1.5. Təhlükəsizliyin texniki vasitələrinin etibarlığı
İstehsalın təhlükəsizliyinin təmin olunmasında avtomatik vasitələrin tətbiqi və onların işinə nəzarət sisteminin rolu böyükdür. Bununla yanaşı bu vasitələr ən vacib hesab edilən etibarlıq keyfiyyətinə malik olmalıdır. Etibarlıq dedikdə sistemin verilən funksiyasını yerinə yetirməklə, eyni zamanda prosesin gedişi vaxtında qəbul olunan rejimdə istismar, texniki xidmət, təmir, nəql etmək proseslərində lazımi göstəriciləri verilən hədlər daxilində saxlamaq nəzərdə tutulur.
Təhlükəsizlik vasitələri adətən iki vəziyyətdə olurlar: gözləmə rejimində və icra olunma rejimində. Gözləmə rejimində sistemin funksional pozuntusu funksional işdənçıxma, etibarlıq isə funksional etibarlıq adlanır.
Qorxulu hadisələri aradan qaldırarkən qoruyucu vasitələrin iş qabiliyyətinin pozuntusu texnoloji işdənçıxma, etibarlıq isə texnoloji etibarlıq adlanır. Texnoloji işdənçıxmalar ölçü, qüvvə və vaxt parametrlərinin təsiri nəticəsində baş verə bilər.
Ümumi etibarlıqdan istismar etibarlığına keçmək lazımdır. Bu etibarlıq təhlükəsizlik vasitələrinə istismar zamanı qüvvələrin, yeyilmənin və istiliyin təsiri ilə bağlıdır.
Etibarlığı qiymətləndirmək və xarakterizə etmək üçün bərpa olunmayan sistemlərin göstəricilərindən və bərpa olunan sistemlər üçün təmirə yararlılıq göstəricilərdən istifadə olunur.
Müntəzəm işləmə (saz) göstəriciləri aşağıdakılardır: müntəzəm işləmə ehtimalı P() – verilən vaxt hədlərində (intervalında) sistemin işdənçıxması baş vermir. İşdən çıxmaların intensivliyi () – vaxt momenti üçün müntəzəm işləmə vaxtının paylanmasının şərti sıxlığı ( vaxtına qədər müddətdə qurğuda işdən çıxma baş vermir). İşdən çıxmaya qədər orta işlənilmə (müntəzəm işləmənin orta vaxtı) T – birinci işdən çıxmaya qədər işlənilmənin riyazi gözləmə vaxtı.
Təmirə yararlılıq göstəriciləri sisteminin təmir və texniki xidmət vasitələri ilə işdən çıxmaları aradan qaldırmaq qabiliyyətini xarakterizə edir. Burada da eyni ehtimal göstəricilərdən istifadə olunur: bərpa olunma ehtimalı S(), bərpa olunma intensivliyi (), bərpa olunmanın orta vaxtı .
Bərpa olunan sistemin etibarlılığının kompleks göstəricisi operativ hazırlıq əmsalıdır Kop(). Təhlükəsizlik vasitələrinə bu əmsal şamil edildikdə o deməkdir ki, gözləmə rejimində sistem işə yararlı və tələb olunan vaxtda qorxulu hadisələri müntəzəm işləməklə ləğv edə bilmək ehtimalına malikdir.
Təhlükəsizlik vasitələrinin işdən çıxmalarının təhlili göstərir ki, bunlar gözlənilmədən və bir-birindən asılı olmadan baş verir.
İşdən çıxma və bərpa olunma prosesləri adi, sadə və daimi (stasionar) xarakterə malikdir. Ona görə də təhlükəsizlik vasitələrinin müntəzəm işləmə ehtimalı Puassonun eksponensial paylanma qanunu ilə ifadə olunur.
P()=et (1)
Burada P() – eksponensial paylanmanın parametridir (işdən çıxmaların intensivliyi). İşdən çıxmaların sadə və daimi olduğunu nəzərə alsaq, onda müntəzəm işləmənin orta vaxtı
, yaxud (2)
Uyğun olaraq bərpa olunan sistem üçün
S(b)=e–t (3)
(b)==const; ; (4)
(1)-(4) asılılıqları birinci işdən çıxmaya qədər olan (bərpa olunmaya qədər), yəni bərpa olunmayan sistemlər üçün tətbiq edilir.
Gözləmə və bərpa rejimlərində fəaliyyət göstərən bərpa olunan sistemlərin təhlükəsizliyi üçün ehtibarlılığın kompleks göstəricilərindən, xüsusi halda operativ hazırlıq əmsalından istifadə olunur.
Koh=KhP(h) (5)
Burada Koh – operativ hazırlıq əmsalıdır. Kh=P(f), qiymətcə gözləmə rejimində təhlükəsizlik vasitələrinin müntəzəm işləməsinin ehtimalına bərabərdir. P(f) – bütün parametrləri ölçü, qüvvə və vaxt nəzərə almaqla qorxulu hadisələri aradan qaldırmaq ehtimalıdır.
İşdən çıxma və bərpa olunma daima olduqları üçün, qurğuların vəziyyətinin ehtimalı da (Si) daimidir. Qurğular funksional etibarlığa görə normal fəaliyyət vəziyyətində (S0), qorxulu hadisələr indikatorunun (S1), işəsalma-nəzarət qurğusunun (S2), icraetmə qurğusunun (S3) modullarının, bərpa olunmasının vacibliyi vəziyyətlərində ola bilər. Bu halda modulların işdən çıxma intensivlikləri 1, 2, 3, onların bərpa olunma intensivlikləri 1, 2, 3 və uyğun vəziyyətlərin ehtimalı P0, P1, P2, P3 olacaqdır.
Təhlükəsizlik vasitələrinin normal fəaliyyətinin gözləmə rejimində ehtimalı aşağıdakı ifadədən təyin oluna bilər.
(6)
Əgər təhlükəsizlik sistemi icra olunma rejimindədirsə və işdən çıxma intensivlikləri ilə ifadə olunursa (uyğun olaraq ölçü, qüvvə və vaxt parametrləri), onda təhlükəli hadisələrin aradan qaldırılması ehtimalı
(7)
Praktiki olaraq qorxulu hadisələrin aradan qaldırılması prosesində bərpa oluna bilən təhlükəsizlik vasitələri olmadığından, ayrılıqda hər bir parametrin və bütövlükdə bütün parametrlərin müntəzəm işləmə ehtimalının müəyyən olunması istismar göstəricilərinin və sınaq nəticələrini statistik qiymətləndirmə yolu ilə təyin edilməsi məqsədə uyğundur, yəni:
(8)
(9)
Burada Noi; No – uyğun olaraq ayrılıqda və bütün parametrlərin birlikdə sınaqların ümumi sayıdır. ni; n – ayrılıqda və bütün parametrlərin birlikdə işdən çıxma sayıdır.
Etibarlığın kompleks göstəricisi () təyin olunaraq (6)-(9) ifadələri nəzərə alınmalıdır.
Ümumi işdən çıxma prosesində gözlənilmədən işdən çıxmadan başqa tədricən işdən çıxma da mövcuddur. Tədricən işdən çıxmalar, hissələrin yeyilməsi, köhnəlməsi, korroziyası və digər dönməyən proseslər nəticəsində baş verir.Tədricən işdən çıxmada qurğuların müntəzəm işləmə vaxtının paylanması ən çox normal paylama qanununa tabedir.
Təcrübədə qurğuları layihələndirdikdə «zəif element» ayrılır və onun üçün yükün xarakterindən asılı olaraq möhkəmliyin əsas kriteriyalarına görə normal paylama təyin edilir və bunun əsasında müntəzəm işləmənin ehtimalı tapılır.
Dostları ilə paylaş: |