www.vivo-book.com
252
“Folks”umdan danıĢırdım. YaxĢı modellərin ən sonuncusu.
Hətta polisə də zəng vura bilmirdim, çünki sərxoĢ
vəziyyətdə idim. Ona görə də, sabaha qədər, sabah
günortaya qədər gözləməliydim.
– Höpbörn, – mən dedim, – bu sənin günahın deyil,
onun sən oğurlamamısan axı!
– KaĢ onu mən oğurlamıĢ olaydım, indi maĢının sənin
yanında olardı.
Mən xəyalımda bir neçə gəncin mənim maĢınımla
Sahilyanı ġosse ilə Ģütüdüklərini, Ģey çəkdiklərini və gülərək
maĢınımı dağıtdıqlarını canlandırdım. Sonra Santa Fe
Avenyunun yanı ilə düzülmüĢ bütün köhnə avtomobil
ölüxanaları haqqında düĢündüm. Dağ kimi yığılmıĢ
bamperlər, ön ĢüĢələr, qapı dəstəkləri, ĢüĢə silənlər üçün
motorlar, mühərrik hissələri, təkərlər, Ģinlər, kapotlar,
domkratlar, yumĢaq oturacaqlar, ön təkərin podĢipnikləri,
əyləc baĢmaqları, radioqəbuledicilər, porĢenlər, klapanlar,
karbüratorlar, paylayıcı vallar, transmissiya qutuları, oxlar –
mənim maĢınım da çox keçmədən ehtiyat hissələr qalağına
çevriləcək.
|