www.vivo-book.com
528
– Hə, sənin evini də çox bəyəndim. Mən hətta Ģey-
Ģüyümü yığıb buraya köçə də bilərdim.
– Mənim ev sahibim çox qısqancdır.
– Səni qısqanacaq baĢqaları da varmı?
– Yox.
– Niyə yoxdur?
– Mən çox iĢləyirəm və axĢamları evə gəlib istədiyim
kimi dincəlməyi xoĢlayıram. Buranı bəzəməyi çox sevirəm.
Rəfiqəmlə, o mənim iĢçimdir, sabah əntiq əĢyalar
dükanlarını gəzməyə gedəcəyik. Sən də bizimlə gəlmək
istəyirsənmi?
– Sabah səhər mən burda olacam ki?
Debra cavab vermədi. O mənə bir qədəh də Ģərab
süzdü. Gəlib divanda yanıma oturdu. Mən əyilib onu
öpdüm. Öpərkən, onun ətəyini bir az da yuxarı çəkib onun
neylon
corablı qıçlarını
baxdım.
Çox
cazibədar
görünürdülər. Mən onu öpəndən sonra o, yubkasının ətəyini
yenə aĢağı dartdı. Amma mən onun qıçlarının formasını
artıq yaddaĢıma həkk eləmiĢdim. O divandan qalxdı və
vanna otağına getdi. Unitazın suyunun Ģırıltısını eĢitdim.
|