Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə28/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bunların  burda  nə  işi  var,  minməyin,  günahdı,  ruhlarını 



incitməyin... atmı yoxdu, minməyə, eşşəkmi yoxdu. 

Çobanın  dediyini  də  axıracan  heç  kəs  anlayammadı. 

Sonra da söz yayıldı ki,  bu heykəllərin içində qızıl var, bir 

erməni,  dedilər,  nə  vaxtsa  bir  qoçun  başını  sındırıb 

içindən  beş  kilo  qızıl  çıxardıb.  Ondan  sonra  özümüz 

daraşıb qırıb dağıtdıq... 

Maşını  saxlayıb  düşdüm,  heç  gözümü  açıb  ətrafa 

baxmaq  istəmirəm.  Birdən-birə  hiss  elədim  ki,  ən  doğru, 

ən gerçək olanı elə bu, tarixini bilmədiyimiz, bilmədiyimiz 

üçün  də  anlamadığımız  şeylərdi.  Gerçək  olan  bir  də  qoç 

heykəllərindən 

yuxarıda 

ermənilərin 

uçurduqları 

xarabalıqları  görükən  abidələrin  qalıqlarıdı,  kəndin-

kəsəyin  adının  ucdan tutma  ermənicəyə  dəyişdirilməsidi, 

qalan  nə  var,  yalandı...  Dönüb  bacıoğluna  baxdım,  nə 

deyim ona, dibçək çiçəyi kimi harda varsa, ancaq ora aid 

olan,  yaraşıqlı,  şumal, bütün  düşündükləri  dilinin  ucunda 

bir yenyetmə...Yəqin ki, heç bilməz milliyə nədi, millətçilik 

nədi.  O  gün  anası  telefonda  deyir,  bacın  oğluna  nə 

demisən  ki,  yapışıb  yaxamnan  ki,  məni  niyə  rus 

məktəbinə  qoymusuz,  niyə  rusca  oxutmusuz  məni.  Mən 

də deyirəm, həə, doğrudan da səhv eləmişəm, rusca yox, 

gərək  ermənicə  oxudaydım,  erməni  axçikini  də 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tapmısan...  -telefonda  uğunub  getsə  də  hirsini  gizlədə 



bimədiyi  aydınca  hiss  olunurdu.  Həmin  anda  da,  yəni 

gülməyinin  içində  də  kövrəlib  ağlamsınır.-  Getdi  kimə 

oxşadı, bilmirəm, -deyir, hıçqıra-hıçqıra.  

-İndinin uşaqları, -deyirəm, - daha çox içində yaşadğı 

vaxta oxşayırlar...! 

 Nə demək istədiyimi o qədər də yaxşı anlamır. 

-Gəl, deyir, -səni gözləyirəm, gəl, onu başa sal, sənin 

sözünnən çıxmaz.  

 İndi  dayanıb  yaraşıqlı  boy-buxunuyla  kababxanaya 

sarı  boylanır,  ordan  bura  gəlmişəm,  heç  nə  deyə 

bilmirəm,  daha  doğrusu,  demək  istədiklərimdən  o  qədər 

uzaqdı  ki,  söz  tapa  bilmirəm.  Gərək  vaxtında  deyiləydi, 

atası  deyəydi,  anası  deyəydi,  vaxtında  deyilmədiyi  üçün 

artıq  çox  gecdi...İndi  özünün  düşündükləri  var,  elə  şeylər 

deyir  ki,  donub  qalıram...Rayon  bazarından  gələn 

kəndçilərimizi göstərib: 

-Bu  qədər  paltar  olar  ki,  -deyir,  -dayı...bu  camaat 

geyinib. Belə papaq olar?! İnanmıram ki, əvvəllər də belə 

geyinmişik.  Deyirlər  ki,  biz  belə  döyüşkən  olmuşuq, 

babalarımız  dövlətlər  yıxıb,  dövlətlər  qurub!  Hanı?  Bu 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

geyimnən  neynəmək  olar,  döyüşmək  olar?  Ona  bax,  -



deyir, -  nolsun  molladı,  ərəb  mollası deyil  ki,  Azərbaycan 

mollasıdı, niyə ərəb kimi geyinir.? Milli-milli deyirsən, qoy 

bizim  öz  milli  paltarımızı  geyinsin,  “Quran”da  deyilməyib 

ki,  hamı  ərəb  kimi  geyinməlidi...  Müsəlman  olmaq  ərəb 

olmaqdı, bəyəm?! 

Heç  nə  demirəm,  altdan-altdan  gülürəm  sakitcə, 

amma fikirlərinin dəqiqliyinə tüklərim ürpəşir: 

-Vaxtın oğlusuz, daa... -deyirəm. -Görünür, vaxtın da 

öz dili var, o dili siz bilirsiz. 

-Həə,-deyir,-hərə öz vaxtının oğludu... 

Doğru deyir. Vaxtın öz dili var, amma gərək vaxtı düz 

anlaya  biləsən,  yalanını,  gerçəyini  başa  düşəsən,  vaxt 

aldada  bilir  adamı;  al  diliylə  aldadıb  aparır,  o  yerlərə 

aparır ki, bir də qayıda bilmirsən...  

Biz  də  aldandıq,  hər  şey  əlimizdən  çıxdı,  heç  nəyə 

yiyə  durmadıq.  Axsaq  Gevorq  da  dörd  yanını  yiyəsiz 

gördüyü  üçün  hər  tərəfə  traktor  saldırdı,  abidə  qarışıq, 

şumlatdırdı.  Elə  dağıdanların,  yıxanların  çoxu  da 

özümüzkülərdi...biri  elə  Teymurun  atasıydı:  “Əə,  yıx, 

dağıt,  məscid  döyül  ki,  Allahdan  qorxasan,  kafır 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tikilisidi...”  Beləcə,  axsaq  Gevorqa  işlədik  hamımız,  çünki 



Vaxt  axsaq  Gevorqa  dil  vermişdi;  barmağını  hara  tuşladı 

yıxdıq...Bəs  heç  yanda,  tarixin  heç  bir  dönəmində 

olmayan  qədim  Ermənistanı  niyə  axtarırılar?  Dünya 

tarixçiləri  bilə-bilə  ki,  heç  bir  dənizdən  heç  bir  dənizə 

böyük  Ermənistan  olmayıb  niyə  dizin-dizin  sürünürlər? 

Ermənilərin 

məktəblərdə 

oxuyub 


öyrəndikləri 

Ermənistanı  bulmadıqca  niyə  qışqırıb  ağlaşırlar?  Buna 

səbəb  nədi?  Buna  səbəb  tarixin  yalanlarıdı,  tarix 

saxtakarlıqlardı... 

Axsaq  Gevorq  da  ona  görə  min  illərdən  qalma 

abidələrin  üstünə  düşmən  üstə  gedirmiş  kimi  getdi, 

Teymurun  atasını  da  inandırdı.  Teymurun  atası  da  ona 

görə bir vaxt, əlini yelləyib: 

-Gəlin...!  -dedi,  yanındakılara,  -hərəniz  bir  yannan 

düşün, uçuraq... 

Amma  hardan  biləydi  ki,  min  il  qabaq  elə  burdaca 

ikinci babası Alıca Günə bu dikə çıxıb həmin səslə, həmin 

dillə abidənin daşlarını qaldıranları haylayırdı:   

-Ha,  qaldırın,  başınıza  dönüm,  gerçəyin  daşlarıdı, 

gerçəyə qaldırın! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Teymurun  atası  bütün  bunları  bilmirdi,  bimədiyi 



üçün də o vaxtlar yol briqadiri işləyən axsaq Gevorqun bir 

barmağının  işarəsiyllə  tay-tuşlarını  başına  yığıb  babasının 

tikdirdiyini min il sonra iştahla, həvəslə dağıdırdı. 

İnidi  də  traktor  işlədirdi,  indi  də  dağıtmağındaydı, 

hara  buyrurdular  ora  gedirdi,  dağıda-dağıda...  istər  tik, 

istər  sök,  onunçün  bir  şeydi,  axşama  heç  nə  qazanmasa 

da  bir  arağı  olmalıydı...Oturub  oğluna,  oğlu  olmasa  da 

evinə-eşiyinə göz vura-vura arağını içirdi: 

-Axsaq  Gevorqun  qızı  nə  təhərdi,  əə?  Yaxşıdımı?!-

Oğlundan  soruşurdu,  oğlu  olmasa  da  evindən-eşiyindən 

soruşurdu. 

Əslində bütün bunlar arvadına eşitdirmək üçün idi. 

-Nolar,  ata-oğul  ikiniz  də  birləşib  sataşın  mənə, 

erməni qızı da gəlib qulluq eləyər,  erməniyə oxşadar sizi, 

onsuz  da  oxşuyursuz  yavaş-yavaş.  -Arvadı  ağlaya-  ağlaya 

evi-eşiyi qatıb  –qarışdırardı. Sonra da götürüb qardaşına, 

yəni  mənə,  zəng  edərdi.  -Gəl,  gör  neynirsən,  bunlar 

mənim axırıma çıxacaq... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Beləcə,  dindən-  dinə,  donnan-dona  keçə-keçə  gəlib 



bu  vaxta  çıxmışıq...  Budu,  biri  də  bu  yandan  böyüyür, 

bacıoğlu Teymur...  

Üzdən-gözdən aydın, başa düşülən olsa da ədəbiyyat 

müəllimi  demiş,  nə  məssəbə  qulluq  elədyi  bilinmir. 

Bilmək olmur, xristiyandı, yoxsa müsəlman... Ona görə də 

istədiyimi  deyə  bilmirəm  yanında,  istəyirəm  milli  olsun, 

qışqır-bağırnan  yox,  ürəkdən  millətini  istəyən  olsun... 

baxma, bir nəfərnən də millət güclü ola bilir... Amma bu, 

tərsinə, millətdən danışanda heç eşitmək istəmir. Oturub-

durub  fikirləşirəm  ki,  milləti  onun  gözündən  kim  salıb 

görəsən... Səbəbini yaxşı bilsəm də fikrimdən çıxmır... 

-Dayı,  -  deyir,  -  sən  milli  məsələdən  danışanda  pis 

görünürsən.  İndi  də  qoç  daşlara  baxa-baxa  gözlərin 

yaşarıb...Niyə  belə  eləyirsən?-  Gördü  fikir  vermirəm, 

qolumdan  tutub  dartdı.-Nə  var  orda,  daşa  dönmüş 

qoyunlardı  daa...  Gedək,  odu  eey,  qapıdadılar!  -Üzünü 

Gevorqun  kababxanasına  tutub  əllərini  yelləyə-yelləyə 

səslədi,-Süsəəən...! 

Əvvəl bir qızla bir qadın kababxanadan aralanıb dikə 

sarı  çıxdı,  sonra  da...  həə,  Gevorq,  axsaya-axsaya  bir  iki 

addım qabağa yeridi...Nəsə dedi, ordan bura anlaşılmadı, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qadın  qızı  saxlamaq  istədi,  qız  əldən  çıxıb  Teymura  tərəf 



yüyürdü...Heç  nə,  onsuz  da  gördüyüm  nə  var,  ruhuma 

kədər gətirib, bayaqdan ürəyimə sıxıntı çöküb... 

Teymura nəsə demək, yol göstərmək onsuz da gecdi, 

üz-göz olmaqdan başqa bir şey deyil. Teymur getdi artıq, 

Teymur  artıq  onlarındı...ermənilərin  də  yox,  gözə  kim 

görünürsə  onundu  Teymur;  o  belə  böyüyüb...Şəhərə 

qayıdanda  Bioloq  Teymura  deyəcəyim  sözlərdi  bunlar, 

özümdən asılı olmadan fikrimdən keçir. 

“Axsaq 

Gevorq 


buralardakı 

abidələri, 

qoç 

heykəllərini,  bir  sözlə  tariximizi  mənimsədiyi  kimi 



Teymuru  da  mənimsədi...”  çatan  kimi  belə  deyəcəm 

bioloqa.  Bilirəm  zarafata  salacaq,  “Uşağın  xətrinə 

dəyməyin,  qoyun  kef  eləsin”,  “Gevorqun  qızını  bildik, 

arvadı  nə  təhər  şeydi  bəs?!”  “Bəlkə  qoç  qəbrüstülərinin, 

at  heykəllərinin  içində  doğrudan  da  qızıl  var?!”.  Bu  cür 

atmacalarla 

məsələni 

həll 


eliyəcək, 

bioloq, 


vəssalam...Əslində  Teymurun  indinin  özündə  üzü  aşağı,-

Süsə-əəən!-deyə-deyə  yüyürdüyü  yol  da  qaranlıqdı.  Nə 

zamansa  ayılıb özünə  gəlmiş   olsa  ölümündən  başqa heç 

nə  görməyəcək.  Ona  görə  ki,  bunun  özü  də  özünə  qəsd 

deməkdi...  Mən  bunu  duyduğuma  görə  ürəyim  sıxıldı, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

üzüntü  içində  Moskva  ətrafındakı  Fryazino  şəhərində 



keçirdiyim sıxıntılı anlarımı xatırladım. 

Bayaq maşında olanda deyirdi: 

-Mən  Süsənlə  Amerikaya  gedəcəm,  Süsəngilin  orda 

qohumları çoxdu... 

Süsən  də  ona  doğru  qaçır,  qucaqlaşıb  öpüşürlər,  o 

yanda  ata-anası,  bu  yanda  mən...bir  anın  içində  qulaq 

batırıcı  səssizlik  yaranır,  heç  quşların  da  səsi 

gəlmir...Burdan  ora  Gevorqun  arvadının  gülümsədiyini 

hiss  eləyirəm.  Teymur  da  başını  qaldırıb  mənə  baxıb 

gülümsəyir,  sonra  da  əl-ələ  tutub    gözümüz  görə-görə 

yaşıllığa qərq olurlar... 

Bacımın yanına tək qayıtdım. 

-Teymur hanı? 

Çiyinlərimi  çəkdim...Heç  bilmədim  nə  deyim, 

Süsənlə  bir  yerdə  meşənin  bir  qulağından  yaşıllığa  nece 

qərq olduqları  gözümün  önünə gəldi, suya batırıldılar elə 

bil, Moskva yaxınlığındakı Fryazino şəhərində rus qızıyla 

mən də o cür yaşıllığa batmaq istəyirdim, bir vaxtlar: 

-Süsənlə getdi, -dedim, başımı qaldırmadan. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bacım  elə  həyətdəcə,  harda  dayanmışdı  elə  orda, 



yerə çökdü: 

-Görürsən?...Başıma gələni görürsən?! 

Mən onun indicə üz-gözünə, saçına əl atacağını hiss 

edib: 


-Çı ğı r-bağı r salma...! Çı ğı r-bağı rla bir şey 

eləmək olmaz,- dedim.- Fikirləşmək lazı mdı . Əslində 

nolub, dünya yı xı lmayı b ki, o qədər erməni qı zı  

alan var... 

Başı nı  qaldı rı b dinməz-söyləməz üzümə baxdı . 

Gözləri göm-göydü, uşaqlı ğı mı zı  xatı rlayı b özümə 

gəlməkdəydim ki, bacı mı n qı şqı rtı sı  evləri-eşı kləri 

bürüyüb kəndi başı na götürdü. Hələlik elə belə, 

qarası na qı şqı rı rdı ... sonra da üz-gözünü cı rı b 

saçları nı  yolacaqdı . Ona görə də mən onun əllərini 

tutub bağrı ma basdı m. 

-Heç kəsi belə tərbiyə etmək, belə yola gətirmək 

olmaz,- dedim, sakitcə, -Niyə qaraçı lı q eləyirsən. 

Ö

zünü ələ al!-Aralanı b həyətdəki kötüyün üstündə 



oturdum... 

“...Teymuru  olduğu  kimi  heç  kəs  tanımır,  nə  atası 

tanıyır,  nə  anası;  sadəcə  tanımağa  gücləri  çatmır,  düzü 

budu...Ona  görə  ki,  yan-yörədəkilər  kimi    deyil,  Teymur. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İndicə keçib gəldiyimiz rayon mərkəzində nə qədər adam 



yaşayırsa, adam da yox, nə qədər millət yaşayırsa Teymur 

da  o  qədərdi:  yəni  bir  az  malağan  ruslarındandı,  bir  az 

erməni dığalarından, bir az gürcü qacçolarından, bir az da 

malağanların  tatar,  ermənilərin  turk,  gürcülərin  tatrebi, 

dedikləri  insanlardan  öyrənib,  görüb-götürüb,  onlara 

oxşaya-oxşaya  böyüyüb  oxşadığı  kimi  də  yaşayır... 

Dünyanın  bütün  repçilərini,  estrada  ulduzlarını  əzbərdən 

tanıyır;  günlərinə,  aylarına,  anlarına  qədər  bələddi...Rus, 

erməni uşaqlarına qarışıb rayon mərkəzindəki kinoteatrın 

qabağında  çırt  ata-ata  böyüdü...  Ara-sıra  özünün  də  rep 

deməyi vardı... 

Erməni, hay erməni, 

Dağda döyər xırmanı, 

Öküzünə hiş, deyər, 

Arvadina şiş, deyər... 

Türkün tükün yoldular, 

Yerinə tikan əkdilər, 

Tikanları yağlıdı, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Soyqırıma bağlıdı... 



Soyqırım dəlmə deşik, 

İçində meymun yaşar, 

Meymunu yerə vurdum, 

Yer mənə yemlik verdi, 

Yemliyi nə sənə verdim, 

Nə yolu kəsənə verdim, 

Nə evdən küsənə verdim, 

Nə ipi kəsənə verdim. 

Darını Süsənə verdim... 

Beləcə,  hara  gəldi  oxuyurdu...    Ona  görə  də  indi  nə 

oralıqdı,  nə  buralıq...  O  gün  deyir,  “...  dayı,  inanırsanmı, 

mən hələ at minməmişəm. Öz atımız da olub, amma yaxın 

durmamışam... Deyirəm, niyə? Qorxursan atda-aan? Yox, 

deyir,  qorxmuram,  elə  belə  zəhləm  gedir.  Gördü,  mat-

məətəl  dayanıb  ona  baxıram.  Bilirsənmi,  dedi,  at  bir  az 

bizim kəndin adamlarına oxşayır...” 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Kötüyün  üstə  oturub  fikirləşirəm...Bütün  bunlar 



onun  tərbiyəsinə  niyə  təsir  elədi?  Onu  niyə  bu  qədər 

dəyişə bildi? Ona görə ki, Teymurun böyüməyi öz başına 

qaldı...  Yox,  düz  olmadı,  mən  hər  halda  ayrı  şeyi  demək 

istəyirəm;  heç  olmasa  bizi  kimi  təbiətə  böyümədi, 

apardılar  qoydular,  rus  məktəbinə,  dedilər  ki,  bax,  rus 

məktəbində  oxuyacaqsan,  amma  rus  olmayacaqsan,  rus, 

erməni  qızını  sevsən  də  evlənməyəcəksən...  Amma  evin 

tək  uşağıdı,  rus  məktəbində  oxusa  yaxşı  olar,  rus  dilini 

bilər,  irəli  çəkilər,  bir  vəzifə  alar,  rus  dilini  bilməyəni 

vəzfəyə  qoyan  kimdi,  işləyər,  adam  olar,  bizimkilər  kimi 

dana-buzov qovlamaz... Beləcə, bir tərəfi boş qaldı, daha 

döğrusu,  bilmədi  niyə  doğulub,  bilmədi  adı  niyə 

Teymurdu,  bu  nə  dildi  ki,  yalnız  məktəbdən  qıraqda 

danışılır,  atası-anası  danışır,  bu  qədər  maraqsız  olan 

kənddə  niyə  yaşayır    camaat,  ata,  itə,  toyuq-cücəyə 

qarışıb böyüyənlər niyə böyüyürlər...  

Atasının  gündüz  traktor  səsindən,  axşam  araq 

içməkdən  ayıq  vaxtı  olmadı...Anası  da  “bir  belə” 

vaxtından  rusca  danışmasına  az  qalırdı  bayılsın.  Bağrına 

basıb,  -  ay  qıı-ız,  gör,  rusca  nece  danışır,  -  deyə-deyə 

qapıları gəzdirirdi... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

O  gün  deyir,  dayı,  elə  bilirsən  tək  mən  beləyəm, 



yoox, Susana da elədi, o da ermənləri bəyənmir. 

Mən təəccüb elədim: 

-Doğru deyirsən? 

-Hə, bilirsən nə deyir? Deyir bizimkilərin də türkdən 

başqa  söhbətləri  yoxdu  ki,  türk  belə  gəldi,  türk  belə 

getdi...Mən  də  həmişə  ayağa  qalxıb  deyirəm,  türk 

hamıdan yaxşıdı! 

“Hardandı, bütün bunlar? ...hamı öz kökü üstündə... 

ailələr,  məktəblər...”  Birdən  -birə  öz  fikirlərimdən  cana 

doyuram...  Vaxt  güclüdü,  deyirəm,  öz-özümə,  Vaxt, 

Vaxt...! 

...Vaxt  nədi,  bəs?  Vaxtı  nece  anlayaq?...demək 

istəyirəm  ki,  vaxt  əslində  elə  Teymurun  özüdü,  Mənəm, 

bioloq  Teymurdu,  rus  Teymurdu,  o,  ekiz  oğlu  olan, 

şahmatçı...bütün insanlardı, Vaxt... 

 Bu  fikir-xəyal  içində  şəhərə  qayıdıram.  Birdən-birə 

ucqar  dağ  kəndlərinəcən  gedib  çıxmış  çanaq  antennalar 

yadıma  düşür...Həəə,  çanaq  antennası,  Teymurun  da 

Teymur  kimilərin  də  eli,  obası,  bir  sözlə  Vətəni  elə  o 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

antennalardı...Ötükən  yaylaları  nədi,  a  kişi,  dil  nədi, 



məssəb nədi, millilik nədi, əslində Qaf dağlarının özü nədi, 

yaxşı,  bioloq  Teymur,  bacarırsansa  de  görüm,  Qaf 

dağlarına  yapışmış  qaz-qas-kas  söz  sonluğy,  nəyi  ifadə 

edir?  Boş  yerə,  Qafqaz  söz  birləşməsi  yaranardımı,  min 

illərin  mənasını  saxlamasaydı,  bu  çağacan  yaşayardımı? 

İkimin beş yüz il bundan qabaq Balkan yarımadasıyla üzü 

yuxarı  qalxan  yersiz-yurdsuz  qaraçı  hay  tayfası  nədi,  bu 

antennalar olan yerdə...?! 

Beləcə,  düşündüklərimi  də  axıracan  düzəməlli 

anlamadan 

bu 

cür 


fikir-xəyal 

içində 


şəhərə 

qayıdıram...Heç  nə...yenə  ən  güclüsü  cavanlardı,  vaxta-

zamana bənzətdiyim gənclik; içində də Teymur... 

...bir  az  keçəcək  Teymurdan  salamsız-kəlamsız 

məktub  alacam.  “Dayı,  sən  həmişə,  hər  yerdə  özünü 

göstərmək istəmisən, çalışmısan ki, yazıçılıq eləyəsən, elə 

arada  bir  də  eləyirsən,  xəbərim    var...onun  bunun 

xahişiylə  qıza-gəlinə  şeir  yazırsan.  Ona  görə  də  sənin  öz 

başına  gələnlər  yoxdu,  yox  dərəcəsindədi.  Onun-bunun 

başına  gələnlərdən  yazma,  mənnən  yaz.  Ən  yazılası 

mənim başıma gələnlərdi. İndi eşit...! Sən gedən kimi gör 

noldu? Həmin gün bildiyin kimi  Süsənlə görüşdük, sənin 

az  qala  gözü  yaşara-yaşara  inandırmağa  çalışdığın  ki,  bu 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

at,  qoyun  heykəlləri  Şumerlərin  qəbristanlığıdı,  Sumerlər 



də  ki,  dediyin  kimi  bizik,  amma  xəbərimiz  yoxmuş... 

Süsənlə  bir  yerdə  bax,  həmin  o,  Şumer  qəbrstanlığından 

da  keçdik,  Boğazkəsən  meşəsini  tanıyırsan  də,  o  qədər 

odun  gətirmisən  ordan,  ulağın  belində...  (Həə,  bunu 

bilməyim  də  sən  demə,  mənim  tərbiyəm  üçün  çox 

lazımmış,  yəni  tənbəlliyim,  laqeydliyim,  ən  əsası, 

ruslaşmağıma  qarşı...)  Nə  isə,  əl-ələ  tutduq,  Boğazkəsən 

meşəliyinə  getdik.  (Açığını  deyim,  bizdə  olan  bu  cür  yer 

adlarından  xoşum  gəlir:  Boğazkəsən,  Dəllər,  Bəzəkli, 

Hamamlı,  Alget,  Ərimgəldi  və  sair)  Dayı,  inan  ki,  heç 

qayıtmaq  istəmirdik,  amma  neyniyək,  insanıq,  heyvan 

deyildik  ki,  qalaydıq.  (Dayı,  sən  yazıçı  olmaq  istədiyin 

üçün  məktubumu  belə,  yazıçı  kimi  yazıram)  Nə  isə  evə 

çox gec qayıtdım... İndi gör kənd mənim başıma nə oyun 

gətirdi.  Sən  bilirsən  də,  mən  harda  yatıram,  ikinci 

mərtəbədəki  balaca  otaqda.  Otağa  qalxanda  gördüm 

anam  əlində  də  bir  qab  nöyüt  düz    qapımın  ağzında 

oturub. 


 

-Nolub, -dedim, - nədi, bu? Atamın əlində araq, sənin 

əlində nöyüt... 

-Dedi, keç yerinə deyəcəm. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Otağıma  keçən  kimi  qapı  bağlandı.  Gördüm, 



yatdığım taxtın üstündə bəzəkli-düzəkli bir qız oturub. Elə 

bil  bir  qırmızı  yanaq  almanı  şala  bükmüsən.  Belə  hesab 

elə...  Yup-yumru  bir  qızdı,  bükülüb  oturub...  Anamın 

səsini eşitdim, qapının o tərəfindən. 

-Bax,  o,  arvadın,  o  da  sən,  üzümü  qara  eləsən, 

özümü  yandıracam,  əlimdəki  nöyütnən.  Sən  erməni 

qızıynan  kef  eliyəndə  biz  yığışdıq  evləndirdik  səni. 

Qonşumuz Tamaşanın qızıdı. Heç olmasa, mənim xətrimə, 

dediyimi  elə,  bu  işi  eləməsən,  çıxanda  meyidimi 

görəcəksən. 

Dayı,  vallah,  bilmirəm    nə  deyim,  yerin  məlum, 

deyim,  nə  deyim,  Oğuz  türkcəsiylə  belə  durumda  nə 

deyirlər,  çox  düşündüm  bulamadım.  Hun  türkləri  demiş, 

buğdanın  qarnı  yarıqdı,  Sir-Şir-Şor  türkləri  demiş,  gözün 

oğlan görsün, dayı, almaya oxşatdığım qızın şalını yavaşca 

araladım,  heç  inanmazsan  ki,  kənddə,  özü  də  bizim 

kənddə, 

qoyunun-quzunun, 

atın-eşşəyin, 

toyuğun-


cücənin  arasında  belə  qız  böyüyürmüş.  Avropada  Parisin 

küçələrini,  Amerika  qitəsində  Manhattan  adasını,  Mayya 

hindu  tayfasını,  Türkiyədə  İstanbul  Çarşısını  qarış-qarış 

gəzəsən,  anam  demiş,  ay  tova,  (yəni  ay  tövbə)  beləsini 

tapammazsan... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin