Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə210/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   206   207   208   209   210   211   212   213   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

207



mütəxəssisdən tədqiq ediləcək halları müəyyən edən təsirlərin 

birlikdə xarakter və parametrlərini qeydə almağı tələb edir. 

Müstəntiq istintaq eksperimentinin keçirilməsinə 

qərar 


verməzdən  əvvəl, təxirəsalınmaz istintaq hərəkətləri çərçivəsində  və 

məhkəmə-tibbi ekspertizanın gedişində sübutların toplanılması  və 

yoxlanılması üzrə müəyyən işlər (baxış, dindirmə  və s.) görür. 

Toplanmış  məlumatların ilkin ümumiləşdirilməsi nəticəsində  bəzi 

ümumi və xüsusi fərziyyələr formalaşır. Bu fərziyyələrin öz 

növbəsində yoxlanılması  və  dəqiqləşdirilməsi tələb olunur. Həmin 

fərziyyələrə misal olaraq xüsusi istintaq variantlarını, hadisə 

iştirakçıları  və  şahidlərinin ifadələrini, ekspert rəyinin ehtimal və 

alternativ formada şərh edilmiş müddəalarını göstərmək olar. 

Ekspertin rəyində iş üzrə sübut predmetinə daxil olan suallara qəti və 

birmənalı cavab verirlərsə, adətən ekspert rəyi birbaşa sübut növü 

kimi qəbul olunur və heç bir əlavə istintaq yoxlanılmasına zərurət 

olmur. Mübahisəli, ziddiyyətli və qeyri-müəyyən məlumatlar 

toplusunda istintaq eksperimentinin predmeti kimi, hər şeydən əvvəl, 

iş üzrə sübutlar sistemində çatışmayan və ya, əksinə, ümumi sxemdən 

kənara çıxan daha əhəmiyyətli faktların olması vacibdir. 

Tədqiqatı aparılan  şəraitin ekspert (mütəxəssis) tərəfindən 

öyrənilmə metodu, müxtəlif dəyişkən amillərdən təşkil olunmuş 

istənilən digər sistemin təhlil metodikasından  əhəmiyyətli dərəcədə 

fərqlənmir. Metodika, təhlil edilən  şəraiti təşkil edən elementlərə 

bölür və onların hər birinin əhəmiyyətini müəyyənləşdirir. 

Elementlərə bölgü və onların ayrılıqda qiymətləndirilməsi nisbətini 

axtarmaqda məqsəd həmin elementlərin birləşməsi  əsasında  şəraitin 

modelləşdirilməsidir.  

Məhkəmə-tibb eksperti (mütəxəssis) üçün istintaq 

eksperimentinin obyekti barədə  məlumat mənbəyi onun fəaliyyət 

predmetinə aid olan cinayət işi materiallarıdır. Məlumatlar 

əvvəlcədən müayinə olunmuş meyitlərə, canlı  şəxslərə, maddi 

sübutlara aid olub, əyani  əlavələrlə istintaq və  məhkəmə  hərəkətləri 

protokollarında, ekspert rəylərində və tibbi sənədlərdə  təsbit olunur. 

İstintaq eksperimentində maddi sübutlar kimi cinayət işinə  əlavə 

edilmiş  əşyalardan (hadisə yerində olan şəxsin paltarı, travma aləti, 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin