Şakir Musayev
222
• istintaq eksperimenti gedişində əvvəllər alınmış sübutların, o
cümlədən ekspert materiallarının istifadə olunma imkanları və
qaydalarının müstəntiqlə razılaşdırılması;
• eksperimentin tibbi təhlükəsizlik hüdudunun müəyyən edilməsi;
İş materialları, əvvəllər keçirilmiş müayinə və ekspertizaların
nəticələri ilə birlikdə, istintaq eksperimentinin təşkili və keçirilməsi
üçün əsas ilkin məlumatlar mənbəyidir. Ekspertin sonrakı
fəaliyyətinə aid məlumat tərkibli bütün sənədli məlumatlar -- əvvəllər
keçirilmiş baxış, dindirmə, üzləşdirmə protokolları, bütün
illüstrasiyalar (hadisə yerinə baxış və məhkəmə-tibb ekspertizanın
keçirilməsində tərtib edilmiş foto, kino və video materiallar), işdə
olan hadisə yerinin plan və sxemi, istifadə olunan alətlərin cizgi və
şəkilləri, işə cəlb edilmiş tibbi sənədlər və s. ətraflı və diqqətlə
öyrənilməlidir.
Cinayət şəraiti, ilk növbədə iş materiallarında, iştirakçıların
ifadələrində və digər istintaq hərəkəti protokollarında təsbit edildiyi
formada öyrənilməlidir. Ekspert məlumatları nəzərə alaraq
unutmamalıdır ki, qavramanın həcmi və dəqiqliyi, müxtəlif adamların
ifadələrində hadisələrin göstərilmə eyniliyi əhəmiyyətli dərəcədə
fərqlənir və bir çox amillərlə müəyyən edilir. Bunlara təbiət
təzahürləri (günün vaxtı, iqlim, günəş işığı və s.), təhqiqatı aparılan
hadisənin baş verdiyi yerin və tikilinin xüsusiyyətləri, təbii və süni
optik və akustik təzahürlər (parlaqlıq və rəng ziddiyyətləri, kölgələr,
səs-küy və əks-sədalar), insanın hissiyyat üzvlərinin vəziyyəti, onun
hadisələri dərk etmə anında psixi-emosional və fiziki vəziyyəti
(həyəcan, qorxu, stress, yorğunluq və s.), toksiki maddələrin təsiri
(məsələn; alkoqol və narkotik sərxoşluğu), hadisənin baş verdiyi
andan ifadələrin verildiyi anadək keçmiş müddət və s. aiddir. Bundan
başqa sözsüz ki, şəxsin ifadəsinə məişət, peşə, bilik və səriştələrinin,
idrakın, hadisəyə onun subyektiv münasibətini müəyyən edən şəxsi
inamının, maraq və tələbatının böyük təsiri vardır. Bu amillərin və
onların ifadələrin düzgünlüyünə təsirini qiymətləndirmək müstəntiqin
səlahiyyətinə aiddir. Ekspert isə bunları istintaq hərəkətlərini
planlaşdırdıqda və eksperiment şərtlərini tənzimlədikdə nəzərə alır.
|