C.Ə. Feyziyev, F. N.İbrahimov, S. R. Bədiyev d I dakt I k a bakı – Mütərcim – 2011 Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı amea-nın Şəki Regional Elmi Mərkəzi



Yüklə 3,21 Mb.
səhifə5/43
tarix10.04.2017
ölçüsü3,21 Mb.
#13756
1   2   3   4   5   6   7   8   9   ...   43

Ümumiliyi, vahidliyi, əmək istiqamətli olması, politexnik xa­rakter daşıması, milli mədəniyyətə istinad etməsi, fərdi qa­bi­liy­yətləri nəzərə alması ümumi orta təhsilin başlıca xüsusiyyət­lə­rin­dəndir. Milliyyətindən, dilindən, mənşəyindən, dinindən asılı ol­mayaraq hər bir oğlanın, hər bir qızın öyrənməli olduğu zəruri bi­liklərin, bacarıq və vərdişlərin, davranış qaydalarının məcmusu ümu­mi təhsilin məzmununu təşkil edir. Ümumi təhsil imkan verir ki, gələcək peşəsindən, ixtisasından asılı olmayaraq hamının şəx­siy­yəti normal inkişaf edə bilsin. Ümumi təhsil cəmiyyətdə adam­la­rın bərabər mövqe tutmalarına şərait yaradır.

Təhsil səviyyələri müxtəlif olan şəxslər adətən, cəmiyyətdə baş­qa-başqa mövqe tuturlar. Ümumi orta təhsili olan şəxs xalq tə­sərrüfatının bir sahəsindən digər sahəsinə sərbəst keçməyə və orada fəa­liyyət göstərməyə imkan qazanır. Ümumi orta təhsil mənəvi və əx­laqi inkişafın, fiziki və estetik kamilləşməyin bünövrəsidir. Bu əsas­da hər bir şəxs öz qabiliyyətlərini maksimum inkişaf etdirə bi­lər. Təhsilin ümumiliyi və vahidliyi bir-birindən ayrılmazdır. Ümu­mi orta təhsilin vahidliyi əsasən onun məzmununda ifadə olunur. Ümu­mi orta təhsilin politexnik istiqaməti iki cəhətdən səciyyələnir: po­litexnik biliklər və politexnik bacarıqlar. Ümumiyyətlə, şagirdlər üçün ümumi olan, əmək və politexnik səciyyə daşıyan, milli mə­də­niyyətə istinad edən və şagirdlərin fərdi xüsusiyyətlərini nə­zə­rə alan təhsil ümumi orta təhsil hesab edilir. Ölkəmizdə orta ümu­mi təhsilin bu cəhətləri yüksək dəyərləndirildiyindən onun ic­ba­riliyi qəbul olunmuşdur.


8.3. İlk peşə-ixtisas təhsili
İlk peşə-ixtisas təhsili - əmək bazarının tələbatına uyğun ola­raq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrların hazırlanmasını təmin edir. İlk peşə-ixtisas təhsili mülkiyyət formasından asılı olmayaraq pe­şə-ixtisas təhsili müəssisələrində və təhsil fəaliyyəti üçün xüsusi ra­zılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların, müəssisələrin, əmək bir­jalarının, məşğulluq idarələrinin və digər müvafiq qurumların təh­sil strukturlarında həyata keçirilir və məzunlara müvafiq isti­qa­mət­lər üzrə ilk peşə dərəcələrinin verilməsi ilə başa çatır. İlk peşə-ix­tisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. İlk pe­şə-ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında qə­bul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hü­qu­qu­na malikdirlər.
8.4. Orta ixtisas təhsili
Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uy­ğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ay­rı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təh­silli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili əsasən kol­lec­lərdə və ali təhsil müəssisələrinin tabeliyində yaradılan müvafiq struk­turlarda həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin ve­ril­məsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili mü­əssisələrinə daxil olanlar həm də tam orta təhsil alırlar. Orta ix­ti­sas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ix­tisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nü­mu­nəli sənəd-diplom verilir. Orta ixtisas təhsili haqqında sənəd ali təh­sil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pil­lə­sində ali təhsil almaq üçün əsas sayılır.

Orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təh­sil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini yük­sək nəticələrlə başa vuran məzunların-subbakalavrların topla­dıq­la­rı kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qay­dada, uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alı­nı­r.


8.5. Ali təhsil
Ali təhsil pilləsində cəmiyyətin və əmək bazarının tələbatı nə­zə­rə alınmaqla yüksək ixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadr­ların hazırlığı həyata keçirilir. Azərbaycan Respublikasının ali təh­sil müəssisələrində mütəxəssislər və elmi pedaqoji kadrlar ha­zır­lı­­ğı üç səviyyəlidir.

  • bakalavriat (tibb təhsili istisna olmaqla);

  • magistratura (tibb təhsili istisna olmaqla);

  • doktorantura.

Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təh­sili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş pro­filli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çat­mış ali təhsildir. Bakalavriat bitirən məzunlara “bakalavr” ali pe­şə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəa­liyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pe­daqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Ba­ka­lavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra ha­ki­miy­yəti orqanı tərəfindən müəyyən edilir.

Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sa­hə­si­nin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öy­rə­nil­məsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi təd­qi­qat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Ma­gistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin ve­ril­məsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy­yən edilir.

Magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki ba­zası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil mü­əs­sisələrində yaradılır.

Tibb təhsil proqramlarına və dövlət təhsil standartlarına uyğun ola­raq, əsas təhsilə və rezidenturaya həkim-mütəxəssis ali peşə ix­ti­sas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qay­dalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mə­dəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi di­gər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tə­ləb edən sahələr üzrə həyata keçirilir.

8.6. Doktorantura


Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və el­mi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yük­səldilməsini təmin edir. Doktorantura təhsili ali təhsil mü­əs­si­sə­lə­rində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təh­sil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq el­mi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil mü­əs­si­sələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şu­ra­la­rının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.

Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr mü­əy­yən edilir:



  • fəlsəfə doktoru - elm sahələri göstərilməklə;

  • elmlər doktoru - elm sahələri göstərilməklə.

Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə al­mış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd-diplom verilir.

Ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan el­mi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır.

Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəa­liy­yət sahəsində əldə etdikləri nəticələrə görə müəyyən edilmiş qay­da­da elmi adlar verilir. Dosent və professor elmi adlarının verilməsi qay­daları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən mü­əy­yən olunur. Azərbaycan Respublikasında ali təhsil müəssisəsinin Fəx­ri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor (dok­tor) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisə­si­nin nizamnaməsi ilə müəyyən edilir.
8.7. Əlavə təhsil
Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib his­sə­si olmaqla, peşə-ixtisas təhsilinin hər hansı pilləsini bitirmək haq­qında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq im­kanını təmin edir və insan potensialının inkişafı, kadrların in­tel­lek­tual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləş­di­ril­məsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğun-laş­d­ırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mə­dəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzi­fə­sini daşıyır.

Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı isti­qa­mət­lə­ri əhatə edir:

- ixtisasartırma;

- kadrların yenidən hazırlanması;

- stajkeçmə və kadrların təkmilləşdirilməsi;

- təkrar ali təhsil və orta ixtisas təhsili;

- dərəcələrin yüksəldilməsi;

- yaşlıların təhsili.

Əlavə təhsil ixtisasartırma və yenidənhazırlanma qurumların­da, peşə-ixtisas təhsili müəssisələrində yaradılmış müvafiq struk­tur­lar­d­a, stajkeçmə və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəal­iy­yətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə həyata keçirilir. Mü­vafiq təhsil proqramları əsasında əlavə təhsilin hər hansı isti­qa­məti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərə­find­ən müəyyən edilmiş qaydada müvafiq sənəd verilir. İxtisasar­tır­ma kurslarını bitirmiş şəxslər barəsində stimullaşdırıcı tədbirlər tət­biq edilir.



9. Təhsil subyektlərinin hüquqları,

vəzifələri və sosial müdafiəsi


9.1. Təhsil sahəsində dövlətin vəzifələri
Təhsil sahəsində dövlətin vəzifələri “Təhsil haqqında Azər­bay­­can Respublikasının Qanunu”nda aşağıdakı kimi müəyənləş­di­ril­­mişdir:

  • təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək;

  • milli təhsil sisteminin inkişaf konsepsiyasını və əsas pri­oritetlərini müəyyən etmək;

  • milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli döv­lət proqramlarını təsdiq etmək və onların icrasına nəzarəti həyata ke­çirmək;

  • kadr hazırlığının prioritetlərini və istiqamətlərini, yüksək də­rə­cəli elmi-pedaqoji kadr hazırlığı proqramlarını müəyyən etmək;

  • təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının hə­yata keçirilməsinin monitorinqini aparmaq;

  • milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını, bey­nəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin ya­radılmasını təmin etmək;

  • təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsa­it­lə­ri­nin həcmini və dövlət təhsil qrantlarının məbləğini müəyyən et­mək və dövlət təhsil müəssisələrinin müəyyənləşdirilməsini həyata ke­çir­mək;

  • hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdi­ril­mə­si məqsədilə hər bir təhsilalana (şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarını və maliyyə normativlərini mü­əy­yən etmək;

  • ilk peşə-ixtisas, ali və orta ixtisas təhsili müəssisələrinə tələ­bə qəbulu planını müəyyənləşdirmək;

  • müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiy­mət­lən­dirilməsini həyata keçirmək;

  • “tələbə-məzun” dövlət elektron məlumat sistemini yaratmaq və ondan istifadəni təmin etmək;

  • təhsil pillələri üzrə dövlət təhsil standartlarını və proq­ram­la­rını (kurikulumları) təsdiq etmək və təhsilin müvafiq dövlət stan­dart­larına uyğun təşkilinə nəzarəti həyata keçirmək;

  • dövlət təhsil müəssisələrinin rəhbərlərini qanunvericiliklə mü­əyyən edilmiş qaydada vəzifəyə təyin etmək və vəzifədən azad et­mək;

  • dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən et­mə­k;

  • təhsil səviyyəsinə uyğun olaraq təhsil müəssisələrinin nü­mu­nə­vi nizamnamələrini təsdiq etmək;

  • dövlət təhsil müəssisələrinin nizamnaməsini təsdiq etmək, bə­lə­diyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy ver­mək;

  • təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən et­mək;

  • təhsil sahəsində dövlətlərarası, regional və beynəlxalq in­ki­şaf proqramlarının həyata keçirilməsini təmin etmək;

  • təhsil sahəsində vahid statistik məlumat sisteminin yara­dıl­ma­sını təmin etmək;

  • təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların ve­rilməsi qaydalarını təsdiq etmək;

  • xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını mü­əyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata ke­çirmək;

  • təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü nor­ma­la­rını müəyyən etmək;

  • təhsil müəssisələrinin tikintisinə,maddi-texniki təchizatına dair vahid normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələb­lə­­rini, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirmək;

  • təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) ver­mək və onu ləğv etmək;

  • ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təs­ni­fatını təsdiq etmək;

  • təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti hə­ya­ta keçirmək;

  • təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini hə­yata keçirmək;

  • təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən et­mək və akkreditasiyanı həyata keçirmək;

  • təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların at­tes­tasiyasının, o cümlədən yekun attestasiyanın aparılması qaydala­rı­nı müəyyən etmək və attestasiyanı həyata keçirmək;

  • təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin təhsillə bağ­lı ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyə­ti­nin əlaqələndirilməsini təşkil etmək;

  • təhsil müəssisələrində aparılan elmi araşdırmaları əla­qələn­dir­mək;

  • təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi akt­l­ar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək;

  • təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və di­gər tədris vəsaitlərinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini tə­min etmək;

  • elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərt­lə­rini müəyyən etmək;

  • dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırıl­ma­­sını, o cümlədən mükafatlandırılmasını həyata keçirmək, xüsusi is­­te­dadı ilə fərqlənən təhsil-alanlar üçün adlı və məqsədli təqaüdlər tə­­sis etmək;

  • dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, in­for­masiya-kommunikasiya texnologiyaları və digər texniki va­si­tə­lər­l­ə təminatını həyata keçirmək;

  • baza tədris planlarını və proqramlarını təsdiq etmək;

  • mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tən­­zimləmək;

  • icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət et­mək;

  • dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin et­mək;

  • valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum ol­muş yetkinlik yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) gö­türülməsini, internat tipli dövlət müəssisələrinə göndərilməsini təş­kil etmək, qəyyumların və himayəçilərin öz funksiyalarını yerinə ye­­tir­məsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud uşaqların mü­­vafiq olaraq xüsusi təhsil və sosial müdafiə müəssisələrinə gön­də­­rilməsini təmin etmək;

  • təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əla­qələn­dir­mə, təminat, təchizat və qiymətləndirməni təmin etmək;


9.2. Təhsil prosesinin iştirakçıları
Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

- təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müda­vim­lər, magis- trantlar, doktorantlar və başqaları;



- təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər, məs­ləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim koməkçiləri, tərbiyəçi kö­məkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, lo­qo­ped­lər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-peda­qoq­lar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil mü­əs­sisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi iş­çi­ləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki , təd­ris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin ki­tab­xanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə or­qan­la­rı­nın aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisə­lə­ri­nin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil mü­əssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial mü­dafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məş­ğul olan işçiləri;

- valideynlər və ya digər qanuni nümayəndələr;

- təhsili idarəetmə orqanları və bələdiyyələr;

- təlim-tərbiyə prosesində iştirak edən fiziki və hüquqi şəxslər.
9.3. Təhsilalanların hüquq və vəzifələri
Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikası­nın Konstitusi-yasına, “Təhsil haqqında Azərbaycan Respublika­sı­nın Qanunu”na və digər normativ hüquqi aktlara, Azərbaycan Res­pub­likasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun mü­əy­yən edilir. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bə­ra­bər hüquqlara malikdirlər.

Təhsilalanların hüquqları aşağıdakılardır:

  • qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisə­si­nə qəbul olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini, ixti­sa­sı, təhsilalma formasını və təhsil dilini sərbəst seçmək;

  • dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; mü­va­fiq qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinif­d­ən­kənar məşğuliyyəti seçmək;

  • ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fən­lərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyü­torları sərbəst seçmək;

  • təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-is­teh­salat, elmi-tədqiqat, informasiya, mədəni-məişət, idman, sağ­lam­lıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;

  • müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını də­yişmək;

  • elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq; fasiləsiz təhsil al­maq; sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olun­maq; insan ləyaqətini, şərəfini alçaldan, insan hüquqlarına zidd hə­r­əkətlərdən müdafiə olunmaq;

  • müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini mü­vəq­qəti dayandırmaq; müvafiq icra hakimiyyəti orqanının müəyyən et­diyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

  • dövlət orta-peşə ixtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təh­sil almaq;

  • dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsl­ik­lər­lə pulsuz təmin olunmaq;

  • təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak et­mək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

  • təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni hə­ya­tın­da, elmi cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və di­­gər təşkilatların yaradılmasnda iştirak etmək, eləcə də ölkə və bey­nəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq;

Təhsilalanların vəzifələri aşağıdakılardır:

  • dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yi­yə­lənmək;

  • pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

  • təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət et­mək;

  • dövlət , cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk et­mək;

  • təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;


9.4. Təhsilverənlərin hüquq və vəzifələri
Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublika­sı­nın Konstitusiyası, “Təhsil haqqında Azərbaycan Respublikasının Qa­­nunu” və digər normativ hüquqi aktlar, Azərbaycan Respublika­sı­­nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin ni­­zam­naməsi və daxili intizam qaydaları, eləcə də işə götürənlərlə təh­­silverənlər arasında bağlanan əmək müqavilələri ilə tənzimlənir.

Təhsilverənlərin hüquqları bunlardır:

  • normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir stan­dart­­lara cavab verən texnologiyalarla təmin olunmaq;

  • təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil pro­se­­sinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

  • tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seç-mə­k;

  • şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

  • təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seç­ki­­li vəzifələrə seçmək və seçilmək;

  • ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;

  • müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;

  • təhsil müəssisələrində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara ay­­lıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxla­nıl­maq­­la, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə mə­slə­hət­­çi-professor vəzifəsini tutmaq;

Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində işti­rak etmək;

- təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

- təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları və­­tən­pərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil hə­­yata və əmək fəaliyyətinə hazırlamaq;

- şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublika­sı­nın müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlə­ri­­nə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənə­­nələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hör­­mət və qayğı hissləri aşılamaq;

- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nü­­f­u­zunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

- uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formal­ar­ın­dan qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

- ixtisas və elmi- pedaqoji səviyyəsini yüksəltmək, elmi araş­dır­­malar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdən­kə­nar tədbirlər keçirmək;

- qanunvericilikdə müəyyən olunmuş qaydada attestasiyadan keç­­mək;

- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə ye­tir­­mək.
9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin

hüquq və vəzifələri


Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sa­hə­sin­də hüquqlarına daxildir:

  • yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya hi­ma­yəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;

  • təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəy­yumluğunda və ya himayəsində olan şəxslərin) dərsə dava­miy­yə­ti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;

  • təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəs­sisə­si­nin idarə olunmasında iştirak etmək;

  • təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin tək­mil­ləş­dirilməsi və maddi-texniki bazasının yaradılması üçün tək­lif­lər irəli sürmək və könüllü yardımlar etmək;

  • qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata ke­çir­mək.

Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sah­ə­sin­də vəzifələrinə daxildir.

  • övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxs­lə­r­in) erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait ya­rat­maq, onların icbari orta təhsil almasının təmin olunması və mə­nəvi yetkinliyi üçün məsuliyyət daşımaq;

  • övladlarını (qəyyumluğunda və ya həmayəsində olan şəxslə­ri) humanistlik, vətənpərvərlik, azərbaycançılıq, əməksevər­lik, öz di­linə, ədəbiyyatına və tarixinə, milli-mənəvi və ümumbəşəri dəyər­lə­rə hörmət ruhunda tərbiyə etmək;

  • qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə ye­tir­mək.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin