www.vivo-book.com
239
ayağı yalın geri qayıdaraq əllərində rezin əlcəklə mətbəxə
girdi.
Mən də vanna otağına keçib əyin-baĢımı dəyiĢdim.
Belə qərara gəldim ki, iĢdi birdən Lidiya buralara gəlsə,
Katrinə barmağını belə toxunmağa qoymayacağam. Lidiya?
Görəsən, indi o hardadı? Nə edir?
Məni qoruyan allahlara balaca bir dua elədim: lütfən
Lidiyanın bura gəlməsinə mane olun. Qoyun kovboyların
buynuzlarını sorsun və səhər saat 3-ə qədər rəqs eləsin,
amma onu buradan aralı tutun, bura ayağı da dəyməsin,
lütfən...
Mən hamam otağından çıxanda, Katrina mətbəxdə diz
çöküb döĢəmədəki iki ilin çirkini qaĢıyırdı.
– Katrina, – mən dedim, – yaxĢısı budur gəl Ģəhərə
çıxaq. Gedib bir yerdə Ģam edək. BaĢlamaq üçün düzgün yol
seçməmisən.
– YaxĢı, Henk, amma əvvəlcə bu döĢəmə ilə iĢimi
bitirməliyəm. Ondan sonra hara istəyirsən, gedək.
|