www.vivo-book.com
384
O qaçaraq Temminin mənzilinə girdi. Arxasınca isə
köhnə avtobil satıcısı və tanınmıĢ psix olan qonĢu
mənzildəki oğlan mənzilə daxil oldu.
Bir neçə gün sonra Temmi əlində bir zərf ilə mənim
mənzilimə gəldi.
– Henk, iĢlər müdiri qadın elə indicə mənə evdən
çıxarılmağım haqqında bildiriĢi gətirdi.
Temmi zərfi mənə göstərdi.
Mən yazılanları diqqətlə oxudum.
– Belə baĢa düĢdüm ki, onlar zarafat eləmirlər, – mən
ona dedim.
– Mən o qadına dedim ki, mənzilin kirayəsi ilə bağlı
bütün borclarımı ödəyəcəyəm. Amma cavabında o mənə
yalnız bunu söylədi: “Biz sənin burada yaĢamağını istəmirik,
Temmi!”
– Kirayə haqqını uzun müddət ödəməmək olmaz.
– Bura bax, mənim pulum var. Mənim, sadəcə, pul
ödəməkdən xoĢum gəlmir.
Temmi öz üsulları ilə hər Ģeyə zidd gedirdi. Onun
maĢını qeydiyyata salınmamıĢdı, maĢınının nömrə niĢanının
|