www.vivo-book.com
83
– Bura bax, səni qancıq, sən, deyəsən, məni dəli eləmək
fikrindəsən!
Mən yerindən qalxıb paltarlarımı geyinməyə baĢladım.
Bərk qəzəblənmiĢdim. Qısa tumanımı heç cür tapa
bilmirdim. Cəhənnəm olsunlar, deyə düĢündüm. Hara
atmıĢamsa, qoy elə orda da qalsınlar. Əynimi tamam
geyinəndən
sonra stulda oturub yalın ayaqlarıma
ayaqqabılarımı geyinirdim.
– Sən nə edirsən? – Lidiya soruĢdu.
Ona cavab verə bilmədim və ön otağa keçdim. Mənim
paltom stulun söykənəcəyindən asılmıĢdı. Onu götürüb
geyindim. Lidiya qaçaraq ön otağa əynində mavi penuar,
qısa tumanda, özü də ayağı yalın gəlmiĢdi. Onun topuqları
çox iri idi. Onları gizlətmək üçün o adətən ayağına çəkmələr
geyinərdi.
– SƏN HEÇ YERƏ GETMƏYƏCƏKSƏN! – deyə
Lidiya nəyi var bağırdı.
– Zəhrimar, – mən dedim, mən burdan gedirəm.
O qəfildən mənim üstümə atıldı. O, adətən, mən sərxoĢ
olanda mənim üstümə hücum çəkirdi. Amma indi mən
|