Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə50/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

teləyir...  “Erməni  adındakı  hərflər”  əsərində  də  təsvir 



olunub. 

Səhərdən bağrı yarıla-yarıla mələyən quzu da anasını 

tapır...  Yan-yörə  sakitdi,  səs-küy  çəkilib.  Teləkçi  qoyunun 

başını  sığallayır,  onun  da  üzü-gözü  işıq  içindədir, 

gülümsəyir.  Qoyun  öz  səmtini  yaxınlaşdırır,  başıyla 

quzunu  yelininə  sarı  itələyir,  -həə,  yelininə  süd  gəldi 

təzədən, indi əmizdirəcək,- bunu Teləkçi deyir. 

Qumral qoyun təzəcə doğduğuna inanıb ləzzət içində 

balasını  yedirdir,  hamı  telək  mərasiminin  baş  tutduğunu 

görüb gülümsəyir... 

 

*** 



 

Xalq yaşam tərzinə çevrilmiş bu adət-ənənələrə görə 

  YARANIŞI-TƏBİƏTİ  özünün  yaratdığı  kimi  qavrayır. 

Bizim  xalqın  Təbiətə  ərki  də  ona  görə  böyükdür.  Belə 

ifadələr  var,  bir-birini  çox  istyənlərə  deyərlər:  “elə  bil 

teləkdən çıxıblar”, “elə bil teləkçi teləyib, gör bir-birindən 

ayrılırmı...” “Telək quzusudu elə bil, dalımcan düşüb”. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Quzu  doğulandan  iki-üç  gün  sonra,  çobanın  özünün 



dediyi  kimi  ayaqlanıb,  dırnaqlanandan  sonra  anasından 

ayırırlar.Çox  qalsa  deyərlər,  “südə  düşə  bilər;  yəni  süd 



artıqlıq  edər.  Bir  də  qış  vaxtıdır,  quzu  çənəsinə  qoyun 

dayanmaz.  Həm  də  deyərlər,  quzu  yun  götürər.  Yəni  yun 

udar...  Sərkər  çobanlar  deyərlər  ki,  quzunun  yatdığı  yeri 

qaranlıq eləmə, ciyəri xallı böyüyər... 

Yaz  açılanda  sərkər  çobanlar  bir-birinin  quzularına 

baş  çəkməyə  gedərlər  ki,  görək  kim  necə  quzu  çıxardıb 

yaza.  Yeri  qaranlıq  olan,  qaranlıqda  böyüyən  quzuları 

görən  kimi  tutqun  yunlarından  tanıyarlar.  Quzuları  çox 

yatmağa  qoymazlar,  çox  yatan  quzu  öhvə  (övkə)  olar

deyərlər, tez-tez quyruqla hürküdürlər ki, qırışığını açsın.  

Quyruq  da  nədir?  Quzuları  ağacla,  ya  da  qamçıyla 

vurmazlar,  deyərlər,  bərk  şeylə  vurarsan  ətinə  dəyər, 

qarası qalar, sümüyünə dəyər göyü qalar. Ona görə dana 

dərisi  tapan  kimi    quyruğunu  kəsib  quzu  qamçısı 

düzəldirlər.  Quzuları  elə  bu  qamçıyla  gündə  azı  üç  kərə 

səksəndirərlər ki övkə xəstəliyinə tutulmasınlar. 



Adətə görə nənələr döl üstündə corab toxumazdılar, 

babalar çarıq tikməzdilər, dəri aşıyıb, köşə çəkilməzdi. Bir 

də  deyərlər,  döl  düşdümü  yatağa  ayağı  yalın  getmə. 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qaydadır,  quzuları  birdən-birə  qara  çıxartmazlar.  Küləkli-

yelli  havalarda  çıxartsan  yelqursaq  olar.  Hərdən  quzular 

çox atdanmaqdan bağırsağı dolaşır, bu xəstəliyə də elə öz 

adyla  deyərlər:  “quzu  bağırsaq  oldu”.  Onda  bilici  çoban 

quzunun  dal  ayaqlarının  arasından  əlini  salıb  qabaq 

ayaqlarını  tutut,  dartıb  quzunun  qatını  açır,  bununla  da 

bağırsaqlarının dolaşığı açılır. El arasında ifadə var, “quzu 

bəndi”,  bu,  döl  çağı  quzulara  düşən  xəstəliyin  adıdı. 

Deyərlər,  bu  xəstəliyin  dərmanı  canavar  sümüyüdü. 

Canavarı  öldürüb  dizindən  aşıq  sümüyünü  çıxardırlar, 

asırlar  quzunun  boynundan,  ya  da  yatağın,  küzün 

qapısından. Deyərlər, qoyunlar canavarı yalnız qırxılanda, 

qırxılıq altında olarkən unudurlar... 

 

Su... 

 

Xalq suyu oğlu, qızı kimi tanıyır, suyu canlı bildiyi də 

ona görədir. Yaratdıqlarında, deyimlərində də su canlıdır, 

loğman  və  bilicidir,  ona  görə  də  deyir,  “...dəlini  suyla 

döy...”, “su suya qarışmaz...” deyir. Suyu canlı, atası-anası 

kimi sayqılı, doğma bildiyinə görə  “...suya tüpürməzlər”, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

deyir.  Su  onun  həm  də  inanc  yeridir,  islamı  qəbul 



edəndən  sonra  Qurana  and  içdiyi  tək  suya  da  and  içir; 

“...bu su haqqı”, Suyla dost kimidir, kirli suya baxıb  ərklə 

deyər:  “Su  murdar  götürməz,  canı  sağdı,  axıb  özünü 

duruldacaq”, “Su özünü durultmaqçün axır...”, “Su özünə 

axar”,  “Su  kimi  getdiyin  yolu  bil  ”,  “Su  axar,  çuxurun 

tapar”,  “Dərdini  suya  söylə...”  Ata  sözü  adlandırılan  bu 

deyimlər  Ötükən  yaylalarında  yaşayan  uyğurçün  də 

aydındır,  Qafqazda  yaşayan  azərbaycan  türkü  üçün 

də...Bütün bunlara əsaslanıb deyə bilərəm ki, türklər eyni 

yerdən, eyni fövqəlbəşər mərkəzdən təbiətin qanunlarıyla 

idarə  olunurlar...  Çox  təəssüf  ki,  bunu,  -bu  idarə 

olunmanı,  onun  əlindən  müəyyən  mənada  ala  bildilər. 

Bəlkə də təbiətin özü kimi asanlıqla hamının ola bilmələri 

də  ona  görədir.  Onun  özünü  yox,  yönünü-səmtini 

dəyişmək  asandır...  Doğrudur,  səmtini  dəyişir,  ona  görə 

su  kimi  altını,  -getdiyi  yeri  hiss  edəndir,  hara  yumşaqdır, 

hara  ilıq  və  gülümsərdir,  məmuniyyətlə  ora  hopar,  yox 

olduğundan  xəbər  tutmaz...  Dediyim  kimi  yalnız  dəyişil-

məyi mümkün olmayan xarakteri, - qanındakı qorxmazlığı, 

igidliyi,  ayıqlığı  və  təbəti  anlamağıyla  əhatəsində  olan 

xalqlardan  seçilə-seçilə  minilliklər  boyu  azala-azala  da 

olsa  yaşayar,  mənşəyini,  kökünü  adicə  bir  dəstə  yemşan 

bitgisiylə,  kək  otu-  kəklik  otuyla  da  tanıyıb  özünə  gələ 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bilər,  ya  da  bir  saz  havasının,  bir  muğam  tapşırmasının 



ardına  düşüb  dünyanın  axırına  gedib  çıxar...  Sovetlər 

Birliyi dövründə də belə oldu... Savad, bilik aldıqca niyəsə 

tələsə-tələsə  başqalarına  bənzəməyə  başladı...  Bir  neçə 

ilin  içində  rus  dilini  rusdan  yaxşı  mənimsədi.  Amma  özü 

bilirdi;  özü  daha  dəqiq  deyib  “...hər  şeyə  bənzəyən  heç 

nəyə  oxşamaz...”.  Özü  yaranışı  boyu  hamı  üçün  xırdalıq-

larınacan  aydın  olub,  “su  yerin  yumşağına  hopar,  su 

açıqdan  qayıtmaz...”  Bu  cür  deyimləri  ona  görə  yarada 

bilib  ki,  özü  də  elə  su  kimi  mövsümlərə-  fəsillərə  qarışıb 

yaşayıb,  “su  kimi  üzü  yola  ol”,  doğrudan  da  su  kimi  üzü 

yola  olub,  dövləti  kağız  üstündə  qurulan  bolşeviklərin 

yalanına uyub hara çəkirdilərsə ora getmirdimi? O boyda 

imperatorluqlar  yiyəsi  Türkiyə  türkləri  Avropanın  bir 

barmağının  işarəsiylə  özündən,  keçmişindən  yəni,  nece 

məmuniyyətlə  uzaqlaşdı,  hələ  də  uzaqlaşmaqda  davam 

etmirmi?    Nə  qədər  uzaqlaşdığından  xəbəri  yoxdu, 

qayıtmaq  istəsə  belə  nəinki  özünü,  heç  geyimini  tapa 

bilməz  ki,  kəndisinə  bənzəsin,  üstünü  örtə  biilsin  ki,  ayıb 

yerləri  görünməsin...  Günlərin  birində  sorsalar:  -Kimsin 

sen?    Maləsəf:  -Müslümanım,  -  söyləməkdən  ayrı  söz 

bulamaz.    


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İki  min  il  bundan  qabaq  da  elə  beləydi,  üzü  yola, 



hardan işıq gəlirdi ora, yerin harası yumşaqdı ora, tabqaç-

çin  xanımlarının  ipək  dilinə  aldana  –aldana,  bütün 

yaratdıqlarını da özgəninmiş kimi unudulmaqçün gözdən-

könüldən  uzaqlarda  qoyub  məhv  etdi.  ...Güntəkin, 

Tanyukuk,  Bilgə  xaqanın  daş  abidləri  də  iki  min  ildi  ona 

görə  bağırır:  “Ey  Türk  xalqı,  çox  sayda  öldün,  Çin 



xalqının(Tabqaç  bəylərinin)  yağlı  dilinə,  ipək  qumaşına 

aldandın, ey Türk xalqı, öleceksən! Güneydə Çuğay dağla-

rına, Tögültün obasına qonum deyirsən, ey Türk xalqı, ölə-

cəksən!...  Aclığı toxluğu  düşünməzsən,  (tox  olanda  aclığı, 

ac 

olanda 

toxluğu) 

bir 

doyarsan, 

aclığı 

heç 

düşünməzsən...!”  (Tələt  Təkinin,  “Orxon  Yazıtları” 

kitabından, Gül Təkin yazısı, güney üzü.)  

Minilliklər  boyu  türklərə  qarşı  yaşanan  acıq-qisas  izi 

var... Düşünək, görək nə acıqdır bu? Nə vaxtın qisasıdır ki, 

minilliklərə qalıb?! Ozü demiş, “qisası qiyamətə qaldı”. Nə 

qisasıdır bu? Yuxarıda qeyd etdim ki, türklər, azərbaycan 

türkləri də içində üstün və çatışmayan cəhətləriylə yanaşı 

daha  çox  tabiət  hadisəsidir.  Yəni,  qazanmış  olduğu 

uğurlarla  da,  uğursuzluğuyla  da  ancaq  təbətlə  müqayisə 

oluna  bilər...  Doğrudur,  irili-xırdalı  bütün  dünya  xalqları 

da  təbiət  hadisəsindən  başqa  bir  şey  deyillər,  amma 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yaşayış 


tərzindən, 

dünyaya 



baxışlarından, 

düşüncəsindən,  görünənlərlə  yanaşı,  görünməyənlərə  də 

bəslədiyi  münasibətindən  asılı  olaraq  bir-birindən  əsaslı 

fərqlənirlər...  Daha  doğrusu,  təbiətdə,  təbiətə  qarışmış 

halda,-payızında payızı, qışında qışı, yazında yazı, yayında 

yayı  yaşayanlar,  (mən  türkləri  bura  aid  edirəm)  təbiətə 

qarışmayıb ayrıca,- təbiətlə üzə duraraq yaşayanlar, misal 

üçün, Avropalılar kimi təbiəti öz hökmü altında saxlamaq 

istəyənlər...  Bütün  bunlar,  bu,  fərqli  yaşam  tərzi  insanın 

nəinki  sözünə-söhbətinə,  hətta  onun  görkəminə-

görünüşünə  də  təsir  edib,  dəyişdirə  bilir.  Ona  görə  də 

aran  adamıyla  dağ  adamı,  şəhərliylə  kəndçi  mövcuddur

Burdan  çıxış  etsək,  deyə  bilərik  ki,  həyatda  görünən  və 

görünməyən  yönlər  və  yöndəmlər  var,  bu  yöndəmlərin-

tərəflərin izahı  xalqları bir- birindən kəskin surətdə fərqli 

göstərir... 

 

 



 

Qoç... 

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Tərəkəmə,  döltutma  vaxtı  olsa  da,  olmasa  da  qoçu 



həmişə  sürüdən  ayrı  saxlayar.  Çoban  sözüdür,  ayrı 

saxlanılmasa  qoç  həmişə  qoyunun  yadında  olar,  çünki 

yanındadı.  Tərəkəmənin  düşündüyünə  görə  əslində  qoç 

qoyunun yadından çıxsa  yaxşıdı; həm südün yaxşı verər, 

həm  də  iştahla  otlayar.  Belə  deyərlər  ki,  tərəkəmənin 

yaşayışı  davar  eşiylə,  yəni  saxladığı-becərdiyi,  yoldaşlıq 

etdiyi sürüylə, mal-davarla dəyərləndirilər. 

İçində  vaxtlı-vaxtsız  qoçu  olan  sürü  gendən  tanınar. 

Ona  görə  biri  o  birinin  sürüsünə  baxıb  deyər:-Sürü  sınıq 

görükür, içində qoç var, deyəsən. Bunu ona görə deyirlər 

ki, qoç qoyuna dinclik verməz; həm özü həm qoyun ətini 

tökər. Bir də döl ayı olmasa da qoç yalan yerdən qoyunun 

belinə qalxır, ona görə də qoyunların sağrı yunu (ətəyinə 

yaxın yerlər) həmişə çirkli olar.   



Deyirlər,  iki  çoban  varmış,  bir-birinə  qonşu 

yaylaqlarda  sürü  saxlayırmışlar.  Çobanın  biri  bilənmiş,  o 

biri  el  diliylə  desək,  quruca  ağac  tutan,  yapıncı 

geyinənmiş.  Usta  çoban      qışın  ağır  gələcəyini  hiss  edir, 

qoçu  ayırır  sürüdən,  o  birinə  də  deyir  sən  də  ayır.  -Nə 

danışırsan, - deyir, o biri ,- qoçsuz qoyun olarmı? 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yaylaqdan  enirlər.  O  il  doğrudan  da  ağır  qış  gəlir, 

evdən  eşiyə  çıxmaq  olmur.  Usta  çobanın  sürüsündə  quzu 

yox  idi,  çünki  vaxtında  qoçu  ayırmışdı.  Sürüsünü  bir 

təhərliklə  yaza  çıxardır.  O  biri  çobanın  qoyunları 

quzuluydu.  Quzulu  qoyun  da  deyərlər,  xanım  qulluğu 

istəyər.  Ona  görə  də  hamısı  tələf  olur.  İşi  belə  görənlər 

axışıb  ağıllı  çobanın  yanına  gəlirlər:  -Hardan  bildin,  qış 

ağır gələcək, qoçu qoyunnan ayırdın?! Ağıllı çoban deyir: - 

Bulud  yumurlandı  dedi,  su  damarlandı  dedi,  sürü  xumar-

landı dedi, dilbilməz anlamadı, dedi, dilbilən anladı, dedi... 

 

*** 


 

80-ci illərin sonlarında C.Cabbarlı adına “Azərbaycan-

film”  kinostudiyasında  çalışırdım.  Dağlıq  Qarabağda 

doğulub  böyümüş  erməni  mənşəəli  qadın  yazıçı-jurnalist 

Qreta  Qəhrəmanova  da  mənimlə  işləyirdi...  O  da 

Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. Son vaxtlar, yəni 

“Yer  üzünə  məktubu”  yazdığım  ərəfələrdə  onu  bir  neçə 

kərə  xatırlamalı  olmuşam.  Hər  şeydən  əvvəl  ona  görə  ki, 

bu  maraqlı  qadın  mənim  indi  ifadə  etmək,  açmaq 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

istədiyim  bəzi  milli  mətləbləri  öz  xarakterində  daşıyırdı; 



azərbaycan  dilini  bilirdi,  amma  bildiyini  çox  böyük 

ustalıqla  gizlədirdi  ki,  biz  ondan  soruşaq:  -Azərbaycan 

dilini niyə bilmirsən, burda doğulub böyümüsən, burda da 

işləyirsən.  Ancaq  soruşan  olmurdu.  Onu  əhatə  edən 

xanımlarımızın heç ağllarına gəlməzdi, soruşsunlar.  

Mən  Qretanı  Aşıq  Ələskər  haqqında  yazdığı,  səhv 

etmirəmsə,  “Durna  çırağı”  adında  bir  məqaləsiylə 

tanımışdım,  Anarın  redaktorluq  etdiyi  “Qobustan” 

jurnalında nəşr olunmuşdu, gözəl bir yazıydı...Mənim indi 

təqdim etdiyim folklor nümunələrinə, - xalq düşüncəsinə, 



xalqın  yaratdıqlarına  yaxın  olmayan,  onu  dərindən  hiss 

etməyən,  sevməyən  Aşıq  Ələskəri  duyub,  belə  yazı  yaza 

bilməzdi.  Mən  o  vaxt  da  indi  də  bu  fikirdəyəm.  Amma 

Qreta  bunu,  bizə  olan  bu  sevgini  heç  vaxt  bildirmədi, 

bildirməzdi  də.  Onun  hərəkətlərində,  davranışlarında,  - 

bütün  bunlar  niyə  mənim  deyil,  ifadəsi  oxunurdu. 

Aramızda belə bir mübahisə oldu... 

-Biz  bu  gün  tarixlərə  qayıtsaq,  mən  gedib  filosoflara 

çıxacam,  erməni  filosoflarına,  sən  çobana  çıxacaqsan, 

bunu yəqin ki, bilirsən, elə deyimi? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Doğrusu,mən  bir  az  duruxdum,  gözləmədiyim  sual 

idi: 

-  hə,  dedim,  elədi.  Sən  gedib  yalançı  tarixçilərə,  hay 

adlanan  bir  məzlum  xalqı  aldadıb  avara-qaraçı  eləyən 

yalançı  filosoflara,  saxtakar  din  adamlarına  çıxacaqsan, 

mən  çobana  çıxacam,  bütün  Qafqazın  hər  qarışına  öz 

adını  verən,  Sibirdən  Balkanacan,  Uzaq  Şərqdən  Xəzər 

qıyılarınacan  qalalar  yapan,  şəhərlər,  kəndlər  tikən, 

dünyanın  o  başından  bu  başına  “İpək  yolu”çəkən  öz 

dastanlarını yazıb, musiqisini yaradan izi itirmək üçün rus 

tədqiqatçılarının  işquz-quz-oğuz  adını  qəsdlə  Skif  kimi 

şifrələyən,  yazan  sak-oğuz  çobanlarına  çıxacam,  doğ-

rudur. Bilməmiş deyilsən ki, çobanlıq da minilliklər siviliza-

siyasının əsas mərhələlərindən-dönəmlərindən biridir. Hə-

yat məktəblərindən də demək olar. Yurdsuzdan çoban ol-

maz.  Çoban  yeri-yatağı,  Aranı-dağı  olanlara  lazımdır; 

çobanlıq  ev,  el-oba,  -kənd,  şəhər,  -Vətən  bağlarından 

biridir  ki,bununla  yaşadığın  ömrə-günə  bağlana  bilırsən, 

həyatını, gedişatını, inkişafını qurursan, Təbiətə qarışıb öz 

düşüncəndə  yaranan  düzənlə,  qayda-qanunlarla  aradakı 

boşluqları doldurub yurd salırsan, quş yuvasını dimdiyində 

daşıdığı  kimi  özünə  Vətən  tikib  böyüdürsən,  oğul-uşaq 

böyütdüyün  kimi.  Indi    əlimdəki  “...məktub”  boyu  təqdim 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

etdiyim  nümunələr  də  onun    yaratdıqlarıdır  ki,  tarixim, 

tarixi faktlarım kimi fəxarətlə başımın üstə qaldırıb qürur 

duyuram... 

Bugün siz nəyə görə özünüzə yer tapa bilmirsiz, qapı-

qapı  düşüb  çörək  axtarırsız?!  Ona  görə  ki,  o  mərhələni 

yaşamamısız... Elədi, elə deyil?! 

 

Yaylaq  dərslikləri... 

 

Belə  deyimlər  var:  “Çobanın  bildiyini  bilici  bilməz. 

Çünki  o,  dilbilməzi  danışdırandı.”    “Şoban  dilbilməzlə  dil 

tapandı” . Məsəl var: Oğlunu çoban qoy adam olsun, çox 

qoyma  ki,  cüdam  olar.  Addı-sanlı  usta  çobanlara  sərkər  

deyərlər, sürünün sərkəri. 

Sərkər  çoban  dan  sökülər-sökülməz:-  havada  süd 

sazağı var, yaxşı ot günüdü-dedi. - Sürünün yönünü çəkdi, 

tərpənişindən bildi ki, axşamnan acdı. Çünki ayağa duran 

kimi yanını, -arxacı otlamağa başlamışdı. Usta çoban ona 

görə  də  sürüyə  acıqlandı:  -  Arxac  ətəyi,  arxalıq  ətəyidi, 

arxac otuyla qarın doymaz, -dedi. - Yürü, yamaca. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sürünü dağın qılıcına ( zirvəyə qalxan dik) sarı apardı. 



Səhərin sazaqlı çağında sürününki dağ qılıcıdı.  

Aradan  dağ  çayı  keçirdi;  belə  tezdən  sürünü  çaydan 

keçirməzlər;  qoyun  tufana  dözər,  səhərin  dağ  çayına 

dözməz, deyərlər: “sürünü üşü vurar”... 

Dağın qılıcına çatıb çöksüyüb, yəni, sancılıb otlayar. 

Gün  qalxdı,  sürünün,  belə  deyərlər,  “dırnağı  isindi, 

ağzı  durdu”,  yəni  doydurdu  özünü.  Sürünü  “xam  vurdu” 

ifadəsi  də  var.  Sərkər  çobanlar  həmişə  sürüyə  “xam 

saxlayarlar”.  Bəlli  bir  yeri  qoruyub  qoruq  edərlər,  mal-

heyvan buraxmazlar, xam saxlayarlar ki, arada bir sürünü 

orda  otarsınlar.  Xam  saxlanan  yerdə  yonca,  yoncaya 

bənzər  kimi  ağır  yem  otları  olur  ki,  sürü  çox  yesə  həzm 

edə bilməz, ona görə də sürünü xamnan tez keçirdirlər ki, 

dayanıb  özünü  doydurmasın,  doydursa,  sürü  vaxtsız 

gövşəməyə başlayır, onda deyərlər, sürünü “xam vurdu”. 

Sürünün  gövşək  vaxtı  günortadı.  Tezdən  heç  bir  heyvan 

gövşəməz. Belə olanda, yəni qoyunu “xam vuranda” qara 

çıxardarlar.  Dağların  qüzeyində  illərdən  qalma  qar 

qalaqları olur, sürü qara yığılır. Bu, həm gənəsini tökmək 

üçündü,  qarın  soyuğundan  gənələr  tökülür,  sürü 

çəkiləndə  qarın  üstü  gənəylə  örtülmüş  olur...  həm  də 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qoyun  qar  yeyir,  xamda  otlayandan  sonra  xarlanmış  qar 



yoncanın, xam otunun həzmini yüngülləşdirir. 

Sağından  qabaq  qoyunu  sulamazlar,  deyərlər  ki, 

südünə su yığar. Səhər otunun şehiylə, günortaüstü qara 

çıxmağı  sürüyə  bəs  edir.  Bütün  bunlardan  sonra  sürü 

sağına gəlir, sağmalı subayı ayrılır. Sağmal sağın bərəsinə 

keçir,  sağıncı  çobanlar  bərənin  ağzında  yerlərini  tutub 

sağına  başlayırlar.  Bütün  bunları  bərəçi  tənzim  edir... 

Budur, minilliklərin dəyişməz yaylaq qaydaları... 

Sağın  növlərindən  ən  əsası  oyşar  sağınıdı,  buna 



sıxma sağın da deyilir. Çirtma sağın da var, tək məmə də 

adlanır. 

Sağın  qurtarandan  sonra  quzuçunu  səsləyirlər. 

Niyəsə  quzuçunu  adıyla  çağırmazlar.  Mən  o  vaxtlar  çox 

soruşdum çobanlardan, aydınlaşdıra bilmədilər. mənə elə 

gəlir  ki,  quzuçunun  tanınmaması  üçün  adsız  çağırırlar. 

Qardaşım da elə dedi: quzuçinin adını bilməsələr yaxşıdı. 

Mindən  çox  sağmalı,  yəni  ana  qoyunu  olan  sürünü 

becərmək, bəsləmək  çətin-ağır sayılır, ən yaxşısı beş yüz 

sağmalı  olan  sürüdü.  Bu  sayı  döndərmək,  qatdamaq, 

becərmək asandı. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sağı n qurtaranda Quzuçunu səsləyirlər. Quzuçu 



quzunu səsə gətirir; beş yüz ananı n beş yüzdən çox 

balası  bir-birinin səsinə qaçı rlar. Gözləri ayaqları nı n 

altı nı  seçmədiyi üçün nə qoyun, nə quzu bir-birini 

görmür, ancaq səsi tanı yı rlar; hərə öz doğma səsinə 

doğru qaçı r... Beləcə yaylaq diliylə desək, böyük 

tapı şma (Türkiyə türkcəsində buluşma) anları  

yaşanı r. Ana balanı n, bala ananı n səsini aramağa 

başlayı r. Bu yaşı ma qədər dünyanı n heç bir 

yanı nda buna bənzər mənzərə görmədim. Bir daha 

görməyəcəyim duyğusu daha kədərlidir. Sürü -qoyun 

hər yerdə var, amma o yaylaqlar, o adətlər, o 

düzənlər ki, indi mən təsvirini verməyə çalı şı ram, 

işğal altı ndadı r. Ermənilər   Rus-Sovet hərbi 

qüvvələrinin köməyiylə ələ keçirti, indi Türkiyə 

sərhəddi boyu o yaylaqlarda rus hərbi düşərgəsi 

yerləşdirilib. Qrda heç kəs yaşamı r; yaylaqlar da 

yaşamı r, dağlar da yaşamı r. Orda indi dağları  dağ 

kimi görən yoxdur, daş-torpaq yı ğı nı  kimi görən var. 

Dağlar ordakı lara ona görə lazı mdı r ki, arxası nda 

gizlənsinlər, ya da ayaqları nı n altı na qoyub üstünə 

çı xsı nlar ki, görsünlər, türklər hardadı r... Beləcə, 

orda hər şey səssizlik içində qaldı , lal-kar. Yaylaqlar 

həyatı nı  itirdi, bulaqlar adı nı ... Türklərin 

düşüncəsində, anlayı şı nda gözdən axan yaş su 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin