MONİTORİNQ HAQQINDA ANLAYIŞ
Monitorinqin mahiyyəti, məqsədi, obyekti və növləri
Monitorinq sözü «Monitor» sözündən olub, ingiliscə – «nəzarət etmək, yoxlamaq» latınca isə – «qoruyucu, xəbərdar edici» tərcüməsini verir.
Monitorinq – insan və onun yaşadığı mühit üçün baş verə biləcək təhlükənin əvvəlcədən proqnozlaşdırılması məqsədilə təbii, texnogen, sosial hadisələrin və proseslərin vəziyyətinə və inkişafına müşahidə sistemidir.
Monitorinqin məqsədi –baş verə biləcək təhlükənin qarşısının alınması, əhali və obyektlərin mühafizəsi üçün qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi, fövqəladə hadisələrin nəticələrinin ləğv edilməsi məqsədilə obyektlər, təhlükəli təbii və texnogen xarakterli hadisələr, proseslər, xarici destabilləşdirici amillər (hərbi münaqişələr, terror və s.), onların inkişafı üzərində daimi müşahidənin və nəzarətin aparılması əsasında FH-ların proqnozlaşdırılması üçün lazımi məlumatların əldə edilməsi, proqnozun dəqiqliyinin və etibarlılığının artırılmasıdır.
Dostları ilə paylaş: |