Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə40/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

xalqı  sevməkdən  də  asılı  deyil...  təəssübünü  çəkməkdən 

daha  çox  asılıdır.  Xalq  dediyimiz  anlayış  mühit  kimidir, 

nəfəs dərdiyimiz hava kimi.  

Mənə elə gəlir ki, xalqdan qidalanan xalqını da yaxşı 

tanımalıdır.  Xalqdan  qidalanmaqsa  anadan  süd  əmmək 

kimi başa düşülməlidir... Xalq doğrudan da təbiət kimidir; 

boş  yerə  təşəkkül  tapmır.  Doğulur,  yaranır,  özünün  də 

xəbəri  olmadan  özünə  lazım  olanları  yaradır,  yəni  hər 

yerindən  tumurcuq  açmağa  başlayır,  bu  onun  inkişafı  - 

gəlişməyidir,  qüdrətli  xalqlar  özündə  boş  yer  qoymur  ki, 

inkişaf  etməmiş  qalsın,  yaşadığı  və  keçirtdiyi  sınaqlar, 

təcrübələr də ona görədir... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dediyimiz  sınaqlar  və  təcrübələr  də  əslində  onun 



yaradıcılıq məktəbidir. Xalq bütün münasibətlər üzrə “çiy 

yer” saxlamaz; boşluqları doldurmaqla öz möhtəşəmliyini 

qurur, ona görə də yaşayır və inkişaf edir... 

Dədələr  deyər:  “Eldən  əl  alan  dağ  oynadar,  dil  alan 

yığnaq”...El  dediyimiz,  yurd  dediyimiz  əslində  torpaqdır, 

bir ovuc darını bir batman eləyən torpaq. El diliylə desək, 



bəyin amanı, kasıbın imanı, yoxsulun gümanı olan torpaq. 

 

 

Yağışlarımız... 

 

Xalq  düşüncəsində  müxtəlif  adda  yağış  növləri  var. 

Belə  bir  ifadə  işlədilir.  “Elə  bil  durduğum  yerdə  gürşada 

düşdüm”.    “Gürşad  aparsın  səni...”  Belə  də  deyərlər, 

“gürşad şimşəklə gələr, ildırımla gedər”. Torpaq, deyərlər, 

“qara gürşadda özünü sıxar ki, canına üşütmə keçməsin”. 

Ən  qorxulusu  gecə  gürşadıdır.  Atlara  qamçı  kimi  dəyər, 

ona  görə  də  açıqda  olan  atlar  qaçıb  canını  qurtarmağa 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çalışar.  Ona  görə  də  deyərlər,  “gürşad  at  bağrı 



çatdadar”... 

Sürüləri  döyüb  arxacdan  çıxarar...  Bütün  heyvanlar 

gürşad  yağışını  qabaqcadan  hiss  eləyir.  Köhlən  atlar 

yalman  çırpar,  ayaq  döyər,  itlər  cənsiyər,  qoyunlar 

imrənər,  göy  üzündə  quş  görməzsən.  Bu  dilləri  bilən 

adamlara  sərkər,  baytal  adamlar    deyərlər.  Belə  olanda 

baytal, sərkər adamlar səs eləyər ki, sürülər, ilxılar, sığırlar 

səsə    yığılsın,  tütək  çalınar,  qamçı  açılar,  ya  da  elə  belə 

üzünü gürşada tutub səslənərlər...Çox vaxt gürşad özüylə 

dolu gətirər. Dolunu qaytarmaqdan ötrü mis qablara duz 

doldurub  dolunun  altına  qoyarlar.  İlkbeşik  uşaqları  qarğı 

ata  mindirib  dolu  yağışının  altına  göndərərlər.  Uşaq  da 

qarğı  atını  çapa-çapa  doludan  götürüb  dişlərinin  altına 

qoyub oxuyar. 

 

   


 

Mən anamın ilkiyəm, 

   

 

Ağzı qara tülküyəm, 



   

 

Mən kəsdim, sən də kəs, 



   

 

Yığış yuvana qayıt, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


 

Dədə, babana qayıt... 

 

Adətən gürşad yağışlardan sonra ağyel gələr, bu vaxt 



deyərlər “gürşad dərd idi, ağyel dərman olacaq”. Belə bir 

alxış da var, “ağ yelə tuş olasan səni”, “üstünnən ağyellər 

əssin”.... 

Ağ yağış da var; bu vaxt deyərlər, “Göydən yerə nur 

yağır”.  Ağ  yağışda  göyün  bir  yanı  açıq,  buludsuz  olur, 

Göyün  açıq  yerindən  gün  düşür,  damcılar  işığa  bələnir. 

Buna görə də ağyağışa çox yerdə günlü yağış deyirlər... 

Leysan  yağışı  da  var;  Leysan  sel  gətirər,  deyərlər, 

birdən  gəldiyi  kimi  birdən  də  gedər.  Belə  bir  ifadə  var; 

leysan  getdi,  sel  qaldı...Sallama  yağış,  çiskin  yağış  var, 

çoban aldadan, qum-quma yağış, alaçalpo, çapıtma yağış 

növləri var. 

Sallama  yağış  dolu  olar,  iri  damcılı,  ona  görə  də  tez 

kəsər.  Sallama  yağışda  deyərlər,  “göydən  yerə  tel 

düşər...”  Günlü  gündə  yağarsa  çayları  qabaran  görərsən. 

Ona  görə  belə  deyirlər  ki,  balıqlar  sudan  baş  çıxardıb 

günlü-günəşli  damcıları  udar.  Elin  düşəncəsinə  görə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

balıqların  udduğu  bu  işıqlı  damcılardan  da  dəniz 



mirvariləri yaranır... 

Bir  də  baxarsan  dərə  yuxarı  duman  süründü, 

bilməzsən  hardan  gəldi,  özüylə,  daha  doğrusu,  içiylə  də 

çiskin  gətirdi.  Ona  görə  də  belə  bir  ifadə  var,  “Çiskin 

dumana  bağlıdır”.  Çiskində  torpaq  quzulayar,  deyərlər, 

yəni  qoynu-qucağı  tumurcuqla  dolar,  bir  üksüyündə  beş 

quzuya yem olar. Birdən də duman elə qatılaşar ki, gözün 

ayağın  altını  görməz.  Bir-birini  səslə  taparsan.  Bu  cür 

dumana “Kor duman” deyərlər. Bunu da deyərlər ki, “Kor 



dumanda”  yamaca  köbələklər  gələr.  Getdiyin  yerdən 

“dabandönmə”  qayıdarsan,  görərsən  ki,  papaq-papaq 

köbələklərdi,  balaca-balaca  alaçıqlar  kimi  düzülüb 

çəhliminə. Dumanda-çiskində deyərlər, canavarın qursağı 

səs  eləyər,  yəni  aclığı  başlayar.  Dumana  bürünüb  ova 

çıxar... 

Babam  deyərdi,  “Kor  duman”  gələndə  sürünün 

yanındasansa  heç  nə  görməsən  də  özünü  itirmə,  gir 

sürünün içinə, qorxunu bidirmə, dinc səslə dindir sürünü. 

Sürü  sənin  səsinə  yığışıb,  topalaşıb  səni  də,  özünü  də 

otlaya-otlaya,  qırpına-qırpına  arxaca  gətirib  çıxardacaq... 

Yaylaq həyatımda mən bunu çox gördüm...   



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qarı  nənə  ki,  dilini  dinc  saxlamadı,  Marta  barmaq 



elədi,  sataşdı,  buna  görə  də  oglaqları  borana  düşdü, 

qırıldı.  Onnan  sonra  da  “Yarma  soyrugu”  (sovruq)  gəldi, 



“Tüpü”,  “Quş  boranı”  axırda  da  “Camış  qıran”...  Güclü 

olmasalar da tumurcuq qaytarandılar..  

Bir  də  baxırsan  günün  gözəl,  göy  üzünün  buludsuz, 

təmiz,  dinc  bir  vaxtında    yağış  başladı.  Bu  yağışın  halına 

bələd  olanlar  heç  fikir  vermədi,  bilməyənlərsə  qaçıb 

gizləndilər.  Naşı,  xam  çobanlar  yapıncılarını  çiyinlərinə 

atdılar, elə o an da yağış kəsdi. Ona görə də bu cür yağışa 

“Çoban aldadan” deyirlər...  



Qum-quma  yağış...Qum  yağışı  da  deyirlər.  Qum 

yağışı  elə  kirmişcə  yağar  ki,  heç  islandığını  da bilməzsən. 

Əkin-biçinçün çox  xeyirlidir. Qum yağışında bütün quşlar 

yuvasından  çıxır,  göyün  göylüyündə  oyun  oynayırlar.  El 

arasında  belə  ifadələr  var:  “Qum  yağışı  cücük  çıxardar”, 

“Qum yağışına düşdüm, cücüyüm çıxdı...” “Cücük” sözünü 

araşdıra  bilmədim.  Məncə,  tumurcuq  sözünə  yaxındır, 

“cecək”  sözünə  də  qohumluğu  ola  bilər  Amma  Ərəş 

mahalnda Cücük adında kənd olduğu dəqiqdir. 

Yuxarıda  ona  görə  dedim  ki,  böyük  olan  Xalq  hətta 

ən  xırda  münasibətlərində  belə,  “boş  yer”,  yəni  çiy, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

işlənməmiş  səmt  qoymur,  hər  şeyi  nizama  salır,  öz 



düşüncəsində  düzən,  səliqə  yaratmasa  gəlişməsi-inkişafı 

baş  tutmaz.  Bütün  bunlar  onun  görüb-götürməyidir,  onu 

gələcəyə alıb aparan proqramı da demək olar... 

  Bu  mənada  biz  mənsub  olduğumuz  xalqı  dərindən 

tanıyıb,  öyrənib  araşdırmalıyıq,  boş  yerə  tərifləmədən 

doğrudan-doğruya fəxr etməliyik. Xalq özü bu haqda belə 

deyir;  “Biliyini,-dərsini  tərs  oxumuş  adam,  yəni  səviyyəsiz 

ziyalı  yeri  gəldi-gəlmədi  xalqını  tərifləyər,  axmaq  çoban 

itini tərifləyər, arvadağız kişi də arvadını...”  

Bayaq dedik, bir də deyək, Xalq öz münasibətlərində 

“çiy  yer”  saxlamaz.  İrili-xırdalı  bütün  münasibətlərə  göz 

qoymağı  bacarar...Ona  görə  də  bu  cür  deyimləri  var,  söz 

deyib,  yaradıb,  hər  yerdə  də  özünə,  daha  doğrusu  bizə 

baş ucalığı gətirib, gətirir də. Deyərlər, “Elin dinazı ağırdı” 

yəni  elin  təənəsi...  Çəkdiyi  dərdlərdə,  acılarda  da  boş 

yerlər  qoymayıb.  Dərdi  sarsılmadan  nece  çəkməyin, 

dərdli,  sıxıntılı  anları    nece  yaşamağın  da  yollarını  işləyib 

hazır qoyub...Vaxt olub göz yaşını içinə axıdıb, gizlədib ki, 

düşmənləri  onun  ağlamağını  görməsin.  Bunu  özü  daha 

dəqiq deyir. 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


 

Gülənbirdə, 

                           Yol gedər, Güləbirdə, 

   


 

Düşməni gördüm güldüm, 

   

 

Ya qismət güləm bir də...  



 

   


 

Kim sənəmdi, 

   

 

Kim xandı, kim sənəmdi. 



   

 

Gizli ağla, gözlərim 



   

 

Bilməsin kimsə, nəmdi... 



Sarı  Aşığın  nağılını  da  ona  görə  misal  gətirdim.  Bu 

kiçicik  nağılda  öz  mifaloji  baxışlarını  ifadə  etməklə  Xalq 

həm də özünün doğma, kəndi obrazını yaradıb... 

 

Urfanı... 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

1960-cı  illərin  sonlarıydı,  Azərbaycan  Dövlət  Univer-



sitetinin  filologiya  fakültəsini  bitirib  Azərbaycan  Dövlət 

Radiosunda  işləyirdim.  Ustad  aşıq  Hüseyn  Saraclı 

Borçalıdan (Boççalı) qonaq gəlmişdi, Radionun səs yazma 

studiyasında  üz-üzə  oturmuşduq,  saz  havalarıyla  bağlı 

sorğu  götürürdüm.  Ustadın  yüzilliklərlə  yaşı  olan 

qaraçanaq  sazı  dizinin  üstündəydi.  Saza  baxıb  erməni 

kəndində 

oyuncaq  “dar 

ağacından” 

asılan 

sazı 


xatırlayırdım,  amma  efirdə  vaxtla  bir  başa  üz-üzə 

dayandığın  üçün  vaxtın  nece  qiymətli  olduğunu  daha 

yaxşı anlayırsan, ona görə də Aşığa ayrılmış vaxtı almayım 

deyə o haqda danışmadım: 

-Ustad,  bu  günki  saz  dərsimizdə  “Ruhani” 

havasından  danışacayıq...  Dinləyicilərimizi  gözlətməyək, 

zəhmət olmasa... 

Aşıq sözümü kəsib: 

-Sən sazı bilənsən, -dedi, -  o havanın adına “Ruhani” 

niyə deyirsən bəs?! 

Mən  çaşıb  qalmışdım,  dar  ağacından  asılan  saz  da 

yaddaşımda bilmirdim nə deyəm. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Qoy  bizi  indi  dinləyənlər  də  anlasın  ki,  bu  havanın 



adı  “Urfanı”dı,  -dedi  Aşıq.  -Mollalar  sazı  görəndə  az 

qalırdılar yiyəsi qarışıq dar ağacından assınlar. Bir fikirləş, 

saz havasının adına “Ruhani” deyərdilərmi, “Urfanı”dı bu 

havanın adı, bunlar eyni kök üstə olan üç qardaş havadı,; 

“Urfanı”dı,  “Bəhməni”di,  “Mansırı”dı.  Ustaddar  deyərdi 

ki, bu havaları yaradanın dərisini soydular... “Mənsuriyyə” 

adında muğam havası da həmin adamın  yaratdığıdı.  

1940-cı  ilin  sonlarında  “darağacından  asılmış”  sazı 

unudub  X  əsrin  sonlaında  darağacında  dərisi  soyulmuş 

Həllac  Mansuru  və  hürufiləri    xatırladım...Bu  havanın  da 

heç  şübhəsiz,  Həllac  Mansurun  yaratdığını,  onun  adıyla 

bağlı olduğunu düşündüm... 



 

Qodu... 

 

Deyərlər,  yaz  axşamlarının  düşdüyünü  bilməzsən, 

yaz  axşamları  obaya  durna  kimi  enər...  Bir  də  yamaca 

çıxarsız ki, lalələr elə düzülüb ki, elə bilərsən sərgiyə gəlib, 

canıyanmışlar,  utancaq-ytancaq  baş  endəriblər,  xalları, 

dəmgilləri də yanaqlarında. Lalələri belə görüb gəlinlər də 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yaşındılar.  Nənələr  də  göz  qoyurmiş:  -Gəlinimiz  lalədən 



yaşmaq öyrəndi, -deyərlər, -baxın, yaşmaqlandılar. 

Məsəl  var;  “Urvan  özündən  olsa  xəmirin  küt 

getməz”... 

Bir də baxarsan dediyimiz belə bir yaz axşamlarında 

“buludlar  qarın  bağladı”,  yer  aradı  ki,  ayağını  qoysun, 

sonra  da  bir  dağa  dirsəklənib  “yumub  tökdü”.  Belə 

yağışlar uzun çəkər, yəni ayağı yer tutmuş buludun yağışı 

uzun çəkər... 

Hava  yağışlı  keçəndə  kənd uşaqları  yığışıb  Qodu  bə-

zəyərdik,  dingəli,  toqqalı  bir  gəlincik  düzəldərdik,  öz 

geyim-gecimimizi  də  dəyişib  gülünc  eliyərdik,  düşərdik 

qapı-qapı...İp götürüb qırx düyün vurardıq, hər qapıda bir 

düyün  kəsib,  deyərdik:  -bax,  mən  kəsdim,  sən  də  kəs. 

Sonra da başlayardıq oxumağa: 

               Qodu- qodunu gördünmü, 

   


Qoduya salam verdinmi? 

   


Qodu gedənnən bəri, 

   


Qırmızı gün gördünmü? 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

   


Qodunun qızıl sancağı, 

   


Günə düşdü yançağı... 

   


Yağ gətirin yağlayaq, 

   


Bağ gətirin bağlayaq... 

 

Nənələr 



də 

qabaqcadan: 

-Qoduya 

patava 


toxuyuram,  -deyə-deyə  patava  toxuyurdular  ki,  gələndə 

uşaqlara paylasınlar. 

   

 

Patavanı geyinək, 



   

 

Gedək, günü gətirək. 



   

 

Oyalıdı, oyalı, 



   

 

Yumurtası boyalı, 



   

 

Qodu ayağın sayalı, 



   

 

Günün yağlı, boyalı... 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Pay verməzlərin  qapısında  ayaq döyərdik, pay  alana 



kimi əl çəkməzdik... 

   


 

Ay çatma, çat, çatdadı, 

   

 

Günün yanı çıtdadı... 



   

 

Qoduya pay verməyənin  



   

 

İlməsi ip tapmadı, 



   

 

 Ərişi üstdən addadı... 



 

Nənələr  də  düşərdi  əl-ayağa:-ay  gəlinlər,  ay  qızlar, 

Qodunun payını verin, yoxsa: 

 

 



Əllərimiz iş tutmaz, 

Hanamız əriş tutmaz, 

Yamağımız tikiş tutmaz. 

İynəmiz gözə dəyər, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Həvəmiz dizə dəyər 



Xalçasız, gəvəsiz qalarıq, 

Sığırsız, dəvəsiz qalarıq... 

 

Biz də pay alandan sonra səs-səsə verərdik: 



 

Dediyimim doğru olsun, 

Pay verənin oğlu olsun

                                       

Verməyənin qızı olsun, 

Yanağı qırmızı olsun... 

 

Beləcə, Günəşi gətirib gələrdik ... 



 

İlin  belə  çağında  dədələr-babalar  deyərdi:-ilimiz 

tumurcuq  üstündədi,  torpağa  toxum  atın,  iliniz  qalsın... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Torpağa çiyid-toxum atardıq, ilimiz qalardı... 



 

 

   



 

 

 



 

*** 


 

Beləcə...    Varsaqdan  Baxşıya,  Baxşıdan  Ozana, 

Ozandan  Akına,  Aşığa  qalan,  dildən  dilə,  yaddaşdan 

yaddaşa,  dövrdən  dövrə  keçən,  kağızlara,  kitablara  yox, 

içimizə yazılmış atüstü, ayaqüstü tariximizə sığındım...  

 

Çərşənbəqovdu” mərasimləri... 



 

Xalqda belə bir ifadə var: “Öyüdü deməsən qarğışdı, 



qarğışı  deməsən  alxışdı”.  El-oba  düşüncəsində  hər  bir 

günün öz sınağı var; çərşənbə günləri el arasında ağır gün 

sayılar. Ona görə də çərşənbə günü çöl işi başlamazdılar. 

Hana  asmazdılar,  uğura  çıxmazdılar.  Həmin  gün  adətən 

yarımçıq  işlər  görülərdi,  bir  də  tənbəlləri  çimizdirərdilər. 

“İşbilməzləri  suya  çəkin,  ay  tənbəl  yiyələri!”  Belə  deyib 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

yarızarafat, 



yarıgerçək 

yarımçıq 

iş 

görənləri 



utandırardılar. 

Uğura,  yəni  səfərə  çıxmazdılar,  dedik,  doğrudan  da 

belədir,  indinin  özündə  də  elə  ailə  var,  çərşənbə  günü 

yola çıxmaz.  

Mən el, kənd, şəhər deyə bilmədim, sadəcə, bir ailə, 

deyə  bildim.  Çünki,  düşünürəm  ki,  dediyim  bu  sınaq 

unudulub,  sıxılıb  bir  ailə  boyunda  qalıb.  Buna  da,  şükür, 

deyib araşdırmağımı davam etdirdim, bildiklərimi qələmə 

aldım. 

Eldə  belə  bir  söz  var:  “çərşənbə,  tərpənmə”.  Bu 



ifadələr  İl-Ay  günündə,  yəni  ilin-ayın  axır  çərşənbəsinin, 

daha  doğrusu,  həmin  çərşənbə  gününün  başlanğıcında 

işlədilərdi,  bu  yeni  il  günündə  oynalınan  bir  mərasim 

oyunu  idi;  tənəkə  doyərdilər,  qazan  tovlayardılar,  at 

üstündə  kənd  yollarına  çıxardılar,  at  sürərdilər,  qamçı 

səsləndirib  tüfəng  atılardı.  Buna  da  el  arasında  “Çərşən-



bəqovdu”  deyərdilər.  Beləcə,  el-oba  öz  inancına, 

düşüncəsinə görə Çərşənbəyə daraşmış pis ruhları  qovub 

çıxardardı...  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Amma  onu  da  deyim  ki,  xalqın  minillik  yaddaşında 



çərşənbə  adı  yoxdur;  gün  adlarını  öz  doğma  dilimizdə 

bərpa  edə  bilsək  çərşənbə  sözünə  rast  gəlmərik. 



Bazarertəsi,  Xas,  Duz,  Süd,(Tək),  Adna,  Adnaaxşamı, 

Bazar... 

Bu mənada Xas günü sınanılmış  ən yaxşı gün sayılır, 

Duz, Süd günləri həftənin ara-orta günləri olduğuna görə 

Elat-tərəkəmə  günləri  sayılırdı.  Bu  günlərə  Həp-Hap-Xap 

günləri  də  deyilir.  Qərbi  Azərbaycanda,  ölkəmizin  qərb 

bölgələrində  “Xap”  adlanan  günləri  var.  Bu  söz  məncə 

türk sözü olub “həp” sözündəndir; Bir, birləşmək-bərabər 

olmaq  mənasındadır.  Həmin  anlayışda  erməni  dilində  də 

işlədilir...  Bu  söz    özüylə  hansı  adət-ənənəni,  hansı 

mənanı daşıyır? 

Kəndlərimizdə,-misalçün Şamaxı rayonunun Kərkənc 

kəndinə  köçmüş  Ermənistan  türkləri  bu  minillik  ənənəni 

Şirvanda da yaşatmaqdadırlar. Xapçı ailələr, yəni malqara 

saxlayan  ona  qədər  ailə  birləşir,  həftəlik  sağılan  süd  ara 

günlərdə  bir  ailəyə  verilir.  Beləliklə,-  Xap  kimdədi?  –

Filankəsdə.  “Duz  günü  sənin,  Süd  günü  mənim...”.  “Tək 

günü  sənin,  cüt  günü  mənim”  ifadəsi  də  işlənir.  Yəni  on 

ailənin  bir  həftəlik  yığdığı  süd  bir  ailəyə  verilir. 

Tərəkəmənin  minillik  təzrübəsiylə  kəndin  Həp  dediyi 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Birlik  qış    azığını-azuqəsini  düzəltmiş  olur...Ərgən 

(yeniyetmə)  vaxtlarımızda  biz  də  belə  edərdik, 

soruşardıq:-Xap  kimdədi?  Yerini  öyrənib  o  evə  qaymaq 

yeməyə  gedərdik.  Bunu  ancaq  yeniyetmələr  edə  bilərdi. 



Uşaqlara, yaşlılara ayıb sayılardı.. 

 

Pəhlivan bacı-qardaş... 

 

Bir  odunçunun  bir  oğlu,  bir  qızı  vardı...Kasıbçılıq  idi, 

kişi  meşədən  odun  gətirib  satıb  güzəranını  keçirirdi;  bir 

qarına ac, bir qarına tox yaşayırdılar.Bu minvalla uşaqlar 

böyüdü,  yeniyetmə    çağlarına  çatdılar.  Oğlu  işə-gücə 

meyilli  deyildi,  bacısı  da  onu  kimi.  Atası  da  səhərdən 

axşama deyinirdi:-Bu boyda boyunuzla heç oldunuz. 

Günlərin  birində  oğlunu  da  özüylə  meşəyə  odun 

qırmağa apardı: 

-Heç  olmasa  odun  yarmağı  öyrən,-dedi,-mən  öləndə 

ac qalmayasan. 

Oğlu dinib danışan deyildi, atası nə deyirdisə kirmişcə 

qulaq asırdı... Nə isə atası odunu ulağa yüklədi, meşədən 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin