www.vivo-book.com
84
sərxoĢ deyildim. Mən cəld kənara çəkildim, o, döĢəməyə
çırpıldı və çevrilərək arxası üstə uzandı. Mən onun üstündən
adlayaraq bayır qapısına tərəf addımladım. Qəzəbindən
onun ağzı köpüklənirdi, o diĢlərini qıcadaraq vəhĢi heyvan
kimi nərildəyirdi. Həmin an o diĢi bəbirə bənzəyirdi. Mən
üstdən aĢağı ona baxdım. O, yerdə belə uzandığına görə
özümü daha təhlükəsizlikdə hiss etdim. O bərkdən bir nərə
çəkdi və mən qapıdan çıxmaq istəyəndə, əlini uzadıb
dırnaqlarını paltomun qoluna keçirdi, onu var gücü ilə özünə
tərəf çəkərək dibindən qopardı. Paltomun qolu çiyin
yerindən qopmuĢdu.
– Aman Allahım, – mən dedim, – bax gör mənim yeni
paltomun qolunu neylədin! Axı bunu lap yenicə almıĢdım!
Mən qapını açdım və bir qolum açıq Ģəkildə özümü
bayıra atdım.
MaĢının qapısını açar-açmaz, arxamda onun yalın
ayaqlarının asfaltda necə Ģappıldadığını eĢitdim. Mən cəld
maĢının içinə atıldım, qapını kilidlədim və dərhal starterə
basdım.
|