2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Oturub səni gözləyirəm, -dedi, Bozqurd. - Bilirdim
gələcəksən, Allaha deyərsən, başım ağrıyır, ulaya-ulaya
qalmışam, bir çarə eləsin.
-Yaxşı,-dedi,
Adam-
gözlə burda, cavabını
gətirərəm.
Az getdi, çox getdi, dərə getdi, dağ getdi, qara getdi,
ağ getdi, sol getdi, sağ getdi, günəşli isti bir gündü, iri
damcılı ağ yağış başladı. Adamın ürəyinə damdı ki, Allah
buralardadı, hardaymışsa yağışla gəlib çıxıb. Yan-
yörəsinə baxdı, nə vardısa hər şey,-ot, çiçək ayağının
ucuna qalxmışdı, ilıq, işıqlı, ağ yağışa-Allaha yəni,
dartınırdı. Adam da ayağının ucuna qalxdı, Yağışdan səs
gəldi, ağyağış Allahın səsini gətirmişdi:
-Ey Adam, sənin qismətini verdim, hardan gəlmisən
ora qayıt. Ağaca de ki, dibində yatır (xəzinə) var, onu
çıxartdırsın, sağalacaq. Bozqurda de ki, yanına bir axmaq
adam gələcək, onun beyini dərmanındı. Get, Adam, elə
beləcə de. Sənin qismətini anadan olanda da vermişdim,
görmədin qismətini, indi görərsən, get qismətin qarşına
çıxacaq...
Adam sevinə-sevinə, daha doğrusu, tələsə-tələsə
getdiyi yolu qayıdırdı ki, qismətinə çatsın. Armud ağacı
onu gözləyirdi, görən kimi yüz yerindən gərildi:
-Noldu, -dedi, -Allahı görə bildinmi?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Gördüm, Allah sənin dərdini bilirmiş, dərmanını da
dedi. Dedi ki, dibində yatır-xəzinə var, çıxartdır,
sağalacaqsan.
Ağac elə sevindi, az qaldı kökündən çıxsın:
-Sən özün çıxart, xəzinə də sənin olsun.
-Yox,-dedi, Adam, - sənin dibini qazmaq ağır işdi.
Allah mənim öz qismətimi verib, gedib öz qismətimi
tapacam, -dedi də getdi.
Ağac Adamın ardınca baxa-baxa qaldı...
Bozqurd Adamı gözləyirdi:
-Gəldinmi, -dedi, - Allahı gördünmü?!
-Gördüm, bir axmaq adamın beyni onun dərmanıdı,
dedi Allah, - yesə sağalacaq. Get bir axmaq adam tap,
beyinini ye.
Qurd soruşdu:
-Ağaca nə dedi?
-Ağacın, -dedi, -dibində xəzinə var, xəzinəni
çıxartsalar sağalacaq, dedi.
-Çıxartdınmı?
-Yox, -dedi Adam.
-Niyə? -soruşdu Qurd
- Allah mənim öz qismətimi verib, gedirəm onu
tapmağa.
Bozqurd gördü bunnan axmağını tapa bilməyəcək,
Allahın göndərdiyi dərman elə budu...Adam aralanmışdı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
dörd yanına baxa-baxa gedirdi ki, görsün Allah qismətini
hara qoyub. Amma Bozqurd artıq ona çatmışdı...
***
Məsəl var, deyərlər: “Qurd anıldığı yerə gələr”. Ona
görə də qurdun adını çəkməzlə, həmişə “ağzıyanmış”
deyərlər. Qurdun bir adı da börüdü, “məşədi börü”... Uşaq
vaxtı “kor duman” gələndə dumana üz tutub oxuyardıq:
Börü-börü, meşədə börü.
İt gördü üşüdü börü,
At gördü üşüdü börü.
Yemək-içmək dalınca
Düz bizim kəndə gəldi,
Oldu, Məşədi börü...
“Qurd üzü müarəkdi”, deyərlər. Yazı boyunca yeri
gəldikcə “bu mübarək üz” anılacaq, qurdla bağlı xalqın
bildiklərini, baxışlarını-görüşlərini qeyd edəcəyəm. İndi
isə...
Üzlü qonaq...
Belə deyirlər ki, günün birində bir evə qonaq gəlir.
Allah qonağıdı, bu gün gəlib sabah da gedər, deyib içəri
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
alırlar, yeməyini-içməyini veririlər, hörmətlərini eləyirlər.
Səhər açılır, sabah olur, qonaq gedənə oxşamır. Yenə
qulluğunu eləyirlər, eybi yox, bu gün getmədi, sabah
gedər, deyib yeməyini-içməyini verirlər. Bir belə, beş
belə, görürlər yox, qonaq yaman ağır oturub, tərpənmək
fikrində deyil. Ev yiyəsi anlaqlı adam idi, baxdı, qonaq
evin yuxarı başında, - dör, deyilən yerdə “yeddi
mərtəbədən” əyləşib yeyib-içib indi də evin pişiyiylə
məzələnir, pişiyə də nə var, qılıq kimin üzündədi, yiyəsi
odu, deyərlər. Ev yiyəsi yenə şeytana lənət deyir, qonaqla
bağlı nə qədər məsəllər, atalar sözü bilirsə fikrindən
keşirir: “Qonaq ruzudu”, “ Qonaq özüylə ruzusunu da
gətirər”, “Qonaq qonağı istəməz, ev yiyəsi də heş birini”,
“Qonaqsız ev suyu soğulmuş dəyirmandı”. Nə isə, ev
yiyəsi bir gün yenə səbr edir. Bir gündən sonra görür
qonaq mütəkkəyə dirsəklənib uzanıb taxtın üstünə burdan-
ora, çay istəyir. Ev yiyəsi işi belə görüb pişiyi qucağına
götürür, qonağa baxa-baxa oxuyur:
Pişiyim, pişik ovuna,
Siçan düşər ovuna.
Qonaq bu gün burdadı,
Sabah gedər evinə.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qonaq da himə bənd imiş, mütəkkədən azacıq dikəlib
pişiyi çağırır: -piş-pişş. Pişik də elə gəldiyi gündən qonağa
işləyirdi. Dırmaşıb girdi qonağın qucağına. Qonaq pişiyi
tumarlaya-tumarlaya oxudu:
Pişiyim pişik izlə, ha,
Siçan tutdun gizlə, ha.
Qonaq bu il burdadı,
Gələn ili gözlə, ha...
***
Dədələr deyər,yer üzündə bircə qarış yerin də
“əyəsi” var, yəni yiyəsi. Buna da bizdən yeylər”deyirik,
yəni bizdən yaxşılar. Indinin özündə də aramızda belə bir
inam yaşayır: “Yurdu biz tərk etsək də bizdən yeylər, yəni
yaxşı ruhlar yurdu tərk etməz”. Ona görə də kimsəsiz
yurdlara,- evlərə gedəndə salam ver:-Salam, ey bu yurdun
əyəsi. İnancımıza görə qapının ağzına qaynar su
tökməzlər, çünki gördüklərin qədər də görmədiklərin var.
Axşamüstü qapı süpürülməz, çünki o vaxt astanalara
hər ailənin öz ruzusu bərəkəti gəlir, deyərlər, qapılar bu
vaxtlar bərəkət ətəyinə dönür. Bərəkəti süpürmə, deyərlər.
Qırt yatan anaş toyuğun üstünə güllə gəlməzlər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Gülü solduranda yerə atma, suya at ki, ömründən
olmasın.
Deyərlər, hər yetənə sirrini açma, özün üstü açıq
qalarsan...
Çoban Məmməddən gözəlləmə...
Aşıq Ələsgərin qardaşı çoban Məmmədin də sinədən
söz deməyi vardı. Kasıb idi, bir bölük də oğul uşağı vardı,
bir qarına ac, bir qarına tox yaşayırdılar. Arvad bir gün
ərinə deyir: -Dananı sat, əynimə paltar al, kənd bir yana,
artıq öz uşaqlarımdan da utanıram.
Çoban Məmmədin çarəsi qalmır, görür arvad düz
deyir, dananı yedəkləyib aparır bazara. Düşərinə-
düşməzinə yenicə satıbmış ki, borclular tökülüşür üstünə,
əlindəkinin hamısını alırlar. Məmməd də neynəsin, suyu
süzülə-süzülə qayıdır evə. Arvad elə dana gedəndən
qapıda gızləyirdi, gördü, əri gəlir, özü də əli ətəyindən
uzun gəlir, istədi daşı-kəsəyi başına yağdırsın, amma
düşündü ki, bunun da xeyri yoxdu. Deyərlər “gəlin ocağa
çəkər, kömbə bucağa”, arvad da sinədən deyənmiş. Saz
divardan asılıydı, götürüb görək nə dedi, necə dedi:
Dedim paltar gəti, yaşıldan-aldan,
Əbrüdən-atlasdan, tirmədən, şaldan,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Alışdım-yandımnan, bahalı maldan
Gün vermərəm, günü qara düşərsən.
Çoban Məmməd bazardan çıxandan qorxu içindəydi,
elə bilirdi ki, arvad ağac götürəcək, saz yox. Qılığa keçdi:
Paltar allam, qızıl düymə taxılar,
Onu görən nəfsin salar, yıxılar.
Ocağım qaralar, evim yıxılar,
Nə bilirsən bəxtəfərə düşərsən.
Arvad səsini daha da qaldırdı, fikrində dedi, ağzım
açılmışkən ürəyimi boşaldım.
Mənnən gözəl kimdi qızda-gəlində,
Ağkilsə kəndində, Göyçə elində,
Gedərəm qalarsan yetim əlində
Ah çəkibən ahu-zara düşərsən.
Məmməd gördü, “xına o xınadan deyil”, qılığ keçmə-
yəcək, üzünü bozartdı.
Axmaq oldum, niyə düşdüm felinə,
Dana getdi, əlin qoydun belinə.
Indi budu çatammıram dilinə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Üz çevirrəm, qapılara düşərsən.
Söz arvada əsər elədi, bir az özünə gələn kimi oldu.
Demədim ki, yüz ver, yüzdən al gəti,
Elə belə, ağdan-bezdən al gəti,
Gücün çatan çoxdan-azdan al gəti
Vaxtı gələr bahalara düşərsən.
Çoban Məmməd gördü arvad yumşalır, o da
yumşaldı.
Çoban Məmməd de neynəsin yoxunan,
Əyir yunnan özünə don toxuynan.
Bacarmazsan lap o qədər çoxunan
Bezikərsən min bazara düşərsən...
Söz tamama yetişdi...
***
Elə bu cür saza-sözə görə də el arasında deyim var:
Aclıq olsun, kef olsun”, “Kasıbam, dediyinə baxma,
gündə toy-düyündədi”... Ona görə də deyərlər: “kasıbın
əkdiyi bitməz,.... bitər”.
Məsəl var: “Cavan oğlan cavan qızdan həyalı gərək”.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Deyərlər, suyu durultmaq üçün ağac salmısansa, bu,
suyu bulandırmaqdı, çünki “dəyənəklə su durulmaz”.
Deyərlər: “Əl comərddi, göz namərd”...
Qız anasıının bəd öyüdü...
Bir arvad qızını gəlin köçürürdü.Yengəli, sağdışlı,
soldışlı, təmtaraqla yola salırdı. Nə demişdi, nə
deməmişdi, qapıdan çıxanda son öyüdünü deyirdi:
“Qızım, anadan olannan üzün ər evinədi. Bunu Dədələr
deyib, “ qız üzü ər evinə doğular”. Gedirsən, bu gündən
ər evində olacaqsan, yadında saxla, qarşına üç arx
çıxacaq, əgər bu arxları bir deyəndə atdana bildin,ər
sənindi, mindin boynuna, yox, atdana bilmədin onda
özünnən küs. Qız dedi: - Can ana, açıq de, bir şey anlaya
bilmədim...
Anası dedi: - Qızım, birinci arx odu ki, ərin sənnən
su istəyəcək. Onda de: -Odu səhəng get iç, birin də mənə
gətir. İkinci arx odu ki, deyəcək, -paltarımı ver, geyinim.
Deyərsən, paltarını da mənmi geyindirim. Onunçünmü
gəlmişəm,de, qaş-qabağını salla, dinib danışma.
Üçüncüdə deyəcək: - Çaydan- çörəkdən gətir, yeyək.
Yeməyə bir şey olsa da deynən, nə gətirmisən, nə də olsun.
Beləcə, hay-harayla qızını köçürdü, ər evinə. Səhər
açıldı, bəyin də nece deyərlər, təzə çağı; ağır otur, yüngül
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
dur. Dedi:-Paltarımı ver geyinim. Gəlin ürəyində dedi: -
Aha, birinci arxa çatdım. Qayıdıb,- paltarını da mənmi
geyindirəcəm, -dedi-get, geyin. Əri qalxdı,sakitcə
paltarını geyinib getdi işinin ardınca. Günorta gəldi: -Su
ver, içim, -dedi. Gəlin dedi: -Odu, shəng, get nə qədər
istəyirsən iç. Yenə əri heç nə demədi, qalxıb su götürüb
içdi. Axşam düşdü, əri gəldi: - Nəyin var, çaydan-
çörəkdən, -ded, - gətir yeyək... Gəlin də üçüncü arxı
gözləirdi: -Nə gətirmisən, nə də olsun, -dedi. - Get, bir şey
tap, ye...! Əri qalxıb onu döydü, qolunun birini qırıb
yanına saldı.
Xəbər çatdı anasına, başı alovlu özünü yetirdi. İstədi,
çığır-bağır salsın, qöz qoymadı: -dinmə, - dedi, -mənim
qolumu sən qırdın, sənin sözünə baxdım, birinci arxı
atdandım, ikincini atdandım, üçüncünü atdananda qolum
sındı...
***
Bütün zamanların gerçəyi budur ki, Xalq min il
qabaq olduğu kimi həmişə də öz sözünü deyir,
yaratdıqlarını yaradır və yaratmaqdadır. Heç nəyi
nəzərindən yayındırıb gözündən qoymaz, o an da
münasibətini bildirər, desə də deməsə də, hər şeyi, olanları
da olacaqları da qiymətləndirər. Bütün bunlar xalqın milli
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
səmtindən, özünü dərk edib anladığı yöndən gəlir. Yəni
bu münasibət xalqın millət olmağından bəhrələnir. Heç
nədən asılı deyil; nə siyasətdən, nə dindən...
Elin həndi...
Bir kənddə bir molla yaşayırmış, amma bu molla
gündüz mollalıq, gecə oğurluq eləyirmiş. Payız ayı, bar-
bəhər vaxtıymış. Molla gecənin bir yarısında: ya Allah,
deyib zəmiyə taxıl oğurluğuna gedir. Çatan kimi
yavaşcadan deyir:
-Salam əleyküm, eey elin həndi...! - Zəminin yerinə
də özü cavab verir:
-Ay əleykümə salam, Molleyi Rəcəb əfəndi.
Qayıdıb deyir:
-Nə deyirsən, çin götürüb qırpınmağa gəlmişəm.
Çırpınımmı, qırpınımmı?!
Yenə zəminin yerinə özü cavab verir:
-Xoş gəlib səfalara gəlmisən,
Çırpınna da, qırpınna da...
Molla beləcə, torbasını doldurur, evinə qayıdır.
Deyərlər, tamarzıdan al,dadanmışa ver. Bununla bağlı
belə məsəl də var: dadanan dadda qalar,bir gün gələr
yadda qalar. Molla dadanmışdı, bir getdi, iki gedti, axırda
zəmi yiyəsinin dalağı sancdı, bildi ki, taxıla dadanan var.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yeddi qotazlı qamçısı vardı, açılanda elə bil tüfəng
açılırdı. Bunu da götürüb getdi, zəminin içində gizləndi...
Molla yola elə öyrəşmişdi ki, artıq qımqını çala-çala
gedirdi. Zəmiyə çatıb həmişəki kimi dedi:
-Səlamün əleykümə, eyy elin həndi.
Yenə özü cavab verdi:
-Ay əieyküm-əssəlam, molleyi-Rəcəb əfəndi.
Zəmi yiyəsi kirimişcə qulaq asır, yeddi mərtəbəli
qamçısını hazırlayırdı, Molla yenə dedi:
-Çin götürüb qırpınmağa gəlmişəm, izin ver, qırpım
səni!
Sözün bu yerində zəmi yiyəsi gizləndiyi yerdən çıxıb
dedi:
-Həə, Molleyi-Rəcəb əfəndi, sən bura çırpılmağa gəl-
misən. İzin ver, çırpım səni! - Belə deyib doğrudan da
Mollanı çırpmağa başladı...
Toy-düyün tapmacası...
Deyir günlərin birində gəlini atdandırdılar, toy-düyün
karvanı yola düşdü, kənddən çıxa-çıxdaydı, kəndin
ağsaqqalı durdu ayağa ki, toyun qarşısını kəsəcəm,
bağlama deyərəm, açmasını bilərlər yol onlarındı, yox,
bilməzlər, yol mənimdi. Elə də elədi. Toyun qarşısına
çıxıb əl qaldırdı. Toy igidləri gülüb dedilər:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Baba deyəsən güləşmək istəyir.
Ağsaqqal dedi:
-Bir bağlama deyəcəm, cavabını tapsanız yol sizindi,
tapmasanız mənim. Nə vaxt istəsəm o vaxt da yol
verərəm.
Dedilər:
-Buyurun...
Ağsaqqal dedi:
O nədi ki,
Ataya dəyməz,
Babaya dəyər,
Xalaya dəyməz,
Əmiyə dəyər.
Dəyərə dəyməz,
Dəyməzə dəyər.
Toy-düyün adamları qaldılar baxa-baxa... Cavabı
tapa bilmədilər. Gəlin hər şeyi duvaq altından görürdü,
duvağı üzündən çəkib dedi:
Baba o dodaqdı...
Dəyərə dəyməz,
Dəyməzə dəyər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ağsaqqal baş endərib:
-Düzdü, - dedi, - qızım, halal olsun səni doğan anaya,
buyurun, uğurlar olsun, yol sizindi...
***
Bığ yağı...
Belə deyirlər ki, bir ər, bir arvad varmış, bunların da
xeyrə-şərə yaramaz bir oğulları. Bir təhər yaşayırmışlar.
Amma kişi özünə baxanmış, üzünə-gözünə, taxımına fikir
verənmiş. El diliylə desək, şenliyə-kəndin içinə çıxanda
həmişə bığını yağlayarmış. Günlərin birində görür ki,
küpədə yağ qurtarha-qurtardı, yağdan bir qaşıq götürüb
qoyur bir yana ki, kəndə-kəsyə çıxanda bığını yağlasın. Nə
isə,bığını yağlayıb yenə çıxmışdı şenlyə, adam arasına.
Görən də deyirmiş ki, kişi ya quymaq yeyib, ya da plov...
Günlərin birində kişinin oğlu bərk acıbmış, evdə də
heç nə yox. Ora baxır, bura baxır, əlinə bir şey keçmir,
götürüb kişinin bığ yağını yeyir, çıxır bayıra. Görür ki,
dədəsi camaatı arasındadı, bığı da par-par parıldayır.
Qaça-qaça gəlir ki, bəs, ay dədə, pişik bığ yağını yedi
“Bığ yağı”ifadəsi belə yaranıb...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
***.
Türklərin su, işıq, külək (hava) kimi azad, sərbəst
dövrləriydi, torpağın harası yumşaqdı ora axırdılar,
rüzgarlara qatılıb keçib gedirdilər, işıq tək getdiyi yerlərı
aydınlada-aydınlada öz milli mədəniyyətini-kültürünü
yayıb yaşayıb, yaşatdığı zamanlar idi...
Yerüzündə çox geniş anlamda yer-yurd adlarının türk
mənşəli olduğu faktı da ona görə danılmazdır...Bu cür
danılmaz faktlarsa onun yaddaşının yaşamasıdı. Daha
doğrusu, yaddaşlarda yaşamagıdı... İşıq göstərdikləriylə
göründüyü kimi TÜRK də yaddaşıyla görünür. Özü fikrini
yaratdığı hekayətlərlə belə bildirir...
Dodaqqaçdılar...
Biri varmış, biri yoxmuş, bir dəvəymiş, bir qurdmuş,
bir də tülkü. Dünyanın harasıymışsa yol gəlirlərmiş. Bir
kökyə (kömbə çörəyi) rast gəlirlər. Dəvə deyir: - Kökəni
bölməliyik. Tülkü deyir: - Bölməyək, bölsək nə düşəcək
bizə. Hərə öz yaşını desin, kimin yaşı çox olarsa, kökə də
onun olsun...
Deyirlər, yaxşı. Qurd önə çıxır, deyir: - Anamın
birçəyi haqqı, dünya binə olanda mən vardım.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Tülkü tez onun sözünü kəsir: - Nə danışırsan sən,
arsız-arsız hələ bir and da içirsən, dünya binə olanda mən
vardım, bir də bir oğlum vardı, adını da Binəli
qoymuşdun. Sən vardınsa , bə niyə görmədim səni?!.
Sıra çatır dəvəyə. Dəvə işi belə görüb əyilib kökəni
götürür, atır ağzına, gövşəyə-gövşəyə deyir: -Hə, onda
dəvə uşaq olarmış...
***
Amma bir şey var ki, tarixlərin bütün dönəmində
niyəsə, hansı istila nə göstərdisə, nəyini göstərdisə,
istədik, istəmədik, mənimsəməyə çalışdıq. Amma heç nə
bizim olmadı, arada da bizim olmayan yad şeylər qaldı,
özümüzün
olanlar
unuduldu...
Böyük
Hun
imperatorluğunu,
Göytürk
imperatorluğunu
Kiçik
Midiyanın, - Qızılbaş Midiyasının adını düşünmədən
dəyişib babamızın adına Səlcuq, Osmanlı, Səfəvi dövləti
qoyanda buna da şükür deməkdən başqa çarə qalmır.
Dostları ilə paylaş: |