Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə65/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   516
 

Şakir Musayev  

 

60



Ekspertizanın təyin olunması barədə qərar qəbul edildikdən sonra, 

sədrlik edən tərəflərə ekspertə sualları yazılı  şəkildə verməyi təklif 

edir. Qoyulmuş suallar açıqlanmalı  və  məhkəmə araşdırıcılarının 

fikirləri dinlənilməlidir. Suallara baxıldıqdan sonra, məhkəmə qərarı 

və ya qərardadı ilə cinayət işinə aid olmayan və ekspertin səlahiyyəti 

çərçivəsindən çıxan sualları  kənarlaşdırır və yeni suallar tərtib edir. 

Məhkəmə iclasında iştirak edən ekspert və ya mütəxəssis tərəflərin və 

məhkəmənin təqdim etdiyi suallara, xüsusən də onların ekspertin 

səlahiyyətinə uyğun olub-olmaması, bir neçə sualların tərtibində 

düzəlişlər etmək və ya onları çıxarmaq, həmin sualların həll olunması 

mümkünlüyü və ekspertizanın aparılma  şəraiti haqqında öz fikrini 

bildirir. 

Qərardadın məzmunu ibtidai istintaqda məhkəmə ekspertizasının 

təyin olunması qərarı ilə eynidir. Qərardadın (qərarın) sürəti ekspertə 

təqdim olunur. 

Məhkəməyə  sədrlik edən  şəxs ekspertlə razılaşdıqdan sonra, 

müayinə  və  rəyin hazırlanması üçün lazım olan vaxtı, ekspertizanın 

aparılma yerini müəyyən edir. Sonra məhkəmə iclasında fasilə elan 

olunur və ya ekspertin iştirakı olmadan davam edir. Əgər ekspertiza 

məhkəmədə aparılırsa, ekspert üçün iş şəraitini məhkəmə təmin edir. 

Məhkəmə istintaqının gedişində ekspertizanın aparılması, cinayət 

işinin ibtidai istintaqı  mərhələsində  məhkəmə ekspertizasının apa-

rılmasında olduğu kimidir. Konkret şəraitdən asılı olaraq ekspertiza 

məhkəmədə  və ya ondan kənar yerdə yerinə yetirilə bilər (xüsusi 

avadanlıqlardan istifadə etməklə mürəkkəb tədqiqatların aparıl-

masının vacibliyi, şəxsin tibbi stasionara yerləşdirilməsi, tədqiqat 

obyektinin məhkəməyə gətirilməsinin mümkünsüzlüyü və s.). 

Ekspert rəyi yazılı şəkildə verilir. Əgər rəydə iş üçün əhəmiyyətli 

hallar göstərilmişsə, məhkəmənin qərardadı və ya hakimin qərarı ilə 

tam və ya hissəvi olaraq məhkəmədə açıqlana bilər. Ekspert rəyini, 

açıqlanmağa vəsatət vermiş  tərəf və ya məhkəmə açıqlayır. 

Təcrübədə çox vaxt məhkəmə istintaqında aparılmış ekspertiza 

rəyinin nəticəsi ekspertin özü tərəfindən açıqlanır. 

Əgər ekspertiza qarovul altında və ya həbs yerində olan müttəhim 

və ya təqsirləndirilən şəxs barəsində təyin olunmuşsa, onda müvafiq 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin