www.vivo-book.com
420
idi. Manjetlər ayaqqabılarımın üstünə, ordan da yerə
düĢürdü və bu, əslində, yaxĢı idi. Çünki corablarımın rəngi
müxtəlif idi, ayaqqabılarımın dabanı isə tamam yeyilmiĢdi.
Mənim bərbərlərdən ümumiyyətlə zəhləm gedirdi və ona
görə də saçlarımı kəsdirməyə bir qadın tapmayanda, onları
özüm kəsirdim. Nə üzümü qırxmaqdan, nə də uzun
saqqaldan xoĢum gəlmədiyinə görə, iki-üç həftədə bir dəfə
saqqalımı qayçı ilə qısaldırdım. Gözlərim yaxĢı görməsə də,
gözlük taxmağı xoĢlamırdım və ona görə də, bir Ģey
oxuduğum vaxtlar istisna olmaqla, gözlük taxmırdım.
Ağzımdakı diĢlərim özümünkü olsa da, onların sayı elə də
çox deyildi. Üzüm və burnum içki içməkdən qızarmıĢdı. ĠĢıq
gözlərimi qamaĢdırdığından mən gözlərimi qıyaraq balaca
yarıqlardan baxırdım. Ġstənilən xarabalıqda məni özlərininki
kimi qəbul edərdilər.
Biz yola düĢdük.
– Biz baĢqa görünüĢlü adam gələcəyini gözləyirdik, –
Sesiliya dedi.
– Hə?
|