Şakir Musayev


Maddə 237. Meyitin qəbirdən çıxarılması (ekshumasiya)



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə428/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   424   425   426   427   428   429   430   431   ...   516
Maddə 237. Meyitin qəbirdən çıxarılması (ekshumasiya) 

237.1. Meyitin qəbirdən çıxarılması zərurəti olduqda müstəntiq 

ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror 

qarşısında meyitin qəbirdən çıxarılmasına icazə alınması üçün 

məhkəməyə  təqdimatla müraciət edilməsi haqqında  əsaslandırılmış 

vəsatət qaldırır. Meyitin qəbirdən çıxarılması yalnız məhkəmənin 

qərarı əsasında həyata keçirilə bilər. 

237.2. Meyit müstəntiqin, məhkəmə  təbabəti sahəsində 

mütəxəssisin, ölmüş  şəxsin yaxın qohumlarının və ya onun qanuni 

nümayəndələrinin (onların istəyindən asılı olaraq) iştirakı ilə 

qəbirdən çıxarılır. Qəbirdən çıxarıldıqdan sonra meyit göstərilən 

şəxslərin müşayiəti ilə digər tədqiqatların aparılması üçün müvafiq 

tibb idarəsinə aparıla bilər. 

237.3. Meyitin qəbirdən çıxarılmasında müstəntiqin göstərişi və 

ya icazəsi ilə foto, video və kino çəkilişdən və ya digər yazan texniki 

vasitələrdən istifadə edilə bilər. 

237.4. Meyitin qəbirdən çıxarılması qurtardıqdan sonra 

müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və  həmin 

protokolda aşağıdakılar göstərilir: 

237.4.1. meyitin qəbirdən çıxarıldığı vaxt, tarix və yer; 

237.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 

237.4.3. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş məhkəmə 

təbabəti sahəsində mütəxəssisin vəzifəsi, soyadı, adı və atasının adı; 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   424   425   426   427   428   429   430   431   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin