Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə207/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   203   204   205   206   207   208   209   210   ...   516
 

Şakir Musayev  

 

204



Adətən istintaq eksperimenti təbii təcrübə halında, real və ya ona 

maksimal yaxın  şəraitdə  və çox vaxt istintaqı aparılan cinayətin 

bilavasitə  iştirakçılarının cəlb edilməsi ilə keçirilir. Cinayət alətləri 

təhlükəsizlik məqsədilə onların analoqu və ya maketləri ilə  əvəz 

edilir. Eksperimentlər adətən, laboratoriya şəraitində ekspertiza 

gedişində yalnız ekspertin ixtiyarına rəsmi surətdə təqdim edilmiş iş 

materialları üzrə, həqiqi və ya güman edilən cinayət alətlərindən 

istifadə etməklə həyata keçirilir. 

Ekspert eksperimenti vaxt baxımından uzadıla bilər və davamlı 

məlumatların alınması üçün dəfələrlə yenidən təkrarlana bilər. Onun 

nəticələri ekspert rəyinin müayinə hissəsinin tərkibinə daxil edilir. 

Ekspert rəyinin nəticələri istintaq eksperimenti ilə müqayisədə 

üstünlük təşkil edir. Eksperimental metodların hər ikisi (istintaq və 

ekspert eksperimenti) eyni suallar dairəsini həll etməsinə 

baxmayaraq, onlar qarşılıqlı surətdə bir-birini tamamlayır və cinayət 

mühakimə icraatında məsələlərin yerinə yetirilməsində xüsusi 

məhkəmə-tibbi biliklərin cəlb edilməsi ilə yüksək nəticələrin alınması 

təmin edilir.  

Ekspertin istintaq eksperimentində iştirakından danışdıqda, onun 

(mütəxəssis) fəaliyyətinin predmetinə, obyektinə, məqsədinə, vəzifə 

və mahiyyətinə toxunan istintaq hərəkəti nəzəriyyəsinin bəzi ümumi 

konseptual məsələləri üzərində dayanmaq lazımdır. 

Hər bir cinayət, o cümlədən şəxsiyyət əleyhinə törədilən cinayət 

özlüyündə mürəkkəb olur. Bəzən, işin bütün təfərrüatı ilə tanış olan 

müstəntiq cinayəti bütünlüklə qavramağa çətinlik çəkir. Bu hal iş 

üzrə  məhdud məlumata malik olan ekspert üçün olduqca çətindir. 

Buna görə də hüququ və ona problematika ilə yaxın olan məhkəmə-

tibbi ədəbiyyatda şərti olaraq cinayət əməlini planlaşdırma, hazırlıq, 

törətmə  və gizlətmə  mərhələlərinə bölmək qəbul edilmişdir. Bu 

mərhələləri, öz növbəsində, ardıcıllıqla bir-birini əvəz edən  şərait 

kimi təsəvvür etmək olar (latın dilində situatio- şərait, vəziyyət, hal 

və s.). 


Hər bir vəziyyət digərindən fərqlənir və vaxta, məkana, baş 

verdikləri yerin maddi mühitinə və yaxud funksiyasına (yəni konkret, 

çox vaxt geridönməz hadisələrlə, təzahürlərlə  və  iştirakçıların 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin