

çökmüşdü...  Midiya  ordusunun  sərkərdəsi  Qarpaqın 

midiya  ordusuyla  bir  yerdə  üsyan  qaldırmış  mehtər 

farsların,  -atlara  baxanların  tərəfinə  keçməsiylə  Astiyaq 

məğlub  olmuşdu.  Tarixdə    şah  Astiyaqın  üsyançılar 

tərəfinə  keçmiş  sərkərdəsinə  dediyi  sözlər,  doğrudan  da 

bütün  dövrlər  üçün  xarakterikdir.  Heredot  midiyalılar 

haqqında  çox  qısqançılıqla  yazsa  da  mühüm  mətəblərə 

toxunub... Astiyaq Qarpaqa deyir: 

-Sən  bir  yox,  bir  neçə  dəfə  axmaqsan.  Birinci, 

axmaqsan  ona  görə  ki,  sən  öz  oğlunun  qisasını  tək 

məndən almalıydın, amma bütün Midiya xalqından aldın. 

İkinci, axmaqsan ona görə ki, öz xalqını qul elədin, qulları 

başa  çıxartdın.  Üçüncü,  axmaqsan  ona  görə  ki,  özün  şah 

ola biləcəyin halda bir köləni şah etdin, və s...  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Midiya  özünün  böyüklüyünün  və  təmizliyinin 



qurbanı  oldu.  Onu  hiylə  çökdürdü,  hiyləylə  də 

hakimiyyətə gəldilər. 

Mərkəzdən uzaqlara sürgün edilmiş, oralarda Nineva 

atlarına  baxan  farslar  elə  Midiya  ordusunun  gücüylə 

qonşu  dövlətləri  də  Midiyalı  sərkərdə  Qarpağın  başçılığı 

ilə bir-birinin ardınca məğlub etdi. 

Bu mənada doğrudur, klassik yaradıcılığımızda elə bir 

şey yazılmayıb... Hara baxasan? Nəyə baxasan? Bu haqda 

lazımım ola biləcək elə bir şey yoxdur... Çox şükür ki, xalq 

var, öz yaratdıqları üstündə bərqərardı, sağlamdı, yenə də 

yaratmağındadı. 

 

Xalça bayatıları... 

 

   

 

Dilimin andı hana, 

   

 

Dizimin bəndi hana, 



   

 

Yaxşı toxun, tez kəsil, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


 

Dolanım kəndi hana. 

 

   


 

Darağım ay darağım, 

   

 

Həvək dəstə yarağım, 



   

 

Can kitabım oxunub  



   

 

Qalıb bircə varağım. 



 

Cehizim gəvədəndi, 

Yunu yüz dəvədəndi, 

İlmələr çiçək-çiçək 

Kirkitdən, həvədəndi. 

 

Maralın izi hanı, 



O qara gözü hanı. 

Kirkit, sən buynuzusan 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bəs maral özü hanı?   



 

*** 


 

Vaxt  özünü  bir  də  nəsillərin  dəyişməsində  göstərir. 

Nəsillərin  dəyişməsi  əslində Vaxtın  dəyişməsidir.  Belə  bir 

ifadə  işlətmək  olar;  məsəl  var,  “qardaşını  tanıyırsanmı? 



Deyir,  yoldaşlıq  eləməmişəm”...Bu  mənada  nəsillər  də 

Vaxtın  yol  yoldaşıdı.  Vaxt  yoldaşlıq  etdiyi  neçə  belə 

nəsillərdən  keçib  gedər,  ayaq  izlərini,  görüşlərini, 

baxışlarını, ən əsası, qanunlarını-qaydalarını qoyub gedər, 

əgər bir-birini əvəz edən nəsillər öz yaşadıqları tarixi həm 

də  anlayırlarsa  və  yaşada  bilirlərsə,  biz  də  nəsillərin 

yaşadıqları tarixi izləri oxüya biliriksə bu TARİXDİR.  

Bu  mənada  gənc  nəslin,  yəni  cavanların  yazılarını,  - 

şerlərini, nəsr əsərlərini oxumağa başladım, düşüncələrini 

izlədim  ki,  bəlkə  mən  də  öz    yazımın  yeni  havasını  ala 

bildim...yox,  gənclərimizin  çoxu  hələlik  özlərindən  başqa 

heç  kəsi  görmürlər,  daha  doğrusu,  görə  bilmirlər,  çoxu 

ayağının  ucundadı,  səsə-küyə  boylanırlar  ki,  görsünlər 

harda  nə  var.  Görmək  üçünsə  düşünmək  lazımdı,  bizim 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gənclikdəsə 



özünü 

soyundurmaq 

meyli 

yaranır, 



hisslərinin,  duyğularının,  dünyagörüşünün,  ən  acısı, 

ağrılısı  tərbiyəsinin  üstünü  açmaq...  elə  bilir,  bununla 

nəyisə  görə  biləcək...  Bu  meylə,  bu  düşüncəyə  görə  də 

çox  gənc  adamın  yaddaşını  bom-boş  gördüm,  bu 



yaddaşsızlığa  görə  də  onların  üstündə  Vaxt  ilişib  qalmır, 

onların  oxuduğum  yazılarında  da  Vaxtı  görə  bilmədim. 

Bunu  təxminən  də  olsa  özləri  də  bilməmiş  deyil.  Boş 

yaddaşla,  yəni  yaddaşsız  yaşamaqsa  olmaz,  tələsə-tələsə 

nə  gəldi  yaddaşlarına  doldurduqları  da  ona  görədi... 

Yaddaş  dediyimizsə  əslində  milli  ruhumuzdu,  yaddaşımız 

necədisə  elə  də  görünürük.  Bu  cür  şeylərdən  danışanda 

da  başlarını  tutub  qaçırlar.  Amma  hələ  bilmirlər  ki,  heç 

yana  yox,  özlərinə  qaçırlar.  Çünki  insanın  özündən başqa 

yana gedən bütün yollar bağlıdır... 

Midiyanın  sonuncu  şahı  Astiyaqın  öz  sərkərdəsi 

Qarpağa  dediyi  “axmaqlıqlar”sa  anlayan  üçün  dərslikdən 

başqa bir şey deyil... 

Mən,  əlbətdə,  milli  ruhlu,  yəni,  yaddaşı  olan 

gənclərimizi  də  gördüm  və  sevindim,  dərindən  nəfəs 

dərib  yazıya  başlaya  bildim...  Yaddaşı-milli  ruhu  olan 

gəncliyimizin nəfəsini-ritmini duydum. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ağlım  kəsəndən  özümüz  haqda  belə  eşidirəm:  “biz 



triximizi  yazmamışıq”.  Millət  haqqında  söz  düşəndə 

həmişə  belə  deyiblər,  “biz  tarixi  yaratmışıq,  amma  tarixi 

yazmamışıq”.  Mən  belə düşünmürəm.  Tarix  yalnız  yazıya 

alınmaq üçün, yazıya alınmanın xətrinə yaradılmır. Söhbət 

yalançı tarixlərdən gedə biməz. Biz hamımız, -yer üzünün 

insanları, asanca razılaşarıq ki, belə tarix yazanlar və belə 

yazılmış tarixlər var. 

İndi bu haqda fikirlərimi, özümü səsi batmış kimi hiss 

eləsəm  də,    anlayanların  olacağına  inanıb  yazıram. 

Bədiilikdən  qaçmaq...  düşünürəm  ki,  bu  gün  bər-bəzəyin 

yeri  deyil,  yazdıqlarımı  və  yazılanları,  ümumiyyətlə 

gördüyüm  üzləri,  tele-şoulardakı  burcutmaları  unudub 



yazmaq

Dediyim kimi tarix yalnız kağıza yazılmır, tarix daşlara 

da  yazılır.  Yalnız  daşlara  da  yox,  dağlara,  sulara,  torpağa 

yazılır.  Daha  dərinlərə  və  dəqiqliyə  getsək  xalq  tarixini 

həm  də  öz  içinə  yazır.  Bunu  əsas  götürərək  belə  bir 

qənaətə gələk: tarix hər şeydən əvvəl içlərə yazılır. İnanaq 

ki,  şərəfli,  şərəfsiz  tarixlər  milli  xarakterləri  dəyişə 

bilir.Xalqın  yaratdığı  tarixin  xalqın  xarakterində  də  dərin 

izlərlə  yaşadığı  təsadüfi  deyil.  Cürət  edib  çəkinmədən 

deyə  bilərəm  ki,  əsil  Tarixi  xalq  yaradır.  Belə  desək  də 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

doğru  olar;  tarixi  güclü  xarakteri  olan,  mənəviyyatca 



zəngin, istedadlı xalqlar yaradır və yaşadır.  

Su  yatağından  çıxanda  daha  asanlıqla  axar,  çünki 

ətrafına yayılır, yayıldıqca dayazlaşır, yeni, yad torpaqlara 

hopa-hopa axır, bilmir ki, bu onun yox olmağıdır. Özünün 

də  xəbəri  olmadan  bir  zaman  döğrudan  da  yoxa  çıxır. 

Tarix  də  belədir,  “yatağından”  çıxdı,  yox olur,  çünki  artıq 

gerçəyi ifadə etməyəcək... 

Yer 


üzündə 

hər 


şeyiylə, 

ədəbiyyatıyla, 



incəsənətiylə,  musiqisi,  adət  ənənəsi-gələnəkləriylə 

maraqlı  xalqlar  çoxdur.  Bütün  bu  maraq  axır  üstümə,  bu 

da dünyagörüşüdür ki, adına  TARİX də demək olar və elə 

belə də deyilir.  

Tarix  yalnız  ölümlərlə,  qırğınlarla,  qan-qadayla  bağlı 

deyil. Tarix yaratmaq, qurmaq təntənəsiylə də bağlıdır. 

Bunu  da  etiraf  edək  ki,  tarixdən  qıraqda  qalan, 

dediyimiz  zidddiyətlər,  qırğınlar,  təntənələr  axınında  adı 

çəkilməyən xalqlar da olub, indi də var. Bu xalqlar tarixin 

içində  olmasalar  da  elə  qıraqdaca  oğrun-doğrun  özlərinə 

tarix  düzəldiblər...  Tarixləri  öz  istəklərinə  uyğun  söküb 

dağıdan, yazılanları, yapılıb yaradılanları yenidən quran və 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qurmağa  cəhd  edən,  bir  sözlə  tarixi  saxtalaşdıran  xalqlar 



zaman-zaman  gözə  kül  üfürüblər  ki,  gerçəyi  görən 

olmasın,  xalqın  özü  demiş  “bulanıq  suda  balıq  tutmaq 



asandır...” çox sular bulandırıblar... (Biz bu mənzərəni bir 

çox  qonşu  xalqların  tarixçilərinin  yaradıcılığında  gördük) 

Bütün  bunlara  görə  dedim,  əsil  tarix  xalqın  iç  aləminə 

yazılanlardır. 

Ona  görə  də  bir  daha  qeyd  edim  ki,  tarixi 

saxtalaşdıran  xalqlar  olub  və  var,  amma  deməliyəm  ki, 

saxtalıqları  əslində  xalq  etməz,  xalqın  arasında  olan 

ictimai-siyasi  tamahkarlıq,  paxıllıq,  ayrılıqlar,  mövqelər, 

mənafelər, münasibətlər törədir; xalq adına mənəvi, siyasi 

terrora  cəlb  edilən  öyrədilən  insanların  münasibəti 

saxtalıqlar yaradır, yalnız bir idioloji qurumun öyrətdikləri 

yox... 


Bu  işi  bütün  dünyada  olduğu  kimi  Qafqazda  da 

əsasən  dini  məktəblər  həyata  keçirtdi.  Yəni  kilsələr  və 

məscidlər... 

bizim 


eranın 

Y1-Y11 


yüzilliklərindən 

başlayaraq  Azərbaycan  ərazisində  bütün  mənaların, 

mahiyyətin,  -  geyimdən  tutmuş,  ada,  soyadacan,  - 

dəyişməsi yönündə məscidlər çalışdı, iş gördü, demək olar 

ki,  müəyyən  mənada  istədiyinə  də  nail  oldu...  minilliklər 

boyu  yaratdıqlarımızdan  elə  üz  döndərdik  ki,  indi  bizim 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

olduğuna  belə  inanmırıq.  Amma  bizim  eranın  başlanğı-



cında  artıq  azərbaycan  türkcəsi  ən  azından  bütün 

Qafqazda ana dili səviyyəsindəydi. Kəndlər-kəsəklər, ellər-

obalar  türkcə  səslənirdi.  Midiya-Maday  kimi  qüdrətli  bir 

dövlət  demək  olar  ki,  elə  öz  əli,  öz  qılıncıyla  doğranıb 

Nineva  atlarına  baxan  mehdərlərin  əlinə  keçmişdi.  Min 

ildi...  yəni  bizim  eradan  əvvəl  V  əsrdən  min  il  keçmişdi, 

amma  istilalara,  qarətlərə,  dağıntılara,  baxmayaraq 

Midiya dövləti tarixi fakt kimi hələ də aradaydı; yəni, özü 

çöksə  də,  yaratdıqları  qalıb  yaşayırdı,  -  tərbiyələrə, 

müxtəlif  xalqların  milli  əxlaqınacan  təsir  edib  onu 

dəyişdirirdi;  tikililəri,  qalaları  yaşayırdı,  Qğuz-Quz-Kas-Qız 

adında  əbədi,  pozulmaz,  əvəzedilməz  varlığı-görkəmiylə 

anlayanlara    hələ  də  ozünü  olduğu  kimi  təqdim  edirdi, 

indi də etməkdədir. Şumerdən üzü bu yana yuxarıda adını 

çəkdiyim  dövlətlərimizin  mahiyyətini  özündə  saxlayan  və 

ehtiva edən qüdrətli, möhtəşəm Midiya elə belə yox olub 

getməzdi;  düşüncələrdə,  yaddaşlarda  özündən  asılı 

olmadan mənimsədiyi, özününküləşdirdiyi başqa xalqların 

belə  yaşam  tərzində  hələ  də  vardı,  dağların,  daşların, 

yerlərin,  yurdların  adında  yaşamaqdaydı.  Midiya 

mağlarının-kahinlərinin 

yaratdıqları 

ayinlər 

əslində 


dəyişməmişdi,  sazın  ruhunda  el-el,  oba-oba  dolaşırdı, 

şaman,  qam,  ozan,  varsaq,  yanşaq,  aşıq  adında  ruhları 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

dindirirdi.  Muğamlarımız  Maday  kahinlərinin  yaratdıqları 



Tanrı  əsərləriydi,  belə  anlaşıqlı,  bu  cür  içəbağlılığı  da, 

qaibanəliyi  də  ona  görədi...İndi  XX1yüzilliyin  bu 

məssəbsizliyində muğamlarımızın adına moltanıca, farsca 

nə  gəldi  dediyimizə  baxmayaq,  hamısı  ruhumuzun  minil-

liklərdən  qalma  səslənməsidir.  Əlbəttə  bu  şəkildə, 

mənimdi,  deməklə  deyil.  Amma  faktdır  ki,  bu  Tanrı 

əsərlərinin  tamını-bütövünü  biz  bilirik,  bizim  onu 

yaratdığımızı,  başqalarınınsa  ancaq  öyrənə  bidiyini  sübut 

etmək  olar.  Başqa  xalqlarda  bu  dahiyanə  əsərlər  öz 

dəstgahı-tapşırmasıyla 

deyil, 

parçalar, 



fraqmentlər 

şəkilində yaşayır. Bizim üçünsə bütün dövrlərdə hər hansı 

bir  muğam  əsərinin  elə  belə,  necə  gəldi  yox,    sözün  əsl 

mənasında sirri-sehriylə ifa olunması təbiyət hadisəsi kimi 

təsirli olub... Sadəcə, indi bizim özümüzün öz yaratdıqları-

mızdan  xəbərimiz  yoxdur...olanlarımızın  da  əsl  mənasnı 

itirmişik...  Biz  indi  bilmirik  ki,  ayrı-ayrı  saz  havalarımız, 

muğamlarımız  da  abidələrimizdir;  Kas-Quz-Qız,  Koroğlu 

qalaları kimi, suyu, torpağı, işığı, havası kimi, yüz illiklərdir 

başqalarının  ola  bilməyən  yurdlarımız  kimidirlər...  Neçə 

yüz  illərdir  Sibir  rusun  ola  bilmir,  daha  doğrusu,  rus 

siyasəti  Sibiri  özünə  oxşada  bilmir,  ayıq,  sağlam  heç  nə 

qalmasa  belə  Sibir  elə  Sibirdir...  Yaxın  tariximizə  baxın, 

yüz  illərdir  Rusiya  dövlətinin  müstəmləkəçilik  siyasəti 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin