Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
209
ekspert rəyinin versiyalarının və müddəalarının iş üzrə digər
sübutlarla nə dərəcədə uyğunlaşması qiymətləndirilir.
İstintaq eksperimentinin mövcud ziddiyyətləri nəzərə alınmaqla
sübutların yoxlanılması üsulu kimi, əldə edilən eksperimental
məlumatların müəyyənləşdirilməsində və qiymətləndirilməsində
subyektiv halların şişirdilməsi riski həmişə özünü büruzə verir. Bu
hal istintaq hərəkətinin özünün müəyyən dərəcədə qeyri-dəqiqliyi ilə
xarakterizə olunur.
Mütəxəssisin istənilən istintaq eksperimentində iş metodu kimi
şərait təhlilini üç mərhələyə bölmək olar:
1) mövcud istintaq-ekspert şəraitinin ilkin öyrənilməsi;
2) eksperimental modelləşdirmə;
3) eksperiment nəticələrinin qiymətləndirilməsi, şərait məsələ-
lərinin həlli və ya şəraitin proqnozlaşdırılması (istintaq variantlarının
və ya ekspert fərziyyələrinin formalaşması).
Birinci mərhələ araşdırılan şərait haqqında düzgün və hipotezli
məlumatların nizamla, onun tərkibi olan elementlərə ayrılmasından
və ayrı-ayrı faktlar, epizodlar, hərəkətlər və məlumatların hissəvi
öyrənilməsi, sonradan onların ümumiləşdirilməsi versiyalarından
ibarətdir.
Növbəti mərhələdə artıq məlum olan və şübhə doğurmayan
halların yenidən qurulması həyata keçirilir və tədqiqat obyektində (və
ya analoquna) məqsədyönlü təcrübələr aparılır. Eksperimentdə
obyektin süni təcrid olunması, xarakteristikasının, onun mövcud olma
şərtlərinin və digər obyektlərlə əlaqəsinin birləşdirilməsi həyata
keçirilir. Cinayət hadisəsinin baş vermə şəraitinin təhlilinin ikinci
(eksperimental) mərhələsinin mahiyyəti bundan ibarətdir.
Məsələn, istintaq eksperimenti şəraitində müəyyən məsafədən və
güman edilən şəraitdən açılan atəşlə odlu silah yarasının yetirilməsi
imkanını yoxladıqda müstəntiq və (ya) ekspert tədqiq olunmuş silah
və mərmilərin xarakteristikasını, atəşin açıldığı yeri, atəş açanla
zərərçəkənin qarşılıqlı vəziyyətini və pozasını, aşkar olunmuş
xəsarətlərin xüsusiyyətini, konkret hadisə yeri mühitini, güllənin uçuş
yolunda maneənin olub-olmamasını, xarici rikoşetin və mərminin
parçalanmasının mümkünlüyünü və digər amilləri nəzərə almalıdır.
|