www.vivo-book.com
446
qumarbazlıq, əyyaĢlıq, avaraçılıq, dondurulmuĢ yoğurt,
Bethoven, Bax, Budda, Ġsa Məsih, taktiki raketlər, Heroin,
yerkökü Ģirəsi, intihar, əl iĢi kostyumları, reaktiv təyyarədə
səyahət, Nyu-York Siti və sonra bütün bunlar hamısı
buxarlanıb yox olur, dağılıb tökülür. Öz ölümlərini
gözlədikləri vaxt ərzində insanlar özlərini nə iləsə məĢğul
etməlidirlər. Məncə, seçim imkanının olması çox gözəldir.
Mən öz seçimimi artıq etmiĢəm. Araq ĢüĢəsini qaldırıb
onun düz boğazından bir udum aldım. Rusların bu iĢdən baĢı
yaxĢı çıxır.
Qapı açıldı və Sesiliya içəri girdi. Özünün bəstə boylu
və güclü bədəni ilə o çox qəĢəng görünürdü. Amerikan
qadınlarının böyük əksəriyyəti ya çox arıqdılar, ya da
onlarda həyat enerjisi ümumiyyətlə yoxdur. Əgər onlardan
kobud bir Ģəkildə istifadə etsən, onların içində nəsə
qırılacaq, onlar əsəbi məxluqlara, ərləri isə ya idmançı
əbləhlərə, ya əyyaĢlara, ya da avtomobil manyaklarına
çevriləcəklər. Norveçlilər, Ġslandiyalılar və Finlandiyalılar
əsl qadının necə olmalı olduğunu çox gözəl bilirlər: enli və
möhkəm, böyük götlü, iri ombalı, yoğun budlu, iri baĢlı,
|