www.vivo-book.com
418
bu iĢ mənə ev kirayəmi ödəməyə, hələ bəlkə dolayısı yolla
kitablarımın satılmasına kömək edirdi. Onlar məni Ģərqi
Hollivuddan tapıb çıxarır, onlar məni stüardessalar,
biznesmenlər, buzlu içkilər, balaca salfet və ağızdan gələn
pis qoxunu öldürmək üçün yeyilən yer fındığı ilə birlikdə
havaya qaldırırdılar.
Məni 1966-ci ildən bəri yazıĢdığım Ģair Uilyam Kisinq
qarĢılamalı idi. Onun ilk iĢlərinə Duq Fazzikin redaktə etdiyi
“Öküz” jurnalının səhifələrində rast gəlmiĢdim. Bu jurnal
mimeoqraf yolu ilə çoxaldılan ilk jurnallardan biri və bəlkə
də mimeo inqilabının öndəri idi.
Bizlərdən heç birimiz sözün əsl mənsaında ədəbiyyatçı
deyildik: Fazzik kauçuk fabrikində iĢləmiĢdi. Bir vaxtlar
Koreyada dəniz piyadası olmuĢ Kisinqsə həbsdə yatıb
çıxandan sonra öz arvadı Sesiliyanın hesabına yaĢayırdı.
Mən isə gecələr 11 saat poçt kargüzarı vəzifəsində
çalıĢmıĢdım. Elə həmin vaxtlarda Marvin özünün Ģeytanlar
haqqında yazdığı qəribə Ģeirlərilə səhnəyə çıxmıĢdı. Marvin
Vudman Ģeytanlar haqqında yazan ən yaxĢı Amerika yazarı
idi. Bəlkə də Ġspaniya və Peruda da. Həmin vaxtlarda mən