Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə28/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bir ay qabaq Teymurla sahil bağında onu gözləyirdik, 



hava  sərin  idi,  ikimiz  də  yanaşı  dayanıb  küçənin  o 

başına  baxırdıq...  Amma  o,  tamam  başqa  səmtdən 

çıxdı. Az qala qaça-qaça bizə tərəf gəlirdi. Çanta qarı-

şıq  əllərini  yellədikçə  köbəyinə  qədər  acılırdı...  Çatan 

kimi  Teymurun  boynuna  atdandı,  Teymur,    o  da 

boynunda: 

-Mən ölüm, bunun qarnına bax, buz kimidi,-dedi.-

Bir əlini vur.    

Telefon  səslənəndə  su  stəkanlarını  təzəcə 

soyuducuya 

qoyub 

çıxmışdım, 



innab 

ağacını 


sulayırdım, “...görək bu il də tökəcəkmi meyvəsini...hə, 

bu da sürüşkən arvadlar kimi uşağını salır...balasını bu 

da saxlayammır. Hı, xanım...?!”  

Katibə  yarpaq  rəngli  gözlərini  üzümə  zilləyib 

dinmir,  evdə  bişirib  gətirdiyi  kotlet  əlindədi,  mən 

başımı  uzadıb  katleti  dişləyib  üzüm  ovcunda  eləcə 

qalıram;  belə  şeylər  xoşuna  gəldiyinə  görə  demək  olar 

ki, onunçün oyun oynayıram. 

-Mənim  sənnən  də  uşağım  olmadı...-  deyir, 

boynumun  açıq  yerinə  yapışqan  kimi  isti  damcılar 

düşür,  silmək  istəyirəm,  elə  bilirəm  boynuma  düşən 

şam  ərintisidi.  Üzüm  hələ  də  ovcunun  içində  katleti 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çeynəyirəm,  çənəm  dizlərinə  dəydikcə    gülür,  -  ağzını 



elə tərpətmə, -deyir, - qıdığım gəlir... 

Səhər  tezdəndi,  lap  tezdən...  bizdəki  həvəsə  bax, 

həvəsə də yox, iştahaya, o başdan gəlib onu da götürüb 

Şıx çimərliyinə aparmışam. Heç kəs yoxdu, maşını üzü 

dənizə  saxlamışam,  Günəş  dənizin  üzündən  azca 

aralanıb,  hər  şey  elə  gözəldi  ki,  Günəşin  nə  vaxtsa 

dənizdən aralanıb gedəcəyinə, axşamın düşəcəyinə ağıl 

kəsmir.  

Dünən elə beləcə dedi: 

-Elə vaxt gedək ki, günəşin doğduğunu görək... 

Beləcə, Günəş gözümüzün qabağında doğur...daha 

doğrusu doğulur.  

Maşının  içində  balaca  süfrə  açıb,  katleti  bir-bir 

ovcuna götürür, mən də elə ovcundan yeyirəm. 

Başımı  qaldırıb  əlimi  boynuma  çəkirəm,  üz-

gözündə  hər  şey  bir-birinə  qarışıb;  gülmək,  ağlamaq, 

sevişmək istəyi: 

-Ağlama,-deyirəm,  qarşımızda  açılan  mənzərəni 

göstərirəm. -Belə vaxtda adam ağlamaz. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Elə ona görə ağlayıram...gözümün qabağında hər 



şey doğur, hər şey doğulur! - deyir. 

Katibəni bu cür xatırlamağım ürəyimi sıxır, innab 

ağacının  dibində,  “...telefonunu  bilsəydim  zəng 

eləyərdim...”  deyə  düşünürəm.  “Teymurla  onun  ev 

məsələsini düzəldə bilmədik...” 

“Mən  elə  bilirdim  sənnən  uşağım  olacaq,  yuxuda 

da  görmüşdüm...”  Bunu  son  vaxtlar  tez-tez  deyirdi. 

“Gör,  özünə  necə  oğlanlar  doğuzdurmusan,  gör  necə 

oğlanların var, nolardı, axtarıb arayıb birini də məndə 

tapaydın!” 

Əlimdəki  süzəncdə  su  qurtarıb,  eləcə  fikrə 

getmişəm,  innab  ağacının  tikanları  var,  söykənmək 

olmur,  xəyaldan  ayrılıb  ağaca  təzədən  fikir  verirəm, 

özü sağlamdı, köklü-köməcli... Deyirdilər; - bəlkə təkdi, 

bəlkə erkəyi yoxdu, tozlanmır, mayalanmır bəlkə, ona 

görə meyvə gətirmir.  

Qonşunun  hasarından  başını  çıxartmış  innab 

ağacına  baxdım:  “  Noldu,  bəs?  Sizin  sevişməyinizdən 

bu il də bir şey çıxmadı!”  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Ağacla  zarafat  eləsəm  də  birdən-birə  əhvalım 



dəyişdi...  Kənddəki  həyətimizdə  qurumuş  armud 

ağacını xatırladım... səkkiz, doqquz yaşım olardı. 

Yazbaşıydı,  bir  armud  ağacımız  tumurcuq 

açmamışdı.  Nənəm  ağacın  dibində  diz  çöküb 

ağlamsına-ağlamsına üzünü ağaca tutmuşdu: 

-Noldu sənə, bacım? Haran ağrıdı? Niyə gəlmirsən 

bu il?!                                                                                                                         

Mən  əlimdə  bir  qab  su,  ağacın  gövdəsindən 

yapışıb iki arada gözləyirdim, nənəm qolumdam dartıb 

qırağa  çəkdi.  Onda  bildim  ki,  bu  sözlər  ağaca  deyilir. 

Ağaca  deyildiyini  bildikləri  üçün  böyüklər  yox, 

uşaqların hamısı içini çəkdi, ağlamaq istədilər. 

-Kimnən  küsdün  gəlmədin?!  -  Dikəlib  mənə  sarı 

uzandı,  əlini  su  qabına  salıb  hörüklərinə  çəkdi.  -

Suyunmu  yoxdu,  -dedi,  -  yiyənmi  yoxdu?  Qayıt  gəl, 

kəsərlər səni, oda qalayarlar! Bə biz necə dözürük, necə 

uşaq doğub böyüdürük, anam-bacım, oğul-uşağınla sən 

də gəl, çıx! Bax, hamı əli bıçaqlıdı, səni kəsərlər! 

Dönüb  arxaya  baxdım,  niyəsə  qonşumuzdakı 

boylu  gəlini  də  gətirmişdilər,  gəlin  utana-utana 

gülümsəyirdi,  bilmirdi  neynəsin,  sonra  ərinə  doğru 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

uzandı,  ögüyürdü  deyəsən...  Bu  arada  babam  baltanı 



başının  üstə  qaldırıb  qışqıra-qışqıra  ağacın  üstünə 

yüyürdü: 

-Ay  namərd,  kəsdim  səni...!  -    deyib  baltasını  

ağacın gövdəsinə sancdı... 

Dedilər: 

-Yarasına su tök...! 

Mən  əlimdəki  su  qabını  balta  qarışıq  ağacın 

çapılan yerinə boşaltdım. 

Nənəm ağacın çapılan yerini sarıyırdı. 

-Qorxdunmu?  Səksəndinmi?  Hə...ayılarsan  indi, 

ayılıb gələrsən!  

-Həə,  qorxutduq...  -Babam  balta  əlində  ayaq 

üstəydi. Əlini ağacın gövdəsinə çəkib gülümsədi. -Kökü 

gərnəşdi, -dedi, - indi gəlib çıxacaq, darıxma. 

Boylu  gəlinin  də  ögüməyi  kəsmişdi,  ərinə  sığınıb 

gülümsəyirdi... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 Əlimdə  su  qabı  -  süzənc,  o  günləri  xatırladım, 



aradan  çox  keçib,  armud  ağacı  o  vaxtdan  tumurcuq 

üstədi, hazırdı... 

-Bəs,  bunu  neynim  ki,  mevəsini  salmasın...?”  Bir-

iki  addım  aralanıb  innabın  eninə  uzununa    bir  də 

baxdım: 

-...söz yox, boyludu, -dedim, öz-özümə, - 

ikicanlıdı... 

Arvadımı xatırladım, sonbeşiyə boylu olanda o da 

elə beləydi, innab ağacı kimi enlənmişdi, səhərdən 

axşamacan otaqların arasında ayaqlarını haragəldi 

atır, qarnı böyüyəndən sonra üz-gözündən yığışdıra 

bilmədiyi təbəssüm, evin içində deyinə- deyinə 

hərlənirdi. “Öz-özünə nə deyirdi görəsən?” Daha 

doğrusu, düşünürdüm ki, qarnındakını qoyub başqa nə 

haqda düşünmək olar...? Bir dəfə yanımdan keçəndə 

qulağımı ağzına sarı tutdum ki, görüm nə deyir. Heç nə 

demədi,  sakitcə başımnan yapışıb qarnına sarı 

sürüşdürdü, düz köbəyinin üstünə gətirdi: 

-Bax,- dedi,- tərpənir... 

Qarnı  boynundan  istiydi,  bayaq  başımı  boynuna 

qoymuşdum;  boynu,  sinəsi  sərindi.  Gözlərimi  də 

yumub xeyli beləcə, başım qarnının üstündə qaldım... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Doğrudan da  elə bil kimsə çəkinə-çəkinə pəncərə 



döyürdü. İçəridən döyüntü, yaşamaq səsi gəlirdi, iyirmi 

ildə  unuda  bilmədiyim  səs-duyğu.  Yenə  gecə-gündüz 

qurdaladığım  kompyüterin  düşüncəmdə  səhifələnən 

içini  xatırladım;  hələlik  söz  tapıb  izah  edə  bilmədiyim 

dərinliklər yerini dəyişə-dəyişə uzanıb getdi. 

-Qarnındakıyla danışırsan? 

-Hə, - nəfəsiylə dedi, söz işlətmədi, -hə...!  

Səsi  də  bayaq  köbəyinin  ystə    başımı  qoyanda 

eşitdiyim  döyüntüyə  oxşayırdı;  içindən  gələn  yaşamaq 

səsi, nəbz döyüntüsü... 

Bütün  bunları  fikirləşə-fikirləşə  innab  ağacını 

sulayıram.  Kiminsə  əlindən  qaçırmış  kimi  ağacın 

dibinə  can  atan  su  məni  də  azaldır  elə  bil,  yəqin 

məndən  də  nəsə  gedir,  çünki  dincəlmək  əvəzinə 

yoruluram.  

Moskvalı  dostum,  bioloq  Teymur  nece  demişdisə 

eləcə,  bir  stəkan  suyu  adam  hesab  eləyib  ağzımnan 

gələni düz suyun üzünə dedim, söydüm suyu, “ağzı-üzü 

qalmadı”:  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Sən  nə  susan,  -  dedim,  -  haragəldi  burununu 



soxan,  yeri-yurdu  bilinməyən,  bulanıq,  kirli,  qarışıq 

alçaq,  nə  düzəməlli  əlimi  yuyursan,  nə  də  üzümü, 

yalançı,  saxta...  suya  tüpürməzlər,  amma  mən 

tüpürürəm, tfu, sənə, deyirəm. 

Beləcə,  söyüb-söylənib  stəkanın  ağzını  bağlayıb 

qoydum  soyuducuya.  Sonra  bir  stəkan  su  yenə 

doldurdum, 

üz-gözümü 

dəyişdirib 

gülümsəyə-

gülümsəyə stəkana baxdım. Bioloq dostum demişdi ki, 

elə söz de ki, su səni hiss eləsin...yalandan qışqırdığını 

bilməsin.  Bil  ki,  su  ətrafını  yayılmasıyla  anlayır,  illah 

da adamı, səni anlaycaq. Sən suya elə belə baxma, sən 

suya  duyğular  seli  kimi  bax...Söydüyün  suyu  da, 

öydüyün suyu da qoy soyuducuya, gör nolacaq... 

-“Belə  kinli,  belə  hirs  içində,  ona-buna  söyüş 

yağdıra-yağdıra hələ bir istiyirsən əlini də yuyasan, elə 

bilirsən  su  səni  yuyacaq?!  Yumayacaq,  elə  beləcə, 

bulaşıqlı 

yaşayacaqsan...!” 

Əmimin 


sözüdü, 

qonşulardan  kiməsə  deyirdi.  Mən  balaca  həyətimizin 

lap  yanından  keçən  çayın  qırağında  oturub  “Əmir 

Teymurun  vəsiyyətləri”ni  oxuyurdum.  Əmim  belə 

deyəndən sonra daha oxuya bilmədim. “...yalvar suya, 

icazə  al,  yoxsa  su  səni  yumayacaq...”  Kitabı  bir  yana 

qoyub  suya  baxa-baxa  qaldım.  Su  qəribə  həvəslə, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

iştahla  axıb  gedirdi,  bu  cür  ayrılmaz,  bütöv  olmağı, 



özünə  axmağı  suyu  yan-yörəsinə  qarışmaqdan,  yox 

olmaqdan, 

 

yan-yörəyə 



hopmaqdan 

qoruyurdu...Doğrudan da, görünür suyun axıb getməsi 

özünü  qorumağı  üçündü.  Görünür  əlimizdən  qaçır  ki, 

yerə-yurda, adamlara hopub yox olmasın...  

Xəyalımda əlimi suya salmışdım... gözümü yumub 

əmimi xatırlaya-xatırlaya bir stəkan suyla xeyli beləcə, 

üz-üzə qaldım ki, görüm nece yalvaracam, suya:   

-Sən də mənim anamsan su, - dedim, ağzımı açan 

kimi,  elə  ürəkdən  dedim  ki,  anamı  xatırlayıb 

kövrəldim. - Sən- dedim, - yeganə duyğusan ki, toxuna 

bilirəm,  sənnən  başqa  bütün  duyğular  mücərrəddi, 

“...mücərrəd  sözünü  su  annamayacaq”,  bunu  da 

fikirləşdim,  ürəyimi  yumşaldıb  təzədən  yalvarmağa 

başladım.-  ...güllərinən  gülən,  çiçəklərnən  çiçəklənən, 

Tanrıdan  gələn,  üzü  Tanrı  ətəyi,  ruhuma  qonan 

su...Sən də mənim anamsan. Anam su...! 

Bioloq dostum eşitsə, - əməlli başlı şairmişsən ki,- 

deyəcək...  Nə  isə,  qalxıb  yalvardığım,  təriflədiyim  bu 

stəkanı  da  soyuducuya  qoydum.  Buza  dönənə  kimi 

gözləməliyəm...görək  nece  donacaqlar.  Elə  o  vaxt 

Teymurdan soruşdum. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 -Yaxşı, stəkanlar donannan sonra, nolacaq ki? 



-Görəcəksən,  rənglərini  nece  dəyişirlər.  Hərəsi  bir 

cür  rəngdə  donacaq.  Söydüyün  gömgöy,  əsəbi... 

Öydüyün, təriflədiyin ağ, parlaq... 

Ağacların  arasında  nəyi  gözləyirəm,  bilmirəm, 

həə,  telefon  zəngini  gözləyirəm,  əlimdəki  yenə  su 

qabıdı, süzənc: 

-Allah innabın da balasını saxlasın...!- Yenə dua 

eləyə-eləyə sulayıram ki, innab ağacı meyvəsini 

salmasın, süzgəcdən çıxan su da şairlər demiş, gül 

bağlayıb axır,  axan kimi də yox olur, ona görə də 

deyirəm, elə bil əlimnən qaçıb gizlənir... Nə isə, bir 

azdan gedib stəkanlara baxmalıyam... 

“...Teymurun cənazəsini gətirillər, Urusetdən...!”  

-Teymur...yazıq,  bioloq  Teymur!  -  Niyəsə  birinci 

bu,  bioloq  Teymur  ağlıma  gəlir,  səbəb  də  onu  bilirəm 

ki,  görünür,  bioloqa  nəsə  olub  ki,  səhərdən  boş  yerə 

gəlib yadıma düşməyib. - Aranda tutnan, atdan, dağda 

qurudnan, arvaddan  olan dostum!- deyib düzəltdiyim 

cümləyə gülürəm.  

 Süzənci  qoyub  telefondakı  qurumuş  qadın  səsini 

bir də xatırlayıram... “Teymurun cənazəsi...”  


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Yox,  katibənin  səsinə  oxşamadı,  katibənin  səsi 



belə  deyildi...  -elə  bil  öz-özümdən  soruşuram.  Teymur 

deyərdi  ki,  katibə  danışanda  elə  həyəcanlı  danışır  ki, 

elə  bil  canında  kişi  əli  dolaşır.  -  Bioloq  deyilsə,  kimdi 

bəs?! Hansı Teymurdu...? –Bunu bərkdən dedim, elə bil 

kiminsə  üstünə  qışqırırdım.  Yoxsa  şahmatçı  Teymur 

Məmmədov? Nəhəng dostum... Birdən o olar?! Axır ki 

öldü, canını qurtardı.” 

...şahmatçı Teymurun son zamanlar ayaqları 

tutulmuşdu, yeriyə bilmirdi. Nə boyda boyuyla 

gözümün önünə gəlir; şahmat masası arxasında o 

oturub, mən ayaq üstəyəm, az qala oturmuş halda 

məni boydadı, birinci kərədi şahmat oynayırıq... 

Mənim belə yaxşı oynamağıma inanmaq istəmir, bir-

iki kəsgin gediş eləmişəm, məətəl qalmağı üz-gözündən 

bilinir, uzunsov hun sifəti istehzayla doludu...onun 

düşüncəsinə görə mən şahmatı yaxşı oynamamalıyam. 

Niyə? Səbəbini sonralar anladım...  

Gör, bizim haqqımızda nə fikirdədi, rus orta 

məktəblərində nə deyiblərsə, nə yöndə dərs keçiblərsə, 

türk olan kəsləri nece tanıdıblarsa məndə yaxşı nə 

görürsə inanmaq istəmir. Nəinki məndə, bu boyda 

şəhərdə... ona görə də ürəyimdə: “...yaxşı,- deyirəm, - 

sənin başına bir oyun açım, bu millətlə bağlı elə şeyləri 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gözünə soxum ki...” Sonra fikirləşirəm, nədən 



başlayım, hardan başlayım... 

Rusiyanın harasındansa indi gəlib çıxıb, 

azərbaycanca bir kəlmə də bilmir, amma bütün 

deyilənləri anlayır, nece anlayır, hardan anlayır, özünü 

bicliyə qoyub yoxsa, heç kəsin ağlı bir şey kəsmir. Elə 

belə də fikirləşirlər; “Azərbaycan dili indi dəbdə deyil... 

bilir, danışmır...bilməsən dili nece anlamaq olar....”  

Soruşuram: 

-Teymur, sən doğrudan da bizim dildə 

danışammırsan?  

-Yox,- deyir, - heç nə bilmirəm. 

 -...Axı, bilənə oxşayırsan, hardansa anlayırsan, 

anladığın üz-gözünnən hiss edilir...  

 

 



 

 

Heç nə demir, üz-gözündə iztehza 



cizgiləri dolaşır... “Kəndə aparım bəlkə...,” 

fikirləşirəm,  şəhərdə nə qalıb, nə göstərəm...hamı 

xristianlara oxşamağa çalışır. Saçlarını rəngləmiş, 

özünü bir vaxtlar rusa, indi də avropalılara oxşatmaq 

istəyən arvad-kişi, oğul-uşaq nə qədər 

istəyirsən...Kəndin harasına aparım, yaxşı?! Harası 

qalıb kəndin? 

Nə  eləməliyəmsə tək başıma eləməliyəm. 

Şahmatda uduram, quruyub qalır, stolüstü tennisdə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

uduram, üzündəki iztehza cizgiləri dəyişir, ağlamağa 



oxşayır...Kədərlə başını bulayır. 

-Bura bizim milli parkımızdı,-deyirəm...Tennis 

oynayanda, qollarımı dənizə tərəf açıb göstərirəm. - 

Müstəqil olan kimi birinci burdan başladıq, söküb 

düzəltdik...Bilirsən nə qədər millətin izi vardı burda?! - 

Əlində raketka dayanıb baxır, heç topu da qaytarmır. -

Sən bilmirsən, -deyirəm, - buralara çıxanda heç 

anlamazdın hansı respublikaya gəlmisən. 

Bu sözdən sonra oynamır, oynamaq istəmir

dinməz-söyləməz dənizin yaxası boyu uzaqdan dikələn 

bayrağımıza sarı gedirik: 

-Siz,-deyir, birdən-birə, - çox tez dövlətə oxşaya 

bildiniz, oxşatdınız özünüzü, bayrağınız gözəldi. - 

Başını qaldırıb altdan-yuxarı bayrağa baxır, uşaq kimi 

sevindiyini görürəm, onun haqqında kim nə deyir, 

desin, mən də ona qoşulub gülümsəyirəm. -Hardan 

götürdünüz bu bayrağı, mən yerini tapa bilmirəm?! 

Türklərdə var belə bayraq, amma belə də deyil, başqa 

cürdü... Himniniz də gözəldi... - Sonra da əllərini yana 

açıb təəccüblənməyini bildırir.  

Bayrağımızın altında dayanmışıq, başımızın 

üstündə bütün ruhuyla, varlığıyla dalğalanır, bu cür 

ahənglə, qürurla açılıb yellənməyi elə bil mənim 

üçündü, elə bil ürəyimdə vurur. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Himnimizin də, Bayrağımızın da yüzə yaxın yaşı 



var...-dedim, coşmuş halda, - sənin dünyadan xəbərin 

yoxmuş. Hələ demirəm ki, bizim bayrağın izləri gedib 

minilliklərə çıxır.. 

Dinmir, üzü qala divarlarınadı, yəqin istehzasını, 

ironiyasını gizlədir... deyə düşünürəm.  

-Atam həmişə, Azərbaycan, deyirdi, sizin dərdinizi 

çəkirdi, elə bilirdi, azad yaşaya bilməyəcəksiniz, gecə-

gündüz xəbərləri izləyirdi ki, görək sizdən nə 

deyiləcək...Tək atam yox, bütün ruslar elə bilirdi, ac 

qalacaqsız, bir-birinizi qıracaqsız, dağılacaqsız. 

Bilirsən niyə? Ona görə ki, siz heç vaxt özünüzə 

oxşamaq istəməmisiz. Mənə elə gəlirdi ki, indi də 

istəmirsiz. Amma gəldim, elə görmədim, siz 

qonşularınızdan yaxşı yaşayırsız... ruslardan da... -Bir 

ağacın altında üzü dənizə oturduq.- Sən məni 

tanımırsan, elə bilirsən, bütün bunlar mənə xoş deyil? - 

Səsinəcən dəyişmişdi, gözünü üzümə zilləyib xeyli 

dinmədi, üz-gözünə yayılmasa da içinin gülümsədiyini 

hiss elədim.-Atam evdə az olurdu, -dedi, başını 

qaldırmadan. - həmişə işdə olurdu. Evdə mənimlə 

həmişə azərbaycanca danışırdı, bircə kəlmə cavab ver, 

deyirdi, öz dilində bir söz de, hə, de mənə, kişi ol, rus 

olmadığını bil. Amma mən heç vaxt bu dildə 

danışmadım, anam icazə vermirdi. Atam öz dilində 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

danışan kimi anam qapını açıb qonşuları çağırırdı. “U 



nas doma artist, şut-kloun, posmotrite, çem on 

zanimaetsya...” - Sonra sakitcə qolundakı, boynundakı 

çapıq yerlərini göstərir. -Atamın üstündə bax, beləcə, 

dalaşa-dalaşa böyümüşəm. Böyüyənnən sonra atamın 

hansı millətdən olduğunu anladım, qədim tarixləri 

oxudum... Azərbaycan haqda nə deyilibsə 

öyrəndim...Orta məktəbimizə sübut elədim ki

şumerlər, sonra da midiyalılar, mannalılar indi 

azərbaycanlı kimi tanıdığımız Qafqaz türklərinin ulu 

babalarıdı. Bir tarix müəllimimizə dedim, “yaxşı”, 

“başka”, “payok”, “yama”, yüzlərlə belə sözün türkcə 

olduğunu bilirsənmi? 

Mən tələsik onun sözünü kəsib əlavə elədim: 

-Çulki, şalvar... - dikəlib düz üzünə baxdım, -

...mama, sözü... bizim dildə deyil?! 

Coşub, “kniqa” sözünün “gönnük” olduğunu, 

yəni, dəriyə-gönə yazılan mənasında, çox sözlər 

deyəcəydim, gördüm, heç fikir vermədi. Susub başqa 

nə deyəcəyini gözlədim. 

 

- Əgər,- dedi,- mədəniyyət, elm, fəlsəfə yunanlarda 



yarandısa bu sözləri niyə yunan dilindən götürmədi 

rus? Sibirdən tutmuş Qafqazacan yer adları niyə 

yunanca, rusca deyil, türkcədi?! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Birdən-birə mənasını anlamadığım sevinc bürüyr 



məni, gözlərim yaşarır, dinmirəm. Amma demək 

istəyirdim ki, X1 əsr gürcü tarixçisi Leonti Mroveli 

yazır ki 3 min ildi, Kartlidə xəzər dilində danışırlar. 

Heç nə demirəm, deməyə də hələlik ehtiyac yoxdu... 

Qız qalasına doğru gedirik. “Hə, Qız qalası bizli 

də-bizsiz də hər şeyi deyir, yadların-yabançıların 

üstünü vurmadığına, özünü elə apardığına baxma... 

Daşın-divarın bu qədər doğma olduğu ona baxan 

bütün adamların üz-gözündən bilinir. Üstümüzə yeriyir 

elə bil. Anlayançün bəsdi. Bu arada hardansa mahnı 

səsi eşidilir. İçimizə bağlı qədim mahnıdı, başımı qaldı-

rıb boylanıram... -Bizim mahnılarımız da qala kimidi, - 

dedim, əllərimi qalaya tərəf uzatdım, qucaqlamışdım 

elə bil. - Qalaya oxşayan musiqilərimiz, mahnılarımız 

var. - Danışığımın yersiz olduğunu birdə-birə anladım, 

səsim boğazımdan su kimi çıxdı, suyulub azaldı, elə bil 

radioda danışırdım. 

-Atam içənnən sonra işıqları söndürüb belə bir 

müsiqiyə qulaq asardı, anam bizi onun otağına 

qoymurdu, başına yığıb “pust sluşaet” deyərdi, “pust 

uspokoitsya”. Bilirsən,-dedi, dönüb mənə baxdı, - atam 

elə bilirdi, mən rus olacam... bir vaxtlar bunun fərqinə 

varmırdım, indi anlayıram ki, atam elə ona görə o 

boyda Rusiyada özünə yer tapa bilmirmiş... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin