www.vivo-book.com
260
– Hə, pis deyil, – Katrina cavab verdi.
– Siz burada çoxmu qalacaqsınız?
– Hə, hələ bir müddət qalmağı düĢünürəm.
– Texasdansınız?
– Bəli.
– Sizin valideynləriniz də Texasdandılar?
– Bəli.
– Oradakı televiziya kanalları maraqlı veriliĢlər
verirlərmi?
– Təxminən elə burdakı kimi.
– Mənim dayım da Texasda yaĢayır.
– Aaa.
– Bəli. O, Dallasda yaĢayır.
Katrina daha ona cavab vermədi. Amma sonra dedi:
– Məni bağıĢlayın, amma mən buterbrodlar hazırlamaq
üçün sizi tərk etməliyəm. Kimsə nəsə baĢqa bir Ģey
istəyirmi?
Biz istəmədiyimizi söylədik. Katrina yerindən qalxıb
mətbəxə keçdi. Bobbi də yerindən qalxıb onun arxasınca
getdi. Onun mətbəxdə nə dediyi aydın eĢidilməsə də,
|