www.vivo-book.com
238
göstərmək arzusunda olur. Bunu dərk eləmək üçün mən
qadınları kifayət qədər tanıyırdım. Mən onları olduqları kimi
qəbul edirdim. Əsl sevgi-məhəbbət hissləri isə çox çətin və
nadir hallarda bizim münasibətlərimizə təĢrif gətirirdi. Bu
baĢ verəndə isə, adətən səbəbləri yanlıĢ Ģeylər olurdu. Bəzən
sevgi hisslərini boğmaqdan yorulursan və onun baĢını boĢ
buraxırsan. Çünki o kiməsə qismət olmalıdır. Bundan
ötüĢdükdən sonra isə, adətən problemlər baĢlayır.
Biz evə çatandan sonra, Katrina öz çamadanını açdı və
oradan bir cüt rezin əlcək çıxardı. Qəhqəhə çəkib güldü.
– Bu nədi belə? – deyə ondan xəbər aldım.
– Darlina – mənim ən yaxın rəfiqəm – mənim Ģeylərimi
yığdığımı görəndə dedi: “Lənət Ģeytana, sən nə edirsən?”
Dedim: “Henkin evini heç vaxt görməmiĢəm, amma
bildiyim bir Ģey var – orada bir Ģey biĢirə bilmək. Orada
yaĢamaq və yatmazdan əvvəl, mən orada təmizlik iĢləri ilə
məĢğul olmalıyam!”
Bu sözləri söyləyəndən sonra, Katrina öz xoĢbəxt
Texas gülüĢü ilə güldü. Sonra o, hamamxanaya keçdi.
Əyninə mavi cins Ģalvar və narıncı köynək geyindi. Oradan
|