Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə37/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

belindəki  yastığa  oxşar  qalın  yunlu  hürgüclər  hər  şeyi 



unutdururdu...Azmı keçdi, çoxmu, Adamın xəbəri olmadı, 

özünə gələndə gördü tamam başqa yerdədi, sağına baxdı, 

soluna baxdı, hər şey,-yerdən göyəcən dəyişmişdi,  heç nə 

tanış deyildi. Elə bu vaxt başının üstündən səs gəldi,  səsə 

başını  qaldırdı,    bir  qara  qarğaydı,  günbatandan  gəlirdi. 

Qarğanı görəndə çox sevindi. 

-Ay xır-xır dost, -dedi, qarğaya, -gedərsən bizim evə, 

pendir çörək yeyərsən, arvadıma da deyərsən ki, ərini lök 

apardı.- Ardınca da kövrəlib bir bayatı dedi. 

 

Fağıram yekə, mənnən, 



Kimsə yox, çəkə mənnən 

Vaxt məni yük eylədi, 

Yüklədi lökə mənnən... 

 

Yerini-yurdunu xatırlayıb, dərindən ah çəkdi: 



  -Ax vətən-dedi.-Ax, axxx... 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“Axx”,  deyən  kimi,  dəvə  dizlərini  qatlayıb  yatdı. 



Dəvənin belindən enib dörd yanına baxdı. Amma vaxt çox 

keçdiyindən  Adam  heç  yeri  tanıya  bilmədi,  səmtini-

yönünü  itirmişdi,  bilmirdi  hansı  səmtə  getsin...Dörd  yol 

ayrıcında  dayanıb  hardan  gəldiyini  xatırlamaq  istəyirdi. 

Hardan gəldiyini tapsaydı, hara gedəcəyini biləcəydi... 

Hə,  bu  Dədələr  məsəlini  çəkməkdə  məqsədim  var; 

Sovet  İttifaqı  həmin  dəvə  kimi  dizlərini  qatdayıb  yatdı, 

bütün yer üzünü təbrik etmək olar. Amma bir şey var ki, 

Avropanın  da  əslində  nə  olduğunu  yaxşı  anlamayan, 

tanımayan  bizlər  üzümüzü  elə  o  səmtə  tutub  -  Urraaa!  -

deyə qışqırmağa başladıq...  

Bir  dəmir  barmaqlıqlar  arasında  yaşayıb,  bir 

qazandan  yeyənlər,  bir  yerdən  idarə  olunub  bir  əmri 

yerinə  yetirənlər  hələ  ki  qəfəs  canlıları  kimi,  ya  da  dəvə 

belindən  düşmüş  kimi  çaşqınlıq  içindəydilər...  İmperiya 

dəvətək    cökmüşdü,  gerçək  olan  bu  idi...  Azadlıq  yelləri 

əsməkdəydi. 

Əl  altından,  -müstəmləkəçilikdən  yəni,  qurtarmaq 

yük altından çıxmaqdır. Yəni ömrün boyu daşıdığın yükün 

birdən-birə 

üstündən 

götürülməyidir. 

Qəddini 

düzəldirsən,  əvvəl-əvvəl  öz  boyunu  hiss  edirsən,  başını 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qaldırıb  daha  uzaqlara  baxırsan...  heç  vaxt  görmədiyin, 



dəvə  kimi  adını  belə  bilmədiyin  uzaqlar...  Nə  eləyəcəyini 

fikirləşirsən.  

Bütün  bir  xalqın  Millət  kimi  formalaşmağı  həmin 

andan  başlayır.  Qul  olmayan,  qanında  köləlik  hissini 

daşımayan  xalqı  sındırmaq  mümkün  deyil.  İtayətdə 

yaşasa  da  ağalığını  öz  həyət-bacasında,  əkinində-

səpinində, ən azından adəd-ənənəsində göstərəcək... 

Bu  mənada  müxtəlif  adlarla  Sovet  İttifaqında 

yaşayan  türk  xalqları, tayfa  birləşmələri  üzdə  sınmış  kimi 

görünsələr  də,  “dəvə  belində  özündən  uzaqlaşsalar  da” 

qanında-ruhunda  gətirib  çıxartdığı  adət-ənənəsiylə  hələ 

də  özündəydi,  azad  idi.  Yəni  yenə  ilxılarını  otarırdı,  atını 

sağırdı  yenə,  yenə  kımız  düzəldirdi.  Sürülərin  ardınca 

dolaşa-dolaşa 

keçmişini 

xatırlayırdı, 

dastanlarını 

oxuyurdu.  Bunun  özü  əslində  azad  olmaq  demək  idi.  Bu 

da  gerçəkdir  ki,  Azadlıq  bu  cür  varsa  qazanıla  bilər.  “İki 



daşın arasında” sazını-sözünü qoruyan, əlindəki qamçının 

hardan gəldiyini kökünəcən bilən və hələ də ona bayatılar 

oxuyan,  hələ  də  işığa,  suya,  ucalığa,  yola,  aydınlığa  and 

içən  Azərbaycan  türkləri  bunun  fərqinə  varmasalar  da 

azad  idilər.  Yenə  sazını  çalıb  sözünü  oxuyurdu,  yenə 

minilliklər  boyu  oldğu  kimi,  yayda  yaylağa,  qışda  qışlağa 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

daşınırdı,  yenə  yəhər-yüyənini  düzəltməkdə,  qamçısını 



hörməkdəydi... 

 

Qamçı... 



 

(Qamçı  haqda  araşdırıb  hazırladığım  bu  kiçik 

etnoqrafiq  yazını  daha  yaxşı  qavranılsın  deyə  televiziya 

proqramları  üçün  ssenarı  kimi  yazmağı  lazım  bildim...hər 

halda bu da məktubdur). 

 

(İri,  qara  qotazlı  qamçı  bütün  boyuyla  ekrana  gəlir, 



kiminsə  əlində  gözlənilmədən  açılır  və  tüfəng  səsi 

çıxardır... Qamçının hörgüsü boyunca verilişin adı yazılır.) 

K. a.səs: Qamçının yaranmasını bir başa şamançılıqla 

bağlayan  araşdırmaçılar  var.  Bizim  fikrimizcə  bu  daha 

inandırıcı, daha ağlabatan yozumdu, versiyadı...Qamçının 

adı  da  “Kitabi  Dədə  Qorqud”  dastanında  deyildiyi  kimi 

qam  qamlayanın,  Qamın,  yəni,  Şamanın  əlindəki  alətlə 

bağlıdı. Qamçı adının da qam sözündən yarandığı etimalı 

var  Qam-çı...  Bu  alətlə  Şaman,  yəni  Qam  qamlayan  pis 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ruhları  qovur,  eydən  eyləri,  -  yaxşıların  yaxşısı  sayılan 



ruhları salamlayırdı. 

Sibir türklərində Şamanlar indi də qamçıdan istifadə 

edirlər... 

(Qamçı ustası, köşə çəkir, yəni dana dərisindən qayış 

hazırlayır, kamera ustanın bu işlərini izləyir...) 

SƏS: Qamçı beş hissədən ibarətdi. 

(Kamera  divardakı  xalçanın  üstündən  asılmış 

qamçıları  göstərir.  Tələsmədən  detallarınacan  diqqət 

ayırır, qayışlarını, hörgülərini, qotazlarını nümayiş etdirir) 

Birinci  hissə,  qamçı  sapı...  hər  ağacdan  qamçıya  sap 

olmaz. Elə ağacdan olmalıdı ki, çəkidən yüngül, dözümdə 

bərk  olsun.  Əsil  qamçı  sapı  dağdağan,  ya  da  zoğal 

ağacından  olur...  Oamçının  hörmə  sapı  da  ola  bilir,  yəni 

göndən-qayışdan da  sap hörülür...  

Qamçılar  çox  qatlı,  yəni  çox  mərtəbəlidi.  Qotazlı 

mərtəbələr... Dörd tağdan başlamış, doqquz, on dörd, on 

səkkiz  tağdan  hörülə  bilir...  Bu  ustanın  bacarığından 

asılıdı... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dəridən 


hazırlanır, 

daha 


doğrusu, 

dana 


gönündən...Gön  işlənir,  aşılanır,  ölçülüb,  biçilib,  kəsilib, 

tağlara  ayrılır.  Qamçı  hörən  el  arasında  seçilən-sevilən 

daha  doğrusu,  sınaqlı  adamlardan  sayılardı,  indi  də 

belədi...  bu  da  yəqin  ki,  yenə  də  şamançılıqla  bağlı 

olduğundandır... 

Qamçı sapından sonra dib qotazı gəlir... 

Dib  qotazı,  çox  tağlı  olur,  yəni  qamçının  ən  yoğun 

yeri... 


Sonra  orta  qat  gəlir,  yəni  orta  qotaz.  Dib  qotazdan 

hiss ediləcək drəcədə nazik olur. 

Sonuncu  qat  şoldu  adlanır,  qamçının  şoldusu  tək 

qayışdan ibarətdi. 

El arasında məsəl var: 

Kənd şortusunnan tanınar, qamçı şoldusunnan... 

Şoldunun  qayışı    o  biri  tağlardan  fərqli  olaraq 

heyvanın  baş  gönündən düzələr,  çünki baş-alın  gönü  çox 

qatı,  möhkəm,  dözümlü  olur,  ona  görə  də  deyirlər; 

“Qamçını  şoldusunnan  tanı,  kəndi  şortusunnan.”  “Qamçı 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

şoldusunnan  üzülər...”  deyərlər,  çünki  yerə  qamçının 



şoldusu dəyir... 

(Kamera qamçıları müxtəlif vəziyyətlərdə göstərir; at 

belində,  atlının  əlində,  at  çapır,  qamçı  yellənir.  Qoyn 

sürüsü yanında çobanın əlində görürük... 

Toy  babasının  əlindədi,  qamçının  səslənməsi  və 

işarələriylə  yallını  idarə  edir.  Qamçıdan  kəmənd  kimi  də 

istifadə  etmək  olur.  Bu  mənada  qamçını  ağaca  dolayb 

atdanmaq mümkündü...) 

El arasında belə bir deyim də var: ellərə şoldu canım, 

yerə  dəydim  üzüldüm..  Deyilənlərə  görə  hürufilər-

əliallahılar  üstlərində  dəmir  gəzdirmirdilər,  ağac  və 

qayışla  silahlanardılar.  Onların  hər  birinin  çox  qatlı 

qamçıları  olurdu,  ünvanlarını  da  yalnız  özlərinin  bilib 

anladıqları  işarələrlə  qamçı  tağlarına  həkk  edirdilər. 

Tarixdən  bildiyimiz  kimi  bu  təriqət  yarandığı  gündən 

ruhanilər,-  İslam  dini  mərkəzləri  tərəfindən  izlənilib.  Ona 

görə 

də 


Hürufi 

dərvişləri 

yerlərdə 

təşkilatlanırdlar.Yerlərini  də  heç  kəs  bilməsin  deyə  bir-

birilərinə qamçılar vasitəsiylə ötürürdülər: təxminən belə, 

“bizi dib qotazın altıncı tağının qurtardığı yerdə arayın...” 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qamçının  dib  qotazı,  yəni  dib  qatı  hansısa 



bir  dağı,  bir  yaylağı  bildirirdi,  hörülmüş, 

hörgüdə  olan  tağlarsa  ora  gedən  yolu 

göstərirdi...Yəni  bu  gün  lazımsız  əşya  kimi 

qavrayıb  diqqət  ayırmadığımız  Qamçı  ümum 

türk 

mədəniyətində,- 



düşüncəsində, 

yaşayışında 

önəmli 

yer 


tutub. 

Xalq 


yaradıcılığında  bu  gün  də  izi  görünür. 

Haqqında çox sözlər deyilib... 

   

Tapmaca... 

 

Göyə dəyər səs eylər, 

Yerə dəyər iz eylər...(açması Qamçı) 

 

Deyimlər... 



 

(Əlində  qamçı  oğlan  uşağı  görürük,  uşaq  qamçını 

səsləndirmək istəyir, bu görüntünün üzərində) 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Səs: Qurd dedi, dam dolusu qız gördüm qorxmadım, 



əlindəki qamçı boyda oğlan gördüm qorxdum. 

Qamçı 


şoldusunnan 

üzülər...(Şoldu 

qamçının 

qurtaracaq sonuncu qayışıdı) 

Ellərə şoldu canım, yerə dəydim üzüldüm... 

 

 



Qara kəl qamçı görüb... 

 

*** 



 

Qamçının növləri çoxdu... 

Tatarı... 

Matraq... 

Hər  iki  növ  qamçı  at  qamçıları  sayılır...Qotazlı,  qara 

qamçılar  kimi  uzun  olmazlar.  Atı  çox  incitməsin  deyə 

şoldusu, yəni ucu enli yarpaq boyda qayışdan düzəlir. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Toy  qamçıları  da  olub.  Bu  növ  qamçılar  bəzək- 



düzəyiylə seçilərdi, yağlanıb asılardı bir yerdən, toyu, toy 

babasını gözləyərdi...İndiki dillə desək, tamadaları. Qamçı 

yallıları  deyilən  yallılar  Toy  babasının  əlindəki  qamçılarla 

idarə olunardı. 

Toy  babası  toya  qamçısız  gəlməzdi...Ona  görə  də 

belə bir deyim işlənərdi... 

Ağacsız  çoban  gördüm,  qamçısız  toy  babası 

görmədim... 

Bütün bu dediklərim və imkan daxilində göstərə bil-

diklərim  yaddaşımızda  ilişib  qalanlardı...Yaddaşımızın 

anlarıdı,  yaşadığımız  tarixdi.  Bir  suya  ikinci  kərə  girmək 

olmaz,  deyərlər.  Tarix  də  belədi,  ikinci  kərə  yaşanmaz. 

Ona  görə  də  deyərlər...  yanlışını  yaşama,  uğurunu  yaşa. 

Bütün  bunlar  yaddaşımızın  uğurlu  anlarıdı.  Ona 

qayıtmasaq da bu günki uğurundan güc almalıyıq... 

 

*** 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İnsanı  diri  saxlayan,  sınmağa  qoymayan  hər  şeydən 



öncə  onun  əsilli-nəsilli,  nəcabətli  olmasıdır.  Nəcabətli 

olmaqsa  bir  başa  qanla,  genetik  gerçəkliklərlə  bağlıdır. 

Nəcabətli  olmaq  həm  də  tərbiyəli  olmaqdır.  Nəcabət 

qanın  təmiz  qalması  üçün  insan  əxlaqının  mayalandığı 

qaynaqdır...Xalq  da  belədir,  öz  kökü  ystündə  yaşayarsa, 

bu  nizamı  saxlaya  bilirsə  inkişafı  da  sağlam  və  başacan 

olmalıdır.  

Sovet  İttifaqının  bayrağı  altında  yaşayan  bir  çox 

xalqlar Sovet İttifaqının öz qanununlarına görə öz kökünü, 

hardan  gəldiyini  unutmalıydı.  Müəyyən  mənada  unutdu 

da.  Amma  yeni  yaranan  Şura  dövlətinin  gələcək  planları 

tutulub, 

sabahların 

projeləri 

cızılsa 

da 


keçmiş 

unudulmamışdı,  qüdrətli  tarixlər  yaşamış  xalqların 



keçmişi  aradaydı,  dövlətdə  hələ  də  narahatçılıq 

doğururdu.  Bu  qüdrətli  keçmiş  yeni  yaranan  Şura  hökü-

mətini  qorxudurdu.  Ona  görə  də  elə  ilk  gündən  təbliğat 

maşını  işləməyə  başlamışdı.  Bu  fikri  bu  cür  ifadə  etsəm 

daha  yaxşı  olar:  təbliğat  maşınının  hələki  özü  yox, 

təkərləri  işləyirdi,  Xalqda  özünün  olan  doğma,  milli  nə 

varsa 

çeynıyib,əzib,məhv 

etməkçün 

işləyirdi, 

son 


günlərinəcən də işlədi. 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bu mənada kökünü-nəcabətini danmaq adi hal oldu. 



El  arasında  belə  bir  məsəl  var:  “İşimin  xətrinə  erməniyə 

dayı  dedim...”  Elədir,  bir  çox  Sovet  xalqı  dolanmasının,-

həyatda qalmasının xətrinə Şura hökümətinə “dayı” dedi. 

Bununla  da  Sovet  İttifaqının  tərkibində  Şura  hökumətinə 

“dayı deyən” yeni millətlər yarandı, xalq yox, Millət...Ona 

görə  ki,  xalqı  yaratmaq  mümkün  deyil,  Xalq  təbii  olaraq 

doğulandır, millətsə yuxarıda dediym kimi doğulmur, süni 

şəraitlərlə,  “düşmən  dəyirmanının  suyuyla”,  təsir  və 

təzyiqlərlə,  yeni  yaranmış  mühitin  təbliğat  havasıyla 

qidalanıb yaranandır. 

 

Zoğal ağacı... 



 

Belə  söyləyirlər  ki,  dəyirmanda  novat  (növbə)  idi, 

neçə  para  kəndin  adamları  sıraya  düzülmüşdü,  sıra 

uzanıb-uzanıb  dəyirmandan  xeyli  aralanmışdı.  Sıraçıların, 

yəni novatda duranların hərəsinin əlində bir şey vardı, bir 

yana  gedəndə  yerinə  əlindəkini  qoyub  gedirdi.  Birinin 

əlindəki  bıçaq  idi,  birinin  ki,  qamçı  idi,  beləcə,  hərənin  öz 

nişanası vardı.Əlində söyüd ağacı olanın sırası yaxınlaşdı. 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Elə yenicə dən torbalarını içəri daşımaq istəyirdi ki,əlində 

zoğal  dəyənək  olan  birisi  özünü  çatdırdı.  Elə  gendəncə 

əlindəki  zoğal  ağacını  silkələyib  işarə  elədi  ki,növbə 

mənimdi, mən üyüdəcəm... 

Ağacı  söyüddən  olan  istədi,  yox,  desin,  zoğal 

dəyənəyini  görüb  nə  fikirləşdisə  əyilib  yavaşcadan 

ağacının qulağına dedi: 

 

                   

Ay ağacım söyüd, 

   

 

Sənə verim bir öyüd

   

 

Qoy indi zoğal üyüdsün, 

   

 

Sonra sən üyüd... 

 

*** 

 

Öz  soyundan-kökündən  uzaqlaşmaq  sonda  millətini 

də  tanımadığı,  anlamadığı  yeni  münasibətlərə  aparıb 

çıxardır.  Yeni  münasibətlər  də  özünü  unutmaq, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

minilliklərin  yaşayış  tərzindən,  adət-ənənəsindən  çıxmaq 



deməkdir,  bu  da  yeniləşmək  yox,  əksinə  təbliğata  uyub 

yellərə, sellərə qarışıb yox olmaq deməkdir... 

Hərəkətdə  olan  hər  şeyin  “başını  qaytarmaq” 

anlayışı  var.  Kiçicik  bir  hərəkət  nizamsızdırsa  fəlakətə 

doğru  gedər.  İnsan  addımını  hara  atdığını  bilmirsə 

yıxılacağı qaçılmazdır. 

 

 

“ATBELİ” oyunu... 

( sənədli film üçün ssenari...) 

 

Köynəyindən çıxmamış saz görünür... 



Uca bir yerdə dikinə qoyulub... 

Yiyəsi  görünməyən  əllər  sazın  yan-yörəsini  bərkidir 

ki, külək yıxmasın... 

Sonra  milli  cıdır  geyimində  atlılar  görünür,  hiss 

olunur ki, işarə gözləyirlər... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Aparıcı: (k.a.) –Yaddaşımızda ilişib qalmış...bizim “At-



beli” oyunumuz...Yaşamağı bir tükdən asılıdı, desək daha 

dəqiq olar... 

(Cıdır  atlarını  meydanda  dolandırırlar...  Biri  atını 

cövlana gətirir, biri məşq edir; atın belindən əyilib qalxır, 

elə bil yerdən nəsə götürür...Biri atını tumarlayır... 

Biri  əlində  bayraq  tutub  işarə  gözləyir...  Bu 

görüntülərin üstündə...) 

Aparıcı:  -Məsəl  var,  at  ayağı külüng,  aşıq  dili  yüyrəg 

olar...  Nə  yaxşı  ki,  “Atbeli”  oyununu  tək-tük  də  olsa 

xatırlayanlarımız  var.  İgidlərimizin,  ərənlərimizin  döyüş, 

çeviklik, qoçaqlıq, mərdlik oyunu... 

Bir az da soyuqluq-laqeydlik göstərib fikir verməsək, 

başımızın  qarışıq  vaxtı  elə  bu  atların belində də çıxıb  ge-

dəcək... 

çünki 

bayaq 


dediyimiz 

kimi 


tükdən 

asılıdı...Deyərlər  malı  itənin  imanı  itər,  imanı  itmiş  kimi 

görünməyimizin də səbəbi belə itgilərimizə görədi... 

(Kamera  atlıları  bir  də  göstərir,  atlar  da,  yiyələri  də 

həyəcan içindədi... 

Qara zurnanı görürük, hələ köynəyindən çıxmayıb...) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İşarəyə hazır dayanmış adam əlində milli bayragımız, 



gözləyir... 

Aparıcı:  -“Atbeli”  oyununun    quruluşu  çox 

sadədi...lap  cadə;  yəni  işarə  verilən  kimi  atlılar  sürəyə-

cıdıra  başlayırlar...Hər  biri  çapa-çapa  atın  beilndən  əyilib 

əvvəl  papaqlarını,  sonra  yenə  çapa-çapa  qılınclarını, 

kəmərlərini açıb yerə qoyurlar... 

(Kamera  dönüb  yenə  qara  zurnanı  göstərir,  yavaş-

yavaş  köynəkdən-qabından  çıxır,  bayrağın  qalxıb 

enməyiylə  qarazurnanın  çalınmağı  bir  olur,  “Cəngi 

Koroğlu”  havası  üstündə  atlılar  ox  kimi  irəli  şığıyır... 

Kamera onları izləyir...) 

Aparıcı: Atlılar müəyyən olunmuş mənzilə çatıb dön-

məlidirlər.  Dönəndə  də  yenidən  çapa-çapa  əyilib  yerdən 

kəmərlərini  götürüb  qurşanır,  qılınclarını  alıb  taxır, 

papaqlarını  alıb  geyinirlər...  Beləliklə,  bunları  kim  tez 

eləsə  və  mənzilə  tez  gəlib  çatsa  mükafat-nəmər  onun 

olur... 

(Kamera çapa-çapa qayıtmaqda olan atlıları göstərir, 

hələ  heç  nə  alınmır,  biri  papağını  əlindən  salır,  təzədən 

qayıdır ki, götürsün...) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Aparıcı:  -Çox  lazım  olanları  beləcə,  unutmuşuq, 



yadırğamışıq,  yada  salmaqsa  özümüzə  qayıtmağımızdı. 

Yaddaşsız 

yaşamaq 

başqası 


olaraq 

yaşamaqdı... 

Atalarımızsa  deyib;  hər  şeyə  bənzəyən  heç  nəyə 

bənzəməz...Amma  örkən  nə  qədər  uzun  olsa  yenə 

doğanaqdan  keçər...  Ot  kökü  üstə  bitər,  ağaca  dedilər, 

maşallah  nə  ucasan,  əyilib  kökünə  baxdı...Öz-özünə 

yiyəlik eləməyənin yiyəsi olmaz... 

(Axıra  qalan  atlılar  görünür,  atlar  büdrəyir,  yiyələri 

çaşqınlıq  içindədi,  çalışırlar  ki,  yerə  qoyduqlarını  atın 

üstündən  əyilib  götürsünlər,  heç  nə  alınmır...Biri  çox 

əyildiyindən yıxılır, təzədən qalxıb atın ardınca qaçır...) 

Aparıcı:  -Eybi  yox,  qardaşım,  özü  yıxılan  ağlamaz, 

yıxıla-yıxıla  öyrənəcəyik...  İtik  itiyi  tapdırar,  öz  əlimizlə 

itirmişik,  öz  ayağımızla  da  axtarmalıyıq...  Beləcə, 

düzələcəyik,  dikələcəyik,  artıq  yad  bayraq altında  deyilik, 

şükürlər olsun, başımız üstündə öz bayrağımız dalğalanır, 

ayaqlar altında qalmasın deyə, beləcə, yerdən papağımızı 

götürəcəyik, qılıncımızı qurşanacağıq... 

( Kamera atlılara yaxınlaşıb onları danışdırır, hərə bir 

neçə kəlmə... deyir) 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin