www.vivo-book.com
401
bilmədim. Kreslo çox bərk iliĢmiĢdi. Çıxarmağa çalıĢdım.
Yenə onu yerindən tərpədə bilmədim. Ümidsiz bir Ģəkildə
onu gah içəri itələyir, gah çölə dartır, gah içəri itələyir, gah
da çölə dartırdım. Əgər həmin vaxt polis gəlib çıxsaydı
mənim iĢim bitmiĢdi. Axır ki, taqətdən düĢdüm. Sürücü
tərəfdən birtəhər maĢına mindim. Küçədə maĢın saxlamaq
üçün boĢ yer qalmamıĢdı. MaĢını sürüb pizza verilən maĢın
dayanacağına gəldim, açıq qalmıĢ qapı dala-qabağa
yellənirdi. MaĢını qapısı açıq, salonun iĢığı yanan
vəziyyətdə orada qoydum (salonun iĢığını əllə söndürmək
olmurdu). Ön ĢüĢə sınmıĢdı və kreslonun ayağı oradan
bayıra çıxaraq ayın iĢığına tərəf uzanırdı. Bütün bu səhnədən
nalayiqlik və dəlilik saçırdı. Ondan qətl və sui-qəsd iyi
gəlirdi. Mənim gözəl maĢınım hansı vəziyyətə düĢmüĢdü...
Küçə ilə pay-piyada evimə qayıtdım. Özümə bir qədər
də araq ilə su süzdüm və Temmiyə zəng vurdum.
– Qulaq as, əzizim, mən çətinə düĢmüĢəm. Sənin
kreslonu maĢına yükləyəndə, ön ĢüĢəni qırmıĢam, indi onu
nə içəri salmaq olur, nə də çölə çıxarmaq, qapını da
|