www.vivo-book.com
403
Yuxuya getdim. Çox narahat bir yuxu görürdüm. Onlar
mənim maĢınımı qoĢqu ilə dartıb harasa aparmaq
istəyirdilər. Mənə cərimə yazacaqdılar.
Səhər saat 6:20-də ayıldım, əynimi geyindim və
pitseriyaya getdim. MaĢınım hələ də orada durmuĢdu. GünəĢ
yavaĢ-yavaĢ doğurdu.
Əlimi uzadıb kreslodan yapıĢdım. O hələ də yerində
tərpənmək istəmirdi. Bərk qəzəblənmiĢdim deyə söyə-söyə
kreslonu ora-bura dartmağa baĢladım. Onu çıxartmaq nə
qədər çox mümkünsüz görünürdüsə, mən də bir o qədər çox
ağlımı itirirdim. Qəfildən taxta Ģaqqıltısı eĢidildi. Bu səs
məni daha da ruhlandırdı, gücümə güc qatdı. SınmıĢ taxta
parçası əlimdə qaldı. Mən taxtaya baxdım, sonra onu
küçənin ortasına atdım və yenə öz iĢimə döndüm. Yenə nəsə
sındı. Fabriklərdə keçirdiyim günlər, vaqonları boĢaltmaqla
keçirdiyim günlər, donmuĢ balıq yeĢiklərini qaldırmaqla
keçirdiyim günlər, öldürülmüĢ iribuynuzlu heyvanların
cəmdəklərini çiynimdə daĢımaqla keçirdiyim günlər öz
bəhrəsini verirdi. Mən hər zaman nə qədər güclü bir adam
olsam da, bir o qədər də tənbəl olmuĢam. Ġndi isə o kreslonu
|