www.vivo-book.com
400
qalmamıĢdı. Mən oraya yalnız bir səfər edə bilərdim. Ona
görə də ya kreslo, ya da saçqurudanı götürməliydim. Onların
hər ikisi birlikdə maĢına sığmazdı.
Mən toxunmuĢ kreslonu aparmaq qərarına gəldim.
Səhər saat 4 olardı. MaĢını öz evimin önündə ikinci cərgədə
saxlayıb qırmızı xəbərdarlıq iĢıqlarını yandırmıĢdım. Araq
ilə suyu içib bitirdim. Mən getdikcə daha çox dəmləĢir və
zəifləyirdim. ToxunmuĢ kreslonu, o, həqiqətən də çox ağır
idi, qaldırdım və onu cığırla daĢıyaraq maĢının yanına
gətirdim. Onu yerə qoydum və sürücünün yanındakı
oturacağın qapısını açdım. Kreslonu bir təhər salona
soxuĢdurdum və sonra qapını bağlamağa çalıĢdım. Kreslo
qapıdan çölə çıxırdı. Onu maĢından çıxarmağa səy
göstərdim. Çıxmaq istəmirdi, deyəsən, iliĢmiĢdi. Hirsimdən
söydüm və kreslonu bir az da içəri itələdim. Kreslonun bir
ayağı ön ĢüĢəni qıraraq bayıra çıxdı və səmaya tuĢlandı.
Qapı elə əvvəlki kimi bağlanmaq istəmirdi. Heç
bağlanacağına da oxĢamırdı. Kreslonun həmin ayağını ön
ĢüĢədən bir az da bayıra itələməyə cəhd elədim ki, bəlkə
qapını bağlaya bilim. Onu heç yerindən belə tərpədə
|