Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə29/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   25   26   27   28   29   30   31   32   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sonralar eşitdim ki, Tymur Rusiyaya qayıtmayıb, 



bizim hansı kənddənsə bir kəlmə də rusca bilməyən 

qızla evlənib, ekiz də oğlu olub...ikisinin də adını 

Teymur qoyub: birinci Teymur, ikinci Teymur... 

“Görəsən indi uşaqlarıyla nə dildə danışır, yoxsa yenə 

susurmu...?!” 

Beləcə, tanıdığım bütün Teymurları tələm-tələcik 

xəyalımdan keçirdirəm. İmirxanlı birdən yadıma düşür: 

-Onun da adı Teymurdu axı!   

 

 

 



Bərkdən deyirəm, bayaqdan səssizlik olduğu  

üçün, səsimə ağacların başından topa-topa quşlar 

uçuşur. Bioloq Teymurun Gopçu dediyi ov iti quşların 

ardınca qalxıb bilmir hara qaçsın, boşuna bir-iki ağız 

hürür... 

-Ermənilərin əlinnən canını təzə qurtarmışdı, 

qaça-qaç vaxtı öldürürlərmiş...Bəlkə də tapıb 

öldürdülər? - Bunu da itə baxa-baxa deyirəm... 

...88-ci ilin payızında kəndin üstünə bir dəstə 

erməni yeridi. Hələ bir gün qabaq bir malağan rusunu 

xəbərə göndərmişdilər ki, bəs ermənilər silahlanıb 

üstünüzə gələcək... 

 Kəndin böyüyü-kiçiyi qorxusundan əvvəl bilmədi 

hara girsin, evdən çıxıb tövləyə, tövlədən həyətə, ordan 

da kəndin içinə axışdılar. Kənddə də özlərindən başqa 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

kim olacaq ki? Çaşqınlıq içində bir-birlərinə baxsalar 



da fikirləri kəndi atıb dağlara sarı qaçmaqdaydı. Elə o 

vaxt İmirxanlı Teymur qapıdan güllə kimi çıxdı, əlində 

saz vardı, götürüb başının üstündə yellədi: 

-Nədi fikirləşdiyiniz ay camaat?! Üzünüzü niyə 

döndərdiniz kənddən? - Sazı başının üstə qaldırıb elə 

qışqırdı ki, təpələrin qaşından enməkdə olan ermənilər 

ayaq saxladılar...-Ardımcaa! 

Teymurun səsi güclüydü, heç nə deməsə də 

anlaşılandı, içi doludu, daha çox deyilməmiş, 

işlənməmiş səslərlə dolu; yəni, bu səsin içində özünə 

gəlmək vardı, ona görə də ağızdan çıxan kimi sümüyə 

işlədi, min illiklər boyu bitgi toxumu kimi arta- arta 

yerin qatlarına kök atan kənd qəbrstanlığı da bu 

səsdən sonra göz qabağına gəldi, gözə dəyən nə vardısa 

elə bil üstünün bir qatını götürdülər... Dərdlərin üstü 

açıldığına görə kənd qəbrstanlığı da ağlaşmaları, 

yuğları, hönkürtüləriylə təzədən  xatırlandı... onsuz da 

ölənlər yadlarındaydı, özlərini gizlənmişlərə 

oxşadırdılar, başlarını guya harasa soxmuşdular... 

Min- min illər yaşı olan  qəbristanlıq kəndin birdən-

birə yadına düşdü. Amma axirət dünyasının varlığına 

inanmış olsaq ölənlərin goru çatdayırdı... 

İmirxanlıTeymurun səsi də onu dedi, elə: 

-Goru çatdayacaq ölənlərimizin! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bayaqdan çaşıb qalmış adamlar Teymurun  



ardınca yeridilər. Kənddə çox saz varmış, əlinə bir şey 

keçməyən evdən sazını götürüb çıxmışdı. Sazın çoxu elə 

köynəyindəydi, başlarının üstə qaldırıb 

yüyürdülər...Qarşı yaxada ayaq saxlamış ermənilər 

qaçıb dağıldılar; yəqinki sazı avtomat silah hesab 

etmişdilər... Səhəri erməni qəzetləri elə bundan 

yazmışdı: “...türklər silahlanıb...!” 

Kəndin üstünə yürüş etmiş ermənilər türklərin 

əlindəkinin saz olduğunu sonra bildilər, ömür boyu 

sazbəndlik eləmiş Tepanusdan bir saz alıb düz kəndin 

ortasında dar ağacı qurdular, sazı adam kimi dar 

ağacından asdılar. Sazın asılması xəbəri türk 

kəndlərinə güllə kimi dəydi.. Ardınca da ermənilər xə-

bər göndərdilər ki, İmirxanlı Teymuru da beləcə, saz 

kimi asacağıq... 

...fikirlər, xatırlamalar yorur məni, həm də alıb 

aparır, diqqətimi gördüklərimə yönəldə bilmirəm. Bu 

gün nece gündüsə ürəyi getmiş kimiyəm, içimdə, - 

yaddaşımda olanlardan başqa heç nə xatırlamıram. 

O vaxtlar bu, bağ ərazisini təzəcə almışdım, 

yulğunlu bir yerdi, dəvə tikanlarıyla dolu... Sahə 

müfəttişləri yeri göstərib çıxıb getmişdilər, yerin 

ortasında təkdim. Yan-yörədə hasara alınmış bağlar, 

tikililər qaralırdı. İndi bir qarış da yer qalmayıb. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Mən o vaxt niyəsə erməni kəndində dar ağacından 



asılmış sazı xatırladım... Anam məni asılmış saza, - dar 

ağacına sarı itələdi. Səsi göynəyə-göynəyə, “...bunu 

assaydılar, məni belə yandırmazdı...” Anamın səsi nece 

vardı eləcə yaddaşımda səsləndi, qulaqlarım batıb 

içimdəki dərinliklərə işlədi, hasarların dibləriylə atlana-

atlana axıb gedən ilğımlara dalıb içimi çəkdim... 

Bütün bunlar nəyə görə yadıma düşdü, o vaxt da 

bilmədim, indi də bilmirəm... 

O vaxt deyəndə, günortadan sonraydı, aldığım 

bağ yerinə elə qəriblik çökmüşdü ki, gözə dəyən hər 

şeyin görünüşündə səs vardı; səslənmə, ulamaq səsi. 

Xəyalımla ucu-bucağı görünməyən qatar gedirdi, bu da 

yəqinki bağlara çökmüş ilğımları yaxından hiss 

elədiyimə görəydi. İnnab ağacını da o vaxtlar təzəcə 

əkmişdim... Bioloq Teymurla katibə əllərində innab 

şitili bağa baxmağa gəlmişdilər. Teymur ayağını 

dayandığı yerə vurub: 

-Burdan əkərsən, - dedi, innabın şitilini katibədən 

alıb mənə sarı uzatdı. -  İndidən ək, - dönüb katibəyə 

baxdı, - indidən əksən bir yerdə doğallar. Bu meyvə 

gətirər, o da uşaq. 

Katibə əlini yenə qarnının üstünə qoyub: 

-Eh, hanı məndə o baxt... -dedi. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İndi innab gör, nə boyda olub, ağacı sulaya-



sulaya: 

-Doğrudan da hər şey bir-birinə bağlıdı, - deyirəm 

öz-özümə. -Katibə də doğa bilmədi, bu da... 

 “...Bəlkə səhv eşitdim, bəlkə İmirxanlı Teymurdu 

ölən...? Gərək soruşaydım... Teymur kimdi? Hansı 

Teymur? Zəng eliyənin də kim olduğunu bilmədim...”  

“Ah, Əmir Teymur...!” - Əmir Teymuru 

xatırlayıram, hardan yadıma düşür, anlamıram... 

Ayağını çəkə-çəkə üstümə yeriyir. Bu yaxınlarda onun 

haqqında ssenari yazdım, çoxseriyalı televiziya filmi də 

çəkildi. İndi nə qədər istəyirəm ki, əmiri Fuad 

Poladovun qiyafəsində təsəvvür etməyim, alınmır... 

Fuad Poladov Əmir Teymur geyimində üstümə gəlir.  

Filmdə Əmir Teymurdan soruşurdular: “Sənin 

dəri yığanın niyə erməni olub?” Cavabı beləydi. “Çox 

aradım, axtardım, gördüm erməni kimi dərini hiss 

eləyən yoxdu...” 

Əlimdəki su qabında su qurtardı, qolum 

yüngülləşdiyinə görə xəyaldan ayrıldım, sonuncu 

damlaların ağacın dibində bir-birinə can ata-ata nece 

yox olduğunu gördüm; yerində qalan nəmişliyə baxa-

baxa torpağın altını, - ağacların, bitgilərin kökünün 

olduğu yeri təsəvvürümə gətirmək istədim... “yəqin ki, 

üstündə olduğu kimi yerin altında da kök kökə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qarışmaz... yəqin ki, üstəki kimi torpağın altı da 



bölünmüş olar, bəlkə də üstündə olduğundan da 

ədalətsiz şəkildə bölünüb...  

Beləcə, neçə ildi innab ağacının kökünü təsəvvür 

eləyə-eləyə dərdini tapa bilmirəm. Axırda dediyim kimi 

bu yazağzı Moskvaya bioloq dostum Teymura zəng 

eləmişəm. 

-Bəlkə suyunu az eliyirsən, - dedi, - yeri yaxşıdı, 

görmüşəm, başqa nolmalıdı...? Sən qılıqlı adamsan, 

sənin bağın-bostanın yaxşı tutmalıdı, qaşqabaqlı 

deyilsən, kim oldu, nə oldu, sevənsən. Ağaca suyu 

verəndə də elə hesab elə ki,  su sənin içinnən axır... 

İstədim ağacın kökü haqqında bəzi şeylər 

soruşam, yəni bitgi kökləri torpaqda nece hərəkət edir, 

əsasən hansı səmtə can atırlar? Oğurluğu onlar da  

anlayırmı? Başqa canlılar kimi dolanmaları necedi? 

Bir-birindən oğurluq eliyirlərmi? Nece yola gedirlər? 

Misalçün, budu, innabla nar yan-yanadı, kökləri 

aşağılarda neynir? Orda da hərənin öz yeri varmı? 

Telefonda bu boyda şeyi burdan ora nece deyəcəyimi 

tez həll edə bilmədim: 

-Yanında kim var, -dedim, - “quşları” yenə başına 

yığana oxşayırsan?! 

-Hardan bildin? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Sən də qızlara qılıqlısan, sən də qızlar olan tərəfə 



can atırsan, sənin də kökün qız olan səmtə bitir, özü də 

rus qızları, hıı?! Yoxsa hər şeyi atıb Moskvaya 

getməzdin... Burda biolojiya institutu yoxdu, bəyəm? - 

Bu arada bütün ruhumla Maskvada təkmilləşmə 

kursunda bir yerdə keçirtdiyimiz günləri xatırlayıb 

soruşdum. - Şkolnaya küçəsi yadındadı? Fryazino 

şəhəri...! 

-Həə, - dedi, - Gödək küçə... sən də belə bir hekayə 

yazmışdın... 

...Teymur bilir, bioloq dostum, bilir ki, mənim 

Moskvadan xoşum gəlir, hələ niyə xoşum gəldiyini də 

anlatmışam... “Bilirsənmi...” - dedim...o vaxt. Mən 

bunu deyəndə günorta üstüydü, elektrik qatarında 

Fryazino şəhərinə, Məşədi İbadın sözü olmasın, qız 

yanına gedirdik, yüngülvari milli bazarlıq da eləmişdik. 

Hər yan elə qatı yaşıllıq içindəydi ki, deyirdin qatar da 

tələsə-tələsə bu yaşıllığa qarışmağa, itib-batmağa gedir. 

Yan- yörəmizdəki adamlar da göm-göy, yam-yaşıl 

baxışlarıyla bu yaşıllığa qarışmış 

kimidi...“Bilirsənmi...- dedim, bir də. -...rus kimi öz 

təbiətinə, yerinə-yurduna oxşayan ikinci xalq görməmi-

şəm. Sən bir qızların baxışlarına bax, yam-yaşıldı...” 

“Qız yanına gedirsən, onlara işin düşüb, ona görə 

belə gəlir sənə...” dedi, Teymur. “ Baxım bir də, adresi 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ver.”  Balaca kağız parçasıdı, mərkəzi univermağın 



möhürü də üstündə, bayaqdan əlimdə tutmuşam, ona 

uzadıram. 

Teymur kağızı alıb bir də bərkdən oxuyur: 

-Qorod Fryazino, Şkolnaya- 27... 

Gendən baxanda uzun dimdikli yay şapkasına 

oxşayan şəhərdi, demək olar ki, bir dənə küçəsi var, 

Şkolnaya. Küçənin tək saylı səmtinə baxa-baxa 

gedirik: 1-3-5... 

Dünən univermağın foyesində həmin qızlarla üz- 

üzə dayanmışdım...birinin gözləri o qədər göydü ki, 

göylüyündən giləsi seçilmir, baxa-baxa qalmışam; 

baxışları su kimi, hava kimi rəngini dəyişə-dəyişə axır, 

o yana, bu yana...Mən onlara dondurma almışam, 

gülümsəyə- glümsəyə dondurma yeyirlər: 

-Net, on ne zayatc...

68

  



Mən gözləri lap göy olan qızı anlamadım. 

“..zayatc”, kimə deyir görəsən? Mənə deyirsə, nə 

dovşan? Dovşan nədi?!” 

Ünvanını yazıb verəndə hər şeyi unutdum: 

“q.Fryazino, Şkolnaya- 27. Budim jdat...”

69

 



Səhəri elektrik qatarına minəndə Teymur elə belə 

də dedi: 

                                                           

68

 Yox, o, dovşana oxşamır (rusca). 



69

 Gözləyəcəqik (rusca). 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Bilirsən burda “dovşan-zayats” kimə deyirlər? 



Alverçiyə... burdan alıb, ordan satana. 

-Mən alverçiyəm ki? 

-O da onu deyir... səni alverçiyə oxşatmayıb. 

Çatmışıq, ikimiz də sevinə-sevinə bu başından 

baxanda o başı görünən  küçəylə deyə-gülə gedirik: 

-Ruslar sağ olsun, - deyirəm-problemsiz xalqdı, 

dincdilər, heç bizim Bakıda Sovetski küçəsinnən belə 

kişilənə-kişilənə keçə bilərdik?! 

Doğrudan da elə bil uzun ayrılıqdan sonra öz 

küçəmizə qayıtmışıq, az qalırıq ətrafa əl eləyək... 

Həyətlərdə adamlar olsa da səs-səmir yoxdu, hər 

yan elə yaşıldı ki, deyirəm, yəqin bu səssizlik də 

yaşıllığa görədi. Mən gözlərinin göylüyündən giləsi 

seçilməyən qızın baxışlarını xatırlayıram... “budem 

jdat” 

-Nə təhər şeydilər?- deyir, Teymur. Axşamnan 



bura on dəfə soruşub. -Heç olmasa zəhmətimizə 

dəysin. 


-Birinin gözü elə göydü... -deyirəm, əillərimin 

ikisini də irəli uzadıb hər şeyi canında qərq etmiş 

yaşıllığı göstərirəm. 

-Ey vı, k komu idyote?

70

 

-Bunların arasında yoxdular? - Teymur soruşur. 



                                                           

70

 ...kimin yanına gedirsiz (rusca). 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bayaqdan bizə fikir vermirdilər, indi tamaşamıza 



qızlar çıxır, o qapıdan, bu qapıdan əl eləyirlər, hələ 

beş-altısı ardımızca gəlir. Mən onlara bir də göz 

gəzdirib: 

-Yoxdular,-deyirəm.-Bunların arasında yoxdular. 

- Səsimin dəyişdiyini özüm də hiss edirəm. 

Teymur çiyinlərini qısıb qəribə görkəmə düşür: 

-Bilirsənmi, arada nəsə var, -deyir. - Mənə elə 

gəlir, bütün məhlə bizi gözləyirmiş, sənin qızların bizi 

aldadıb...baax! 

 Doğrudan da küçənin sonuna yaxın bütün qapılar 

açıqdı, qoca rus qarılarınacan bizi gözləyirlər. 

-Hə, sənin dovşanların bizi aldadıb,- Teymur 

dayanıb kədərini, daha doğrusu, pərtliyini gizlətmədən 

küçənin qurtaracağına baxır. - Küçə 24-cü evəcəndi, - 

deyir, - 27-ci ev yoxdu... 

Sonuncu evlə üz-üzə quraşdırılmış, bayaqdan 

suyunun səsi gələn bulağa tərəf gedir, mən də dalınca. 

Bulağın yanında süfrə masası var, Bakıdan onunçün 

gətirdiyim, indisə qızyanına götürdüyümüz gülöyşə 

narları, güney mandarinlərini, göyərtilərini, indinin 

diliylə desək, mentalitetimizi çıxardıb masaya düzür, 

ardımızca gələn qızlara sarı dönüb araq, şampan, kon-

yak şüşələrini başının üstə qaldırıb yelləyir: 

-Gəli-iin...! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qızlar duruxub ayaq saxlayırlar, bunu 



gözləmirdilər, ona görə də çaşqınlıq içində bilmirlər 

neynəsinlər. Teymur onlara bir də əl eləyir, konyak 

şüşəsinin ağzını açıb bulaq daşının bir küncünə 

qoyulmuş stəkana konyak süzür, bir-iki addım qızlara 

sarı gedib: 

-Gəlin, içək, -deyir, - içək, peçeneqlərin 

sağlığına...! 

Mən səbəbini bilmədən ayağımın ucuna qalxıb 

boylanıram, peçeneqləri axtarıram elə bil; “hardan 

ağlına gəldi, heç vaxt cöz salmazdı bunnan... tarix 

müəllimimiz “bacanaqlar” deyirdi. Deyirdi, peçeneqlər 

ruslarla bacanaq olan türklərdi.”  

Mərkəzi univermaqda tanış olduğum qızlar yoxdu 

aralarında, mən elə bil itiyimi axtarıram, gözüm orda 

burdadı... İstəyirəm yaşıl gözlü qızı səsləyəm, içim səslə 

doludu, adı yadıma düşmür, əlimi cibimə salıram ki, 

qızın yazdığı kağızı çıxardam. 

-Kağızı çıxartma, - deyir, Teymur...  

Gələnlər bizi çoxdan tanıyırmışlar kimi başımıza 

yığışdılar. Süfrəyə düzülənləri görüb hərə bir evə qaçdı, 

biri qab-qacaq, biri turşu, biri də qarmon gətirdi... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Jenitsya priyexali!



71

... -Küçənin ortasında yarı 

yaşını ötmüş qadın ora-bura əl eləyib çır-çır çığırırdı. 

Həyətlərdən nə soruşdularsa qadın tələsik, - 

pomoyemu iz Kafkaza

72

, - dedi, dönüb bizə sarı qaçdı.  



Özü tatara oxşayırdı, uzunsov, qıyma gözləri 

vardı, bizə doğru elə gəlirdi, elə bil neçə ildi bizi 

gözləyirmiş.  

Teymur gözlüklü bir qadınla qızların indi 

gətirdikləri stəkanları süfrəyə düzür: 

-Arxeoloqam...-deyir, gözlüklü qadınla üz-üzə 

durub. 

Yenə boylanıb ora-bura baxıram: “arxeoloq 



niyə...nədi fikirləşdiyi görəsən?” Ətrafda keçmişdən 

qalma heç nə yoxdu, köhnə sınıq-salxaq traktorlardı, 

bir-birinin üstə qalaqlanıb səliqəylə küçənin 

qurtaracağına yığılıb. 

-Kurqan axtarıram,- deyir Teymur, ayağının 

ucuna qalxıb boylanır. Qızların, arvadların hamısı 

başına yığışıb, əlini dolandırıb balaca şəhərciyin dörd 

səmtini göstərir. - Mamaydan qalma kurqanları... -

Peçeneqlər, eşitmisiz? Polovestlər... polovtsı. 

                                                           

71

 Evlənməq gəliblər. 



72

 Məncə Qafqazdandılar. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Heç kəs heç nə demir, süfrəyə düzülənləri göstərib 



bir-birindən nəsə soruşurlar. Mən gülümsəyərək, 

sakitcə: 

-Qəlizləşdirmə, - deyirəm. 

Teymur mənə fikir vermir, soruşur: 

-Bəs, kilsəniz yoxdu? Mən sizin kilsənin 

divarlarına baxmaq istəyirəm... divarındakı yazılara. 

-Yox,-dedi, gözlüklü qadın, -vardı, otuzuncu 

illərdə yıxdılar. 

  -Za kovo pyom?!

73

 -Yoğun, xırıltılı səsə ikimiz 



də birdən döndük, orta yaşlarında əlində boş stəkan, 

başında əzilmiş, köhnə şlyapa olan kişinin hansı 

səmtdən çıxdığını bilməmişik. 

  -Za Mamaya... -dedi, qızların, qadınların 

arasında çiçəyə oxşayan məktəbli qız. 

  Kişi dodağının altında yan-yörədəkiləri söyüb: 

  -Tolko etoqo ne xvatala

74

, -dedi. 



Keçib masanın qırağında əyləşdi, içgi şüşələrinin 

üstünü bir-bir oxuyub başını qaldırdı: 

-Naley, Nastya! “Ağdam” naley, - deyib əlini 

Teymura uzatdı,- Aleksey Sergeyeviç. 

-Çut ne Puşkin, - dedi, Teymur, onun əlini sıxdı. 

                                                           

73

 Kimin sağlığına içirik?! 



74

 Bir o qalmışdı. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ayağı yer tutan üstümüzə gəlir, amma aralarında 



kişi yoxdu, hamısı arvad-uşaqdı. Mən özümü saxlaya 

bilməyib soruşuram: 

-A qde vaşi mujiki

75

?! 



-Sənin də işin-gücün qurtarıb daa... - Teymur gülə-

gülə öz dilimizdə deyir ki, başa düşən olmasın.-Kişi 

lazımdı sənə? 

Hər yanımda bir qız dayanıb, iri qızlardı, elə məni 

boyda. Teymurun belə deməyinə pisikirəm, amma mən 

də gülürəm ki, qızlar bir şey anlamasınlar... 

-Düz deyirsən, sən də tarixdən danışma, burax 

tarixi... Görürsən, darıxdırır adamı.  

Doğrudan da Teymur kimi yan-yörəmdə olanlara 

qaynayıb-qarışa bilmirəm, yaşıl gözlü qızı gözləyirəm, 

az qalıram yanımdakılardan soruşam. Teymurun 

gözündən heç nə yayınmır: 

-Sağındakı gör hara baxır, sən də ora bax... -deyir 

badəsini qaldırır, -Aleksandr Sergeyeviç,- arada gülür, 

- za Puşkina... za Mamaya, za vas! 

İçirlər, sağ yanımdakı qız doğrudan da harasa 

işarələr eləyir, Teymur bunu deyirmiş, başımı qaldıran 

kimi küçənin cüt saylı tərəfindəki iki mərtəbəli mənzilin 

pəncərəsindən bizə baxan qızları görürəm... “Aha, 

                                                           

75

 Bəs kişilərimiz hardadı? 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

mənin qızlarım...” sevindiyimdən az qalıram qışqıram, 



badəni pəncərəyə sarı qaldırıb qışqırıram: 

-...za Mamaya, - deyib başıma çəkirəm... 

Pərdə qırış-qırış olub dartınır, univermaqda tanış 

olduğum qızların təbəssümləri pəncərə şüşələrinə 

yayılıb itir: 

-Teymur, tapdım...! -deyirəm, həyəcanla. 

-İndicə onlar da gələcək... -Teymurun səsi 

boğunuq çıxır, elə bil başına yığışmış qadınlar, qızlarla 

bir yerdə şüşə qabın içindədi. 

-Vı na samom dele jenitsya priyexali?

76

- Aleksandr 



Sergeyeviç  badəni başına çəkir, qarmonu götürüb 

oynaq bir hava çalır. -Ah, Kafkasskiye orlı

77

... -deyib 



oynaya-oynaya başımıza dolanır. -Ne uyezjay qolubçik 

moy... 


  Ömrüm boyu unuda bilməyəcəyim rəqs anları 

başlayır; qadınlar, qızlar bizi əldən-ələ ötürə-ötürə 

dəyişrlər, uzun növbə yaranıb, başım hərləndiyinə görə 

gözlərimi yummuşam. Teymuru elə bil suya salıb 

çıxardıblar, yaraşıqlı çöhrəsi sevinc içindədi, üz-gözünə 

dağılmış saçları, atdanıb düşməkdən daha da 

pırpızlaşmış bığları tərdən parıldayırdı. 

                                                           

76

 Siz doğurdan da evlənməyə gəlmisiz? 



77

 Ah, Qafqaz qartalalrı. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Ona yenə konyak ver, - Teymur Aleksandr 



Sergeyeviçi göstərdi. - Elə belə ayaq üstə içirt. 

 

Konyak şüşəsini götürüb Aleksandr Sergeyeviçə 



sarı getdim...Artıq axşam düşürdü, gün batmaq 

üzrəydi. Günəşin batmağı qarşı yaxada gözə görükən 

nə vardısa bizim tərəflərə oxşatmışdı. Bizim kəndə də 

axşam belə düşür. Axşam günəşlə bir yerdə enir, hər 

şeyi sıxıb üfüqlərə yapışdırır. Aleksandr Sergeyeviç 

konyak şüşəsini əlimdən alanda özümə gəldim. 

Axşamın düşdüyü səmtdən yaşıl gözlü qızın mənə tərəf 

gəldiyini gördüm. “Zayats...” bu sözü deməliyəm ona, 

deməliyəm ki, özün dovşan çıxdın...” Üz-üzə dayandıq, 

gözlərinin rəngi dəyişib elə bil, bəlkə də axşamın 

düşməyindəndi... Bizə heç kim fikir vermir, artıq hamı 

səmtini itirib, ayıq adam yoxdu, Qızın əlindən tutub 

süfrəyə tərəf gətirdim. Teymur görünmür, istədim 

soruşam, amma elə bil məni indi görürlər, heç kəs 

tanımadı.  

Aleksandr Sergeyeviçin qarmonu susub, bir əlində 

boş konyak şüşəsi, bir əlində qarmon ağaca sökənib, 

dinməz söyləməz  başını silkələyir, baxan kimi bilirsən 

ki, indicə kimisə söyəcək,  üz-gözündən söyüş yağır.  

Gözü mənə sataşan kimi bütün gücüylə konyak 

şüşəsini üstümə atdı: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin