Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir


Həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunmasının metodiki əsasları



Yüklə 0,77 Mb.
səhifə36/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   32   33   34   35   36   37   38   39   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

1.6. Həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunmasının metodiki əsasları
Həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunması de­dik­də nəzərdə tutulan nəticələrə çatmaq üçün «insan-mühit» sisteminə olan təşkilati təsirlər nəzərdə tutulur.

Başqa sözlə, bu düşünülməz şəkildə obyekti bir vəziyyət­dən (qorxulu) digər vəziyyətdə (az qorxulu) keçirmək demək­dir. Bu halda iqtisadi və texniki məqsədəuyğunluq gözlənil­mə­lidir. Şəkil 5-də həyat fəaliyyətinin idarə olunmasının prin­si­pi­al sxemi göstərilib. Digər tərəfdən idarə olunma sistemli xarakter daşımalıdır, yəni təhlükəsizliyin təmin olunması kifayət qədər faktorlar nəzərə alınmaqla yerinə yetirilməlidir. Bu məqsədlə aşağıdakı tələblər yerinə yetirilməlidir: qərarların qəbul olun­ma prosesi sonuncu məqsədlərin dəqiq müəyyən olunması ilə başlanmalıdır; bütün problem bütöv vahid şəkildə baxıl­ma­lı­dır; məqsədə çatmaq üçün alternativ yollar təhlil olunmalıdır; kiçik məqsədlər ümumi məqsədə qarşı qoyulmamalıdır. Bu halda reallıq, effektivlik, nəzarət şərtləri ödənilməlidir.

Təhlükəsizliyin idarə olunmasında aşağıdakı etaplar nəzərdə tutulur: məsələyə olan baxış; elmi-tədqiqat işləri; layihələn­dir­mə-konstruktor işləri, layihə, layihənin tətbiqi; sınaqdan ke­çirmə; sistemin istehsal olunması, daşınması, istismarı, tək­min­ləşdirilməsi; konservləşdirilməsi və ləğv olunması, bas­dırılması.

Şəkil 5. Həyat fəaliyyəti təhlükəsizliyinin idarə olunmasının sxemi
Həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunması aşağıdakı mərhələlərdən ibarətdir: obyektin vəziyyətinin təhlili və qiymət­lən­dirilməsi; idarə olunmasının məqsəd və vəzi­fə­lə­rinə nail ol­maq üçün tədbirlərin planlaşdırılması və proq­noz­laşdırılması; idarə olunan və idarə edici sistemlərin müəy­yən­ləşdirilməsi; idarə etmənin təşkilinin yerinə yetirilməsinə nə­zarət sistemi və yoxla­nıl­ması; tədbirlərinin səmərəliyinin təyin olunması; idarəetmə iştirakçılarının bu problemləri yara­dıcılıqla həll etmələri üçün həvəsləndirmə formalarının tətbiqi.

Həyat fəaliyyətinin təhlükəsizliyinin idarə olunması vasitələri aşağıdakı sahələri əhatə edir: fizioloji, psixioloji sosial, tərbiyəvi, erqonomiki, ekoloji, tibbi, mexaniki, operativ-təş­kilati, hüquqi, iqti­sadi. Hər bir sahə geniş idarəetmə sis­tem­lərinə malikdir. Bun­lara xalq kütləsinin təhsili, peşə üzrə təh­sil, peşə üzrə kadrların seçilməsi, idarəetmə subyektlərinə psixoloji təsir; əmək və isti­ra­hə­tin səmərəli təşkili, kollektiv müha­fizə, texniki və təşkilati vasi­tələri; fərdi mühafizə vasitələri; güzəştli təminat və s. misal ola bilər.

«İnsan-mühit», «İnsan-istehsalat» mürəkkəb, çox səviyyəli və çox komponentli sistemlərdir. Bu sistemlər təhlil pro­se­sində elementlərə bölünür (şəkil 6, 7) və uyğun məlumat mən­bələri əsa­sın­da onların qorxulu xüsusiyyətləri və əlaqələri müəyyənləş­dirilir.






Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin