www.vivo-book.com
442
Biz palmaların altı ilə yolumuza davam etdik.
– Hər yan quĢlarla doludur! Burda yüzlərlə quĢ var,
Henk!
– Və onlarla piĢik.
Bobbi və Valeri ilə birlikdə biz də Manhetten Biçə
getdik. Düz suyun kənarında bir ev kirayələdik və sonra
çörək yeməyə getdik. ġam yeməyi əla idi. Yemək zamanı
Sesiliya bir qədəh spirtili içki içdi və özünün vegetarianlığı
haqqında bizə hər Ģeyi izah etdi. O özü üçün sup, salat və
yoqurt sifariĢ etmiĢdi; qalanlarımız isə qızardılmıĢ mal əti,
qızardılmıĢ kartof, fransız çörəyi və salat yeyirdik. Bobbi ilə
Valeri duz və istiot qablarını, iki bifĢteks bıçağını və mənim
ofisiant üçün qoyduğum çay pulunu oğurladılar.
Biz içki, buz və siqaret üçün bir dükanın yanında
dayanmalı olduq. Tədarükümüzü görəndən sonra evə getdik.
Bir qədəh içki Sesiliyanın dilini tamam açmıĢdı: o durmadan
hırıldayır, danıĢır və bizə heyvanların da ruhu olduğunu izah
etməyə çalıĢırdı. Heç kim onun bu fikrinə qarĢı çıxmadı.
Bunun olduğunu biz də bilirdik. Amma bir Ģeyi dəqiq
bilmirdik – bizim ruhumuzun olub – olmamasını.
|