www.vivo-book.com
237
böyük baĢ, bulanıq gözlər, daranmamıĢ səliqəsiz saçlarla, 6
fut boyunda bir heyvərə dayanıb onu gözləyirəm.
Katrina mənə yaxınlaĢdı. Ah, o uzun qırmızımtıl
Ģabalıdı saçlar. Texaslı qadınlar necə də sərbəst, necə də
təbii olurlar. Mən, əvvəlcə onu öpdüm, sonra baqajının olub-
olmadığını soruĢdum. Bara gedib orada gözləməyi təklif
elədim. Ofisiant qadınların əynində qısa, qırmızı rəngli
donlar vardı və donun altından onların büzməli manjetli ağ,
qısa tumanları görünürdü. Donlarının boğazları sinəyə qədər
açıq olduğundan onların döĢləri, demək olar ki, çöldə
qalmıĢdı. Onlar öz məvaciblərinin və onlara verilən
çaypullarının hər sentini haqq edirdilər. Bu qadınlar
Ģəhərətrafı qəsəbələrdə yaĢayır və kiĢilərə nifrət edirdilər.
Onlar anaları və qardaĢları ilə birlikdə yaĢayır və öz
psixiatrlarına vurulurdular.
Biz içkiləri bitirib Katrinanın baqajını almağa getdik.
Yanımızdan keçən bütün erkəklər onun nəzərlərini özlərinə
cəlb etmək istəyirdilər, amma o mənim əlimdən tutaraq
mənə yaxın addımlayırdı. Gözəl qadınların çox az bir hissəsi
insanlar arasında ikən özlərinin kiməsə məxsus olduqlarını
|