Şakir Musayev
208
götürülmüş iz və nümunələr və s.), onların surətindən, modelindən,
analoqundan, maketindən, keçirilmiş tədqiqat obyektlərindən
(travmatik təsir izləri olan anatomik preparatlardan, eksperimental
zədələrdən), ayrı-ayrı əşyalardan və bütövlükdə hadisə yerinin
şəraitindən istifadə edilə bilər. Müstəntiqin (məhkəmənin) qərarı üzrə
istintaq eksperimentində iştirak etmək üçün istintaq edilən hadisənin
keçmiş iştirakçıları, şahidləri və istintaq eksperimenti gedişində
statist rolunu ifa edən şəxslər cəlb edilə bilər.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, bir çox hallarda
istintaq eksperimentinin obyektləri şərait ekspertizasının obyektləri
ilə uyğun gəlirlər. Lakin, məhkəmə həkimi istintaq hərəkətində
mütəxəssis kimi iştirak edirsə, sadalanan obyektlərin dairəsi
müstəntiq tərəfindən məhdudlaşdırıla bilər. Bu halda mütəxəssis ona
təqdim edilən məlumatların həcmini özü müəyyənləşdirir.
İstintaq eksperimentinin məqsədlərindən birinin, iş üçün
əhəmiyyəti olan faktiki məlumatları yoxlamaqla onlar arasındakı
ziddiyyətləri aradan qaldırmaq olmasına baxmayaraq, bu hal özü-
özlüyündə müəyyən dərəcədə ziddiyyətlidir. Eksperimentdə təhlil
olunan hər bir şəraitin özünəməxsus xüsusiyyəti, müxtəlif
mənbələrdən (əməliyyat, istintaq, ekspert) alınmış məlumatların bir
yerdə birləşməsidir. Bu məlumatların alınma üsulları, məzmunu və
etibarlılıq dərəcələri müxtəlifdir. İstintaq eksperimentində cinayət
hadisəsi iştirakçılarının və şahidlərinin subyektiv, çox vaxt dəqiq
olmayan və bəzən qəsdən təhrif olunmuş ifadələri nəzərə alındığı
kimi, doğru və yaxud müəyyən ehtimalla müəyyən olunmuş, lakin,
əksər hallarda obyektiv və elmi təsdiqlənmiş faktlar da nəzərə alınır.
Cinayət şəraitinin yenidən qurulması üzrə eksperimenti aşağıdakı
kimi təsəvvür etmək olar: bir tərəfdən cinayət iştirakçıları və
şahidlərin az və ya çox ehtimalla natamam qeyri-müəyyən ifadələri,
bunlara uyğun müstəntiqin (məhkəmənin) xüsusi versiyaları və
ekspertin iş fərziyyələri; digər tərəfdən - işin sübuta yetirilmiş və
şübhə doğurmayan faktiki hallar ilə uzlaşdırılır. İstintaq
eksperimentinin gedişində müstəntiq mütəxəssisin iştirakı ilə
variantların təcrübi yoxlanılması əsasında bu və ya digər ifadələrin,
|