Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə68/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

63



Hüquqi yardımın göstərilməsi üçün əsas, rəsmi sorğu və ya 

tapşırıqdır. Sorğunun və ya tapşırığın məzmunu və forması müvafiq 

müqavilələrlə müəyyən edilmişdir. 

Hüquqi proseduralara uyğun olaraq, sorğunun göndərilməsinin, 

alınmasının və icra olunmasının təşkilini mərkəzi orqan yerinə yetirir 

ki, hər bir dövlətdə bu orqan sərbəst müəyyən edilir. Mərkəzi orqan 

funksiyasını adətən  Ədliyyə Nazirliyi və Baş Prokurorluq icra edir. 

Əgər sorğulanan mərkəzi orqan tapşırığın icrasına səlahiyyətli 

deyilsə, onu səlahiyyətli idarəyə göndərir (məsələn, məhkəmə-tibbi 

ekspertiza idarəsinə) və bu barədə sorğu edən tərəfi məlumatlandırır. 

Azərbaycan Respublikasının vətəndaşı olan ekspert, onun razılığı 

ilə digər ölkələrin ərazisində icraatında cinayət işi olan vəzifəli şəxs 

tərəfindən prosessual hərəkətlərdə  iştirak etməsi üçün çağırıla bilər. 

Müqavilə  tərəfinin birinin ərazisində yaşayan ekspertin, digər 

müqavilə  tərəfinin müvafiq icra müəssisəsinə çağırılması zamanı, 

çağırışa gedilməməsi hallarında məcburiyyət vasitələrinin tətbiqi 

təhlükəsi olmamalıdır. Çağırış, sorğu edilən tərəfin mərkəzi orqanının 

vasitəçiliyi ilə ekspertə  təqdim olunur. Digər ölkə  ərazisinə çağırışa 

getmə  zəruridirsə, ekspertin şəxsi təhlükəsizliyi barədə müəyyən 

təminatlar nəzərdə tutulmalıdır. Çağırışa könüllü gəlmiş ekspert 

vətəndaşlığından asılı olmayaraq digər ölkənin  ərazisində dövlət 

sərhədini keçənə  qədər törətdiyi  əmələ görə  cəzaya, cinayət və 

inzibati məsuliyyətə cəlb edilə bilməz, qarovul altına alına bilməz. O, 

həmçinin cinayət işi üzrə ekspert kimi verdiyi rəylə və ifadəylə bağlı 

məsuliyyətə cəlb edilə bilməz, qarovul altına alına və cəzaya məruz 

qala bilməz. Bir tərəfli sorğu ilə ekspert sorğu edilən tərəfin 

səlahiyyətli orqanı tərəfindən dindirilə bilər. 

Ekspertin məsrəfləri və qonorarların ödənilməsi xərclərini hər iki 

müqavilə tərəfinin yurisdiksiyası çərçivəsində sorğu edən tərəf çəkir. 

Ekspertə sorğu edən dövlətə gedib-gəlmə, orada qalma xərcləri, işdən 

ayrıldığı günlərdə almadığı əmək haqqı və ekspertizanın aparılmasına 

görə mükafat verilir. Çağırışda ekspertin sorğunun icrası ilə əlaqədar 

hansı haqları almaq hüququ göstərilməlidir.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin