www.vivo-book.com
445
– Sevgi psixoloji gərginliyin öhdəsindən gələ bilənlər
üçün yaxĢıdır. Bu, belinizdə zibil ilə dolu çəni sürətlə axan
sidik çayının üstündən daĢımağa bənzəyir.
– Oh, bu dediyiniz qədər də pis deyil.
– Sevgi yanlıĢ mühakimənin bir formasıdır. Mənim bir
çox baĢqa yanlıĢ mühakimələrim də var.
Valeri pəncərəyə yaxınlaĢdı.
– Bayırda camaat kef edir, hovuza atılırlar. O da orda
oturub aya tamaĢa eləyir.
– Onun qocası təzəcə rəhmətə gedib, – Bobbi dedi. –
Ona bir az vaxt vermək lazımdır.
Mən öz ĢüĢəmi də götürüb yataq otağına getdim.
Əynimdə bircə tuman qalana qədər soyundum və yatağıma
girdim. Heç Ģey heç vaxt öz ayarında olmur. Ġnsanlar ağına-
bozuna baxmadan qarĢılarına çıxan hər Ģeyi qamarlayırlar:
kommunizm, sağlam qida, dzen-buddizm, serfinq, balet,
hipnoz, qrup görüĢləri, eyĢ-iĢrət, velosiped gəzintiləri, otlar,
katolisizm,
ağırlıqqaldırma,
səyahət,
özünəqapılma,
vegetarianlıq, Hindistan, rəssamlıq, yazmaq, heykəltaraĢlıq,
bəstəkarlıq, dirijorluq, piyada turizm, yoqa, cinsi əlaqə,
|