www.vivo-book.com
421
– Demək istəyirəm ki, sizin səsiniz elə mülayimdir,
özünüz də elə həlimxasiyyət görünürsünüz ki... Bill elə
düĢünürdü ki, siz təyyarədən sərxoĢ halda, söyüĢ söyə-söyə
və qadınlara söz ata-ata düĢəcəksiniz...
– Mən heç vaxt öz vulqarlığımla kiməsə meydan
oxumuram. Gözləyirəm ki, qadın özü öz xoĢu ilə mənə tərəf
gəlsin.
– Sən sabah axĢam çıxıĢ edəcəksən, – Bill dedi.
– Əla, onda bu gecə yaxĢıca əylənərik və hər Ģeyi
unudarıq.
Biz yolumuza davam etdik.
Həmin axĢam Kisinq öz məktubları və Ģeirləri qədər
maraqlı həmsöhbət idi. Nadir hallar istisna olmaqla, bizim
söhbətimiz əsnasında ədəbiyyatdan danıĢmamaq üçün o
kifayət qədər ağıllı adam idi. Biz baĢqa Ģeylər haqqında
danıĢırdıq. Əksər Ģairlər ilə Ģəxsi görüĢlərimdə mənim
bəxtim o qədər də gətirmirdi. Onların məktub və Ģeirləri
maraqlı olsa belə. Duqlas Fazziklə görüĢümüz də valehedici
sonluqla nəticələnməmiĢdi. Ən yaxĢısı baĢqa yazarlardan
|