www.vivo-book.com
441
– Əla, – Bobbi dedi. – Bu axĢam biz yola düĢürük.
UĢaqlar, onda sizi götürmək üçün axĢam saat 6-da gələsiyik.
Bir yerdə Ģam da edərik.
– Qulağa çox xoĢ gəlir, – Sesiliya dedi.
– Henklə çörək yemək çox əyləncəlidir, – Valeri dedi.
– Biz onunla sonuncu dəfə yeməyə gedəndə, gözəl bir
restorana girdik və o dərhal baĢ ofisianta dedi: “Mənə və
dostlarıma doğranmıĢ kələm salatı və qızardılmıĢ kartof
gətir! Hərəyə iki porsiya, bir də içkilərimizə su qatmağı
ağlının ucundan belə keçirmə, yoxsa livreyanı və qalstukunu
çıxararam!”
– Lap səbirsizləĢdim, vaxtı necə keçirəcəyimi
bilmirəm! – Sesiliya dedi.
Təxminən saat iki radələrində Sesiliya gəzintiyə
çıxmaq istəyirdi. Biz əhatədən keçəndə, o südləyən kolunu
gördü. Sesiliya kola lap yaxınlaĢdı, üzünü onun güllərinin
arasına soxdu və barmaqalarının ucu ilə onları oxĢadı.
– Ah, onlar necə də gözəldilər!
– Onlar ölmək üzrədirlər, Sesiliya. Görmürsənmi, onlar
necə büzüĢüblər? Qatı duman onları məhv edir.
|