Tərəkəmə öynəsi, sınanclar...
Ağsaqqallar deyər: uca boylu, nazik buynuzlu,
göyümsov, yekəqarın, sağ yanından ön qabırğası aralı
olan inəklər süddü olar; amma südü yağlı-yararlı olmaz.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qara rəngli, gödək buynuzlu, tökmə, yəni ağır sığırın südü
az, amma yağlı-yararlı olar. Belə inəklər, dədələr sözü,
qışa da dözümlüdü. Elə inək var ki, boynu gödək, həm də
yoğundu. Başıda yasdıdı. Belə inəklər süd verməz,
yeməyini bol eləsən də xeyri yoxdu. Adına öküz inək
deyərlər, daha çox ətliyə saxlayarlar. Belə deyirlər ki, ağ
inəklərin südü cır olar, yəni bir az turş. Nə istiyə dözümlə-
ri olar, nə soyuğa. Çox yaxşı bala bəsləyirlər.Belə
inəklərə yuxa mal deyirlər.... Qara, ala mallar südlü olur,
həm də qılığa gedəndilər, eydirmə de, qılıqla. Nəyi var
versin sənə. Amma çox yeyicidi, kəndin diliylə desək,
boğazlı olurlar. Ona görə də ot az olan yerlərdə belə inək
saxlamırlar. Məsəl var: Deyərlər, qızıl inək qaraqabaq
gəlinə südün verməz.
Bayatılar...
Bağça bara bağlıdı,
Heyva nara bağlıdı.
Viran qalmış mahnının
Hamsı yara bağlıdı.
Damları dam üstədi,
Qırğısı qol üstədi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Suya hardan gedim mən,
Nişanlım yol üstədi.
Düşən ağlar,
Yıxılıb düşən ağlar.
Qoy düşsün yad gözünə
Zülfünə düşən ağlar...
***
Mən əslinə qalsa bu fikirləri bildirmək istəyirəm;
yazının əvvəlində də dedim, biz tarixi səliqəylə, yəni
yalnız tarix kimi yox, təbiət hadisəsi kimi yaratdıq, amma
tarixi yaratdığımız kimi yazmaqda, yaşatmaqda səliqəli
olmadıq... Yazsaq da əlimizdə saxlamağı bacarmadıq,
unutduq, itirdik. İndi özümə məxsus bir ifadəylə bu fikri
belə təqdim edərdim: əsil tarix yazılmaq üçün
yaradılmasa da tarixi yazmaq lazımmış; bir həqiqət var ki,
bizim əsil tariximiz özümüzün xəbərimiz olmadan
xalqımızın yaddaşına, içinə yazıldı. Xalqın iç dünyasına,
yaddaşına yazılanlar; məsəllərimiz, atalar sözləri, nağılla-
rımız, dastanlarımız yaşayışımızda, məişətimizdə, həyat
tərzimizdə bizi indinin özündə də dahiyanə üstünlüklərlə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
idarə edən və idarə etməkdə olan adət-ənənələrimiz elə
bizim TARİXİMİZdir.
“Qorqud Atanın kitabı” dastanı haqda belə bir fikrim-
qənaətim var. Qorqudşünas alimlərimizdən üzr istəyərək,
bir yazıçı kimi hisslərimi, duyduqlarımı bidirim: Mənə belə
gəlir ki, “Koroğlu”, “Əsli Kərəm”, “Aşıq Qərib” və sair
dastanlarımız kimi “Kitabi-Dədə Qorqud” dastanı
yaddaşın, şifahi ədəbiyyatın məhsulu deyil. “Dədə Qorqud
dastanı” daşıdığı fikrə, düşüncəyə, əsasən bu düşüncənin
ifadəsinə, özü də yüksək səviyyədə obrazlı ifadəsinə görə
yazılı abidə, islam dininə qədər mövcud olmuş hansısa bir
yazılı qaynaqdan köçürülmüş olduğu iddiasındayam.
Əlbətdə bu mənim öz subyektiv fikrimdir. Dastanın
özünün yazılış dili, dilin ifadə gücü, bir cümlə ilə anlaşılan
və açılan geniş mənzərə, əsərin əhatə tutumu bu fikri
müdafiə etməyə imkan verir.
Milli oyunlarımızdan – Beş daş...
Bu
oyunu
oynamaqçün
beş
dənə
daş
götürülür...Vacib deyil ki, mütləq daş olsun... İndiki
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
şəraitdə müxtəlif meteriallardan da ola bilər. amma
yumru, dənəvər daşlar seçilməlidi ki, əl üstündə saxlamaq
o qədər də asan olmasın, çünki, hər oyunun sonunda xal
yığmaq üçün daşları göyə atıb əl üstündə saxlamaq lazım
gəlir. Daşın hamısını əlinin üstündə saxlamağı bacaran ən
yüksək bal yığır. Bunu tək əlli də etmək olar, cüt əlli də.
Bununçün öncədən danışmaq lazımdı. Əlbətdə, tək əllə
oynamaq, - bir əlin üstündə çox daş saxlamaq təbii ki,
çətindir, elə bu çətinlik də oyunun dramatik, kəskin
keçməsi üçündür...
Bu oyunu beş adam da oynaya bilər, iki adam da...
Daha çox qız oyunu kimi tanınır.
1-ci gediş... Beş dənə daşı bir əldə tutursan... Birini
göyə atıb dördünü yerə qoymalısan; yerə qoydugun
daşlar göydəki daş yerə düşənəcən yerini tapmalıdı... Bir
şeyi də bilməlisən ki, ikinci gedişdə yerdəki daşları
göydəki daş ovcuna düşənəcən götürməlisən... Ona görə
də birinci gedişdə daşları elə qoymalısan ikinci gedişdə
yerdən götürmək sənə asan olsun.
2-ci gediş, dənnəmə...Göydəki daşı tutub təzədən
göyə atırsan, yerdəkiləri bir-bir götürənəcən təkrar
edirsən... Buna “dənnəmə” deyilir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
3-cü gediş, ikiləmə...Daşın birini göyə atıb dördünü
yerə qoyursan, sonra həmin qaydada, yəni göydəki daşı
tutanacan yerdəkiləri iki-iki götürməlisən. Ona görə də
əvvəlcədən elə eləməlisən ki, daşlar bir-birindən aralı və
yaxud səmtsiz düşməsin ki, yerdən götürmək asan olsun.
4-cü gediş, üçləmə... Üçü bir, biri tək...həmin
qaydada, tək daşı göyə atıb tutanacan yerdəkiləri üçünü
bir, birini bir ayırıb götürməlisən...
5-cü gediş, gözətçi adlanır... Öz əl çərəyinlə qapı
düzəldirsən, bu qapının ağzına gözətçi qoyursan.
Gğzətçinin adı olmalıdı. Şirvan-Ərəş mahalında gözətçinin
adı adətən İgid olur. Yurdumuzun batı, -qərb bölgəsində
gözətçi adətən Molla adlanır... Bəzi yerlərdə Çərək
qapısına gözətçi kimi it bağlanır. Nə isə... Çərəyinlə qapı
qurmalısan, göy daşını atıb tutanacan yerdəki daşları bir-
bir bu qapıdan içəri ötürməlisən, elə eləməlisən ki, içəri
ötürülən daşlar qapıdakı gözətçi daşa toxunmasın...
Gediş edən oyunçu çərəyiylə qapı düzəldib rəqibini
gözləyir.
Rəqib oyunçu içəri ötürüləcək daşları izləmək üçün
dediyimiz kimi çərək qapının agzına gözətçi qoyub
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
adlandırmalıdı... Bunun üçün gediş edən oyunçu rəqibinə
deyir:
- Özünə gözətçi seç!
Rəqib:
-Mən qapıya it bağlayıram, gözətçim itdi.
Oyunçu:
-Olmaz! İt qapar məni...
Rəqib:
-Yaxşı, qurd bağlayıram...
Oyunçu:
-Qorxuram, qurd yeyər məni...
Rəqib:
-Yaxşı, qoy gözətçim İgid olsun...
Oyunçu:
-Yox-yox, iğid sevər məni...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Rəqib:
-Yaxşı, onda qapını Mollaya tapşıraq...
Beləliklə, Molla gözətçi olur... Dediyimiz kimi gediş
edən elə etməlidi ki, daşlar çərək qapıdan keçəndə
Mollaya (Molla adlanan daşa) toxunmadan keçsin.
Sonra, oyunun sonunda daşların hamısını atıb əl
üstündə saxlamalısan. Kim əlinin üstündə çox daş saxlasa
xalı da çox olur...
Beləliklə, həmin adam qalib olur, oyunu udur...
İnanclarımız...
Quzey otu qaraya çalar, güney otu qırmızıya.
Sürülər dağ güneyində tərpənməz, iynə olub bir qarış
otluğa sancılar.
Tumov (qrip) oldun, reyhan çiçəyini iylə.
Əncirlə qursaq-mədə ağrısını sağaltmaq olar.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Quru qoz qabığını əz, külfəcdən keçir, qan axmanı
dayandırar.
Deyərlər,bir uşağa on beş yaşınacan sarımsaq
yedirtsən gündüz göydə ulduzları görə bilər.
Qaraçərək otu ölümnən başqa bütün ağrıların
dərmanıdı..
***
Mənim amacım bildiyim, anladığım qədərində yazılı
tarixdən, kitab tarixindən yox, bu, dediyim, içimizdə, -iç
dünyamızda
möhtəşəm
abidələrə
dönmüş
tarixi
yaradıcılıq haqda yazmaqdır...
“Yağışda at, küləkli, yelli havada qoyun, toyda qız
bəyənən, səhv edər”. Bu atalar sözünün daşıdığı
mənaların üzərində dayanaq...
Yağışlı havada yer sürüşkən olur, ona görə də atın
yerişini doğru-düzgün bilmək mümkün deyil. Yelli havada
qoyun seçmək çətindi, külək əsir, qoyunu başqa görkəmə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
salır, yel yunun arasına dolub qoyunu kök göstərir, olduğu
kimi görünməyinə mane olur; səhv etməyə məhkumsan.
Qaldı sonuncu anlayış... toyda qız bəyənmək. Heç bir qız,
heç bir toyda təbii halında deyil, ola da bilməz. Bəzək-
düzəklər, işvələr, cilvələr onu gizlətməlidi. Ona görə də
dədə-babadan toyda gördükləri qızı toysuz , toydan
sonraların sınaqları gözləyir...
Birinci sınaq, bulaq başına oğlan evindən adam
göndərilir; qızı suya gedəndə yox, sudan qayıdanda
danışığa-söhbətə tutur, əgər qız çiynində səhəng yük
altında dayanıb söhbətə qatılırsa bu kifayət eləyir ki
ondan üz döndərilsin...Ən azı ona görə ki, çiynində sənək
dayanıb qeybətə qoşulan qızdan gəlin olmaz.
Ikinci sınaq, qız keçdiyi yola əşyalar atılır, əgər qız
onların üstündən heç nə yoxmuş kimi keçib gedəcəksə üz
döndərilir. Misal üçün gəlin süpürgəni evin baş tərəfində
görüb götürüb yerinə qoymursa bu onun anlaqsız,
səliqəsiz, pinti olmağını göstərmirmi...?!
Əlbəttə, deyəcəklər ki, indi səhəng əsri deyil,
süpürgə vaxtı deyil, bu cür qız bəynmək artıq gülüncdü.
Mən sayqılı, sayın oxucumdan təmkinli olmağı xahiş
edirəm. Söhbət heç də səhəngdən getmir. Söhbət heçdə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
toyda qız bəyənməkdən və s... getmir. Söhbət ana qızdan
gedir, yəni ana olmağı bacara bilən qızdan gedir... Mənim
xahişimi nəzərə alıb tələsməsək bu gün bütün dünyanın
anasızlıqla üz-üzə qalmaq qorxusunun gerçək olduğunu
anlayarıq...
İndi mən bu hüssləri ifadə etdikcə 1980-ci illərin
əvəllərində yazdığım bir şeri xatırlayıram...
Yoxsan bu rənglər altda, qız,
üzün-gözün hanı?!
İtirmisən vaxtı-vədəni,
gecən-gündüzün hanı?!
Hanı o gülüşlərin ki,
əksimi görərdim üstündə, şüşə kimiydi?!
Nədən döngələrdə qırılır sevgin,
bir vaxt ki, başa kimiydi?!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sən ki, sevimli bir varlıqdın,
özünü qorumursan, niyə?
Niyə bitib-tükənib ətrin,
çiçək tək qoxumursan, niyə?!
Anasız qalacayıq, qız, inan,
Dərdlərin ən ağırıdı, bu!
Bütün ölümlər-itimlər yalan,
Dünyanın axırıdı, bu!
***
Gözaltı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bir qarı nəvəsini evləndirmək istəyirdi. Günlərin
birində nəvəsi dedi: - Nənə, qonşunun qızını gözaltı
eləmişəm, get, gör, sən də bəyənərsənmi, ağızlarını ara,
gör nə deyirlər?!
Qarı: - hə, -dedi, -gedim, dindirim, söylədim, görüm,
kimdi sevib seçdiyin?
Qarının öz diliylə desək, “dəlikli muncuq yerdə
qalmaz”, ətəyini dəstələyib üz tutdu qız evinə. Yenə
qarının diliylə desək, qız evi də nolacaq, “on qonağı gəlsə
onunu da elçi biləcək”...pah, qarını bir mərtəbəylə
qarşıladılar ki, tərifini gərək sazla deyəsən. Qulaqlarına
söz çatmışdı, axı. Qarı hal-əhvaldan sonra qızı çağırtdırdı
yanına.
-Qızım, mən səni alıb aparsam, qışda nəyim olarsan,
yayda nəyim, payızda nəyim?.
Qız dedi: - Nənə, məni alıb aparsan, qışda ocağın
olaram, yayda sazağın, payızda bucağın.
Qarı dedi: - Qızım, atan evi sənin nəyindi?
Qız dedi: - Ər evinnən baxıb deyərəm, görüm ordan
necə görünür.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qarı dedi: -Yaxşı, ağıllı qızım, harda olur, sənin süpür-
gən?
Qız dedi: -Səhər erkən əlimdə, günorta eşikdə,
axşam ayaqda...
Qarı dedi: - Qızım, halal olsun ananın südü.
Yıxıla-qalxa özünü saldı evə nəvəsinin üz-gözündın
öpüb dedi:
-Yaxşı qız seçmisən, halalın olsun, qoşa qarıyasan,
yığvalı yeyinnən, ocağın eyinnən olun...
***
Yaranışın, -dünyanın yəni, - qanunları dəyişilməzdir,
bu qanunların yaxşı ki, yaranması da icrası da səndən,
məndən,-bizdən asılı deyil... Bu qanunlar həm də Vaxt
deməkdir; gəlir, səhvləri, yanlışlıqları düzəltməkdən daha
çox göstərmək üçün, görk üçün gəlir, heç nəyi heç kəsə
bağışlamır; yalanları itirir, yaşanası olanları yaşadır...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Gənəçi...
Tərəkəmələrdə, - yaylaq-qışlaq həyatı yaşayan türk
tayfalarında GƏNƏÇİ deyilən bir termin var, əsasən
maldarlıqla-qoyunçuluqla məşğul olduğu üçün ona
həmişə Gənəçi, yəni baytar həkim lazım idi.Ona görə ki,
GƏNƏ xəstəiyi, - mala-qoyuna gənənin yayılmağı indi
olduğu kimi bütün zamanlarda vardı; yaşayışa ən çox
ziyan vuran xəstəliklərdən biridi...
GƏNƏÇİ – həkim hazırlamaq, yetişdirmək, təlim
vermək də çox cətin olduğu üçün gənəçilər tapılmırdı.
Eldə-obada adıyla sayılan bir-iki GƏNƏÇİ olardı, ya
olmazdı, Olanda da o eldən bu elə var-dövlət
bağışlamaqla, təntənəylə dəvət olunardı, çünki gənəçinin
təlim görüb yaranması da Şamanlar tərəfindən ruhun
çağırılması, ruhun qovulması kimi bir başa təbiət
hadisəsiydi, daha doğrusu təbiət hadisəsi olmalıydı;
anadan gəlmə... Elə etmək lazım idi ki, uşaq,- fərqi yoxdu,
oğlan ya qız hələ ana bətninə düşən anından təlim
mərasiminə başlasın, ona görə ki, bu mərasim dəqiq
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
hesablamalara bağlıdı ki, bunu ancaq el arasında vergi-
görücülük verilmiş kimi tanınan bir-iki qoca qarı
bacarardı...
Bu haqda mən 1960-cı illərin sonu 70-ci illərin
önlərində “Bulaq” radio verilişinə gələn məktubların
birində oxumuşdum. Bu məktubun ardınca getdim, kənd-
kənd, oba-oba öyrəndim, araşdırdım, tədqiqat apardım,
bildiklərimi bir neçə radio verilişində səsləndirdim, 1979-
cu ildəsə “Köç” romanında da xırdalıqlarınacan işlədim.
Bu mərasim dediyim kimi bir başa təbiət hadisəsinə,-
yazın gəlməyinə, varlığın dəyişməyinə bənzədiyi üçün
gerçək hesablamalara çox bağlıdı...
Bu təəlim-mərasim necə başlayır?
İlk öncə Şaman qarının üstünə minnətə gedilir, elin-
obanın seçilmiş adamları (şahın, bəyin, xanın adamları da
ola bilir) pay-ürüşlə QARININ qapısına gedib razılığını
alırlar... sonra QARININ iştirakıyla təzə toyluların
arasından cütlük seçilir. Ən çətin və əsas işlərdən biri bu
seçimdi, QARI gərək seçimində yanılmasın. Ona görə də
qarı cütlüyün yeddi arxa dönənindən, nəslindən-
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
nəcabətindən başlayır; südünə, sümüyünə, qanınacan
öyrənir.
Gəlin Qarının göstərişiylə uşağa qalmalıdı, Qarının
göstərişiylə oturub durmalı, Qarınım göstərişiylə yeyib
içməlidi, boyundakı uşağın ilk anından səs eşitdirməlidi,
laylalarla öz səsini duyurmalıdı...
Uşağın doğulmağına yeddi gün qalmış Qarı yeddi
arxacdan yeddi gənə yığır, bir qarış uzunluğunda qarğını
buğumundan kəsir, gənələri qarğıya ötürür, ağzını mumla
qapayır, əlçatmaz bir yerə qoyur, (məktubda yazılmışdı,
kərənin gəzinə). Uşaq anadan olanacan, içində yeddi gənə
olan qarğı-qamış Qarının nəzarətində qalır. Qarı hər gün
qamışı nəm olsun deyə suya batırıb yerinə qoyur.
Gənələrsə gündə yığışıb hansı zəifdisə onu yeyirlər, hər
gün biri azalır. Beləliklə, axıra ən güclüsü qalır. Yeddi
gündən sonra, yəni uşaq anadan olan kimi, Qarı qamışın
müşəmbəsini açır, bir dənə gənə qalıb, yan-yörəsini yeyb
dırnaq boyda olub. İşığa çıxan kimi partlayacaq, Qarı bilir
bunu, ona görə də gənəni üksükdə çıxardır...Gəlinin ağız
südünü, alır, ona qarışdırır, - ağız bulaması da deyilir,
(məktubda ağız bulaması yazılmışdı). Uşağı onunla
mayalayır, qırxı çıxanacan uşağı qovrulmuş gənə yağıyla
yağlayır...Sonra uşağı hələ qundaqda ikən oymaq-oymaq
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gəzdirirlər, uşağın getdiyi yerdə gənə qalmır, mal-
qaradan, qoyun-quzudan, yataqdan, arxacdan gənələr
tökülüb qırılırlar...
***
Mən uşaq ikən Gürcüstana bağlı Dağ Borçalının
Yırğançaq kəndindən bizim kəndə gənəçi gəlmişdi...
Niyəsə bu gəlişin vahiməsini indi də xatırlayıram.
Yeri gəlmişkən bu kəndin adıyla bağlı fikrimi bildirim.
Məncə İrqancay, Yırğançay, Yırğançaq kimi səslənən bu
kəndin adı Ürgençək yer adıyla bağlıdır. Ürgenç türk-hun
tayfalarının birinin adıdır. Özünə məxsus görünüşü, daha
çox qıpçaq üzlü olan, sazlı sözlü, dönməz, alt qatları
yaradıcılıqla dolu, dastanlar yaradan, dastanlar bilən bir
eldi, var olsun. Qayım-qədim olsun, biz köçməyə məcbur
olduq,
onlar
köçməsin...
Bir
zamanlar
gürcü
arxeoloqlarının yerli xalqı belə yaxınına buraxmadıqları
qazıntılardan daş arabalar çıxmışdı, hələ yazılı gil
lövhəciklərdən də söhbət gedirdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
Dostları ilə paylaş: |