www.vivo-book.com
82
– Potensial, – mən dedim, – heç nə demək deyil. Sən
nəsə bir iĢ görməlisən. Bəlkə də beĢikdə yatan hər körpənin
potensialı mənimkindən çoxdur.
–
Amma
mən
bunu
EDƏCƏYƏM!
MƏN
HƏQĠQƏTƏN DAHĠ BĠRĠSĠ OLACAM!
– YaxĢı, – mən dedim. – Hələlik isə gəl yerinə gir.
Lidiya yenə yatağa qayıtdı. Biz bir-birimizi heç
öpmədik də. Sekslə də məĢğul olmayacaqdıq. Özümü çox
yorğun hiss edirdim. Sisəy böcəklərinə qulaq asırdım. Nə
qədər vaxt keçdiyi haqqında heç bir fikrim yox idi. Lidiya
qəfildən qalxıb yataqda oturanda, tam olmasa da, demək olar
ki, yuxuya getmiĢdim. Və birdən o bağırdı. Bu qıĢqırığın
səsi çox ucadan oldu.
– Yenə nə olub? – deyə ondan soruĢdum.
– Səsin çıxmasın.
Mən yerində uzanıb gözləməyə baĢladım. Lidiya isə
tərpənmədən yerində oturmuĢdu, məncə, təxminən on
dəqiqə. Sonra özünü yenidən yastığın üstünə atdı.
– Mən Allahı gördüm, – o dedi, mən elə indicə Allahı
gördüm.
|