www.vivo-book.com
439
– Ġç bunu, Sesiliya, – mən dedim, bu sənə hər Ģeyi
unutdurar.
Mən onun üçün uzun bir stəkana içki süzdüm.
– Ah, mən bunun hamısını içə bilmərəm axı!
– Ayağını o birisinin üstünə aĢır və yuxarı qaldır, qoy
sənin ayaqlarına yaxĢı-yaxĢı tamaĢa eliyim.
– Bill mənə heç vaxt belə sözlər deməyib.
Mən içməyə davam edirdim, Sesiliya isə danıĢmağa.
Bir müddət sonra, mən artıq ona qulaq asmırdım. Gecə
yarısı çoxdan gəlib keçmiĢdi.
– Qulaq as, Sesiliya, gəl yatağa girək. Mən yükümü
tutmuĢam.
Mən yataq otağına keçdim, paltarlarımı soyundum və
odeyalın altına girdim. Onun mənim yanımdan keçərək
hamam otağına getdiyini eĢitdim. Yataq otağının iĢığını
söndürdüm. Çox keçmədən o geri qayıtdı və çarpayının o
biri tərəfindən yanıma necə girdiyini hiss etdim.
– Gecən xeyrə qalsın, Sesiliya, – mən dedim.
Onu özümə tərəf çəkdim. O tamam çılpaq idi. Aman
Allahım, deyə düĢündüm. Biz öpüĢdük.
|